![]() |
|
19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı - Dekabrın 12-də xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir. Dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyev bütün ömrünü Azərbaycanın inkişafına, xalqının rifahına və dövlətçiliyimizin möhkəmlənməsinə həsr etmişdir. Onun fəaliyyəti həm Sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan tarixində silinməz izlər buraxmışdır.
Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. 1944-cü ildən təhlükəsizlik orqanlarında çalışaraq general-mayor rütbəsinə qədər yüksəlmiş, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Onun rəhbərliyi ilə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmiş, sosial-iqtisadi, mədəni və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Xüsusilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması onun uzaqgörən siyasətinin və xalqına olan sevgisinin təcəssümüdür. Bu liseyin yetirmələri daha sonra müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynamışdır.
Azərbaycanın müstəqillik illərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin və inkişafın təmin olunmasında həlledici rol oynadı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər siyasi böhranı aradan qaldıraraq, ölkənin parçalanma və dövlət müstəqilliyini itirmə təhlükəsinin qarşısını aldı. Onun rəhbərliyi ilə güclü Milli Ordu yaradıldı, hərbi intizam bərpa olundu və Azərbaycanın müdafiə qabiliyyəti artırıldı.
Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu dövlətə çevirdi. “Əsrin müqaviləsi” adlanan neft sazişi ilə Azərbaycanın dünya enerji bazarına çıxışı təmin olundu və ölkəmizin iqtisadi inkişafında əsaslı dönüş baş verdi. Eyni zamanda, Ulu Öndərin xarici siyasəti Azərbaycanın müstəqilliyinin qorunmasını, ərazi bütövlüyünün müdafiəsini və beynəlxalq təşkilatlarda güclü mövqeyinin təmin edilməsini əsas prioritetlərdən biri kimi müəyyən etdi.
Ümummilli Lider, həmçinin Azərbaycan gəncliyinin milli ruhda, vətənpərvər bir şəkildə formalaşdırılmasına böyük diqqət yetirmişdir. Bu siyasət 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Zəfərdə mühüm rol oynamışdır. Azərbaycan gəncləri, Ulu Öndərin əsasını qoyduğu milli birlik və azərbaycançılıq məfkurəsinin daşıyıcıları olaraq, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıqla mübarizə aparmışdır.
Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin davamı olaraq, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızın azad edilməsi Heydər Əliyevin xalqına qoyub getdiyi ən böyük vəsiyyətin gerçəkləşməsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə bu arzunun reallığa çevrilməsi Azərbaycan xalqının iradəsinin və gücünün göstəricisi oldu.
Heydər Əliyevin zəngin siyasi irsi, dövlətçilik ideyaları və dərin fəlsəfəsi xalqımızın yoluna daim işıq saçacaqdır. Azərbaycanın müasir dövrdə əldə etdiyi uğurlar, regionda lider mövqeyə yüksəlməsi və beynəlxalq arenada qazandığı nüfuz, Ulu Öndərin müdrik siyasətinin və cənab İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsinin nəticəsidir. Əminliklə demək olar ki, Heydər Əliyevin əsası qoyduğu müasir Azərbaycan dövlətçiliyi dünya siyasi arenasında layiq olduğu zirvəyə yüksəlib.
Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır.
report xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamsında deyib.
Nazir bildirib ki, saxta həkimlərin sosial şəbəklərdən xəstələr cəlb etdiyi məlum olub:
"Bununla bağlı Baş Prokurorluğa müraciət olunub. Bu kimi hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək"
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Xezerxeber.az xəbər verir ki 18 yaşı tamam olmuş şəxslər artıq onlayn şəkildə müraciət edərək ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahları əldə edə biləcək.
Yeni sistemin məqsədi ölkədə silah satışı və qeydiyyatında şəfaflığı təmin etməkdir. Yenilik vətəndaşlara daha sürətli xidmətin göstərilməsini hədəfləyir.
Ekspertlər isə deyir ki, silahın elektron qaydada satılması o anlama gəlmir ki cinayətkarlıq artacaq. Əksinə yeni üsulla silahı əldə edən şəxs ciddi araşdırılıacaq və mənfi halların yaranması mümkün olmayacaq. Bununla da təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsinə imkan yaranacaq.
Vətəndaş qeydiyyatda olduğu ünvanı dəyişərsə onda silahın olması barədə həm köhnə, həm də yeni ərazi üzrə polis orqanına məlumat verməlidir.
Kirayədə qalanların qarşılaşdıqları əsas problemlərdən biri ev sahibinin onları yaşayış yerindən nə vaxtsa çıxarmaları olur. Aydın məsələdir ki, artıq uyğunlaşmağa başladığı evdən çıxmaq şəxsi yenidən eyni prosesi təkrarlamağa - yaşayış yeri axtarmağa, vaxt itkisinə vadar edir.
Bəs qanunla ev sahibi kirayəçi ilə bağladığı müqaviləni hansı hallarda poza bilər?
“Qafqazinfo”nun məlumatına görə, Mülki Məcəlləyə əsasən, yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur. Yəni tərəflərin hər birinin müqaviləni ləğv etmək hüququ var. Həmçinin yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olan kənaraçıxmalar barəsində razılaşmanın da qüvvəsi yoxdur.
Qanunvericiliyə görə, kirayə müqaviləsinə onun bağlandığı müddət bitdikdə xitam verilir. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, tərəflərdən biri müqavilənin ləğvinə dair bildiriş verə bilər. Bildiriş yazılı formada verilməlidir və müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir.
Həmçinin kirayəyə verənin müqaviləyə xitam vermək arzusu aşağıdakı hallarda əsaslı sayılır:
- Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda;
- Kirayəyə verənin otaqlara özü və ya ailə üzvləri üçün mənzil kimi ehtiyacı olduqda və digər hallarda.
Kirayəyə verən özü yaşadığı və ən çoxu iki mənzildən ibarət olan yaşayış binasında mənzilin kirayə müqaviləsini özünün marağı olmadan da ləğv edə bilər. Bu halda müqavilənin ləğvinə dair xəbərdarlıq müddəti üç ay uzadılır. Bu, kirayəyə verənin özünün yaşadığı mənzil çərçivəsində yaşayış otağının kirayəsi haqqında müqaviləyə uyğun tətbiq edilir.
Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən də aşağıdakı hallarda kirayə müqaviləsini ləğv edə bilər:
- Kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə;
- İkidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə.
Ümumilikdə isə tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən ciddi şəkildə pozursa, müqavilə xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər.
Lakin bütün bu hallar kirayə verənlə kirayəçi arasında müqavilə bağlandığı halda qüvvədədir. Təcrübədə isə sözügedən tərəflər daha çox öz aralarında olan şifahi razılaşmaya üstünlük verirlər. Bu isə yaranan mübahisələrin hüquqi çərçivədə həllinə imkan yaratmır.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov gələn ilin bayram günləri ilə bağlı Qərar imzalayıb.
Qərara əsasən məlumatına görə, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Gələn il 22 və 23 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günü olacaq.
Beləliklə, 2025-ci ilin Novruz bayramında ardıcıl 7 gün - 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində iş olmayacaq.
Martın 27-si isə bayramdan sonra ilk iş günüdür.