|
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər Prezident İlham Əliyevin bu sahədə olan tapşırıqlarının icrası ilə bağlıdır. Bunlardan birincisi kölgə iqtisadiyyatı ilə mübarizədir”.
"Yol-xeber.az"ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
Xidmət rəisi bildirib ki, vergi bazasının genişləndirilməsi ilə bağlı təkliflər var idi: “Eynilə sosial xarakterli güzəştlər və vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq bir blokda sahibkarlığın inzibatçılıq yükünün azaldılması ilə bağlı dəyişikliklər təklif olunur. Təklif olunan dəyişikliklər nəticəsində büdcə gəlirlərində təxmini 65 milyon manat artım gözlənilir. Hətta dəqiq 65 milyon manatdan çox artım olmasını proqnozlaşdırırıq”.
Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı bu Qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilən amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
"Yol-xeber.az"ın məlumatına görə, bunlardan azadlıqdan məhrum etmə yerlərində cəza çəkən 3 mindən çox şəxsin azad ediləcəyi, habelə 3 minədək şəxsin cəzalarının çəkilməmiş hissəsinin azaldılacağı proqnozlaşdırılır.
Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər.
"Yol-xeber.az"ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mexaniki nəqliyyat vasitələri üzrə verilən güzəştlər (fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri istisna olmaqla) və müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləğinin 25 faiz azaldılması şəklində verilən güzəştlərin ləğv edilməsi təklif olunur.
Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunacaq.
"Yol-xeber.az" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.
Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində şəhid olmuş və ya yaralanmış şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergisindən azad ediləcək.
Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.
Xidmətdən bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.
ABŞ-da yaşayan azərbaycanlı məktəbli NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) tərəfindən beynəlxalq sertifikata layiq görülüb.
“Report” xəbər verir ki, Minnesota ştatında Vayzata orta məktəbində 6-cı sinif şagirdi olan Sevda Məmmədovanın çəkdiyi rəsm “Tələbə Kosmik Uçuş Təcrübələri Proqramı” (SSEP) çərçivəsində 13-cü missiyada iştirak edən “Astronavtlar üçün sənət” yarışmasında “Yer və Kosmos Elmləri üzrə Milli Təhsil Mərkəzi” (NCESSE) tərəfindən final mərhələsinə adlayıb.
NASA 23 117 şagirdin arasından seçilən S.Məmmədovanı sertifikatla mükafatlandırıb. Həmyerlimizin çəkdiyi rəsm əsəri beynəlxalq kosmik mərkəzin 13-cü missiyasında iştirak edən astronavtların geyiminin üzərində yer alıb.
S.Məmmədovanın atası Emil Məmmədov müsahibəsində qızının böyük uğurundan danışıb:
“2019-cu ildə qızım Sevda Las-Veqas şəhərində “Doris” fransız ibtidai məktəbində 3-cü sinifdə oxuyarkən məktəbdə ona belə bir yarışma keçirildiyini və onun da müsabiqədə iştirak edə biləcəyini demişdilər. Həmin müsabiqədə ABŞ-ın bütün ştat və şəhərlərindən şagirdlər iştirak edirdilər. Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar “Dərin Kosmos Şəbəkəsini Təkmilləşdirmə Proqramında” (DEP) 13-cü missiyasını təmsil edən kiçik nişan çəkməli idilər. Belə ki, onlardan çəkdikləri rəsmdə məkanı və atmosferi təsvir etmələri tələb olunurdu. Sevda nişanı çəkib öz məktəbinə təqdim etdi. Bunun üstündən iki il keçdi və biz hamımız o müsabiqəni unutduq. Çünki ondan sonra heç bir xəbər almadıq. Nevadadan Minnesota ştatına köçməyə hazırlaşırdıq. Öyrəndik ki, qızımın çəkdiyi nişanı finala seçiliblər. Sevda ştatdan seçilən iki qalibdən biri idi. Təbii ki, bu uğur bir valideyn kimi bizi çox sevindirir”.
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Göydərə kəndindən videogörüntülər yayıb.
Yol-xeber.az görüntüləri təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub.
