Şahin Eyyubov: 7 fevral seçkilərində qazanan Azərbaycan oldu!

Eldar Abbasov - Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən illərin reallıqları zamanın dahisi Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir.

Azərbaycan dövləti, Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf demokratik hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.

İslahatların yeni dalğası

Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. Bu gün hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır.

2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, həmin il oktyabrın 10-da Fransanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan çıxış etməsi tənqid olunmuşdur.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirdilər.

Xalqa əbədi Zəfər bəxş edən Müzəffər Prezident

Xalqımız öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu-bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq etdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha gördü. Cənab Prezidentin televiziya kanal­larına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Zamanın gedişini haqqın ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin məhz 2023-cü ildə tamamlanması rəmzi məna daşıyır. Xankəndi Zəfəri “Heydər Əliyev İli”nə ən böyük töhfədir. Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən üç il sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiya tam yerinə yetirildi. 2023-cü il noyabr ayının 8-də Qarabağın mərkəzində, Xankəndi şəhərində Vətən müharibəsində qələbəmizin 3-cü ilönümü münasibətilə hərbi paradın keçirilməsi hər birimizdə qürur doğurdu. İllərdən bəri gözlədiyimiz, həsrətində olduğumuz tarixi günün sevincini yaşadıq.

Birmənalı olaraq haqq savaşımızda əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya bəyan etdi. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı.

Qələbəmizdən doğan tarixi reallıq

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Son 20 ildə cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər. Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Ona görə bir sıra dövlətlər, o cümlədən Avropa İttifaqının üzvləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını elan ediblər. Ölkə Prezidenti İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Nəticədə Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident İlham Əliyevi Avropa üçün ən önəmli LİDER hesab edirlər.

Milyonların sevgisini qazanan LİDER

Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri, deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz LİDERdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa zaman kəsiyində ölkəmizin qazandığı bütün bu uğur və qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi.

Qalib xalqın Qalib Prezidenti

44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçki həm də Zəfər seçkisidir. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Son 20 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edir. Ölkəmizin gələcəyini bu siyasi kursun ətrafında sıx birləşməkdə görən xalqımız yeni seçkilərdə növbəti dəfə cənab İlham Əliyevə etimad göstərərək xarici və daxili siyasətini dəstəkləmiş oldu. Xalqımızın yüksək etimadı ölkəmizin və regionumuzun daha parlaq gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir.
Əli müəllim: Son 20 ildən artıq dövrün reallıqları təsdiqləyir ki, sözümüz imzamızdır

Məhəmməd Musayev - Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Bununla da Azərbaycan öz şanlı tarixinin yeni dövrünə qədəm qoydu. Andiçmə mərasimində çıxış edən cənab İlham Əliyev bildirdi ki, tariximizin son iyirmi ili böyük uğurlarla, möhtəşəm qələbələrlə zəngin olmuşdur. Həqiqətən də bu illər ərzində Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə sinə gərmiş, inkişaf və tərəqqi yolu ilə uğurla irəliləmişdir.

Prezident İlham Əliyev ilk dəfə xalqın etimadını qazanaraq bu ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günə qədər verdiyi bütün vədləri yerinə yetirdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanımızın ətrafında bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bununla da Qarabağ problemi Azərbaycanın öz gücünə birdəfəlik həll olundu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi hələ də imzalanmayıb. Lakin Prezident İlham Əliyevin dediyi kimi, bu məsələnin hazırda bizim üçün elə bir böyük önəmi də yoxdur. Azərbaycan öz məsələsini həll edib. Dövlət başçımızın bu ilin 7 fevral tarixində keçirilmiş seçkilərdə məhz Xankəndidə səs verməsi Qarabağ məsələsinin Azərbaycanın xeyrinə kökündən həll olunduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Bu gün isə, Azərbaycan artıq daxil olduğu yeni dövrün qarşıya qoyduğu vəzifələrin icrasına başlayır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Azərbaycan cəmiyyətində hökm sürən misilsiz ruh yüksəkliyi ölkəmizi daha da gücləndirir. Dövlətimizin başçısı öz çıxışında xüsusi olaraq vurğuladı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Etiraf olunmalıdır ki, İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb və bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür. Əlbəttə ki, bu gün də Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, ən müasir silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.

