Zəngilanda aparılan quruculuq işlərinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər


Əsl müstəqillik məhz odur ki, sən müstəqil siyasət apara biləsən. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gələndən sonra əsl müstəqillik həyatımız başlamışdır. Ulu Öndərin təməlini qoyduğu uğurlu daxili və xarici siyasət bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir.

Bu gün əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

2020-ci il sentyabrın 27-də növbəti erməni təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı möhtəşəm Zəfərlə başa çatdı. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində öz şücaəti ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı.

44 gün ərzində qazandığımız Zəfər Azərbaycan xalqının əzminin, iradəsinin, Müzəffər ordusunun və xalqın Ali Baş Komandanına inamının bariz nümunəsidir.

Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi.

Prezident cənab İlham Əliyevin bir il əvvəl səsləndirdiyi "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" sözləri, bu gün işğaldan azad olmuş Zəngilan şəhərində görülən işlərlə gerçəyə çevrilmişdir. Belə ki, bir neçə gün əvvəl Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib, Zəngilan sakinləri ilə görüşüblər. Görüş zamanı ölkə başçısı bildirmişdir ki, düşmənimiz tərəfindən dağıdılan və yerlə bir edilən evlərin yerində müasir yaşayış evləri və ictimai obyektlər tikilmiş və kənd sakinlərinin tezliklə doğma yurdlarına köçə bilməsi üçün zəruri infrastruktur tamamilə yenidən qurulub və hazır vəziyyətə gətirilməsi haqqında söhbətlər aparmışdır.

"Böyük qayıdış" prosesinə start verildikdən sonra birinci pilot layihə məhz Zəngilanın Ağalı kəndində icra edildi. Bir il bundan əvvəl inşaat işləri başlamış kənddə hazırda 200 evdən ibarət “Ağıllı kənd” salınıb, digər bütün infrastruktur qurulur.

Ölkə başçısı çıxışında belə maliyyə tutumlu böyük layihələrin icra edilməsinin məhz Azərbaycan dövlətinin öz vəsaiti hesabına həyata keçirildiyini qürurla vurğuladı. Əlbəttə, bu cür layihələri güclü iqtisadiyyata malik olan ölkələr həyata keçirə bilər. Azərbaycanın güclü iqtisadiyyata malik olması isə göz qabağındadır.

Artıq azad olunmuş ərazilərimizdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək, böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Bu gün fəxrlə deyə bilərik ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yeni həyat qayıdır və bu yerlərin əsl sakinləri doğma yurdlarına geri dönərək firavan yaşayacaq, qurub- yaradacaqlar.
Prezident İlham Əliyev görüləcək gələcək işlər barədə də fikirlərini bildirdi. Bütövlükdə, regionda yeni reallıqlar yaradan dövlətimizin bölgənin gələcəyi ilə bağlı hədəfləri böyükdür. Bu hədəflərə çatmaq üçün Azərbaycan bütün imkanlarını səfərbər edir. Sülhün və təhlükəsizliyin qarantı olan dövlətimiz işğaldan azad edilmiş Qarabağın, Şərqi Zəngəzurun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün qarşısında qoyduğu hədəflərə qısa müddətdə nail olacaq. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışı da bunu təsdiqləyir. Zəngilanda aparılan quruculuq işlərinin timsalında hər bir Azərbaycan vətəndaşı dövlətimizin hədəf və məqsədlərini görə bilər.

Müstəqillik ən böyük sərvətimizdir. Bu gün Azərbaycan sabitlik, təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub.

Beynəlxalq arenada qazanılmış uğurlarımız bu gün regionda görüləcək işlərdə xarici ölkələrin Azərbaycanla hesablaşmasını mütləq edir. Cənab Prezidentin çıxışı zamanı da vurğulamışdır ki, "Biz istəyirik ki, bundan sonra heç kim bizim işimizə qarışmasın. Buna ehtiyac yoxdur. Biz elə gözəl dövlət qurmuşuq ki, bu gün bir çoxları buna həsəd aparır. Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin, öyrətməsin. Buna ehtiyac yoxdur."