APA məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edir.
Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin bu sahəyə diqqətinin və qayğısının növbəti bariz nümunəsidir.
Bu sahədə ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə səbəb olacaq, ölkədə çap sənayesinin inkişafını təşviq edərək yeni iş yerlərinin və sahibkarlığın inkişafına təkan verəcək. Çıxış edənlər dövlət başçısının bu təşəbbüsünü alqışlayıblar.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar müzakirə edilib.
Qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücü və sərnişinlərə müraciət edib.
BDYPİ-dən daxil olan müraciətdə deyilir:
"Sürücü və sərnişinləri ətraf-mühitə ziyan vurmamağa çağırırıq.
Yolların, küçələrin nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə zibillənməsi təəssüf doğurur. Son zamanlar nəqliyyat vasitələrindən bayıra hansısa əşyalar atılmasına tez-tez rast gəlinir, elə cari ilin 9 ayı ərzində belə inzibati xətaya yol verdiklərinə görə 301 şəxs barəsində protokol tərtib edilib.
Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır. Bəzən sükan arxasında olan sürücülər çəkdikləri siqaret kötüyünü və ya qutusunu, eləcə də avtomobilin içərisində yedikləri müxtəlif növ qidaların qalıqlarını, plastik su qablarını və s. digər bu növ məişət tullantılarını nəqliyyat vasitəsindən çölə atırlar. Bu hallara yalnız sürücülər deyil, həm də avtomobilin içərisində olan sərnişinlər yol verirlər.
"Yol hərəkəti haqqında” Azərbaycan qanununun tələbinə əsasən nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub".
"Lakin, biz insanları sırf cərimədən qorunmaq üçün deyil, belə əməllərin ətraf-mühitə ziyan vurduğunu nəzərə alaraq, bu kimi hallara yol verməməyə çağırırıq və xatırladırıq ki, belə hərəkətlər qeyri-etik olmaqla bərabər eyni zamanda mədəniyyətin göstəricisi kimi qiymətləndirilə bilər", - DYP-nin müraciətində bildirilib.
“Bu cinayət də nə qədər böyükdürsə, bunu dinlə, mənəviyyatla bağalamaq da bir o qədər böyük cinayətdir. Dini qaydalara görə bir kişi bir qadınla evlənirsə, o qadının uşağı həmin kişiyə həmişəlik haram olur. Onların evlənməsi ümumiyyətlə mümkün deyil”.
Bunu Məşədi Dadaş məscidinin imamı, QMİ-nin nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın həmin şəxslə evləndirilməsi ilə bağlı səsləndirilən fikirlərin dinlə əlaqələndirilməsinin yanlış olduğunu bildirib.
Hacı Şahinin sözlərinə görə, hətta həyat yoldaşı dünyasını dəyişsə belə, həmin kişi o qadının övladı ilə heç vaxt evlənə bilməz:
“Necə öz doğma qızı ona haramdırsa, eyni şəkildə atalıq hesab edilən insanın həyat yoldaşının qızı ilə evlənnmısi mümkün deyil.
Heyrətə gəlirəm ki, bu kimi qeyri-insani əməlləri ilahi dinlə necə əlaqələndirmək olar. Deyirlər ki, o adam dini məzmunlu bir-iki paylaşım edib. Bilirsiniz, indi dəb düşüb. Çirkin, eybəcər mahiyyətə sahib olan insanlar din arxasında gizlənir və insanların inancımıza olan hörmətindən istifadə etmək üçün bu kimi yaramaz insanlar özünü dindar kimi təqdim edir. Halbuki mən də maraqlanmışam. Deyirlər ki, rayondakı insanların həmin şəxsə qarşı münasibəti əvvəldən yaxşı olmayıb, ümumiyyətlə dindar kimi tanınmayıb. Dinin adının bu məsələlərdə hallanması kökündən yanlışdır. Din bu kimi əməlləri qadağan edir. Bu, insanlığa, elementar mənəviyyata, əxlaq ziddir. Heç bir dində bu kimi əmələ bəraət qazandırılmır”.