![]() |
|
MİDA-dan verilən məlumata görə, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək.
Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:
• ibtidai ümumtəhsil məktəbi;
• ümumi orta ümumtəhsil məktəbi;
• tam orta ümumtəhsil məktəbi;
• lisey;
• gimnaziya;
• ümumtəhsil internat məktəbi;
• inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
• inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
• xüsusi məktəb;
• xüsusi internat məktəbi;
• inteqrasiya təlimli internat tipli gimnaziya;
• valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
• digər məktəblər.
Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılmış, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşdirilmişdir. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.
Hər iki yeni kateqoriyaya aid şəxslər 12.05.2020-ci il tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.
Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində "Güzəştli mənzil" pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1735 nəfər müalicə olunaraq sağalmış, 33 nəfər vəfat etmiş, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə yayılan məlumatla bağlı açıqlama verib. DİN-dən Yol-xeber.az-a verilən məlumata görə, xidmət rəisi bildirib: “Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb.
Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.
Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.
Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”.
Ölkəmizdə bütün şəhər və rayonlarında olduğu kimi Tərtərdə də vətəndaşların sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və onların sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyyələr verilir. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar paylanılır.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, Siyəzən RPŞ-nin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara 2 metr sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsindəki vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə profilaktiki tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılır.
Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədova çıqlamasında karantin rejiminin yumşaldılmasının həyatın normallaşmasına faydası olduğunu bildirdi: "Hal-hazırda vəziyyətə baxılır və ona uyğun qərar veriləcək. Son günlər koronavirusa yoluxma tendensiyalarında azalma müşahidə olunur. Əvvəlcə 143, sonra 97, daha sonra da 70 nəfərdə koronavirusa yoluxma oldu. Yəni, 3 gündür artıq azalma var. Burada əsas azalma tendensiyasıdır".
İbrahim Məmmədov eyni zamanda karantin rejiminin yenidən sərtləşdirilmə ehtimalının olub-olmaması barədə də danışdı: " O barədə indidən söz demək tezdir. Yəqin ki, müşahidə olunan tendensiyaya uyğun qərar qəbul ediləcək".
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir, gecə və səhər isə bəzi yerlərdə duman olacaq.
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 10-14°, gündüz 19-23° isti, Bakıda gecə 12-14°, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 40-45% olacaq.
Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında mülayim gilavarın arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.
Bunu “Ölkə.Az”a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, tövsiyyələrə əməl etmək çox vacibdir. “Çünki hələ də virusa yoluxma halları qeydə alınır. Virusa yoluxma halları minimum həddə enməlidir ki, daha geniş karantin rejimindən çıxma tədbriləri həyata keçirilsin. Daha çox sahələrdə iş yerləri fəaliyyətlərini bərpa etsin. Biz də istəyirik ki, yoluxma halı olmasın və karantin rejimi ləğv edilsin. Həyat yenidən öz məcrasına dönsün. Ona görə də gözləmək laızm deyil ki, epidemiya öz-özünə qurtaracaq. Bunu biz insanlar həll edəcək. Biz də ancaq qaydalara və tövsiyyələrə ciddi əməl etməklə koronavirusa qalib gələ bilərik. Dövlət və dövlət qurumları üzərlərinə düşən tədbirləri həyata keçirir, qalır vətəndaşın ona riayət emtəsi”- baş infeksionist bldirib. İkinci dalğa ilə bağlı məsələyə aydınlıq gətirən baş infeksionist bildirib ki, ikinci dalğa gözlənilmir:
“Epidemiyanın dalğavari enib-qalxma kimi özünəməxsus xüsusiyyəti var. Azərbaycanda ümumiyyətlə epidemiyanın pik həddi olmayıb. İnşəallah da gözlənilmir. Bununla belə insanlarımızda səhlənkarlıqlar var. Məsələyə dırnaqarası yanaşma var. Hesab edirlər ki, onlar ya yoluxa bilməz və yaxud da orqanizmləri tab gətirə bilər. Ola bilsin virus bir insana təsir etməyə bilər və heş özü hiss etməz ki, o koronavirusa yoluxub. Amma başqasına zərər verib, ona ötürə bilər ki, həmin insan üçünsə xoşagəlməz nəticəyə gətirib çıxara bilər. Odur ki, məsələyə qlobal yana.malı və təkcə özümüzü düşünməməliyik. O baxımdan da qaydalara nə qədər ciddi riayət etsək, bir o qədər vəziyyətdən tez çıxacağıq. Havalaırn qızması da koronavirusun aradan getməsinə öz müsbət təsirini göstərəcək. Virusa qalib gəlmək ehtimalımız daha yüksəkdir”- C.İsayev bildirib. O qeyd edib ki, yoluxma halları minimuma enərsə, yaxın günlərdə karantin rejimində dah ciddi yumşalmaların şahidi ola bilərik: “Daja çox məüssisələrin, fəaliyyət sahələrinin fəaliyyətini bərpasının şahidi olarıq. Bir dah qeyd edirəm ki, bu bizdən asılıdır”.
Bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi Elçin İsgəndərov məlumat verib.
"Paytaxt sakinlərimizdən xahiş və tələb edirəm ki, qoruyucu maskalardan istifadə etsinlər. Çünki ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməyən vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq olaraq inzibati cərimə və inzibati həbs məsuliyyət tədbirləri görüləcək. İnzibati cərimə tətbiq etmiş vətəndaşlar təkrar qaydaları pozduğu halda inzibati həbs tətbiq olunacaq. Cərimələrin miqdarı fiziki şəxslər üçün 100 manatdan 200 manatadəkdir", - o bildirib.
Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.
Unikal.org bildirir ki, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.
Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.