Həmçinin Prezident İlham Əliyev Azərbaycan gəncliyinin bundan sonra da milli-vətənpərvər ruhda formalaşdırılması işinin vacibliyini qeyd etdi və bildirdi ki, yeni yetişən gənc nəsil milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olmalıdır. Buna görə də xüsusilə xarici qüvvələrin gənclərimizin beyinlərini zəhərləmək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır. Bu baxımdan, dövlətimizin başçısı ilk növbədə ailə tərbiyəsinin ön plana çıxdığını qeyd etdi və vurğuladı ki, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Həmçinin cənab Prezident bu məsələdə məktəb tərbiyəsinin xüsusi rolunu qeyd etdi: “Məhz  məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır.” Dövlət başçısı bu fikirləri məktəblərin üzərində çox böyük məsuliyyətin olduğunu bir daha vurğulamış oldu.

Prezident İlham Əliyevin nitqində milli-mənəvi dəyərlərimizin xarici təsirlərdən qorunması məsələsi də xüsusi yer almışdır: “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.” Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Lakin cənab Prezidentimizin dediyi kimi, bütün məqsədlərə ən effektiv şəkildə nail olmaq üçün bütün cəmiyyət, bütün xalq həmrəy olmalıdır və bu gün bu həmrəylik ən yüksək səviyyədə özünü bütün sahələrdə göstərməkdədir. O cümlədən, 7 fevral Prezident seçkilərində göstərilən həmrəylik cəmiyyətimizi daha da möhkəmləndirdi və artıq heç bir kənar qüvvə Azərbaycana qarşı heç bir təsir gücünə malik deyil.

Əli müəllim: Son 20 ildən artıq dövrün reallıqları təsdiqləyir ki, sözümüz imzamızdır

İlham Cəbrayılov Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasından sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da möhkəmlənməsi diqqətdən kənarda qalmır. Bu, Azərbaycanın yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də  əlaqələrinin yüksələn xətlə inkişaf etməsində,  qarşılıqlı səfərlərin, həmçinin ev sahibliyi etdiyi, yaxud bu və ya digər ölkələrdə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından da geniş bəhs etdi.

“Biz özümüzü tam təmin edən ölkəyik. Biz ikitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq və xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti  siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti uğurlarının davamlılığında, nüfuzunun artmasında özünü aydın şəkildə göstərir. Ölkəmiz beynəlxalq təşkilatlarla əlaqələrini daha da möhkəmləndirməklə malik olduğu imkanların təqdimatına, ən əsası həqiqətlərinin təbliğinə nail olur. Günümüzün əsas çağırışlarından biri məhz türk dünyasının birliyidir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimində yeni dövrün hədəflərini açıqlayarkən bildirdi ki, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır.”

Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri mövcuddur. Əsas hədəfimiz Türk Dövlətləri Təşkilatını gücləndirmək, beynəlxaq nüfuzunu artırmaqdır. Azərbaycanın quruma sədrliyi dövründə türk dünyasının birliyi istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, Azərbaycan  türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Dövlət başçısı andiçmə mərasimində “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” fikirləri ilə bir daha bu birliyin sarsılmazlığının, gələcək inkişafının aydın mənzərəsini təqdim etdi. 

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Qurum  həm işğal, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Təşkilat bütün müsəlman ölkələrini bir araya gətirir. İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanın təşəbbüslərinin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

Qoşulmama Hərəkatı və quruma üzv dövlətlərlə Azərbaycanın əlaqələri daim diqqətdədir.  Baxmayaraq ki, ölkəmizin quruma  sədrliyi dövrü artıq başa çatıb  bu reallıq inkaredilməzdir ki, Qoşulmama Hərəkatının yeni müstəviyə qədəm qoymasında Azərbaycanın töhfələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev andiçmə mərasimində bu əminliyi ifadə etdi ki, biz  öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, Qoşulmama Hərəkatı bir təsisat kimi daha da güclənsin. Əgər üzv ölkələrin qarşısında duran problemlərin həllinə kömək göstərmək lazım olarsa, əlbəttə, biz bunu edəcəyik.

