DİQQƏT! Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb
Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyalarına giriş məhdudlaşdırılıb.

Sərnişinlər metronun stansiyalarına buraxılmayıb.

Polis əməkdaşları bunun texniki məsələ ilə əlaqədar olduğunu bildiriblər. Məlumata görə, texniki fasilə 2 saata qədər davam edəcək.

“Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Ölkə.Az"a açıqlayıb ki, metroda gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb. "Nasazlıq aradan qaldırıldıqdan sonra Bakı Metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb və stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb", - deyə o bildirib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyəti 38 günlük fasilədən sonra mayın 9-da, saat 06:00-dan etibarən bərpa edib.

Sabunçu xəstəxanası bağlanıb?

Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər Kliniki Xəstəxanasının bağlanması ilə bağlı xəbərlər yayılıb.

REAL TV xəbər verir ki, məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva münasibət bildirib.

“Bu gün səhər saatlarında Bakıda 3 saylı Şəhər Kliniki Xəstəxanasında profilaktik dezinfeksiya işləri aparılıb, lakin bundan sonra xəstələr ambulator müalicə almaq üçün yalnız fərdi qoruyucu vasitələrindən istifadə etməklə xəstəxanaya daxil ola biləcəklər və eyni zamanda, sosial məsafə mütləq şəkildə qorunmalıdır”, - deyə Əliyeva bildirib.

Bakı şəhərində karantin postları ilə bağlı MÜHÜM XƏBƏR
Xüsusi karantin rejimi ilə bağlı Bakıda bəzi qaydalar yumşaldılıb.

Sabahdan etibarən paytaxt Bakı şəhərində karantin postlarının sayı minimuma endirilir.

Yol patrul xidməti əməkdaşları postlardan çəkiləcək və adi qaydada xidmətlərini davam etdirəcəklər. Onların yerində isə Post Patrul Xidməti və Daxili Qoşunların əməkdaşları xidmət aparacaq. Bundan əlavə isə daha çox nəzarət tədbirləri küçədə davam etdiriləcək. Polis əməkdaşları, eləcə də bəzi YPX əməkdaşları piyada xidmətə cəlb olunacaq. Onlar küçədə hərəkət edən piyadaların karantin rejiminə əməl etməsinə nəzarəti həyata keçirəcəklər.

Qeyd edək ki, Bakı şəhəri ərazisində 18 karantin postu qalacaq. Onların yalnız bir neçəsində YPX əməkdaşları olacaq. avtosfer.az

Bakı-Sumqayıt yolundakı söküntü işləri təhlükə saçır? - AÇIQLAMA - VİDEO
Yenidənqurma işləri davam etdirilir

Sürücülər Bakı-Sumqayıt yolunda sökülən divarların təhlükəli vəziyyətdə qaldığını bildirirlər.

Bu barədə məlumat redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.

Vətəndaş Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işlərinin müsbət ilə yanaşı, mənfi tərəflərinin də olduğunu deyir:

“Yollarda görülən işləri müsbət qiymətləndirirəm. Lakin bəzi məqamlar diqqətdən kənarda qalır. Xırdalan dairəsi kimi tanınan ərazidə yolun kənarında sökülən divarların bir hissəsinin bu cür vəziyyətdə saxlanılması qəzaya səbəb ola bilər. Xahiş edirəm ki, buna diqqət edilsin”.

Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında deyib ki, sözügedən ərazidə həmin divarlar artıq sökülüb:

“Videogörüntülərdə təsvir edilən tunelin köhnə divarlarıdır. O divarlar uzun müddət o şəkildə qalmayıb və sökülüb. Artıq yeni tunelin tikintisinə başlanılıb. Yeni tunelin istinad divarları saxlanılıb, köhnə tunelin arakəsmə divarı isə sökülüb. Təbii ki, o vəziyyətdə divarın saxlanılması mümkün deyil. Yenidənqurma işləri davam etdirilir”.  

Biləsuvar polisi sakinlərlə maarifləndirici söhbətlər aparır - FOTO
Sakinlərə tibbi maska paylanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, bu istiqamətdə görülən işlər çərçivəsində Biləsuvar RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.

Sakinlərə tibbi maska paylanaraq hər kəsə diqqətli olmağın, gigiyenik qaydalara riayət etmələrinin zəruriliyi tövsiyə edilir.

