|
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Unikal.org məlumatına görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır.
Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin istiqamətlər üzrə xərcləri açıqlanıb.
Fonda toplanan vəsaitin 43,13 faizi şəhid ailələrinin və qazilərin məişət şəraitinin yaxşılaşdırılması üçün xərclənib.
Bundan əlavə, vəsaitin 16,31 faizi borc öhdəliklərinin qarşılanması, 38,19 faizi tibbi xərclərin ödənilməsi, 1,56 faizi isə təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün xərclənib. Digər xərclərin göstəricisi isə 0,81 faiz təşkil edir.
Qeyd edək ki, indiyədək fondda 63 583 188,17 manat toplanıb və vəsaitin 44 508 561,48 manatı xərclənib. Hazırda fondda qalıq vəsait 19 074 626,69 manatdır.
Həmçinin fond tərəfindən indiyədək 2 909 şəhid ailəsi ziyarət olunub. Eyni zamanda bu günədək 9 914 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir.
Bundan başqa, 4 542 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 15 954-dür.
Şənbə günü, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
Bakı Şəhər Dövlət Yol Polisi “saxla” əmrinə tabe olmayan sürücülərə xəbərdarlıq edib.
Bu barədə Yol-xeber.az-a açıqlamasında idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, son zamanlar bəzi sürücülərin yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanmaq tələbini yerinə yetirməməsi kimi hallarla rastlaşılır:
“Bu cür hallar daha sonra polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifəsini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması hallarına gətirib çıxarır. Bu vəziyyət isə yollarda sürücülərin və hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Belə məsuliyyətsiz addımları atan sürücüləri cərimə ilə yanaşı, inzibati həbs cəzası da gözləyir.
Bir daha sürücülərə müraciət edirik ki, hüquqla qorunan qaydalara hörmətlə yanaşsınlar, özlərini və ətrafdakı insanları təhlükəyə atmasınlar. Qanunların tələbləri çərçivəsində həyat tərzi keçirmək bizi məsuliyyətdən və bədbəxt hadisədən qoruyur”.
Bakıda və Abşeron yarımadasında oktyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-13, gündüz 16-19 dərəcə olacaq. Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə olacaq.
Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Nəqliyyat xidmətləri üzrə keyfiyyət və təhlükəsizliyin artırılması, eyni zamanda vətəndaş məmnunluğunun təmin edilməsi Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdən biridir. Əsasən də Agentliyin sosial şəbəkələrdəki rəsmi hesablarına daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır, araşdırma tələb edən müraciətlər müvafiq şöbələrə yönləndirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Aparılan statistik araşdırmalar zamanı vətəndaşlar tərəfindən ən çox şikayət olunan marşrut xətləri müəyyən edilib. Belə ki, təhlillərə əsasən;
40-202 daşıyıcı şirkət “Çinar-Trans” MMC,
44-daşıyıcı şirkət “Şidili” MMC
77-daşıyıcı fiziki şəxs Malik Orucov
119-135 daşıyıcı şirkət “Faiqoğlu”
149-164 daşıyıcı şirkət “BMH” MMC
163 daşıyıcı şirkət “Grand-Bus” MMC
214 daşıyıcı şirkət “Ayşən-LTD” MMC
Müntəzəm marşrut xətləri üzrə şikayətlərin daha çox olduğu müəyyən edilib. Ümumilikdə, qeyd olunan marşrutlarla bağlı Agentliyin rəsmi sosial media hesablarına son vaxtlar 800-ə yaxın müraciət daxil olub.
Daxil olan şikayətlərə əsasən, monitorinqlər aparılıb. Marşrut üzrə köhnəlmiş, oturacaqları yırtılmış, dəmir detalları korroziyaya uğramış, texniki cəhətdən nasaz və natəmiz olan avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması və digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkar edilib.
Daşıyıcılara yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq olunsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib. Qeyd edək ki, sözügedən müntəzəm marşrutların müvəqqəti istismarçılarına 1 ay müddətində fəaliyyətlərinin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin artırılması ilə bağlı son xəbərdarlıq edilib. Göstərilən müddətdə bu istiqamətdə hər hansı dəyişiklik həyata keçirilməzsə, daşıyıcı şirkətlərin dəyişdirilməsi ilə əlaqədar qanuna müvafiq tədbirlər görüləcək.
Hərbi qulluqçuların pensiyaları avtomatik qaydada təyin olunacaq. Eyni zamanda hərbi xüsusi rütbəli şəxslərin pensiyaları təkcə təminat xərcindəki artımlar zamanı yox, digər artımlar zamanı da yenidən hesablanacaq.
Nazirlər Kabineti tərəfindən "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları"na dəyişiklik edib.
Hərbi xüsusi rütbəli şəxslərin pensiyaları təkcə təminat xərcindəki artımlar zamanı yox, digər artımlar zamanı da yenidən hesablanacaq.
"Elektronlaşma həm şəffaflığı, həm də operativliyi təmin edəcək, eyni zamanda vətəndaş-məmur ünsiyyətini minimuma endirəcək", - deyə, DSMF-nin idarə heyətinin sədr müavini Zəka Mirzəyev əlavə edib.
Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti, dağlarda gecə 1°şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.