Qazanılan uğurların, eyni zamanda, müəyyənləşdirilən hədəflərin fonunda cənab İlham Əliyev bildirdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq. Eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik. Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar  peşman olacaqlar.

Əli müəllim: Son 20 ildən artıq dövrün reallıqları təsdiqləyir ki, sözümüz imzamızdır

Azad İsmayılov - Son 20 ilin uğurlarına və qarşıdakı dövrün  hədəflərinə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baaxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə,  qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin bərpası fonunda ölkənizdə 7 fevral tarixində prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Lideri 92,12 faiz səs qazanaraq Prezident seçildi. Bu qələbə bir daha xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqlədi. Cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycana qazandırdığı möhtəşəm zəfərlər xalqımızın 2003-cü ildə seçimində yanılmadığını, daim cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə əminliyi təsdiqlədi. 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində xalqın  cənab İlham Əliyevə etimadı deyilənlərə bariz nümunədir. Dövlət başçısı andiçmə mərasimində bu məqamı xüsusi qeyd etdi: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.”

Hər bir vədin arxasında konkret əməli iş dayandı. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın hər bir sahədə qazandığı uğurlardan bəhs etməklə yanaşı, qazanılan təcrübənin nümunə olduğunu açıqladı. Ölkəmizin iqtisadi uğurları, ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna  töhfələri, xarici siyasətində yeni istiqamətlərin  müəyyənləşdirilməsini zəruri edən səbəblər barədə danışdı və bütün hallarda diqqət yenə də tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına,  yaradılan yeni reallıqlara yönəldildi. Əsas hədəflər sırasında hərbi gücümüzün artırılması  və işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi qeyd edildi. Bildirildi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim  Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Qeyd etdiyimiz kimi, “Dəmir yumruq” gücümüzü, birliyimizi nümayiş etdirdi. Azərbaycanın  44 gündə 30 ilin işğalına son qoyması gücünün təqdimatı oldu. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə diqqətdə oldu. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız diplomatik mübarizədə qələbəmizi davamlı etdi. Erməni yalanları ifşa olundu. Bəzi dünya gücləri əsil reallıqları bilsələr də ikili standartlara əsaslanan  siyasətləri həqiqəti inkar etmək yolunu tutmalarına rəvac verdi. Bu gün də eyni yanaşma davam edir. Buna baxmayaraq qalib Azərbaycan yenə də həqiqətə söykənən, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən siyasətini uğurla davam etdirir, zəfərlərinin miqyasını genişləndirir. Cənab İlham Əliyev “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” fikirləri ilə bunu bir daha təsdiqlədi. Həmçinin bu çağırış edildi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”

“Yaşadığımız günlər, anlar yaddaşımızda əbədi qalacaq”

Müseyib Həmzəyev - “Fevralın 7-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımız öz iradəsini ifadə edərək cənab İlham Əliyevə inam və etimadını bir daha təsdiqlədi. Tariximizə Zəfər seçkisi kimi düşən bu seçkilərin qalibi Müzəffər Ali Baş Komandan, xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyev oldu. Bununla da, müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən ətraflı bəhs etdi”.

Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası dayanır. Bu tarixi nailiyyətə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inam sayəsində nail olundu. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərir. Lakin Ermənistan öz havadarlarının təhriki ilə prosesi uzadır. Müəyyən beynəlxalq dairələr bu məsələ ətrafında spekulyasiya etməkdə maraqlıdır. Ona görə də, Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik. Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti isə bundan sonra da fiaskoya uğrayacaq. Prezident İlham Əliyevin “Xankəndidə qutuya atdığım bülleten erməni separatçılarının tabutuna vurulan son mismar idi” sözləri Ermənistana və onun havadarlarına konkret mesaj oldu.

