Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

"Yol-xeber.az" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirilib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev stadionda qapılara qol vurdu.

İcra hakimiyyətinin başçısı Tahir Məmmədov: Cənab Prezident, havanın gözəlliyindən istifadə edib bir məqamı qeyd etmək istəyirəm. Solda gördüyünüz Gülüstan qalası Heydər Əliyev Fondunun dəstəyi ilə Erik Pumer tərəfindən skan olunub. Onun üzdə olan hissələrinin 3D modeli yaradılıb. İndi orada çox ciddi tədqiqat işləri aparmaq və qalanı bərpa etmək olar. Çünki o, çox qədim tarixi bir qaladır. Müəyyən vizual tarixi materiallar qalıb, avstriyalı səyyahların çəkdiyi yerlər. Kifayət qədər hündür dağın üstünü örtən böyük qala olub.

***

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

"Yol-xeber.az" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitness zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafı və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti davam etdirilir. Əsas diqqət həm də yeni idmançı nəslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

 

 
  •  

 

 
 
Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.

"Yol-xeber.az"ın məlumatına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.

2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.

Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.

Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi 3 nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.

Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilmişdi.

Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.

Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.

Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.

Noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Noyabr ayının ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11, gündüzlər 11-16, bəzi günlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 28-38 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3-8 isti, bəzi günlərdə 0-5 şaxta, gündüzlər 10-15, bəzi günlərdə 5-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 isti, bəzi günlərdə 2-6 şaxta, yüksək dağlıq ərazilərdə 5-10 şaxta, gündüzlər 6-11, bəzi günlərdə 2 şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-34 mm) olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9 isti, bəzi günlərdə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15 isti, bəzi günlərdə 10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) bəzi yerlərdə bir qədər normadan çox olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 isti, bəzi günlərdə 0-5 şaxta, yüksək dağlıq ərazilərdə 8-13 şaxta, gündüzlər 10-15 isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 29-73 mm) olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 8-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 5-10, bəzi günlərdə 2 şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 12-17, bəzi günlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 25-45 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 7-11 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, dağlarda 3-8 şaxta, gündüzlər 11-16, bəzi günlərdə 9 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, (norma 55-170 mm) bəzi yerlərdə isə bir qədər çox olacaq.

Ermənilərin Qarabağdan kütləvi şəkildə qaçması ilə bağlı məlumatlar son günlər Ermənistanın təbliğat maşınının gündəmində xüsusi yer tutub.

Yol-xeber.az xəbər verir ki, “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti təhlilində sözügedən məsələ ilə bağlı maraqlı detallara yer verilib.

Məsələn, erməni tərəfi sözügedən “immiqrasiya”dan sülhməramlıların olduqca narahat olduğunu iddia edib. Qeyd ediblər ki, bu proses regionun demoqrafik vəziyyətində dəyişikliyə səbəb olacaq və insanların yaşamadığı bir ərazinin artıq müdafiəsinə də ehtiyac qalmayacaq.

Layihə müəllifləri həmçinin sülhməramlı kontingentin Qarabağa qayıdan ermənilərlə bağlı reallığa söykənməyən məlumatlarını da ortaya qoyub.

Məsələn 26.01.2021-ci il tarixinə olan vəziyyətə əsasən BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı regiona 24 993 nəfərin qayıtdığını açıqlayıb. Bu rəqəmi isə Rusiya tərəfi 50 min olaraq göstərib.

Ətraflı videoda:

 

Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği artırılır.

"Yol-xeber.az"ın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, ümumvətəndaş pasportları on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 10 manatdan 15 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 30 manatdan 35 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 40 manatdan 60 manata qaldırılır.

Ümumvətəndaş pasportları beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 60 manatdan 75 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 80 manatdan 120 manata qaldırılır.

Ümumvətəndaş pasportları bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, 1 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 80 manatdan 115 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 120 manatdan 155 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 160 manatdan 210 manata qaldırılır.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar da artırılır.

