Bu yoldakı nişan sürücüləri qəzaya sala bilər - FOTO - VİDEO
Həmin yolayrıcında hərəkətin təşkilində ciddi nöqsanlar var

Bakıda düzgün quraşdırılmayan yol nişanı sürücüləri təhlükəyə salır. Həmin yoldan istifadə edən sürücülər redaksiyamıza şikayət ünvanlayıb. Yol-xeber.az xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində quraşdırılan 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı görünməyən yerdə quraşdırılıb. Nişan həm işıq dirəyinin yuxarı hissəsində, həm də yolayrıcından bir neçə metr əvvəldə quraşdırılıb. Kəsişən yol birtərəfli yol olduğu üçün sürücülər təhlükəylə üzləşir. Nişanı görməyən sürücülər sola hərəkət edən zaman qarşıdan gələn sürücülərə təhlükə yaradır. Ona görə də, nişan yolayrıcının bilavasitə qarşısında görünən yerdə quraşdırılmalıdır. O cümlədən 4.1.2 sağa məcburi hərəkət istiqaməti nişanı əvəzinə 5.7.1 birtərəfli hərəkət yoluna çıxış nişanı quraşdırılmalıdır. Bundan əlavə olaraq kəsişən yerdə sola 3.1 giriş qadağandır nişanı və hərəkətin hansı istiqamətdən gələn nəqliyyat vasitələri üçün üstünlük təşkil etdiyini bildirən üstünlük nişanları qoyulmalıdır. 

 

Azərbaycan növbəti dəfə Çinə yardım etdi
Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Mienyen şəhəri ilə Sian şəhərinə tibbi ləvazimatlar göndərib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Çin Xalq Respubllikasının xalqına yardım etmək məqsədilə Mienyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min ədəd 100 ml-lik spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramiks, Sian şəhərinə isə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb.

Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә, koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nəfərə yüksәlib.

Yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.

Bu gün hava necə olacaq?
13 fevralda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz  7-11, Bakıda  gecə 0-2,  gündüz  9-11 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 764 mm civə sütünuna yüksələcək, nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 13-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz  9-14 dərəcə isti,  dağlarda gecə 7-12, gündüz  0-5 dərəcə şaxta  olacaq. 

Fevralın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Memorial Muzeyi”ndə XX əsr Azərbaycan ədəbiyyatının və aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Şəmşirin vəfatının 40-cı ildönümü münasibətilə anım tədbiri keçirilib. Anım mərasimində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin fəal üzvləri, Kəlbəcər rayon 14 saylı orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Mərasimdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov ustad sənətkarın ədəbiyyatımızda və aşıq sənətimizdəki mövqeyindən bəhs edib. O, bildirib ki, 2018-ci ildə Dədə Şəmşirin 125 illik yubileyi ölkə miqyasında qeyd edilib, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Ulu öndərimiz Heydər Əliyev də ustad sənətkarın ədəbi-bədii irsinə yüksək qiymət vermiş, hələ 1973-cü ildə böyük sənətkarın 80 illik yubileyinin keçirilməsi ilə bağlı qərar vermişdir. 2003-cü il iyul ayının 5-də isə Heydər Əliyev “Aşıq Şəmşirin 110 illik yubileyinin keçirilməsi haqqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Aşıq Şəmşirin 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Göygöl rayonundakı 7 illik uşaq musiqi məktəbinə Aşıq Şəmşirin adı verilib və büstü ucaldılıb.

Tədbirdə iştirak edən məktəblilər Memorial Muzeydə ustad sənətkara aid eksponatlarla tanış olub, onun şeirlərindən nümunələr səsləndiriblər. Mərasimdə o da qeyd edilib ki, görkəmli sənətkar 40 il bundan öncə 87 yaşında vəfat etmiş, özünün vəsiyyətinə əsasən doğma Ağdaban kəndindəki “Yeddi qardaş dağı” deyilən yerdə dəfn edilmişdir. Təəssüf ki, bu gün görkəmli sənətkarın məzarı doğma Kəlbəcərdə erməni girovluğundadır. Erməni vandalları onun məzarını dağıtmaqla yanaşı Dədə Şəmşirin və atası Ağdabanlı Şair Qurbanın külliyatını da yandırmışlar. Eyni zamanda mərasim iştirakçıları əminliklərini bildiriblər ki, möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş bütün torpalarımız kimi Dədə Şəmşirin yurdu Kəlbəcər, Ağdaban düşmən tapdağından azad ediləcək və Dədə Şəmşirin növbəti anım günləri və eləcə də yubileyləri böyük sənətkarın doğma yurunda qeyd olunacaq.