Əlbəttə ki, bu gün hər bir vətəndaşımız müstəqil, güclü dövlətdə yaşadığını hiss edir, müzəffər, qətiyyətli Lideri ilə fəxr edir. Çünki son illərdə qazandığımız böyük uğurların təməlində məhz Ali Baş Komandan, cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti dayanır.

Həbib Misirov
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.

“Yol-xeber.az” xəbər verir ki, paylaşımda deyilir:

“Bütün balaca soydaşlarımızı 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir uşağa möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram! Uca Tanrı uşaqları bütün qada-balalardan qorusun!”

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.

Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.

Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Azərbaycan meymunçiçəyi virusunu müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət ünvanlayıb.

Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi testlərin əldə edilməsi üçün ÜST-ə müraciət edib.

Bakıda keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq.

Bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər.

 Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi "Abşeron" adlanır.

"Formula 1" Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Kamaləddin Qafarov: “İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir ”“Dünyada gedən siyasi proseslər və kataklizmlər fonunda Azərbaycan həm iqtisadi gücünə, həm hərbi cəhətdən inkişaf tempinə, həm də daxili stabilliyinə görə təhlükəsizlik və sabitlik diyarına çevrilib. Bunu ölkədə aparılan quruculuq prosesi, işğaldan azad olmuş ərazilərdə görülən işlər, cəmiyyətimizn daxili və xarici siyasətə müsbət reaksiyası bir daha sübut edir. Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olması, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezidentimizin Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı dediyi kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, “104 il bundan əvvəl öz müstəqilliyinə qovuşan Azərbaycan mövcud olduğu iki il müddətində həm dövlətçilik ənənəsini bərpa etməli, həm ərazi bütövlüyünü təmin etməli, həm də dağılmış Rusiya imperiyasının caynağından xilas olmalı idi. Lakin o dövrün siyasi reallıqları yenicə qurulmuş bir dövlətin bunları həyata keçirilməsinə ciddi əngəl törədirdi. Həm imperialist güclərin basqısı, həm də mənfur qonşuların torpaq iddiaları yenicə qurulmuş bir dövlətin inkişafına mane olurdu. Məcburiyyətdən öz tarixi ərazilərimizdən imtina edilməsi, qədim Azərbaycan şəhəri İrəvanın ermənilərə güzəştə gedilməsi bunun sübutu idi. Çünki yenicə qazanılmış müstəqillik kövrək idi. Bir neçə cəbhədə mübarizə aparmaq, reallıqlarla barışmamaq dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Daha sonra sovet hakimiyyəti Şərqi Zəngəzuru, Azərbaycanın tarixi ərazilərini Ermənistana verərək Azərbaycanın ərazi bütövlüyünə çox ciddi zərbə vurmuş oldu. Çünki o dövrlər ciddi ziddiyyətlər dövrü idi və Azərbaycan bu problemləri həll etmək gücündə deyildi.

Bu gün isə reallıqlar dəyişib. 1993-cü ildən öz həqiqi müstəqilliyinə qovuşan Azərbaycan Ulu Öndər Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.
Ermənistan hərbi, siyasi və iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz, postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir. Qarabağ diyarının Azərbaycan ərazisi olduğunu bütün dünya təsdiqləyir”.
Millət vəkili demişdir: “ Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur”

Kamaləddin Qafarov vurğulamışdır ki, beynəlxalq hüququn heç də həmişə obyektiv işləmədiyi indiki zamanda güc amili ön plandadır. Şərait göstərir ki, güc amili bundan sonra da dünyada hakim olacaq. Ona görə də əlavə güc toplamalı, daha güclü olmalıyıq. Həm hərbi qüdrətimizi, həm də iqtisadi gücümüzü daim artırmalıyıq. İqtisadi güc, hərbi qüdrət və milli birlik qüdrətli Azərbaycan deməkdir. Doğma Vətənimiz Azərbaycanı daha möhtəşəm, daha yenilməz etmək üçün onu bu səviyyəyə çatdıran Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməli, milli birliyimizi möhkəmlətməliyik.
Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikası idi

1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Cümhuriyyət hökumətinin fəaliyyətinə böyük dəyər verən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır.”