Belə ki, ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən on iş günü müddətində verildikdə, rüsum 1 yaşınadək uşaqlar üçün 20 manatdan 25 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 40 manatdan 55 manata, 18 səkkiz yaşına çatmış vətəndaşlar üçünsə 50 manatdan 75 manata qaldırılır.
Ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən beş iş günü müddətində verildikdə, dövlət rüsumu 1 yaşınadək uşaqlar üçün 30 manatdan 40 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 50 manatdan 70 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 70 manatdan 100 manata, 18 yaşına çatmış vətəndaşlar üçünsə 90 manatdan 135 manata qaldırılır.
Ümumvətəndaş pasportları itirilmə və ya korlanması ilə əlaqədar yenidən bir iş günü müddətində verildikdə, rüsum bir yaşınadək uşaqlar üçün 50 manatdan 65 manata, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 90 manatdan 125 manata, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 130 manatdan 165 manata, 18 yaşına çatmış vətəndaşlar üçün 170 manatdan 220 manata qaldırılır

Eyni zamanda qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 11 manatdan 14 manata qaldırılır.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə tətbiq edilən rüsumlar istisna olmaqla, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı rüsumlar tətbiq olunacaq:

- 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə - 5 manat (əvvəl bu məbləğ 4 manat nəzərdə tutulmuşdu)

- 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 25 manat (əvvəl bu məbləğ 20 manat nəzərdə tutulmuşdu)

- 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə - 30 manat (əvvəl bu məbləğ 25 manat nəzərdə tutulmuşdu).

Layihəyə əsasən, Azərbaycan Respublikası ilə həmsərhəd olan dövlətlərə vətəndaşların sadələşdirilmiş qaydada gediş-gəlişi üçün sənədlərin verilməsinə görə tətbiq edilən rüsum 3 manatdan 5 manata qaldırılır.

Bundan başqa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə itirilmiş Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin və müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum 10 manatdan 20 manata, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə şəxsiyyət vəsiqəsinin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına dəvət olunması haqqında sənədlərin verilməsinə görə rüsum 6 manatdan 10 manata, Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə “Qaçqın vəsiqəsi”nin və ya “Yol sənədi”nin verilməsinə görə rüsum 5 manatdan 10 manata qaldırılır.

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.

Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.

Bu gündən rayonlara gedən sərnişinlərdən koronavirusa qarşı vaksinin ikinci dozası tələb olunur.

Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın sentyabrın 24-də qəbul etdiyi qərara uyğun olaraq həyata keçirilir.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

Azərbaycanda Tarif Şurasının qərarı ilə işıq və qazın yeni qiymətləri bu gündən qüvvəyə minib.

Bu gündən elektrikin qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

Bu günə kimi əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edirdi.

1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.

Daha əvvəlki qərrala isə istehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

44 günlük Vətən müharibəsində 2914 nəfər hərbi qulluqçunun şəhid olduğu rəsmən açıqlanıb.

Musavat.com xəbər verir ki, 2914 hərbçimizin şəhid olduqları istiqamətlər üzrə göstəricilər belədir:

1. Füzuli - 812 nəfər
2. Suqovuşan - 644 nəfər
3. Xocavənd - 412 nəfər
4. Şuşa - 357 nəfər
5. Murovdağ - 234 nəfər
6. Qubadlı - 173 nəfər
7. Cəbrayıl - 155 nəfər
8. Laçın - 58 nəfər
9. Zəngilan - 37 nəfər
10. Ağdam - 29 nəfər
11. Ağcabədi - 2 nəfər
12. Bərdə - 1 nəfər

Orta hesabla müharibənin hər günü 70 əsgərimiz şəhid olub.

Allah rəhmət eləsin!

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

"Yol-xeber.az" Vətən müharibəsinin oktyabrın 29-na aid olan xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.

- Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.

- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.

- Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayılıb.

- Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulub. Geri çəkilməyə məcbur edilən düşmən məğlubiyyətinin əvəzini dinc sakinləri atəşə tutmaqda görür.

- Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib. Düşmənin döyüş meydanında atıb qaçdığı texnika və döyüş sursatının videogörüntüləri yayılıb. Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib.

- Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub. Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu.

- Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib. Düşmənin qüvvə və vasitələri məhv edilib.

Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 30-da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Xəbər lenti