ddd

Yol-xeber.az" xəbər verir ki, Məlumat üçün bildiririk ki, mayın 31-i saat 00:30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryol keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilmiş, daha sonra isə növbətçi otağına ziyan vurulmuşdur.

Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılmışdır.

Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmamışdır. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilmişdir.

Qeyd edək ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb.

Xatırladaq ki, dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.

Vətəndaşlara tövsiyə edirik ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq əmlaka zərər vurulması  və oğruluq halları ilə rastlaşdıqda ADY-nin “1822” qaynar xəttini və DİN-in “102”  xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.

Eyni zamanda hərəkət iştirakçılarını dəmir yolu xətləri boyunca piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə, nəqliyyat vasitələrinin sürücülərini isə ‘’Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə riayət edərək dəmir yolu keçidlərindən düzgün istifadə etməyə çağırırıq

Sel keçməsi ehtimal olunan çayların adı açıqlanıb.

Bu barədə APA-ya açıqlamasında Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.

"Əsasən Balakən, Şəki, Oğuz, Qəbələ, eyni zamanda Goranboy, Daşkəsən, Göygöl ərazisindən axan çaylardan qısamüddətli sel keçəcəyi gözlənilir", - o bildirib.

“Getdikcə daha çox aktuallıq kəsb edən bir sosial problemi millət vəkillərinin və hökümətin diqqətinə çatdırmaq istəyirəm. Bir neçə il bundan qabaq Əmək Məcəlləsinə edilən dəyişikliyə görə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyənlərin son yaş həddi 65 yaş müəyyən edilib. Yalnız cüzi istisnalarla ildə bir dəfə uzadılmaqla işçi 70 yaşa çatanadək işləyə bilər. Son zamanlar isə xüsusi ilə təhsil, səhiyyə və təbibə aid təşkilatlarda yaş məhdudiyyətinin tətbiqi kəskin, sərt və kütləvi xarakter alıb. Sanki bu insanlar uzun illər həmin peşənin mütəxəssisi olmamışlar, heç bir bilik və bacarığa malik deyillər kimi davranaraq onları elə ad günündəcə işdən azad edirlər. Təşkilatda olan alternativ vakant iş yerləri də onlara təklif olunmur. Bu isə təhsil və tibb işçiləri arasında ciddi narazılıq və sosial gərginlik yaradır. Bizə edilən müracətlərin sayı və xarakteri də müvafiq yumşalmanın vacibliyini diqtə edir”.

Bunu Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin pleanr iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, bu peşə sahiblərinin pensiyasi da təxminən minimum pensiya həddindədir.

“Başqa iş tapmaq imkanı da praktik olaraq mümkün deyil, onda uzun illər cəmiyyətə təhsil verən və sağlamlığının keşiyində dayanan bu nəcib peşə sahiblərinə qarşı belə davranışı nə milli , nə də dövlət əxlaqına sığışdırmaq mümkün deyildir. Təəsüf ki, fərdi qaydada etdiyimiz müraciətlər də müsbət həll olunmur”, - o qeyd edib.

Onun fikrincə, yaş həddi insanın çalışma imkanına əngəl olmamalıdır: “Əgər bilik və bacarıığı , sağlamlığı imkan verirsə, müvafiq sertifikasiya və attestasiyadan keçibsə formal yaş məhdudiyyətinə görə insanları əmək fəaliyyətindən kənarda qoymaq doğru deyildir. Bu vətəndaşın konstitusiya ilə təmin olunan əmək hüququnun pozulmasıdır.
Təklif edirəm ki, Əmək məcəlləsində dəyişiklik edək və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışmanın son həddi 65 yaşdan 70 yaşa qaldırılsın. Əgər bu təklifi məclis dəstəkləyərsə, hökumət də etiraz etmədiyi halda qanun layihəsini hazırlayıb payız sesiyasında müzakirənizə təqdim edə bilərik”.

Bakının Yasamal rayonu ərazisində uçma təhlükəsi ilə üz-üzə olan ikimərtəbəli binaları yaxın vaxtlarda modern, göz oxşayan çoxmərtəbəli binalar əvəz edəcək.
 
