![]() |
|
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin rejiminin şərtlərinin yumşaldılması geniş müzakirə olunur.
Bu kateqoriyaya aid şəxslərlə bağlı yumşaldılmanın ediləcəyi Operativ Qərargahın brifinqində də səslənib.
Lakin sonradan koronavirusa yoluxmaların sayının artması 65 yaşdan yuxarı şəxslərlə bağlı karantin şərtlərinin yumşaldılmasını təxirə salıb. Mövcud vəziyyətda yaşlı insanların çölə çıxmasına qoyulan qadağanın yumşaldılmasını millət vəkili Aqil Abbas da təklif edib.
O, baku.ws-ə açıqlamasında bildirib ki, yaşlı insanların evdə qalması onların digər xəstəliklərə yoluxmasına gətirib çıxara bilər: “Hesab edirəm ki, bizdə 65 yaşından yuxarı insanlar üçün karantin rejiminin şərtlərində yumşalma olmalıdır. Artıq Türkiyədə də yaşlı insanların həftənin müəyyən günləri 4 saat çölə çıxmasına icazə verilir. Təbii ki, evlərinə yaxın ərazilərdə.
Bu insanların yaşı 65-i keçib və oturaq həyat ahıl insanlarda ağır xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Evdə nə qədər idman etsən də, bu həmin effekti verə bilməz. İnsan yeriməli, təmiz hava almalı və günəşi görməlidir. Bu olmayanda müəyyən xəstəliklər əmələ gəlir.
Fikrimcə, bu məsələ tezliklə öz həllini tapacaq, yaşlı insanlara da müəyyən saatlarda evdən çıxmağa icazə veriləcək. Koronavirus 30 il davam etməyəcək ki? Yəqin ki, bir aydan sonra yumşalmalar daha çox olacaq”.
Aqil Abbas hesab edir ki, indiki dövrdə 65 yaşından yuxarı insanlara səhər 10:00-11:00, axşam tərəfi isə 16:00-17:00 arası çölə çıxmağa icazə verilməlidir: “Yaşlı insanlara günəşli havada 1-2 saat keçirmək icazəsi verilsə, bu, onlara çox müsbət təsir edəcək. Amma onların evdən çölə çıxmasına icazə yalnız evlərinin ətrafı üçün verilməlidir.
Türkiyədə belə bir praktika var ki, orada həftənin dörd günü heç kimin çölə çıxmasına icazə vermirlər. Həmin vaxt küçədə heç kim olmadığı üçün 65 yaşdan yuxarı insanlara müəyyən qədər gəzməyə icazə verirlər. Bizdə şükürlər olsun ki, belə bir qadağa yoxdur, sadəcə insanlara müəyyən məhdudlaşdırmalar tətbiq olunub.
Vətəndaşlarımız gərək qaydalara riayət etsinlər. Sui-istifadə hallarına yol verilməsin. Nə qədər insan buna görə cərimə də olunub. Gərək vətəndaşlarımız karantin şərtlərinə tam riayət etsinlər”.
Son aylar ərzində Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının ard-arda müəyyən müəssisə və şəxslərlə bağlı korrupsiya və rüşvətxorluq faktlarını ortaya çıxardığının şahidi oluruq.
Davamlı keçirilən əməliyyat nəticəsində 5 icra başçısı həbs edilib edildi. Bir neçə gün əvvəl isə Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyat nəticəsində nazirliyin bəzi yüksək vəzifəli şəxsləri çoxsaylı qanunazidd əməllərə yol verdiklərindən barələrində həbs qətimkan tədbiri seçildi.
Maraqlıdır, ardıcıl aparılan əməliyyatlar üçün DTX-ya xüsusi göstəriş daxil olur ya bunun üçün müəyyən şikayətlər edilməlidir?
Məsələ ətrafında Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl DTX-nın əməliyyat keçirmək üçün kimsədən göstəriş almadığını bildirib:
“DTX əməliyyat keçirmək üçün xüsusi göstəriş almır. Belə ki, DTX-nın imtiyazında olan dövləti və ağır cinayətlər məsələsi var. Bu cinayətlərlə əlaqədar olaraq “son vaxtların dəbi” olan vəzifəli və yüksək vəzifəli şəxslərin rüşvət alması, korrupsiyaya yol verməsi ilə bağlı əməliyyatların şahidi oluruq. Belə əməliyyatlar üçün isə göstərişə ehtiyac yoxdur, bu xidmət əməkdaşlarının gündəlik həyat tərzidir. Yəni məsələn, terrora qarşı mübarizə aparanda xüsusi şikayət gözlənilmədiyi kimi, bu cür cinayətlər üçün də şikayətə gərək yoxdur. Bu istiqamətdə tədbirlərin keçirilməsi Konstitusiyanın DTX qarşısında qoyduğu tələblər sırasındadır. DTX kompetensiyası cibgir yaxud da heyvan oğrusunu tutmaq deyil. Amma bu iqtiqamətlərdə də informasiya əldə edəndə aidiyyətı orqanlara məlumat ötürülür. Kütləvi iğtişaşa səbəb olan məsələlər DTX kompetensiyasındadır. O cümlədən DTX görür ki, məmur özbaşınalığı, rüşvətxorluq nə vaxtsa kütləvi iğtişaşa səbəb olacaq, onda Prezident Administrasiyasına müraciət edir ki, bu halın qarşısını alın. Administrasiya tərəfindən addım atılmayanda DTX özü əməliyyata başlayır”.