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir. Ölkəmizin reallaşdırdığı siyasət sırf müstəqillik və suverenlik kimi fundamental prinsiplərə əsaslanır. Biz müttəfiqlərimizi özümüz seçirik. 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkib. Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən çoxvektorlu xarici siyasət kursunun əsas mahiyyəti ondan ibarətdir ki, burada milli maraqlar əsas götürülür, eyni zamanda tərəfdaşlara böyük hörmət bəslənilir və onlarla qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq qurulur. Belə effektiv siyasətin nəticəsidir ki, hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Respublikamızın nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı diqqəti cəlb edir. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik. Respublikamız 2011-ci ildə isə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Ölkəmizin Qoşulmama Hərəkatında təmsilçiliyi uzun zaman müddətini əhatə etməsə də, öz səmərəliliyi və məhsuldarlığı ilə diqqət çəkir. Azərbaycanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi QH-də ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olundu. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi kifayət qədər uğurlu oldu və qurumun nüfuzunu, funksionallığını əhəmiyyətli dərəcədə artırdı. Dünya birliyinin BMT-nin ən genişmiqyaslı tədbirlərindən sayılan COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməsi beynəlxalq səviyyədə ölkəmizə inamın artmasının daha bir ifadəsidir. Ölkəmiz mühüm ekoloji çağırışların, yaşıl enerji gündəliyinin müzakirə olunacağı bu tədbirə də yüksək səviyyədə ev sahibliyi etmək əzmindədir. Artıq cari ilin ikinci yarısında baş tutacaq tədbirə hazırlıq proseslərinə başlanıb və tədbirlər planı uğurla reallaşdırılır.

Yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsi olacaq. Bunula bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizi başçısı andiçmə mərasimindəki nitqində açıq danışıb. Bildirib ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Türk dünyası isə bizim üçün doğmadır və burada biz özümüzü, Prezident İlham Əliyevin bildirdiyi kimi, çox yaxşı hiss edirik. “Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”, - deyə Prezident İlham Əliyev vurğulayıb. Beləliklə, qarşıdakı dövrü üçün xarici siyasətimizin yeni hədəfləri var. Azərbaycan cənab İlham Əliyevin liderliyi ilə bu hədəflərə çatacaq!

İlham Əliyev Serbiya prezidentinə məktub göndərdi

Zaur Həmzəyev - 7 fevral prezident seçkiləri Azərbaycanın müasir tarixinə növbəti uğur səhifəsini yazdı. Zəfər seçkiləri bütün ölkə ərazisini əhatə etdi. İşğaldan azad edilmiş ərazilərimizdə seçici fəallığı 93 faizdən çox oldu. Cənab İlham Əliyev xalqın 92,12 faiz səsini qazanaraq Prezident seçildi. Dövlət başçısının fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Cənab İlham Əliyev Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı xüsusi vurğuladı ki, biz özümüzü tam təmin edən ölkəyik. İkitərəfli formatda əməkdaşlığın tərəfdarıyıq: “Xarici siyasətimiz də buna hesablanıb - bərabərhüquqlu münasibətlər, bir-birinə hörmət, bir-birinə, necə deyərlər, xoş münasibət, bir-birinin işinə qarışmamaq. Bu, bizim prinsiplərimizdir və bu prinsipləri biz diktə etmişik, bunları qəbul etdirə bilmişik.”

Azərbaycan 3 il öncə tarixi Zəfərə imza atdı. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulysiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat imzalandı. İşğaldan azad edilmiş ərazilərimizdə, Qarabağın tacı Şuşada üçrəngli Bayrağımız ucaldıldı. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd edildiyi kimi, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda  hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

30 il işğal dövründə Ermənistanın BMT qətnamələrinə məhəl qoymaması,  beynəlxalq hüquqa hörmətsizlik etməsi, danışıqlara imitasiya naminə qatılaraq yeni ərazilər uğrunda  müharibə planı hazırlaması sonda 44 günlük İkinci Qarabağ müharibəsinin  baş verməsinə səbəb oldu. Dövlət başçısı andiçmə mərasimində bu məsələyə də xüsusi diqqət yönəltdi.  “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləyən Prezident İlham Əliyev bildirdi ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğala son qoyulmalıdır. Ancaq  bütün çağırışlar cavabsız qaldı. Azərbaycan döyüş meydanında göstərdi ki, nəyə qadirdir. Rəşadətli Ordumuz 44 gündə Ermənistan ordusunu tamamilə darmadağın etdi. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Elə gənc nəsil yetişib ki, Vətən, torpaq, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər. Ermənilərin illərdir yaratdıqları miflər dağıdıldı.  Dünya bir daha gördü ki, ən güclü oldu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır.