Söhbət Sübhi Salayev, Zivərbəy Əhmədbəyov, Cəlil Məmmədquluzadə, Fuad İbrahimbəyov, Əlibaba Abdullayev küçələrin kəsişməsində yerləşən 18-19 əsrə aid evlərdən gedir.
 
Artıq bir həftəyə yaxındır ki, həmin ünvanlarda yaşayanların ərazidən kirayə mənzillərə köçürülməsinə başlanılıb. Evlərini tərk edən vətəndaşlara çoxmərtəbəli binalarda öz evlərinin sahəsindən 20 kvadrat metr əlavə sahəsi olan mənzillər təklif olunur.
 
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu verilir.
 
Ətraflı Real TV-nin videomaterialında izləyə bilərsiniz:

"Zəfər" alt sistemində müharibə ilə əlqədar bütün sosial ödənişlər, məlumatlar toplanılır. Bu günə qədər "Zəfər" altsisteminə daxil olan məlumat 244 mindən çox şəxsi əhatə edir".

Bunu real tv-yə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.

DSMF-nin idarə heyəti sədrinin müavini əlavə edib ki, bu günə qədər 91 mindən çox şəxsə müharibə veteranı təqaüdü təyin edilib.

Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26,27,28,29 və 30-u qeyri-iş günləri olacaq.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt tətbiq olunacaq.

Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər.

İşıq, su, qaz və kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq.

Millət vəkili Vüqar Bayramov itv-yə bildirib ki, sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi zamanı 1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın hesabına qayıdacaq.
Ətraflı videomaterialda izləyə bilərsiniz:

ss


Yol-xeber.az" xəbər verir ki, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbi Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan konsert təşkil edib.
Konsert proqramından hazırlanan videoçarxı təqdim edirik.




d

Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Biləsuvar şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan geniş konsert proqramı təşkil olunub.
Biləsuvar rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, Xalq artisti Gülyaz Məmmədova, respublika va beynəlxalq müsabiqələr laureatı Rəvanə Qurbanova, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Taleh Yəhyayev və digər solistlər çıxış ediblər.
 

 

d


d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d

Ümumiyyətlə dünya praktikasında qərb, hətta bəzi MDB ölkələrində özəl pensiya fondaları uzun müddətdir fəaliyyət göstərir.

Bu barədə Trend-ə açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

"Təcrübə göstərir ki, özəl pensiya fondlarının fəaliyyətinin bir neçə istiqamətdə müsbət təsirləri var. Belə ki, qanunvericiliyə əsasən bəzi beynəlxalq təcrübədə insanlar pensiyaları hansı fonda həvalə etməkdə sərbəstdir. Çox zaman onlar özəl fonda həvalə edirlər. Özəl fondlar həmin vəsaiti digər istiqamətlərdə investisiya edərək dividentlər əlavə edirlər. Həmin dividentlərdən də təqaüdçülərə pensiya yaşından sonra ödəniş edirlər. Bu da onların daha çox pensiya vəsaiti əldə etməsinə gətirib çıxarır.

Bizdə hazırda Dövlət Pensiya Fondu fəaliyyət göstərir. Hər hansı bir pensiyanın artırılması büdcə vəsaiti hesabına həyata keçirilir. Bu baxımdan bir neçə pensiya fondunun faəliyyəti bu sahədə rəaqəbtlilik yaradır. Həmçinin büdcənin yükünü azaldır. Gələcəkdə pensiaynın artırılması üçün büdcədən vəsait tələb olunmur. Pensiya fondları özləri müəyyən təkliflər edərək, əmanətçiləri maraqlandırırlar və onlara əsasən öz pensiyalarını həmin fonda yönəldirlər", - deyə E.Kərimli qeyd edib.

Espert həmçinin əlavə edib ki, bu fondların fəaliyyəti ölkədə təqaüdçülərin sosial vəziyyətini yaxşılaşmasına təsir göstərəcək.

Həmçinin təqaüdçülərin hüquqlarını da qoruyacaq. Həmin fondlarda yığılan vəsait təqaüdçü vaxtından əvvəl rəhmətə getdikdə öz varisləri tərəfindən əldə edilir - deyə o vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında Azərbaycanda özəl pensiya fondlarının yaradılması üçün normativ hüquqi sənədlərin layihələrinin hazırlandığını bildirib.

Xəbər lenti