![]() |
|
Prezident İlham Əliyev Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Beyləqan rayonunun əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 840 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
"Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə edirik", - deyə AAYDA-nın məlumatında bildirilir.
Binədə əks istiqamətə çıxan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Binə qəsəbəsinin Əli İsazadə küçəsində 160 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JK-696 qeydiyyat nişanlı marşrut avtobusu yolun sol hərəkət hissəsi ilə axına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradıb. Sürücü bir müddət əks istiqamətdə getdikdən sonra ayırıcı zolağın kəsiyindən sağa keçərək öz istiqamətinə qayıdıb.
Bu qəsəbədə əks istiqamətə çıxmaq adi hala çevrilib. Səhər saatlarında avtobus sürücüləri, uşağını məktəbə aparan və işə gedən şəxslərin böyük əksəriyyəti tıxaca düşməmək üçün əks istiqamətə çıxaraq yollarını qısaldırlar. Lakin həmin ərazidə Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları xidmət aparmır. Sürücülər məsuliyyətdən kənarda qaldığı üçün rahatlıqla əks istiqmətə çıxır.
Ümid edirik ki, DYP idarəsi həmin sürücülərə qarşı sərt tədbirlər görməyə başlayacaq.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.
Verilən məlumata görə, bu gün Üzeyir Hacıbəyov küçəsində gənc kişinin halı pisləşib və o, qıc olaraq yerə yıxılıb.
Ərazidə olan vətəndaşlar, eyni zamanda polislər həmin şəxsə ilkin yardım ediblər.
Daha sonra yol polisləri halı pisləşən şəxsi 99 YP 436 nömrə nişanlı yol polisi maşını ilə Neftçilər Xəstəxanasına aparıblar.
Həkimlərin müdaxiləsindən sonra qıc olan şəxs özünə gəlib.
Bakıda hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alan şəxs yaxalanıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Son illər Azərbaycanda avtomobil kirayəsi biznesi geniş yayılıb. Bazarda təmsil olunan şirkətlər müxtəlif seqmentlər üzrə ixtisaslaşır. Bəziləri fiziki şəxslərə “rent a car” xidməti göstərir, digərləri yalnız hüquqi şəxslərə əsasən uzunmüddətli dövrə müxtəlif nəqliyyat vasitələrini kirayəyə verirlər.
Bəs, bu gün bazarın “rent a car” seqmentində hansı tendensiyalar mövcuddur?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə, bazarda inkişaf meylləri mövcud olsa da, bəzi amillər bu xidmət növünün daha geniş formada tətbiqinə əngəllər yaradır:
"Azərbaycanda avtomobil kirayəsi nisbətən yeni bir xidmət növüdür. Daha əvvəl qeyri-rəsmi formada fərdi şəxslər avtomobillərini müəyyən ödəniş müqabilində kirayə verirdilər. Bu, adı bəlli olmayan xidmət növü idi. Lakin “rent a car” kimi tanıdığımız xidmət geniş şəkildə tətbiq olunmağa başladı. Bazarda fərdi şəxslər tərəfindən təklif qalsa da, bu xidmət əsasən ixtisaslaşmış şirkətlər tərəfindən həyata keçirilir. Onlar daha çox biznes və premium sinifə aid edilən sedanlar, yolsuzluq avtomobilləri və krossoverlər təklif edirlər. Ekonom sinif avtomobillərə çox az sayda rast gəlinir ki, bu da birbaşa olaraq tələbatla əlaqəlidir. Belə ki, biznes və premium avtomobillər daha çox toy karvanları üçün kirayələnir. Kimsə istəyir ki, toy karvanında eyni rəngdən və modeldən olan bir necə avtomil olsun və şirkətlər də müştərinin bu istəyini qarşılayırlar. Xüsusən ov mövsümündə ərəb ölkələrindən gələn turistlər tərəfindən yolsuzluq avtomobillərinə tələbat olur. Şəxsi avtomobili olmayan daxili turizm imkanlarını nəzərdən keçirən ailələr konfortlu səyahət üçün krossover tipli avtomobillər kirayələyirlər".
Vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir".
Bu barədə Avtosfer.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün DİN-in "102 Zəng Mərkəzi" daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən geniş imkanlar yaradılıb: "Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.
Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönəldilən böhtan və yalanlar polisin fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.
Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədir.
Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir".
Yanvar ayının 27-i saat 13:00 radələrində Nərimanov rayon Ziya Bünyadov prospektində yerləşən “Bazar Store” alış-veriş mərkəzinin yanında bir şəxs uca səslə vətəndaşları təhqir edərək narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilib ki, ətrafda olan insanlar ərazidə 99-YP-352 dövlət nömrə nişanlı, yol polisinə məxsus avtomobildə xidmət aparar inspektorlara yaxınlaşaraq şikayət ediblər.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. "Vətəndaşlar ərzidə xidmət aparan polis baş serjantı Murad Salahzadə və serjant Məhəmməd Nəzirova məlumat veriblər. Yol polisi əməkdaşları dərhal vətəndaşların verdiyi məlumat əsasında həmin şəxsə yaxınlaşıb. Onu qanunun tələblərinə tabe olmağa dəvət ediblər. Eyni zamanda vətəndaşları narahat etdiyini və bu əməlin qanunazidd olduğunu bildiriblər. Lakin həmin şəxs yol polislərinin qanuni tələblərinə tabe olmayıb. Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib."
Vaqif Əsədov bildirib ki, araşdırma zamanı məlum olub ki, qanunu pozan şəxs 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğludur. "Onun barəsində toplanmış sənədlər aidiyyəi üzrə rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsi 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğlu barəsində İnzibatı xətalar məcəlləsinin 510 və 535-ci maddəsini pozduğu üçün 30 gün həbs qərarı çıxarıb."
Şöbə rəisi bir daha vətəndaşların nəzərinə çatdırıb ki, qanunazidd əməllərə yol verməsinlər və eyni zamanda polisin qanuni tələblərinə tabesizlik göstərməsinlər.