Ekspert əməliyyat-axtarış nəticəsində müsadirə olunan əmlakın taleyindən də danışıb:
“Məsələn, kimsə deyə bilər ki, hansısa vəzifəli şəxs korrupsiyaya yol verir, onda informasiya ətrafında DTX araşdırma aparır. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanuna əsasən, telefon danışığından tutmuş, şəxsin otağına kamera yerləşdirib izləməyə qədər olan səlahiyyətlər DTX-ya verilib. Şikayət də axtarış üçün səbəb ola bilər. Amma əsasən xüsusi əməkdaşların, yəni agentlərin vasitəsi ilə informasiyalar toplanılır. Əməliyyat nəticəsində müsadirə edilən pullar məhkəmə olanadək toxunulmaz qalır. Çünki məhkəmə nəticəsində məlum ola bilər ki, şəxsdən müsadirə olunan pul ona hansısa ailə üzvündən miras qalıb. Məhkəmə qərarı nəticəsində bilinir ki, pullar dövlət büdcəsinə keçirilir, ya müəyyən faizi şəxsə qaytarılır. Əgər şəxs tamamilə sübut etsə ki, müsadirə olunan pul ona məxsusdur, yəni şəxsən qazanıb, onda məbləğ tamamilə geri qaytarılmalıdır. Müsadirə olunan digər əmlaklar isə şəxsin qazancı ilə düz mütənasib olarsa, o zaman geri qaytarılır”.
Azərbaycanda icra başçısı evinin qarşısında polis postu qurdurub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Mərdəkanda yerləşən bağ evinin qarşısında polis postu qurdurub.
Qeyd edək ki, icra baçısına məxsus olan ev Mərdəkan qəsəbəsi, Baba Əli küçəsi 4 ünvanında yerləşir və Adil Vəliyevin adınadır.
Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlardan sonra bir çox məmurlar kimi, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev də əl-ayağa düşüb, öz hərəkətlərinə əl gəzdirməyə başlayıb.
Daşkəsən rayon sakinlərinin demokrat.az-a verdiyi məlumata görə, icra başçısı Əhəd Abıyev son günlər bahalı avtomobildən istifadə etmir.
Sakinlər deyir ki, icra başçısı özünə Naxçıvan istehsalı olan “NAZ Lifan” avtomobili alıb və rayon ərazisində həmin avtomobildə gəzməyə üstünlük verir.
Rayon sakinlərinin sözlərinə, buna qədər isə Əhəd Abıyev “Lexus LX 570” model bahalı avtomobildən istifadə edib:Qeyd edək ki, hazırda Azərbaycanda “Lexus LX” model avtomobillərin bazar qiyməti 190 min ABŞ dolları təşkil edir.
Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsindən kənarlaşdırılıb.
Oxu.az xəbər verir ki, xəstəxananın baş həkimi Quliyev Azad İlyas oğlu öz xahişi ilə işdən getmək istəyib.
“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva bu barədə açıqlama verərək bildirib ki, həkim öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib:
“O, bu gün vəzifəsindən azad edilib”.
“Ünvanlı dövlət sosial yardımına görə müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu daha çox sayda aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımına müraciət etmək imkanı yarada bilər. Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardıma görə müraciət edə bilmir. Yəni, ünvanlı sosial yardıma müraciət etmək üçün ailədə adambaşına düşən kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov belə təkliflə çıxış edib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparılır.
“Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, dörd nəfərlik ailədə kommunal xərc limiti 76 manatdan 108 manata çatdırılacaq. Müvafiq olaraq, daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardımın müəyyənləşdirilməsinə imkan yaradacaq”, – deyə V.Bayramov məlumat verib.
