May ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ortalarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı(norma 18-21 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 33-62 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 68-122 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 8-13, gündüzlər 16-21, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 18, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-62 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 mm) gözlənilir.

 

Gəncədə bıçaqlanma olub

Gəncədə bıçaqlanma hadisəsi olub. 

"Qafqazinfo"nun verdiyi məlumata görə, şəhər sakini 1985-ci il təvəllüdlü Ramal Nəbiyev hər iki sarğı nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. R. Nəbiyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil. Faktla bağlı araşdırna aparılır. 

ADNA-da törədilən terrordan 10 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 10 il ötür.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.

Qanlı hadisə nəticəsində aşağıda adı olan şəxslər öldürülüb:

1. Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu, 1940-ci il təvəllüdlü

2. Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü

3. Neft qaz istehsalı və emali texnikası kafedrasının müəllimi, dosent Vahidov Məcnun Abdulvahid oğlu, 1946-ci il təvəllüdlü

4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü

Tələbələr

5. Məmmədov Taleh Tariyel oğlu, 1988-ci il təvəllüdlü

6. Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü

7. Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü

8. Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü

9. Abdullayev Emin İmaməli oğlu , 1989-cu il təvəllüdlü

10. Babaşov Ruslan Cəfər oğlu, 1990-ci il təvəllüdlü

11. Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü

Akademiyaya süd məhsulları gətirən

12. Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü.

 Yaralananların siyahısı:

1. İsayev Kənan

2. Mustafa Məhəmməd

3. Rüstəmbəyov Faiq

4. Şirəliyev İlkin Azər oğlu

5. Mustafayev Elşən Elbəy oğlu

6. Axundov Rəhman

7. Cəmiyev Elvin Azər oğlu

8. Hüseyinli Zemfira

9. Daas Muavviyyə

10. Seyidəhməd Əmru.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının miladi təqvimlə mayın 6-da başlayacağını açıqladı.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi məhz bu tarixə təsadüf edəcək.

Ayın göründüyü andan etibarən də Ramazan ayı başlayacaq.

Ramazan ayının ilk günündən etibarən müsəlmanlar 5 vacib əməlindən biri olan orucu tutmağa başlayacaqlar. Oruc tutmaq bütün müsəlmanlar üçün vacib buyurulsa da, bəzi şəxslər istisna ola bilir. Bu istisnaya hamilə qadınlar, qocalar, körpələr, xəstə insanlar, səfərdə olanlar daxildir. Lakin bir neçə gün oruc tutduqdan sonra özünü pis hiss edən insanlar da olur ki, onlar ay sonuna qədər bu ibadətini yerinə yetirməkdə çətinlik çəkir. Bunun qarşısını almaq üçün insan orqanizminin oruc tutmağa hazır olub-olmadığını bilmək vacibdir.

Uzun müddət ac və susuz qalacaq bədənin öncədən oruca hazır olması üçün bəzi hazırlıqlar aparılmalıdır.

Ramazan ayı sağlamlıq baxımından əhəmiyyətli bir dönüş nöqtəsidir. Bədənin özünü yeniləməsi üçün ideal olan bu zaman müddətindən öncə orqanizmin bu yeniliyə hazır olması vacibdir. Mütəxəssislər, xüsusilə, sağlam qidalanmayan və immun sistemi zəif olan insanların orucdan əvvəl orqanizmlərinin uzunmüddətli aclığa və susuzluğa qarşı müqavimətini artırmalarını tövsiyə edir. Bunun üçün orqanizmin əvvəldən enerji depolaması lazımdır. Bu məqamda alma suyuna güvənmək olar. Alma suyu bədəndəki toksinləri təmizləyərək immun sistemini qüvvətləndirməkə yanaşı, yağların enerjiyə çevrilməsinə kömək edir. Bir həftə boyunca nizamlı şəkildə alma suyu içərək orqanizçi Ramazan ayına hazırlaya bilərsiniz. Alma suyunu Ramazan ayı boyunca da içmək faydalıdır. İftardan iki saat sonra bu sudan qəbul etməklə bu sağlam prosesi davam etdirmiş olarsınız.

Bir həftə alma suyu içmək...

- Ramazandan öncə başlamaq şərtilə, gündə bir fincan alma suyu içməklə bədəni toksinlərdən idrar yolu ilə təmizləyə bilərsiniz. Bunun sayəsində orqanizmin immun sistemi güclənər və xəstəliklərə qarşı daha dözümlü olar.

- Güclü bir anti-oksidant olduğundan xolestrol səviyyəsini aşağı salır. Bədəni ehtiyacı olan kaliumla təmin edərək ürək və damar xəstəlikləri riskini azaldır.

- Qidalardan alınan yağ və toksinlər qara ciyər vasitəsilə bədəndən atılır. Lakin qaraciyərin deformasiyası bu funksiyanı itirməsinə və yağla toksinlərin bədəndə yığılıb qalmasına səbəb olur. Alma suyu bu prosesin qarşısını alır və qaraciyərin sağlam qalmasına yardımçı olur.

- Uzunmüddətli aclıq və susuzluq, sağlam qidalanmamaq sümüklərin zəifləməsinə gətirib çıxarır. Bu da insanın tez yorulmasına və əzələ ağrılarına səbəb olur. Lakin alma suyunda olan C vitamini və dəmir bu vəziyyətin qarşısını alır.

- Ramazan ayında ən çox rast gəlinən problemlərdən biri də həzm sistemi problemləridir. Almanın tərkibində olan solvent turşusu sayəsində bağırsaqların florası balanslaşır. Qəbzlik və izhal kimi narahatlıqlar aradan qalxır.

Bununla yanaşı...