Onu da qeyd edək ki, bu gün ustad sənətkarın anım günü münasibətilə Kəlbəcər rayon mədəniyyət şöbəsi və Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə də tədbir keçirilib, Dədə Şəmşirin Göygöl rayonunda ucaldılmış büstü ziyarət olunub, ziyarətçilər tərəfindən sənətkarın ruhuna dualar oxunub.
Image may contain: 2 people, people standing, wedding and indoor
Image may contain: 15 people, people standing, people sitting, wedding, table and indoorImage may contain: 14 people, people standing and indoorImage may contain: 6 people, people sitting, table and indoorImage may contain: 7 peopleImage may contain: 8 peopleImage may contain: 18 people, people standing and indoorImage may contain: 10 people, indoorImage may contain: 14 people, people sitting and indoor

Yol polisləri sürücünün həyatını xilas etdi — VİDEOÖtən gün Ağsu şəhərində bir vətəndaş ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən "Ölkə.Az"a məlumata görə, o, yük avtomobilinin sürücüsü, epilepsiya xəstəliyindən əziyyət çəkən atasının halının pisləşdiyini bildirib. Ağsu RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları - polis leytenantı Orxan Əzizov və polis serjantı Rais Baxşiyev dərhal həmin sürücüyə ilkin tibbi yardım göstərərək öz avtomobillərində Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Orada sürücü Tərlan Kərimova zəruri tibbi yardım göstərilib. Onun səhhəti normallaşanadək polis əməkdaşları xəstəxananı tərk etməyiblər. Sürücünün oğlu və ailəsi polis əməkdaşlarının belə humanistliyinə, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirirlər.

Metropoliten Cəfər Cabbarlının heykəlini niyə hasara alıb?- AÇIQLAMA
“28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb

Bakı metrosunun “28 May” stansiyasının çıxışı - Cəfər Cabbarlının heykəlinin ətrafı hasara alınıb. Ərazidə təmir işlərin aparılır.

Yol-xeber.az xəbər verir ki, məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oxu.Az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov sorğuya cavab olaraq ərazidə görülən işlərin metropoliten əməkdaşları tərəfindən aparıldığını təsdiqləyib.

 

Onun sözlərinə görə, ərazinin hasara alınmasında məqsəd tunellərdə havalandırma məsələsinin daha da yaxşılaşdırılmasıdır:

“Ərazidə işlərin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınıb. İcazə əsasında metropoliten əməkdaşları tərəfindən “28 May” metrostansiyasının çıxışında yerləşən Cəfər Cabbarlı heykəlinin ətrafı hasarlanıb.

Görülən işlərin birinci səbəbi tunellərdə havalandırmanın keyfiyyətini daha da artırmaq, ikinci bir səbəb isə tunellərin konstruksiyasını ətraf mühitin təsirindən daha da yaxşı qorumaqdır. İşlər yekunlaşdıqdan sonra ərazinin estetik görünüşünə görə orada köşk qoyulacaq”.

Yeni deputatlar nə qədər maaş alacaq?
9 fevral 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 mübarizə apardı.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatlarına görə, ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak üçün deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 321 nəfəri namizədliyini geri götürüb, 2 nəfərin deputatlığa namizədliyi ləğv edilib.

Tam tərkibdə yenilənməsi gözlənilən Milli Məclisdəki bir çox pensiya yaşını haqlamış deputatların sabiqlər sırasına qoşulacağı gözlənilsə də, cəmi 43 nəfər yeni sima xalqı parlamentdə təmsil edəcək.

Deputatların hazırkı maaşı və pensiya təminatını araşdırıb.

Araşdırma zamanı məlum olur ki, hazırda Milli Məclisin sıravi deputatlarının əməhaqqı parlamentin sədrinin maaşının 70 faizi qədər, komitə sədrlərinin maaşı 80 faizi qədər, sədr müavininin maaşı 90 faizi qədər, birinci müavinin maaşı 95 faizi qədərdir.