"Bakı Metropoliteni":      Metroda cərimələrin tətbiqinə ehtiyac yoxdur

"Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib

"Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar".

Yol-xeber.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib.

Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir: "Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb. Mayın 9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi. Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın".

Onun sözlərinə görə, metroda karantin qaydalarının əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır." Vaqonun içində sosial məsafəyə əməl edilir".

E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-u saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İctimai nəqliyyatda koronavirus profilaktikasına dair yeni QAYDALAR  - FOTO
"İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər" əsasında yeni qaydalar hazırlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodik göstərişlər" əsasında yeni qaydalar hazırlayıb.

Qaydalar daşıyıcı şirkətlər, sürücülər və sərnişinlər üçün nəzərdə tutulub.

Bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özünüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərsiniz.

Sürücülər bu qayda pozuntusuna görə cərimə olunmayacaq
Karantin rejimi müddətində də nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilir. Texniki baxışa gələn sürücülər müayinə məntəqəsinə gələrək ara məsafəsini gözləməklə avtomobillərini texniki baxışdan keçirə bilərlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi:

“Bütün Respublika üzrə Dövlət yol polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hər hansı nəqliyyat vasitəsinin sahibinin hərəkət etmək icazəsi varsa, istər icazə portalında onun haqqında məlumatın yerləşdirilməsi, istrərsə də digər xidməti fəaliyyəti ilə bağlı hərəkətinə icazə verilirsə, həmin şəxslərin nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti karantin rejimi dövrünə təsadüf edirsə, onlar rahatlıqla gedib texniki baxışdan keçə bilərlər.

Eləcə də digər rayonlarda da, sərbəst hərəkətlə bağlı məhdudiyyət qaldırılmış ərazilərdə də yaşayan nəqliyyat vasitələrinin sürücüləri də rahatlıqla nəqliyyat vasitələrini texniki baxışdan keçirə bilərlər”.

Yəni görülən tədbirlər onu deməyə əsas verir ki, sürücülərin texniki baxışdan keçə bilməmək üçün hansısa bir səbəb gətirməsinə gərək qalmır. Mövcud vəziyyətdə texniki baxış üçün şərait yaradılıb.

Kamran Əliyev - Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: “Lakin karantin rejimi ilə əlaqədar hərəkətə xüsusi icazə alınmalı olan ərazilərdə, yəni Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonlarında yaşayan şəxslərin nəqliyyat vasitələrini texniki baxşıdan keçirmələri üçün, onlar nəzərə almalıdırlar ki, bu ərazidə yerləşən qeydiyyat, imtahan və texniki baxış şöbələri faəliyyət göstərir. Və bir avtomobilin həmin proseduru keçməsi üçün maksimum 15-20 dəqiqə tələb olunur. Yəni istənilən şəxs bu müddəti nəzərə almaqla, avtomobilini texniki baxışdan keçirə bilər”.

Bu müddət ərzində texniki baxışın keçirilməməsinə görə sürücülərin inzibati məsuliyyətə cəlb edilməməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən müvafiq göstəriş verilib və karantin rejiminin sonunadək texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin idarə edilməsinə görə heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyəcək.

Hətta karantin rejimi bitdikdən sonra da, sürücülərə müəyyən müddət veriləcək ki, onlar texniki baxışdan keçə bilsinlər.

Qeyd edək ki, texniki baxışdan keçməyən nəqliyyat vasitəsini idarə edən sürücü üçün 50 manat cərimə nəzərdə tutulur.

Azərbaycanda şənbə və bazar günləri çölə çıxma qadağası qoyulur?
Azərbaycanda son iki gündə koronavirusa yoluxanların sayı artıb. Əgər ölkə ərazisində koronavirusa yoluxanların sayında bu temp yenə də müşahidə edilsə, şənbə və bazar günləri insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu barədə qərarları Operativ Qərargah verir: "Biz sadəcə tövsiyyə edirik ki, insanlarımız sosial izolyasiya qaydalarına riyaət edərək, maska və əlcəklərdən istifadə etsinlər. Ehtiyac olmadığı təqdirdə evdən çölə çıxmasınlar. Operativ Qərargah birgə müzakirə edərək, iqtisadi, psixoloji sosial və dünyada gedən proselər üzrə bütün parametrləri nəzərdən keçirdikdən sonra qərarlar qəbul edirlər. Bizim hər birimizin bir fikir səsləndirməyimiz insanları çaşdıra bilər.