- Ramazan başlamadan öncə vücudun su səviyyəsini artırmaq üçün bol-bol su içilməlidir. Su içə bilməyənlər bu ehtiyacı qarpız, yemiş kimi su tərkibi yüksək olan meyvələrlə də qarşılaya bilər.

- Ramazana girmədən əvvəl hər öyündə yeməyin miqdarını azaltmaq mədənin sağlam qalması üçün faydalıdır. Beləliklə, mədənin oruc saatlarında aclıq hissetmə səviyyəsi aşağı düşər.

- Duz bədənin su depolamaq səviyyəsinə mənfi təsir göstərir. Bu səbəbdən duzun miqdarını azaltmaq tövsiyə olunur. Beləliklə, daha az susaya bilərsiniz.

İt dişləmələrinin artması, üstəlik havaların istiləşməsi səbəbindən ilan sancması hallarının da tez-tez baş verməsi xəstəxanalarda zərdab məsələsini gündəmə gətirir. Bəs tibb müəssisələri lazım olan qədər zərdabla təmin olunubmu?

Xəzər xəbər-in məlumatına görə, havalar isindikcə ilan və digər heyvan sancmalarının sayı artır. Bu isə zərdab problemini ortaya çıxarır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikanın bütün rayon və şəhərlərində olan tibb ocaqları tələbata görə zərdabla təmin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun sözlərinə görə, ilan zərdabları ilə bərabər it dişləmələri və quduzluğa görə də zərdablar tibb müəssisələrinə göndərilib.

O, həmçinin bildirib ki, bu il zərdab yerləşdiriliməsi ilə bağlı yenilik edilib.

Qeyd edək ki, zərdab vurulması dövlər hesabına pulsuz həyata keçirilir. Vaksinlər İtaliya və Özbəkistan istehsalıdır.

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı ilə əlaqədar olaraq xüsusi hazırlıq işləri görüb.

Axar.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “Bakcell” şirkəti arasında Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsinə əsasən “Bakcell” şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərəcək.

Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı verilib və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənib. Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında “Bakcell” tərəfindən yarış tamaşaçıları üçün əyləncəli tədbirlər təşkil edilib. Həmçinin şirkət yarış müddətində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edəcək.

Bundan əlavə, “Bakcell” özünün sosial media səhifələrində abunəçilər üçün xüsusi müsabiqələr keçirib və qaliblərə Formula 1 yarışına və bu yarış çərçivəsində keçirilən əyləncə tədbirlərinə 150-dən çox bilet hədiyyə edib.

Yarış həftəsonu ərzində mobil rabitə xidmətlərinə artan tələbatı nəzərə alaraq Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının ilk rəsmi dəstəkçisi olan Bakcell şirkəti Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə 2G, 3G və 4G şəbəkələrinin tutumunu maksimal dərəcədə optimallaşdırıb. Bakı və Abşeron ərazisində saniyədə 225 meqabitə qədər mobil internet sürətini təmin edən və ən müasir texnoloji tələblərə cavab verən LTE-A şəbəkəsi tam hazırlıq vəziyyətə gətirilib, yarış zamanı mobil xidmətlərin istifadəsində (səs və məlumat ötürülməsi) yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün isə dənizkənarı bulvar ərazisində 7 ədəd müasir mobil baza stansiyası quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək xaricdən gələn qonaqların və ölkə vətəndaşlarının mobil rabitəyə aid suallarını cavablandıracaq.

Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Rusiya-İran-Azərbaycan sammitinin avqust aylnda Rusiyada keçiriləcəyini bildirib.

İkitərəfli münasibətlərə toxunan Putin iki ölkə arasında ticarət dövriyyəsinin 2018-ci ildə 14% artaraq, 2,5 milyard dollara çatdığını bildirib.

 

Ehtiyatsızlıqdan quyuya düşüb öldü

Astarada kişi sürüşərək quyuya düşüb və ölüb.

Ardını oxu...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğın hadisələrinin qarşısının alınması ilə bağlı komissiya yaradılıb.

Bu barədə Trend-ə özəl açıqlamasında komitə sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, komissiya bununla bağlı araşdırmalar aparır:

"Gələcəkdə bununla bağlı atacağımız addımlar müəyyən olunub. Yaxın günlərdə Nazirlər Kabinetinə müraciət edəcəyik ki, bununla bağlı dövlət vəsaiti ayrılsın. Vəsait ayrılandan sonra Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı bütün yataqxanaların elektrik naqilləri yenilənəcək, köhnə və qarışıq çəkilən xətlər təmizlənəcək. Təxminən 1 və ya 2 həftə ərzində prosesə başlanacaq".

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun ölkədən çıxardığı pulun miqdarı açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 2004-cü ildən Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov 2012-ci ilin iyununda 17944 və 50139, 2013-cü ilin yanvarında 50.418 və 129.646, 2013-cü ilin fevralında 18.440, 2013-cü ilin martında 20,385, 2013-cü ilin mayında 17.718, 2013-cü ilin oktyabrında 113.969 manat və 50.085 ABŞ dollarından ibarət cəmi 423.744 ABŞ dollarını sürücüsü Nail İbrahimovun, 2012-2014-cü illər ərzində 794.316 ABŞ dolları məbləğində isə “Kaspian Kristal” MMC-in rəhbəri olan qohumu Fuad Hacıyevin vasitəsi ilə “AGBank” ASC-dən Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən ayrı-ayrı hüquqi şəxslərin xarici ölkə banklarındakı hesablarına köçürülməsini təmin edib.

Vüqar Mahmudov ümumilikdə qeyri-qanuni yollarla ölkədən 1.218.060 ABŞ dollarını ölkədən çıxarıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Xəbər lenti