![]() |
|
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
APA-nın xəbərinə görə, müraciətdə deyilir ki, DİN-nin BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir. Qeyd olunub ki, iyulun 5-də “KamAZ” markalı, 90-SO-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Seyfullayev Xanmusa Xubyar oğlu və “KamAZ” markalı, 35-BX-877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orucov Arzuman Valeh oğlu yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər.
"DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir. Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək", məlumatda deyilir.
“Niyə cəmiyyət müğənninin AYB-yə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir? Düşünürəm ki, buna səbəb bizim ciddi məsələləri müzakirəyə çıxarmamağımızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin iclasında bildirib.
“Təhsil naziri dedi ki, dərslər sentyabrın 1-dən başlansın, bu çox ciddi məsələ idi, amma müzakirələr dayandı. Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Amma 30 ildir müstəqil olan Azərbaycanın bir universiteti belə bu siyahıya daxil ola bilməyib. Çünki universitetlərimizdə təhsil yoxdur. Təhsil ocağı olması gərəkən yerlər tələbələrin cibinə baxır. Bu məsələlər müzakirə olunmalıdır”, - deyə deputat vurğulayıb.
Yol-xeber.az" xəbər verir ki, Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonu ərazisində fəsadlara səbəb olub.
Belə ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə və yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Zağalı-Kollu-Çıraqlı, Qaraqollar-Muşavaq, Xoşbulaq-Astaf, Quşçu-Çovdar-Çaykənd, Quşçu-Zəylik və Tapan-Qazaxlar avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və qaya parçaları tökülüb, 32 ədəd suötürücü boruya ziyan dəyib.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunaraq qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.
Qaynarinfo-nun məlumatına görə, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.
O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarədə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.
Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”.
"Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:
"Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.
Sosial şəbəkələr vasitəsilə vətəndaşlara müxtəlif tanınmış şirkətlərin adından onlayn qaydada işləməklə gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
Şirin qazlı içkilər və saqqız kimi qidaların tərkibində olan aspartam şəkərdən 200 dəfə şirin olan süni dadlandırıcıdır.
Təxminən 6000 qidada istifadə edilən süni dadlandırıcı rəsmi olaraq insanlar üçün "ehtimal kanserogen" kimi təsnif edilməlidir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının aspartam və xərçənglə bağlı təxminən 1300 araşdırmanı nəzərdən keçirdikdən sonra aktuallaşıb.
“Medicina” xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, şəkərsiz qida və içkilərdən hələ ki, tam qaçmaq mümkün deyil.
“İnsanların aspartamın təhlükələrini eşidəndə narahat olmaları qaçılmazdır.
Süni dadlandırıcıları bir sıra digər xəstəliklərlə əlaqələndirən bir çox başqa tədqiqatlar var.
Şirinləşdiricilər çəki artımı, piylənmə, yüksək qan təzyiqi, diabet, ürək xəstəliyi və digər sağlamlıq problemləri riski ilə əlaqələndirilmişdir.
Bununla belə, alimlər məlumatların uyğunsuz olduğunu və daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.
Onilliklər əvvəl aspartamın qəbul edilə bilən normasının hər kiloqram bədən çəkisi üçün 40 milliqram müəyyən edilib.
Əksər qidalar və içkilər kimi onların da sağlamlığa müsbət və mənfi təsirləri var. Ümumdünya Səhiyyə Təşkilatı əlavə elmi araşdırmaları şərh edənə qədər, yaxşı olar ki, hər şeydən həzz alın və xəbərlərdə oxuduqlarınıza və ya eşitdiyinizə görə dərhal panikaya düşməyin”.
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-in Mətbuat Xidmətindən daxil olan müraciətdə deyilir:
"Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir.
Belə ki, nəzərdə tutulmamış ərazilərdə çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, çimərlikdə balıq tutmaq, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.
Yadda saxlayın ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!"
Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonu ərazisində bəzi avtombil yollarında fəsadlara səbəb olub, yol infrastrukturuna ciddi ziyan dəyib.
Belə ki, leysan xarakterli yağışlar nəticəsində rayonun Qonaqkənd istiqamətində Çayqovuşan-Yerfi-Talış-Dərk, Çayqovuşan-Söhüb-Adur-Qarxun avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara, körpülərə ziyan dəyib.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır, sel sularının avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır.
YOLUNUZ AÇIQ OLSUN...
“Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihələr buna əsasən hazırlanır:
“Hazırda tikinti aparılan ərazilərin neçə bal zəlzələyə davamlılığı ölçülür”.
Qeyd edək ki, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub.
“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda deyərsiniz demişəm”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.
“Fevralın 6-da Türkiyənin bir sıra bölgələrində zəlzələ olandan sonra İstanbulda zəlzələ olacağı deyildi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”, - deyə o qeyd edib.
Xatırladaq ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.