Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun ailəsi Şuşada olub.

Bu barədə paylaşımı öz feysbuk səhifəsində jurnalist Vüsalə Məmmədova edib.

Fotoda Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova və kiçik oğlu Teymur Həşimov yer alıb. 

 

 

 

Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu proses sentyabrın 5-8-də gözlənilir: "Xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir".

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açılıb.

Yol-xeber.az xəbər verir ki, artıq ötən gündən etibarən Qarabağda yaşayan ermənilər Laçın dəhlizinə alternativ yoldan istifadə etməyə başlayıblar.

 Sosial şəbəkələrdə yayılan görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiyi görünür.

Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən videogörüntülər yayıb.

"Yol-xeber.az" görüntüləri təqdim edir:

Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalındə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatları nümayiş etdirilib.

“Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Həmin fotoları təqdim edirik:

 

 

 

 

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 93 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

1.Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar arasında 6-8 dəqiqə gecikmə müşahidə olunur.

2. Binəqədi şossesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar arasında intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

3. Koroğlu Rəhimov küçəsi Heydər Əliyev prospekti istiqamətində 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslar arasında intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.

4.Ziya Bünyadov prospekti 20 yanvar dairəsi istiqamətində 9, 7A, 7B, 67, 85, 199, 211 nömrəli marşrut xətlərindəki avtobuslar arasında intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

Kamaləddin Qafarov: “Qazaxıstan Qarabağın yenidən qurulmasına  öz töhfələrini verir

“Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci il avqustun sonlarında Azərbaycana etdiyi səfər həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni, keyfiyyətcə daha üstün mərhələyə keçidi üçün son dərəcə əlverişli zəmin yaratmış oldu. Səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış 20-dən artıq sənəd ikitərəfli əməkdaşlıqda yeni səhifənin açılması deməkdir”. Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.
Millət vəkili deyib: “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” növbəti dörd il ərzində mövcud əməkdaşlıq sahələrinin daha da genişlənməsini, münasibətlərin dərinləşməsini və möhkəmlənməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bu istiqamətdə göstərdiyi səylər tərəfdaş ölkələr tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən bütün qazax xalqı adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim olunmuş Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni də məhz dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin bir təzahürüdür.”
Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin formalaşmasında və inkişafında nəqliyyat-logistika infrastrukturunun xüsusi rolunu vurğulayan deputat bildirib ki, bu sahənin inkişaf etdirilməsi bütün Xəzər hövzəsi ölkələrinin maraqlarına cavab verir: “Öz çıxışında cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bu gün nəqliyyat-logistika infrastrukturunun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi isə ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi kimi strateji məsələlərin müzakirələri aparılır. Eyni zamanda, müvafiq orqanlar artıq xeyli vaxtdır ki, bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstərirlər. Vacib məqamlardan biri də budur ki, Azərbaycan və Qazaxıstan hazırda Orta Dəhliz layihəsinin reallaşması üzərində çalışırlar. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, avqustun 24-də Azərbaycan və Qazaxıstan Prezidentləri tərəfindən imzalanmış “Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Təbii ki, Orta Dəhliz layihəsi bütün Xəzəryanı dövlətlərin, eləcə də Avrasiya məkanında yerləşən ölkələrin ticari imkanlarını artıracaq və bununla da iqtisadi inkişafın yeni perspektivlərini təqdim edəcəkdir”.
Millət vəkili daha sonra qeyd edib ki, Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib və ölkələrimiz arasında bu kimi məsələlərdə mövcud olan mövqe eyniliyi və ortaq baxışlar gələcəkdə də əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır: “ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xüsusi olaraq vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsini mühüm tarixi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirir. Qazaxıstan Azərbaycana münasibətdə dövlətlərin ərazi bütövlüyü prinsipini həmişə dəstəkləyib. Əlbəttə ki, ölkələrimiz arasında bu prinsipial məsələyə eyni mövqe və yanaşmaların mövcudluğu gələcəkdə də əməkdaşlığın inkişafına möhkəm zəmin yaradır. Bir maraqlı məqamı da xüsusi qeyd etmək laımdır ki, Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatı keçirildi. Möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, bu təqdimatın keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Qeyd olundu ki, Mərkəz Füzuli şəhərində tikiləcəkdir. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin ən bariz təzahürlərindən biridir”.
Kamaləddin Qafarov: “Laçın azaddır, növbədə Zəngəzur  dəhlizinin açılmasıdır”

“Tarixi Azərbaycan torpaqlarının azad edilməsi yönündə bir-birindən xoş xəbərlər alırıq. 44 günlük müharibədən sonra 30 illik işğala son qoyan “Dəmir yumruq” fəaliyyətini davam etdirir. Müzəffər Ali Baş Komandan xalqa verdiyi sözünü tutur, təmkiinlə, siyasi və diplomatik yolla torpaqlarımızın azad edilməsi uğrunda fəal mübarizə aparır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb”.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.