Ünvanlı sosial yardımın müəyyənləşdirildiyi müddət bir ildir. Deputat isə bu müddətin iki ilə qədər uzadılmasını təklif edib:
“Yəni, aztəminatlı ailəyə bir illik sosial yardım müəyyənləşir. Həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda zaman uzadılsın və ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun”.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir. Həmin dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edəcək. Təkliflər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının genişləndirilməsinə hesablanıb.
Qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılaraq plenar iclasa tövsiyə olunub. (oxu.az)
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Məlumata görə, 60-65 yaşlarında olan şəxs ötən gün dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov Sonxeber.az-a açıqlamasına karantin rejiminin hələ davam etdiyini bildirib: "Azərbaycanda karantin rejiminin nə zaman bitəcəyi ilə bağlı heç bir məlumat yoxdur. Hər şey yoluxanların artma və azalma dinamikasından asılıdır. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".
Bizimyol.info saytı yazır ki, son həftəyə qədər bu villanın qapısından hər gün 3-4 dənə bahalı avtomobil çıxırdı. DTX-nın müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdikləri əməliyyatlardan dərhal sonra bir çox məmurlar əl-ayağa düşdülər, özlərinə, hərəkətlərinə əl gəzdirdilər.
Elə həmin əməliyyatlardan sonra Taleh Qaraşovun qapısından da o bahalı avtomobillər çıxmaz olub. İndi onun özü xidməti BMW avtomobilində, ailə üzvləri isə taksidə gəzməyə başlayıblar. İcra başçısı ilə eyni küçədə yaşayan qonşuların dediyinə görə, başçının bahalı avtomobilləri satılıb.
Müxtəlif xəbər saytlarında Lənkəran icra başçısının adı qəribə qalmaqallarla səslənib. Jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.
Mart ayında isə Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb. Video müraciətdə Taleh Qaraşovun öz gizli işlərini Rəsilə Əlievanın əli ilə gördüyü, Rəsilə Əliyevanın adında isə çoxlu saytda bahalı mülk və obyektlərin olduğu bildirilib.
Bunu “Ölkə.Az”a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, tövsiyyələrə əməl etmək çox vacibdir.
“Çünki hələ də virusa yoluxma halları qeydə alınır. Virusa yoluxma halları minimum həddə enməlidir ki, daha geniş karantin rejimindən çıxma tədbirləri həyata keçirilsin. Daha çox sahələrdə iş yerləri fəaliyyətlərini bərpa etsin. Biz də istəyirik ki, yoluxma halı olmasın və karantin rejimi ləğv edilsin. Həyat yenidən öz məcrasına dönsün. Ona görə də gözləmək lazım deyil ki, epidemiya öz-özünə qurtaracaq. Bunu biz insanlar həll edəcək. Biz də ancaq qaydalara və tövsiyyələrə ciddi əməl etməklə koronavirusa qalib gələ bilərik. Dövlət və dövlət qurumları üzərlərinə düşən tədbirləri həyata keçirir, qalır vətəndaşın ona riayət etməsi”, - deyə baş infeksionist bildirib.
İkinci dalğa ilə bağlı məsələyə aydınlıq gətirən baş infeksionist onu da eyd edib ki, ikinci dalğa gözlənilmir:
“Epidemiyanın dalğavari enib-qalxma kimi özünəməxsus xüsusiyyəti var. Azərbaycanda ümumiyyətlə epidemiyanın pik həddi olmayıb. İnşallah da gözlənilmir. Bununla belə insanlarımızda səhlənkarlıqlar var. Məsələyə dırnaqarası yanaşma var. Hesab edirlər ki, onlar ya yoluxa bilməz və yaxud da orqanizmləri tab gətirə bilər. Ola bilsin virus bir insana təsir etməyə bilər və heç özü hiss etməz ki, o koronavirusa yoluxub. Amma başqasına zərər verib, ona ötürə bilər ki, həmin insan üçünsə xoşagəlməz nəticəyə gətirib çıxara bilər. Odur ki, məsələyə qlobal yanaşmalı və təkcə özümüzü düşünməməliyik. O baxımdan da qaydalara nə qədər ciddi riayət etsək, bir o qədər vəziyyətdən tez çıxacağıq. Havaların qızması da koronavirusun aradan getməsinə öz müsbət təsirini göstərəcək. Virusa qalib gəlmək ehtimalımız daha yüksəkdir”, - C.İsayev bildirib.
O qeyd edib ki, yoluxma halları minimuma enərsə, yaxın günlərdə karantin rejimində daha ciddi yumşalmaların şahidi ola bilərik: “Daha çox məüssisələrin, fəaliyyət sahələrinin fəaliyyətini bərpasının şahidi olarıq. Bir daha qeyd edirəm ki, bu bizdən asılıdır”.