Ermənistan postmünaqişə dövründə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif bəhanələrə əl atdı. Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistanın atdığı addımlara diqqət yetirmək kifatyətdir. Hərbi təxribatlar son üç ildə diqqətdən kənarda qalmadı. Təəccüblü olan budur ki, bu təxribatlar yenə də əksər dünya güclərini düşündürmədi. Ötən ilin aprelində Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasından, sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Ermənistana dəstək verən ölkələrin Azərbaycana qarşı əsassız ittihamlarını, təzyiq cəhdlərini yada salmaq kifayətdir.

Cənab İlham Əliyev andiçmə mərasimində “Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir” söyləyərək onu da əlavə etdi ki, Ermənistan və onun arxasında duran qüvvələr bunu görmək istəmirlər. Ancaq hər şey sənədləşdirilib, bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat göndərib, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, erməni silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ona görə antiterror əməliyyatı qaçılmaz idi.

Artıq yeni dövrə qədəm qoymuşuq. Prezident İlham Əliyev yeni dövrün hədəflərini açıqladı. Bu çağırışlar gələcək uğurlarımız barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin uğurla davam etdirilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələ-mərhələ qovuşmasıdır. Cənab İlham Əliyev böyük əminliklə qeyd etdi ki, yeni dövr uğurla başlayır və uğurla da davam edəcək.

Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın ötən illərdə qazandığı uğurlar, daim irəliyə doğru inamla addımlamasıdır. 

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

Gülağa Əliyev - Fevralın  14-də Milli Məclisdə andiçmə mərasimi zamanı Prezident İlham Əliyev ötən dövrdə ölkəmizin əldə etdiyi uğurlara nəzər yetirdi və görülmüş işləri geniş təhlil etdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. İkinci Qarabağ müharibəsi olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Prezident İlham Əliyev xatırlatdı ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Azərbaycan bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdi, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdi. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmalı idi və Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdı.Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.

Andiçmə mərasimi zamanı Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmizdə yeni dövr başlayır. Xalqımız bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyulan bütün vəzifələr icra edildi. Yeni dövrə qədəm qoyarkən bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun. Ölkə başçısı diqqətə çatdırdı ki, növbəti illərdə qarşıda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir.

Prezident İlham Əliyev vurğuladı ki, sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin.Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur.

Ölkəmiz üçün önəmli vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Ölkə başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirmək əsas məsələlərdəndir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Ölkə başçısı diqqətə çatdırdı ki, Qarabağ və Şərqi Zəngəzurda bütün sosial infrastruktur inşa edilir. Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, - 40 tunel və 90 körpü, - inşa edilir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq.

Prezident İlham Əliyev bildirdi ki, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.

Andiçmə mərasimi zamanı Prezident İlham Əliyev yeni dövr üçün digər bir çox hədəfləri də açıqladı. Ölkə başçısı bildirdi ki, yoxsulluq və işsizliklə bağlı fəaliyyət davam etdiriləcək, ölkənin texnoloji inkişafı təmin ediləcək, bərpaolunan enerji və nəqliyyat sahəsində işlər daha da sürətləndiriləcək, Azərbaycanın ixrac coğrafiyası genişləndiriləcək.

Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Nazim Eynallı - 2024-cü il, 7 fevral, həmin gün Azərbaycan daha bir tarixi hadisəyə imza atdı. Xalqımızın yüksək bayram əhval-ruhiyyəsi ilə keçirdiyi növbədənkənar prezident seçkiləri müasir tariximizin növbəti şanlı səhifəsinə çevrildi. 7 fevral seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə, vətəndaşlarımızın növbəti 7 il üçün dövlət başçısını seçməsi ilə əlamətdar idi. Bununla da Azərbaycanda yeni dövrə, Qarabağlı, Şərqi Zəngəzurlu bütünləşmiş Azərbaycanın inkişafına qədəm qoyuldu. Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından bu günə qədər keçdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkisinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi. Bir sıra analitiklərin fikrincə, bu seçkilər həm də xalqın dövlət başçısına hörmət və minnətdarlığını ifadə etməsi üçün bir imkan oldu. İlham Əliyevin seçkidəki qələbəsi xalq-dövlət birliyinin növbəti təntənəsi idi. 14 fevral tarixində keçirilən inaqurasiya mərasimində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin proqram xarakterli çıxışı prioritetlərin ardıcıllığını göstərdi. İlham Əliyev ölkə inkişafının əsas istiqamətləri haqda danışanda ordu qurculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahəslərinin inkişafından, xarici siyasətin əsas prioriteti kimi isə Türk Dövlətləri Təşkilatına inteqrasiyasını göstərib. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investsiyası mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. İlk növbədə gələcək illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. Bu istiqamətdə 2020-ci ildən sonra atılmış addımlar, 2023-cü ildə bir sutkadan qısa müddətdə həyata keçirilən antiterror əməliyyatları deyilənlərə sübutdur. Silahlı Qüvvələrimizin gələcək inkişafı üçün lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Silahlı birləşmələrimiz daim düşmənə cavab verməyə hazır vəziyyətdədir. Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal verilmiş adekvat cavab dediyimizin təsdiqidir. İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması öz prioritetliyini qorumaqla yanaşı, 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımızın məskunlaşması gözlənilir. Bu, Qarabağ iqtisadiyyatının yenidən formalaşması və reinteqrasiyası deməkdir. Bu ərazilərimiz Azərbaycan üçün 10 milyard manatdan artıq yeni dəyər formalaşdıra biləcək. Bu kontekstdən Qarabağ və Şərqi Zəngəzur yeni dövrdə Azərbaycanın iqtisadi inkişafının yeni hərəkətverici qüvvələrindən birinə çevriləcək. Əzəmətli tarixə çevrilmiş inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Ötən 20 ildə İlham Əliyevin rəhbərliyi ilə respublikamız ulu öndərin həyata keçməyən ideyalarını layiqincə reallaşdırdı. Ulu öndər Heydər Əliyevin yolunu davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin ən güclü və qüdrətli Azərbaycanını yaratdı, torpaqlarımızı işğaldan azad etdi, ölkənin ərazi bütövlüyünə nail oldu, milli qürurumuzu, mənliyimizi geri qaytardı.
Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Vahid Muradov - Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi ölkəmizin müstəqillik tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşımıza həkk oldu. Hər bir Azərbaycan vətəndaşının böyük fəxr və qürur hissi ilə izlədiyi andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanın artıq bütöv olduğuna, ərazilərimizin tam şəkildə işğaldan azad edildiyinə istinad edərək ölkəmizin inkişaf tarixində yeni mərhələnin başlandığını qeyd etdi.

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev milli birlik və gənc nəslin vətənpərvər ruhda tərbiyyəsinin bundan sonra da dövlətimizin gələcək uğurlarının əldə olunmasında xüsusi əhəmiyyətə malik olacağını vurğuladı.

Vətən müharibəsində xalqımızın milli birliyi bizi qazanılan Böyük Qələbəyə aparan güc idi. Bu gün milli birliyimizin hədəfi ölkəmizin inkişafı, onun güclənməsi olmalıdır. Milli birlik hər dövlətdə olmur və həmin dövlətlər müasir dövrün müasir çağırışları qarşısında tab gətirə bilmir. Çünki, onların cəmiyyətlərində olan fikir ayrılıqları, milli maraqlar uğrunda vahid mövqenin yoxluğu qeyd olunan ölkələri uçuruma aparan başlıca səbəblərdəndir. Milli birliyi formalaşdırmaq isə təkcə ölkənin iqtisadi potensialı ilə deyil, onun vətəndaşlarının uzaqgörənliyi, liderlərinin müdrikliyi ilə mümkün olur. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi altında möhkəmlənən milli birliyimiz heç şübhəsiz gələcək uğurlarımızın əldə olunmasında xüsusi rol oynayacaq.

Milli-mənəvi dəyərlərə bağlı gənc nəslin yetişməsi hər zaman Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Son 20 ildə həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin mahiyyəti məhz ölkə gənclərinin vətənpərvər ruhda yetişməsi olub. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində qeyd edir: “Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.” İdeoloji təsirlərin fərqli formatlarda cəmiyyətlərə yönəldiyi dövrdə Azərbaycan gənclərini bu təsirlərdən qoruyan və sığortalayan başlıca amil məhz milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanmasıdır.