K.Qafarov bildirib ki, bu gün də tariximizə qızıl hərflərlə yazılan gün kimi yaddaşlara köçdü. İndi Laçın da azaddır, şəhərin üzərində Azərbaycanın üçrəngli bayrağı vüqarla dalğalanır. Erməni qəsbkarları prosesi min bir bəhanə ilə uzatmağa çalışslar da “Dəmir yumruq” və “Qisas” əməliyyatı öz sözünü dedi.

Deputat qeyd etmişdir ki, Laçın çox əlverişli strateji məntəqə, bizim dədə-baba torpağımızdır. İşğala qədər olan müddətdə bu şəhərdə və onun kəndlərində erməni əhalisi olmamışdır. 1992-ci ildə zorla sürgün edilmiş, əzablara düçar olmuş vətəndaşlarımız yaxın vaxtlarda öz doğma yurdlarına qayıdacaq və bu torpağın əzəli sahibləri olduğunu bütün dünyaya sübut edəcəklər.

Zaman cənab Prezident İlham Əliyevin ardıcıl və qətiyyətli siyasətinin, onun strategiyasının düzgün olduğunu bir daha sübut elədi. Məhz onun siyasəti sayəsində bir damcı qan tökülmədən Azərbaycan bayrağı yenidən Laçında dalğalanır. Cənab Prezidentin xalqa bu xüsusda təbriki və müraciəti insanı qürurlandırır.

Millət vəkili əlavə etmişdir ki, cənab Prezident hər zaman dediyi kimi, “nəyi, nə zaman edəcəyini” yaxşı bilir. Prqamatik, ardıcıl, düşünülmüş siyasət bəzən bir ordudan çox iş görür. Cənab Ali Baş Komandanın sərgilədiyi davranış, qətiyyətli mövqe erməni separatçılarının da dizini yerə qoydu.

Kamaləddin Qafarov qeyd etmişdir ki, qarşıda çox mühüm vəzifələr durur. Azərbaycan xalqı öz müdrik və uzaqgörən rəhbərinin ətrafında birləşərək bu vəzifələrin öhdəsindən gələcək. Bu inamla, bu əzmlə yaşayan, mübarizə aparan xalq heç vaxt yenilməz. Göründüyü kimi, hər şey ölkə başçısının iradəsi və qətiyyəti sayəsində həllini tapır. Bu işlərin necə başa gəldiyini, hansı çətinliklərlə, maneələrlə qarşılaşdığını bilənlər bilir.

Millət vəkili demişdir: “Biz növbəti qələbəmizi qeyd edirik, qarşıda hələ çox qələbələrimizin olacağına inamla quruculuq işləri aparırıq. Mənfur erməni faşizminin kökü kəsilənə qədər bu mübarizə davam edəcək. Növbədə Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin bölgədən tamamilə çıxarılması, erməni separatizminin ləğvi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtması, Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasıdır.”

Nəsibə Məlikovna Abdullayevaya “Xalq artisti” fəxri adı verilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə vasitəsilə Türkiyəni 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik edib.

Bu barədə Müdafiə Nazirliyi teleqramda qeyd edib:

"Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri əzəli və əbədidir. Qardaş və dost ölkə Türkiyəmiz, Zəfər bayramını təbrik edirik!".

Qeyd edək ki, Zəfər Bayramı Türkiyənin və Şimali Kipr Türk Respublikasının milli bayramıdır. Zəfər Günü 1924-cü ildən (rəsmi olaraq 1935-ci ildən) hər il Böyük Təərrüzdə (böyük hücum) həlledici döyüş olan Dumlupınar vuruşmasındakı qələbənin xatirəsini anmaq üçün qeyd edilir.

Xəbər lenti