28 May Müstəqillik Günü qeyri-iş günü olduğu kimi 18 oktyabr Müstəqilliyin Bərpa Günü də qeyri-iş günü olmalıdır.

"Yol-xeber.az" xəbər verir ki, belə bir təkliflə Milli Məclisdə Əmək Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deputatlar Fazil Mustafa və Əli Məsimli çıxış edib.

Deputatların sözlərinə görə, 28 May Müstəqilliyi günü dövlət səviyyəsində bayram kimi keçirilir və  qeyri-iş günüdür. Ona görə də 18 oktyabr da Müstəqilliyin Bərpası Günü olduğundan eyni əhəmiyyəti daşıdığından həmin gün də qeyri-iş günü elan olunmalı və dövlət səviyyəsində qeyd olunmalıdır. Deputatlar hesab edir ki, cəmiyyətin bu məsələ ilə bağlı gözləntisi var. Odur ki bu məsələ nəzərə alınmalı və qanunvericilikdə dəyişiklik edilməlidir.

"Dünya Səhiyyə Təşkilatı istər Azərbaycan, istərsə də digər ölkələr üçün rəqəmlərin artacağı ilə bağlı xəbərdarlıqlar edib. Arzumuz və istəyimiz budur ki, yenidən qapanmalar olmasın".

Yol-xeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində danışıb.

"Qarşıdakı bir-iki ay ərzində yeni dalğa ilə üzləşəcəyimiz zaman rəqəmlərin düşündüyümüzdən qat-qat çox ola biləcəyi ilə bağlı ehtimallar var. Bu ehtimala uyğun şəkildə dövlətin aidiyyəti orqanlarının həm brifinq keçirmək, həm də yeni qərarlar vermək səlahiyyəti var. Bu hüquqdan cəmiyyətin daha böyük təhlükəyə məruz qalmaması üçün istifadə oluna bilər", - deyə komitə sədrinin müavini əlavə edib.
 
 

Bakıda səhərin erkən saatlarında mağazalara çörək daşıyan avtomobillərin sürücülərindən sağlamlıq haqqında arayış tələb olunur. Çörək sexinin sahibi iddia edir ki, yol polisi onların çörəyi mağazalara çatdırmasına mane olur. Sürücülərin tibbi arayışı olmadığından onların avtomobilləri cərimə meydançasına aparılır. Bəs qanun nə deyir? Yol polisi sürücüdən tibbi arayış tələb edə bilər?

"Yol-xeber.az" xəbər verir ki, bu problemlə paytaxtda çörək istehsalı və çörəyin mağazalara çatdırılmasını təşkil edən sahibkar Söhrab Cabbarov üzləşib.

O deyir ki, son bir neçə gündür səhərin erkən saatlarında çörəyin daşınmasını həyata keçirən avtomobillərin sürücüləri yollarda müəyyən maneələrlə üzləşirlər.

Sürücülərin reysqabağı tibbi arayışları olmadığından Söhrab Cabbarov iddia edir ki, yol polisi onların çörəklə dolu olan avtomobillərini cərimə meydançasına aparır. Hətta belə hal bir neçə dəfə təkrarlandığından onlara maddi zərər də dəyib.

 

Söhrab Cabbarov deyir ki, bütün sürücülərin işə qəbulu zamanı onlardan tibbi arayış alınıb. Səhhəti normal olan sürücülər işə götürülüb. Qanunvericiliyə görə, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə protokolu aidiyyəti üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları tərtib edə bilər.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. İdarədən deyilib ki, sürücü bununla bağlı yol polis idarəsinə müraciət etsin, onun şikayəti qısa zamanda araşdırılacaq.



Yol-xeber.az-ın məlumatına görə, 28 oktyabr 2021-ci il tarixdə Salyan rayon Mərkəzi kitabxanasında Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "100 sual- 100 cavab" intellektual müsabidə keçirilmişdir. Müsabiqədə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının kitabxanaçıları iştirak etmişdirlər.

 

h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h
h

Oktyabrın 29-a gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnozsa əsasən, oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.

Son həftələrdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da yoluxmalar artmaqda davam edir. Sağalanların sayı da yoluxanlardan aşağıdır. Bəzi xarici ölkələrdə epidemioloji vəziyyətin gərginləşməsindən sonra açıq havada maska qadağası bərpa olunub. Sözügedən qadağanın bizdə də yenidən tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bundan əlavə, həftəsonu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqinin baş tutacağı və qapanmalara gediləcəyi barədə müxtəlif fikirlər səsləndirilir.