Elnur İsmayılov: Yeni dövrün yeni hədəflərinə doğru

Natiq İsmayılov - “Təbii ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.” Bu fikirləri dövlət başçısı İlham Əliyev 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində bildirdi.

7 fevral prezident seçkilərindən sonra Azərbaycan yeni dövrə qədəm qoydu. Artıq bu seçkilər müasir tariximizə Zəfər seçkiləri kimi yazıldı. Bütün ölkə ərazisini əhatə edən seçkilərə xalqımızın qalib, yenilməz, məğrur xalq olaraq qatılması hər birimizi qürurlandırdı. 30 ildən sonra soydaşlarımız öz doğma yurd-yuvalarında prezident seçkilərində iştirak etdilər. Bu seçkilərin digər qürurverici məqamı dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərində səs vermələri oldu. Prezident İlham Əliyev andiçmə mərasimində bu mühüm addımı belə səciyyələndirdi ki, 7 fevral prezident seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirildi. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Həmçinin Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Otuz il tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Cənab İlham Əliyev bu məqamı da böyük qürur hissi ilə qeyd etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir.

Keçilən yolun təhlili bir daha təsdiqləyir ki, Azərbaycan nəinki 30 illik işğal, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə də müstəqil siyasəti ilə dünyanın diqqətində oldu. Müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev mövqeyindən bir addım da belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandırılacağını bildirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması bütün məqamlara aydınlıq gətirir. Belə ki, bu sənədə uyğun olaraq Kəlbəcər, Ağdam, Laçın müharibəsiz geri qaytarıldı.

Prezident İlham Əliyev çıxışlarında bu məqama da diqqət yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda, Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız işimizin yarımçıq qaldığını yaxşı bilirdik. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi.

Tarixi Zəfərimizdən ötən üç ildə Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Ermənistan yenə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üçün müxtəlif yollara əl atdı, hərbi təxribatlar törətməklə vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aydın nümayiş etdirdi. Cənab İlham Əliyev andiçmə mərasimində bir daha diqqəti bir günlük lokal antiterror tədbirlərini qaçılmaz edən məqamlara yönəltdi. “Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Əgər Ermənistan tərəfindən bir həftə təzadlı, bir-birini inkar edən hər hansı açıqlama verilməsə, biz artıq şübhə etməyə başlayırıq ki, görəsən, nələr baş verir” söyləyən Prezident İlham Əliyev onu da vurğuladı ki, bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu, həm onların açıqlamaları, həm qanunları, həm də separatçı qüvvələrə Ermənistan rəhbərliyi tərəfindən göndərilən təbrik məktubları göstərirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər. Ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi. Hər bir addım əvvəlki addımın məntiqi davamı idi.

Rəşadətli Ordumuz ötən ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə suverenliyimizi tam təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı, dövlətimizin başçısının iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Bunlar Azərbaycan tarixinin möhtəşəm uğur səhifələridir. Bu il Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Ermənilərin 30 il dağıtdığı ərazilər son üç ildə cənnətə çevrilir. Müasir tələblər səviyyəsində qurulan, bərpa edilən torpaqlarımızda həyat canlanır. Bərpa-quruculuq işləri soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Ötən il Füzuli və Laçın şəhərləri, Talış və Zabux kəndləri sakinlərinə qovuşdu. Cari ildə qayıdış prosesi daha da sürətlənəcək. Bərpa-quruculuq işlərinin ölçüyəgəlməzliyi Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Son 20 ildə Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə oldu. Bu illər ərzində ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Təkcə bu statistik rəqəm Azərbaycanda həyata keçirilən siyasətin bu gününə və gələcəyinə inamın təsdiqidir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Qeyd edək ki, Azərbaycan bu ilin dekabrında COP29-a ev sahibliyi edəcək. Bu mötəbər tədbir bir daha onu gösərir ki, yaşıl enerji keçidi prioritet məsələmizdir.

Göründüyü kimi, Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Xəbər lenti