Hazırda sıravi deputatların əməkhaqqı 1730 manatdır. Sıravi deputatın maaşına əsasən aparılan hesablamalarımız göstərir ki, parlament sədrinin rəsmi maaşı 2 471 manat, birinci müavinin rəsmi maaşı 2 347 manat, müavinin rəsmi maaşı 2 224 manat, komitə sədrlərinin maaşı 1977 manatdır.

Milli Məclis üzvlərinə deputatlıq fəaliyyətini yerinə yetirdiklərinə görə, təxminən 730 manat əlavə müavinət təyin edilib.

Rəsmi maaşların üzərinə 730 manat müavinəti gələndə parlament sədrininin aylıq gəliri 3 201 manat, birinci müavinin aylıq gəliri 3 077 manat, müavinin aylıq gəliri 2 954 manat, komitə sədrlərinin aylıq gəliri isə 2 707 manat, sıravi deputatın aylıq gəliri 2460 manat edir.

Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.

Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar. Sıravi deputatlarda bu məbləğ 5190 manat (1730*3), parlament sədrində 7413 manat (2 471*3), birinci müavində 7 041 manat (2 347 *3), müavində  6672 manat (2 224 *3), komitə sədrlərində 5 931 manatdır (1977*3) .

Adının çəkilməsini istəməyən deputat V çağırış Milli Məclisin bəzi üzvlərinin bir müddət əvvəl daha çox tətilpulu və gələcəkdə daha çox pensiya almaq üçün əlavə vəsaitlərin rəsmi maaşa daxil edilməsini təklif etsələr də, məsələyə baxılmadığını deyib.

Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Əvvəlkilərin isə bu hüququ yoxdur. Çünki əvvəlki seçkilərin mandat sahibləri müstəqil dövlətin deputatı sayılmırlar.

1995-ci ildən indiyədək təxminən 121 eks-deputat pensiya almaq hüququna malikdir.

"Əmək pensiyaları haqqında” qanunda göstərilib ki, qulluq stajına görə, əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:

-  Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla).

- Əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) Milli Məclisin fəaliyyətdə olan deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətdə olan deputatının əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla 80 faizi miqdarı ilə "Əmək pensiyaları haqqında” qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

Pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir:

"Çünki onlara deputatıq dövründə verilən əlavələr sığorta stajına yazılır. Pensiya hüquqna malik olan zaman isə həmin əlavələr pensiyaya əlavə edilir”. 


"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 24-1 maddəsinə görə, vəfat etmiş deputatın və sabiq deputatın  ailə üzvlərinin pensiya təminatı aşağıdakı kimi müəyyən edilir:

- Deputat və sabiq deputat vəfat etdikdə onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır.

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı "Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.

Pensiya yaşına çatmış deputatın iş stajının hesablanması zamanı səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir. (modern.az)

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb:

“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacaracaqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək. Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacaracağını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyi ilə qəbul olunur. Artıq təcrübə imtahanları şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək. Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosiklla imtahan vermək mümkündür”  /Redaktor.az/

Koronavirus şübhəsi ilə bağlı KTM-də saxlanılan sonuncu şəxs də evə buraxıldı
1 saylı Kliniki Tibbi Mərkəzdə (KTM) koronavirus şübhəsi ilə bağlı müayinə edilən sonuncu şəxs də evə buraxılıb.

Bu barədə "Ölkə.Az"a Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən birgə məlumatda qeyd olunub.

Məlumatda qeyd olunur ki, KTM-in yoluxucu xəstəliklər şöbəsində qalan bir nəfər də artıq evə buraxılıb.

Xəstəlik alovlanan ərazidən gələn 12 nəfər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, Çinin Uhan şəhərindən yanvarın 29-u çıxan 6 nəfərin karantin müddəti bu gün bitir. Onların klinik vəziyyətlərində heç bir problem aşkarlanmayıb. Gün ərzində onlar evə buraxılacaqlar. Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılan digər 6 nəfərin karantin müddəti fevral ayının 14-də bitir, onların səhhətində də hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda qalan 6 nəfər də evə buraxılacaq.

Bu gün hava necə olacaq?
Azərbaycanda fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-də hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti