Sabah sulu qar yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 18-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1°şaxrtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Dekabrın 21-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ - 3 aydan sonra...

Məşhur astroloq Hande Kazanova həftənin astroloji təsirlərini bölüşüb.

Həftə Xərçəng bürcündəki Ay ilə başlayır, ailə və ev mövzularını ön plana çıxarır.

Günəş-Neptun arasındakı gərgin bucaq xüsusilə çərşənbə günü aldadıcı vəziyyətlərə səbəb ola bilər. Bu dövrdə gözləntiləri kiçik tutmaq və ehtiyatlı olmaq tövsiyə edilir.

Cümə günü Veneranın Yupiterlə müsbət bucağı münasibətlərdə, maliyyə və sənət sahəsində uğurlu fürsətlər yaradacaq.

21 dekabrda Günəş Oğlaq bürcünə keçir və yeni 3 aylıq dövr başlayır. Balıqların yüksəlməsi idarəçilərin qərarlarını vurğulayır və qonşu dövlətlərlə münasibətlərdə çətinliklərə işarə edir. Dekabrın sonu və yanvarın əvvəlinə diqqət yetirilməlidir.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başladı - FOTO 

İşğaldan azad edilmiş Xankəndi şəhəri və Xocalı rayonlarında uşaq bağçaları fəaliyyətə başlayır. 

Bu gün Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra  istifadəyə verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi  bağçada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, 1 tibbi otaq, 4 inzibati otaq, 1 anbar, 1 iclas zalı, 1 musiqi otağı və 7 sanitar qovşaq  mövcuddur.

Bağça 4 qrupdan ibarətdir.
1 yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var . 
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burda 15 nəfər işlə təmin olunub.

Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi- uşaq bağçasının açılışı olub. Açılış mərasimində rəsmi qonaqlarla yanaşı valideyinlər və bağça kollektivi də iştirak edib. Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib. İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb. Qeyd edək ki, bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, 1 anbar, 1 tibb otağı və 2 sanitar qovşaq mövcuddur.

 

 

 

 
Onların maaşı 3600 manata qaldırılıb - Rəsmi

Bu il üçün sabit əməkhaqqı və bonuslar daxil olmaqla travmatoloqların maaşı 3 600 manata, ümumi cərrahların və mama-ginekoloqların maaşı isə 3 300 manata yüksəlib.

report xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə həkimlərin orta aylıq əməkhaqqısı əhəmiyyətli dərəcədə artıb:

"Artımın səbəbi ötən il Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi və bir sıra tibbi xidmət tariflərinin artması olub".

Z.Əliyev əlavə edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra kiçik tibb heyətinin orta əməkhaqqısı 270 manatdan 410 manata, orta tibb heyətininki isə 320 manatdan 540 manata qədər artıb.

Bələdiyyə sədri olmaq istəyənlərin nəzərinə - Təşviqat aparmaq...

Gələn ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, yanvarın 6-dan start veriləcək təbliğat kampaniyasında ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıdakı media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan" qəzeti;

- "Xalq qəzeti";

- "Respublika" qəzeti;

- "Bakinski raboçi" qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

belediyye-seckilerinde-de-odenissiz-efir-vaxti-ayrilacaq

Gələn ilin yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçkiqabağı təşviqat aparmaq məqsədilə ödənişsiz efir vaxtı ayrılacaq.

Mərkəzi Seçki Komissiyasından “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 6-dan start veriləcək təbliğat kampaniyasında ölkə üzrə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıdakı media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- "Azərbaycan” qəzeti;

- "Xalq qəzeti”;

- "Respublika” qəzeti;

- "Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları bələdiyyə seçkilərinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il dekabrın 28-dək) dərc etməlidirlər.

gelen-ilin-qeyri-is-gunleri

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

“Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar–Yeni il bayramı;

20 Yanvar–Ümumxalq Hüzn Günü;

8 Mart–Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart–Novruz bayramı;

30, 31 mart –Ramazan bayramı;

9 May –Faşizm üzərində Qələbə günü;

28 May–Müstəqillik Günü;

6, 7 iyun–Qurban bayramı;

15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;

26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

8 Noyabr–Zəfər Günü;

9 Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq, 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2025-ci ildə beşgünlük iş həftəsində 239 iş günü (onlardan, 8-i bayramqabağı və 1-bələdiyyə seçkiləri günü qabağı), iş günü hesab edilməyən 105 istirahət günü (onlardan, 8-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən, 1-i 2024-cü ildən yerdəyişmə ilə keçirilən), iş günü hesab edilməyən 19 bayram, 1 Bələdiyyə seçkiləri günü və 1 Ümumxalq Hüzn Günü var.

