![]() |
|
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız bu gündən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.
Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.
Bizim Telegram kanalımıza abunə olun
İyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
Yol-xeber.az" xəbər verir ki, Güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 və 9 N-li Yol İstismarı” MMC-i tərəfindən təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Hal-hazırda da 9 N-li Yol İstismarı” MMC işçiləri təbii fəlakət baş verilən ərazidə işlərini davam etdirirlər.
Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissələrində işlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Unikal.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib.
Nəzərə çatdıraq ki, sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.
Qeyd edək ki, bu təyinata qədər sözügedən vəzifədə Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğlu Coşqun Əhmədzadə çalışıb.
Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.
Qeyd edilib ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.
Nümunəvi ictimai çimərliklər ziyarətçilərin istifadəsinə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri tamamlanıb və ziyarətçilərin istifadəsinə hazır vəziyyətə gətirilib.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün hazır vəziyyətə gətirilib. Yaradılan bütün imkanlar ödənişsiz istifadə üçün nəzərdə tutulub.
Bu il həmçinin Sahil çimərliyində əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədi ilə lazımi şərait yaradılıb. Belə ki, sözügedən çimərlikdə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb. Qeyd edək ki, bu infrastruktur ölkədə ilk dəfə olaraq Şıx çimərliyində yaradılmışdır və gələcək illərdə digər ictimai çimərliklərdə də yaradılması nəzərdə tutulur. Nümunəvi ictimai çimərliklərin sayının artırılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.
IDEA İctimai Birliyi hamıya xoş yay istirahətləri arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühitin təmizliyinə riayət etməyə çağırır.
Erməni sakinlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat şəkildə keçid edirlər.
Oxu.Az xəbər verir ki, sərhəd-buraxılış məntəqəsində erməni sakinlərin sənədləri yoxlandıqdan sonra onların təhlükəsiz şəkildə keçidi təmin olunur.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayının üzərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulub. Buraxılış məntəqəsi qurulandan indiyə qədər erməni sakinlərin rahat şəkildə Laçın yolu ilə Xankəndi istiqamətinə və əksinə keçidi təmin olunub.
Sərhəd-buraxılış məntəqəsindəki proseslə əlaqədar son görüntüləri təqdim edirik:
Son günlər ölkədə taksilərin fəaliyyəti ilə bağlı mövzular gündəmdədir. Müzakirə edilən məsələlərdən biri də, "Uber" və "Bolt" şirkətlərinin ölkəmizdəki fəaliyyətinin davam edib-etməyəcəyidir. Həmçinin, ötən gün şəhərin müxtəlif yerlərində bu şirkətlərə aid avtomobillərin yol polisi tərəfindən saxlanmasının şahidi olduq ki, bu da həmin iddiaları artırır.
Sözügedən taksi şirkətlərinə qarşı hər hansı bir əməliyyatın başlayıb-başlamaması ilə bağlı Metbuat.az-a danışan Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol polisi qaydaları pozan istənilən sürücü barəsində tədbir görmək səlahiyyətindədir, bunun nə "Uber"ə, nə də "Bolt"a aidiyyatı yoxdur:
"Bizim üçün yollarda olan bütün hərəkət iştirakçılarının, yəni ümumi nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək əsas vəzifədir. Qanunlar və qaydalara əməl etmək isə hər bir vətəndaşın öz məsuliyyətidir. Heç kimə ayrı seçkilik oluna bilməz. Polis dövlətini, onun vətəndaşını və Azərbaycan Respublikası ərazisində olan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquq və azadlıqlarını qoruyur".