Mövzu ilə bağlı danışan professor, tibb eksperti Adil Qeybulla bildirib ki, yolxumaların artmasında əsas səbəb təmasların artmasıdır:

“Bildiyiniz kimi, məktəblər açılıb. Orta məktəblərdə və ali təhsil müəssisələrində artıq intensivləşən təmaslar mövcuddur. Xüsusilə auditoriyalar və sinif otaqları qapalı mühitdir və burada yoluxma potensialı da böyükdür. Bu gün virusun həm də gənclərdə və uşaqlarda da klinik əlamətlər nümayiş etdirməsi əlbəttə, yoluxma sayını, yoluxma potensialını xeyli artırır. Bütün bunlar dünya üzrə müşahidə edilir və ona görə də qadağalar, o cümlədən açıq havada maska qadağası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri ilə ayrı-ayrı ölkələrdə tətbiq olunur. Bu, həm də “delta” virusun yeni ştamının yoluxuculuğu ilə bağlıdır”.

A.Qeybullanın fikrincə, Azərbaycanda da müəyyən qadağalar yenidən qüvvəyə minə bilər:

“Hər halda brifinqdə konkret olaraq hansı qərarların səsləndiriləcəyini birmənalı demək çətindir. Amma məntiqi görünən odur ki, müəyyən məhdudiyyətlər olacaq. Məsələn, kütləvi tədbirlərin, toyların müəyyən qədər təxirə salınması müşahidə edilə bilər. Təhsilin onlayn sistemə keçirilməsi - konkret sinif otaqlarının, yoxsa məktəbin bütövlükdə onlayn təhsilə keçirilməsi və s. ilə bağlı qərarlar ola bilər. Müəyyən məhdudiyyətlər təbii ki, olacaq".

Professor söyləyib ki, Azərbaycanda da açıq havada maska taxmaq zərurəti yeni qadağalar siyahısına daxil edilə bilər:

“Bu, epidemioloji vəziyyətdən asılı ola bilər. Artıq bütün dünyada kütləvi vaksinasiya gedir və xeyli yoluxanlar var. Bütün bunların fonunda yoluxmalar hələ də davam edir və bu, narahatlıq doğurur. Əlbəttə, qəbul edilən qərarların hamısı təhlükəsizlik məsələsidir. Bu baxımdan da qayadalara əməl etmək vacibdir. Əhalinin də buna anlayışla yanaşması məqsədəuyğundur”.

Yol hərəkəti haqqında cərimələrin ödənilməsi ilə bağlı yerli vətəndaşla, əcnəbi vətəndaş arasında heç bir fərq qoyulmur.

"Yol-xeber.az"ın məlumatına görə, bunu Trend-ə açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, əcnəbi vətədaşlar da törətdikləri qayda pozuntularına uyğun olaraq cərimələrini ödəyirlər: "Bu cərimələr elektron protokol formasında yazılır. Bu protokolun seriyasının banklarda, poçtlarda, internet üzərindən və başqa ödəniş terminallarında daxil etməklə ödəniş etmək mümkündür. Əcnəbilər ölkəmizdə avtomobili idarə etmək üçün ya nəqliyyat vasitəsini öz adlarına keçirdirlər, ya da etibarnamə ilə avtomobili idarə edirlər. Buna görə də əcnəbi vətəndaşların cəriməni ödəməsində problem yoxdur.

Bəzən elə olur ki, ölkəmizə müvvəqqəti gələn əcnəbilər qəza törədirlər, qayda pozurlar sonra isə ölkəni tərk edirlər. Belə halda çox vaxt cəriməni almaq mümkün olmur. Ona görə elə sistem qurulmalıdır ki, əcnəbilər məsuliyyətdən kənar qalmasın. Bununla bağlı qanunlar təkmilləşdirilir. Hər hansı ölkədən bizim ölkəmizə daxil olan nəqliyyat vasitəsi ərazimizdə xəta törədirsə, ölkəmizi tərk edərkən mərkəzi informasiya sistemində onun cəriməsi görünür və cərimə ödəndikdən sonra həmin nəqliyyat vasitəsinin ölkəni tərk etməsinə icazə verilir. Dünya ölkələrində də təcrübə belədir."

Oktyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz
13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.

“Aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur”.

Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O qeyd edib ki, bəzi sürücülərin tələskənliyi və məsuliyyətsizliyi ucbatından ağır faciələrə səbəb olan yol-nəqliyyat hadisələri baş verir: “Hər bir sürücü piyadalara münasibətdə qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidir. Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya və yol ayırıcından sağa və sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, inzibati məsuliyyət yaradır. Cəriməsi isə 50 manatdır”.

“Sürücülər unutmamalıdır ki, “Yol Hərəkəti Haqqında Qanun” onların üzərinə hadisədən maksimum yayınmaq üçün öhdəlik qoyub. Yəni, sürücünün diqqəti olduqca önəmlidir. Sürücüləri bu tələblərə əməl etməyə və bədbəxt hadisələrə zəmin yaratmamağa çağırırıq. Kiçik bir diqqətsizlik sürücünün həyatını zülmətə çevirə bilər. Qaydalara əməl edək, özümüzü bədbəxt hadisələrdən qoruyaq", - o vurğulayıb.

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.

Xəbər lenti