Çünki karantin rejimi müharibə şəraiti ilə bir tutulan vəziyyətdir. Belə halda da hər şey bir mərkəzdən idarə olunmalıdır. Onlar nə qərar verərsə bizim borcumuz o qərarları icra etməkdir. Amma dünyada bu proses dalğavari gedir. Bu proses azalma və çoxalma ilə davam edəcək. Bu bizi qorxutmamalıdır. Çünki hər şey dövlətin nəzarəti altındadır. Dövlətimiz bu bəla ilə uğurlu mübarizə aparır. Əlbəttə, bu vətəndaşlarımızı məsuliyyət hissindən daşındırmamalıdır. Koronavirusla dövlətlə birlikdə vətəndaşda mübarizə aparmalıdır. Əgər vətəndaşlarımız məsuliyyətsiz olarsa vəziyyət çətinləşə bilər. Vətəndaşlarımız Operativ Qərargahın qərarlarına əməl etməlidir. Ehtityac olmadıqda şənbə bazar çölə çıxmamalıdır.

Əgər vətəndaşlarımız Operativ Qərargahın tövsiyyələrinə riayət etməzlərsə karantin rejim yenidən sərtləşə bilər. Koronavirusla yoluxma hələ Azərbaycanda pik həddə çatmayıb. Ola bilsin ki, heç çatmasın. Əsas odur ki, bu gün yoluxanların sayı ilə klinikaların imkanları düz mütanasibdir. Əlavə olaraq yeni tipli modul klinikalarımız da açılır. Tibbi potensialımız imkan verəcək ki, yoluxanlar artarsa lazımı tədbirlər görüləcək. Əlbəttə bu məsələdə vətəndaşlarımızın karantin rejiminin şərtlərini əməl etməsindən çox şey asılıdır".

Azərbaycanın bu ərazilərinə qar yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mayın 11-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Balakəndə 42 mm (aylıq normanın 33 faizi), Zaqatalada 34 mm (aylıq normanın 27 faizi), Qəbələdə 26 mm (aylıq normanın 22 faizi), Oğuzda 22 mm (aylıq normanın 21 faizi), Kişçayda (Şəki) 20 mm, Altıağac (aylıq normanın 22 faizi), Şamaxıda 16 mm (aylıq normanın 23 faizi), Tərtərdə 15 mm, Tovuz, Xaltanda 13 mm, Gədəbəy, Şəki, Qusarda 12 mm, Daşkəsəndə 11 mm, Quba, Lerik, Ağstafada 10 mm, Göyçayda 9 mm, İsmayıllı, Göygöldə 8 mm, Bərdə, Ağdərədə (Ordubad) 7 mm, Şabran, Mingəçevir, Kürdəmir, Ağdamda 6 mm, Zərdab, Yevlaxda 5 mm, Beyləqan, İmişli, Lənkəran, Şəmkir, Gəncə, Naftalan, Şərurda 4 mm, Yardımlı, Şahbuzda 3 mm, Astara, Neftçala, Mərəzə, Ceyrançöl, Ordubadda 2 mm, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Xaçmaz, Naxçıvanda 1 mm, Bakıda və Abşeron yarımadasında: Bakıda 3 mm, Sumqayıt, Maştağa, Binədə 2 mm, Zabratda 0,8 mm olub. Qrız, Şahdağ və Xınalıqda qar yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçala, Mingəçevirdə 20 m/s, Bərdədə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıtda 28 m/s, Qum adasında 24 m/s, Neft Daşlarında 23 m/s, Pirallahıda 22 m/s, Çilov adası, Zabrat, Maştağa, Bakıda 21 m/s, Binədə 19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14-16, Aran rayonlarında 15-20 dərəcə isti, dağlıq rayonlarda 7 dərəcəyədək isti, Naxçıvan MR-da 17-22 dərəcə isti, havanın minimal temperaturu dağlıq rayonlarda 2-4 dərəcə şaxta olub.

Xəbər lenti