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın həyatında müstəsna əhəmiyyət kəsb edən rol oynaya bildi. AXC dövründə müstəqil dövlət quruculuğu baxımından mühüm olan bir çox qərarlar qəbul edildi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı yaradıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı. Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atıldı, xalqın maariflənməsi və milli mədəniyyətimizin inkişafı xüsusi diqqət mərkəzinə alındı. XX əsrin əvvəllərində, bütün dünyanın siyasi nizamının yenidən qurulduğu bir dövrdə istiqlaliyyətini elan etməklə Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, xalqımız müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev XX əsrin əvvəllərində 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti ilə 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikası arasında əlaqəni yüksək qiymətləndirirdi. 2001-ci il oktyabr ayının 18-də Milli Müstəqillik Günü münasibətilə etdiyi çıxışında Ulu öndər demişdir: “Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq qeyd etmək lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır. Biz onların varisiyik, onların işinin davamçılarıyıq – ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda”.

Cümhuriyyətin dövlətçilik tariximizdəki rolu bu gün də daim ehtiramla xatırlanır, bu tarixə böyük diqqət göstərilir. Hazırda qeyd etdiyimiz Azərbaycanın Respublika Günü, Ordu Günü, Bayraq Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu vurğulamışlar. Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd olunmalıdır.

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da bilavasitə ümummilli liderin adı ilə bağlıdır.

Azərbaycan XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. Birinci dəfə bu müstəqlliyə 1920-ci ildə Azərbaycanın sovet bolşevik qoşunları tərəfindən işğalı ilə son qoyuldu. Həmçinin oxşar sonluq Azərbaycanı 1993-cü ildə də gözləyirdi. Lakin bu dəfə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin müdaxiləsi düşmən qüvvələrin planlarını alt-üst etdi və müstəqilliyimiz əbədi oldu.

Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və dinamik inkişaf yoluna qədəm qoydu.

Bu gün Heydər Əliyev siyasi kursu, əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ildə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açıb və məhz Azərbaycan bu reallıqların müəllifidir. Artıq Azərbaycan sadəcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında həyata keçirilən ən önəmli transmilli layihələrin vacib iştirakçısı, bir çox hallarda isə təşəbbüskarı kimi tanınır və qəbul olunur. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi və digər mühüm nailiyyətlər müasir Azərbaycanın real gerçəkliklərini qabarıq şəkildə əks etdirir.


Kamaləddin Qafarov,
Milli Məclisin deputatı

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

"Dövlət başçısı və xanımı kəndin ictimaiyyət nümayəndələri ilə görüşüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndindəki "Rahat" marketə də baş çəkiblər. Birinci xanım mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha sonra dövlət başçısı ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olublar.

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

"Ölkə.Az" xəbər verir ki, dövlət başçısı və xanımı kəndin ictimaiyyət nümayəndələri ilə görüşüblər.

 
 
 
Ad - 00:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndindəki "Rahat" marketə də baş çəkiblər. Birinci xanım mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha sonra dövlət başçısı ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olublar.

m

"Yol-xeber.az" xəbər verir ki, 27 may 2022- ci il tarixində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində 28 may Müstəqillik günü münasibətilə fortepiano şöbəsinin müdiri Tükəzban Mehdiyevanın sinif konserti keçirilmişdir.Konsertdə Biləsuvar Regional idarəsinin rəisi Əlisultan Sadıxov iştirak etmiş və məktəbin ictimai işlərində fəallıq göstərən müəllimlər regional tərəfindən verilən Fəxri Fərmanla təltif olunmuşlar.

.

m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
m
 

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk vəfat edib.

"Bu barədə “Report”a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

Xəbər lenti