Ölkəmizdə gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2025-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir və bu zaman iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq Hüzn Günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.

2025-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1903 saatdır.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2025-ci ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1903 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

herbi-xidmet-muddetinin-azaldilmasi-muzakire-movzusu-deyil

“Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil”.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sosial şəbəkə hesabında bildirib.

“Son günlər “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”nə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək.

Ona görə də bir daha bildirirəm ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır.

Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər”, - qurum rəsmisi vurğulayıb.

Qeyd edək ki, dekabrın 13-də keçirilən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev bildirmişdi ki, hərbi xidmət müddətinin azaldılması istiqamətində müzakirələr aparılır.

Şamaxı Yol İnfrastrukturunun İnkişafında Əvəzsiz Xidmət

Şamaxı regionunun yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə inkişaf etdirilməsi üçün göstərilən xidmətlərdə Nazim Eynallı xüsusi bir yer tutur. 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri kimi, o, təkcə idarəsinin fəaliyyəti ilə deyil, həm də öz məsuliyyətli və fədakar yanaşması ilə nümunəvi bir rəhbər obrazı yaradır. Onun rəhbərliyi altında Şamaxının yol şəbəkəsinin inkişafı üçün görülən işlər diqqətəlayiqdir və sakinlər tərəfindən yüksək qiymətləndirilir.

Qış Mövsümündə Yol Təhlükəsizliyi: Buzdan Təmizləmə İşləri


Nazim Eynallının rəhbərliyi altında qış mövsümünün sərt hava şəraiti ilə mübarizə məqsədilə xüsusi tədbirlər görülür. Şamaxı yollarında qar və buzun təmizlənməsi işi yüksək səviyyədə təşkil olunur. Yol hərəkətinin təhlükəsizliyi təmin edilərək, həm sakinlərin, həm də Şamaxını ziyarət edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılır. İdarə, buzla mübarizə və yol örtüyünün mütəmadi olaraq nəzarətdə saxlanılması ilə əhəmiyyətli uğurlar əldə edir.

Nazim Eynallının bu məsələyə yanaşması həm işçi heyətinin peşəkarlığını artırır, həm də Şamaxı yollarının hər zaman istifadə üçün təhlükəsiz olmasını təmin edir. Belə bir fədakar yanaşma sayəsində regionda yol hərəkəti ilə bağlı risklər minimuma endirilmişdir.

Yol İnfrastrukturunun İnkişafına Dəstək

Şamaxının yolları son dövrlərdə müasir standartlara uyğunlaşdırılır, abadlaşdırılır və genişləndirilir. Bu sahədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun dəstəyi və rəhbərliyi altında həyata keçirilən layihələr xüsusilə diqqətəlayiqdir. Nazim Eynallının rəhbərlik etdiyi 19 saylı MMC bu böyük inkişaf proqramının bir hissəsi olaraq öz missiyasını yüksək səviyyədə icra edir.

Şamaxı sakinlərinin və bu bölgədən keçən sürücülərin yol şəraiti ilə bağlı müsbət fikirləri, bu işlərin necə dəqiq və məsuliyyətli şəkildə həyata keçirildiyini göstərir. Yol infrastrukturunun yenilənməsi, təmiri və müasir standartlara uyğunlaşdırılması Nazim Eynallının peşəkar komandasının fədakar işinin nəticəsidir.

Həmçinin Təşəkkür: Saleh Məmmədovun Rəhbərliyinə Yüksək Qiymət

Nazim Eynallı, öz fəaliyyətini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük dəstəyi ilə daha geniş bir miqyasda həyata keçirir. Saleh Məmmədovun rəhbərliyi ilə avtomobil yolları sahəsində həyata keçirilən böyük layihələr Şamaxı da daxil olmaqla Azərbaycanın bütün bölgələrində öz müsbət təsirini göstərir. Yol infrastrukturu həm iqtisadi inkişaf, həm də vətəndaşların gündəlik rahatlığı üçün strateji əhəmiyyət daşıyır və bu sahədə aparılan işlər təqdirəlayiqdir.

Gözəl İdarəçilik və Komandanın Peşəkarlığı

Nazim Eynallının rəhbərlik etdiyi 19 saylı MMC-nin fəaliyyəti yalnız texniki keyfiyyətlə deyil, həm də işçilərin fədakarlığı və peşəkarlığı ilə seçilir. Onun idarəetmə prinsipləri müasir yanaşmalara əsaslanır, əməkdaşlarının həm maddi, həm də mənəvi dəstəklənməsi istiqamətində xüsusi diqqət göstərilir. Bu yanaşma, yüksək nəticələrə nail olunmasında mühüm rol oynayır.

