|
Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi artırılır.
"Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur.
Qeyd edək ki, 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub.
Azərbaycanda qeyri-sabit hava şəraitinin stabilləşəcəyi vaxt açıqlanıb.
Bu barədə oxu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində yağış müşahidə ediləcək:
"Axşama doğru həm külək, həm də yağışın tədricən kəsiləcəyi gözlənilir”.
"Oktyabrın 27-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti tədricən stabilləşəcək və növbəti iki gün ərzində əsasən yağmursuz, mülayim hava şəraiti müşahidə olunacaq və temperatur tədricən yüksələcək”, - deyə U.Tağıyeva əlavə edib.
Bakıda bir qrup qazi yolu bağlamağa cəhd göstərib.
Yol-xeber.az-ın xəbərinə görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, bir qrup qazi hərəkətin qarşısını almağa cəhd edib.
Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşların yolu bağlamağa cəhd etməsinə səbəb həyatyanı torpaq sahəsi ilə bağlı mübahisədir: “Ərazidə xidmət aparan naryad qruplarımız tərəfindən dərhal hadisəyə müdaxilə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb. Yolda hərəkət bərpa olunub”.
DİN rəsmisinin sözlərinə görə, hazırda tərəflərin mübahisə subyekti ilə bağlı araşdırma aparılır: “Aidiyyəti qurumlar məlumatlandırılıb”.
Hazırda Şuşa şəhərinə qar yağır.
Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə şəhərin mərkəzi küçələrinə qarın yeni yağmağa başlaması əks olunub.
Qeyd edək ki, Şuşa şəhəri ötən ilin noyabrın 8-də işğaldan azad edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda dinlədikləri “Ey Vətən” mahnısı “iTunes”un Azərbaycan seqmentində birinci pilləyə yüksəlib.
“Yol-xeber.az” xəbər verir ki, "Ey Vətən" bir çox dünya ulduzları, həmçinin yerli ifaçıların mahnılarını geridə qoyub.
Qeyd edək ki, mahnının musiqisi Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovaya, sözləri isə şair Dəmir Gədəbəyliyə məxsusdur. "Ey Vətən"i müğənni İlhamə Qasımova ifa edir.
Azərbaycanda oktyabrın 26-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütünundan 774 mm civə sutununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Oktyabrın 26-da Abşeron yarımadasında rütubətli hava şəraiti və güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.
Filologiya üzrə fəlsəfə doktoru Rüstəmova Zenfira Qulam qızı vəfat edib.
Trend-in məlumatına görə, Z.Rüstəmova AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsində böyük elmi işçi vəzifəsində çalışıb.
Şərqşünas alim XIV əsr ərəb alimi Əbu Həyyan əl-Əndəlusinin elm aləmində böyük marağa səbəb olan, əsrlərlə itmiş hesab olunan və çox çətinliklə əldə edilən “əd-Dürrə əl-Mudiyyə fi-l-luğa ət-Turkiyyə”, “Azərbaycan – latın – rus - ərəb tibb terminləri lüğəti ”ni hazırlayıb, çoxsaylı elmi məqalə və dəyərli əsərlərin müəllifidir.
Allah rəhmət eləsin!
Yol-xeber.az-ın məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin "Ölkə.Az"a açılmasına görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.
Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından, onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.
Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri – Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Toyun təşkilatçısı olan A. Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yayımını təmin edib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumata görə, Xanlıq Radio-Televiziya Yayım Stansiyasının mövcud 50 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Qubadlı şəhəri və rayonun 12 kəndində (Əlibəyli, Qoturbulaq, Xocahan, Qapanlı, Muğanlı, Hal, Xanlıq, Hənzəli, Əfəndilər, Qəzyan, Saray, Yuxarı Mollu) yayımı təmin olunub.
Xatırladaq ki, indiyədək işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayım stansiyalarının fəaliyyətinin bərpası istiqamətində bir sıra işlər həyata keçirilib.
Belə ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılmaqla 31 dekabr 2020-ci il tarixindən etibarən Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələri TV və radio yayımı ilə təmin olunub. Bununla yanaşı, 4 oktyabr 2021-ci il tarixində Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə və müvafiq yayım avadanlıqları qurularaq istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radio proqramının yayımı bərpa edilib.
Bundan əlavə, cari ilin 20 oktyabrında Zəngilan rayonunda Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV və 2 radio proqramının Zəngilan şəhəri və Zəngilan rayonunun 10-dan artıq kəndində yayımına başlanılıb.
Hazırda işğaldan azad olunmuş digər ərazilərdə radio və televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir, o cümlədən Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri stansiyasında bərpa işlərinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.
"Bəzi onlayn kütləvi informasiya vasitələrində guya Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı məlumat dərc olunub. Qeyd olunanlar həqiqəti əks etdirmir".
Ölkə.Az bildirir ki, bu barədə Neftçala rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, belə bir hadisə baş verməyib və "kökündən yanlışdır".
"İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb. Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək", - məlumatda bildirilir.