Nazim Eynallının rəhbərliyi altında 19 saylı Şamaxı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin fəaliyyətinin əsas prinsipləri keyfiyyət, məsuliyyət və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkil olunmasından ibarətdir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr, Şamaxı yollarının müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi ilə yanaşı, regionda təhlükəsiz və rahat hərəkət şəraitini də təmin edir.

Bu uğurların əldə edilməsində əməyi keçən hər bir şəxsə, xüsusilə Nazim Eynallıya və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Şamaxının yol infrastrukturunun inkişafı üçün göstərilən bu fədakarlıq, bölgənin gələcək potensialının yüksəlməsinə əhəmiyyətli töhfə verir.

Bayramla bağlı VACİB AÇIQLAMA: Bu hal ağır xəstəliyə yol açır

Əvvəllər insanlar daha çox üz-üzə görüşür, qohum və dostlarla sıx təmas qururdular. Müasir texnologiya və sosial media isə bu ünsiyyətin yerini virtual əlaqələrlə əvəz edib. Bu da bayramların əvvəlki səmimiyyətini azaldıb. Son illər bayramlar əvvəlki kimi keçmir. Əvvəl bayram olanda hər kəs sevinir, bayramın gəlişi o ərəfələrdə insanların simalarında hiss olunurdu. Ancaq indi çoxları aqresiv və üzgündür. Yəni insanlara baxanda ancaq bu duyğuları müşahidə etmək olur.

Bəs belə hal onların sağlamlığına, psixoloji vəziyyətinə necə təsir edir? Həmin durumdan çıxış yolu varmı?

Psixoloq Vüsalə Rüstəm problemin səbəblərini “Yeni Sabah”a belə izah edib:

“İndi insanlarımızın üz cizgilərində bir kədər və iztirab var. Heç kim üçün bayram maraq kəsb etmir. Bunun da öz səbəbləri var. Yaxın keçmişdə insanların qohumluq və dostluq münasibətləri daha gözəl idi. İndi hər kəs təklənib, sosial problemlər, iş yerindəki gərginlik, şəhərdəki sıxlıq, ünsiyyət zamanı qeyri -səmimi insanlar demək olar ki, hər kəsi emosional olaraq yükləyir. Sabaha ümid qalmır, robotlaşmış kütlə proqramlaşaraq sürətlə küçələrdə iş dalınca qaçmağa başlayır. Ruhsal ac qalan insanlar kədərli və əsəbi olur. Fiziki olaraq insan hər gün qidalanır, ruhumuzu qidalandıran isə sevgi, qayğı, hörmət hissləri yoxa çıxıb. İnsani duyğular, dəyər yox olan hər bir mühitdə ümidi ölmüş, üzü solmuş insanlar görmək olar”.

V.Rüstəm qeyd edib ki, illər insanlarda bu duyğuları dəyişdirmir, yaşadığımız mühit dəyişdirir:

“İnsan tək yeməyini, qayğılarını düşünəndə canlı ölüdən heç bir fərqi olmur. Bizi insan edən şüurumuz, şəxsi keyfiyyətlərimiz-doğruluq, düzgünlük, ədalətli olmaq, mərhəmət duyğusudur, sevgi hissləridir ki, artıq bunlar yox dərəcəsindədir. Hissləri ölmüş insana bayram və özəl günlər mənasız gəlir. Çünki özü sevinmir deyə başqasının da sevinməyini istəmir. Sevinmək hissini itirən insan emosional yüklü, aqressiv bir insandır. Bu hal sağlamlığa təsir edir, ən ağır xəstəliklərin yaranmasına səbəb olur. Hansı cəmiyyətdə ki, insani duyğular olmur, orada yaşamaq çox ağır və təhlükəlidir. Bayram paylaşmaq və birgəlikdir. Sevgisiz insan təkliyə çəkilir, beləliklə onun bayram vecinə olmur”.

Psixoloq sözügedən vəziyyətdən qurtulmağın yollarından da söz açıb:

“Çıxış yolu maariflənmə ilə mümkündür. Aqressiya yuxusuna gedən insanları oyadıb bu dünyada bir qonaq olduqlarını söyləmək lazımdır. Bu qədər pis və əsəbi olmaq dünyamızın son halında da özünü göstərir. Xilas yolu sevgi, mərhəmət, müharibəsiz və qansız dünyadır. Bunu bütün insanlar anlamasa hər kəs məhvə sürüklənəcək”.

Xəbər lenti