Ramazanın 8-ci gününün dua, imsak və iftar vaxtı

Sabah Ramazan ayının 8-ci günüdür.

"Qafqazinfo" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də Bakıda imsak saat 03:48, iftar isə saat 20:03-dədir.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et. Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"

Allah orucunuzu qəbul etsin!

 

Qəbul imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

DİM-dən “Qafqazinfo” verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 59 binada aparılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək.

Hazırda DİM-in "Facebook" səhifəsi və "Youtube" kanalı vasitəsi ilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilir.

Mayın 13-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Sabah Ramazan ayının 8-ci günüdür.

Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də Bakıda imsak saat 03:48, iftar isə saat 20:03-dədir.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı nəsib et Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!"

Allah orucunuzu qəbul etsin!”

Azərbaycan xalqının ümummilli lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütöv bir regionun xilaskarıdır. Məhz onun gərgin əməyi və məqsədyönlü siyasəti nəticəsində Cənubi Qafqazda sülhə və əmin-amanlığa nail olunub.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili söyləyib.

Qubernator deyib: “Biz hamımız 1990-cı illəri yaxşı xatırlayırıq. Təkcə Azərbaycan deyil, bütün region və sovet respublikaları ağır vəziyyətdə idi. İmperiya qüvvələri hər yerdə qan töküb sabitliyi pozmağa çalışırdı. Həmin illərdə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev öz xalqını və regionu xilas etdi. Məhz Heydər Əliyevin sayəsində regionda sülh bərqərar oldu. Eyni zamanda, regionun inkişafının əsası qoyuldu”.

Ş.Rexviaşvili Heydər Əliyev və Eduard Şevardnadzenin birgə səyləri nəticəsində həyata keçirilən irimiqyaslı layihələrin təkcə Azərbaycan və gürcü xalqlarının deyil, Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.

Bu gün Ramazan ayının altıncı günüdür.

Axar.az Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən xəbər verir ki, mayın 11-də Bakıda imsak saat 03:49, iftar isə saat 20:01-dədir.

Ramazan ayının 6-cı gününün duası:

"Allahummə la təxzulni fihi li-təərrüzi mə-siyətik. Və la təzribni bisiyati nəqimətik. Və zəhzihni fihi min mucibati səxətik. Bimənnikə və əyadikə ya muntəha rəğbətir-rağibin".

Tərcüməsi:

"İlahi, bu ayda məni Sənə asiliyə məruz qoymaqla rüsvay etmə, Öz cəza qamçınla məni vurma, Öz lütfün və köməyin sayəsində Sənin qəzəbini doğuracaq şeylərdən bu ayda məni uzaq et, ey rəğbət bəsləyənlərin Rəğbətlisi".

Allah orucunuzu qəbul etsin!

Gəncə Dövlət Universiteti – elm fədailəri ocağı



Universitetin Fəxri Professoru, qocaman elm xadimi Əliqulu Quliyev bu gün də gənc nəslin elm və təhsil sahəsində formalaşmaları işinə öz misilsiz tövhələrini verməkdədir 

Bu gün ölkənin sayılıb-seçilən, respublikanın təhsil sistemində kifayət qədər yüksək nüfuza sahib olan ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetidir. Zəngin ənənələri, şərəfli tarixi olan bu elm və təhsil ocağı indiyədək ölkəmiz üçün minlərlə yüksək ixtisaslı peşəkar kadrlar yetişdirmişdir. Bu gözəl ənənə bu gün də davam edir. 

Yeniliklər uğurla tətbiq olunur 

Gəncə Dövlət Universiteti indinin özündə də Azərbaycan təhsilinə öz dəyərli töhfələrini verməkdədir. Hal-hazırda universitetdə 8 fakültə və 13 şöbə fəaliyyət göstərir. Bakalavr səviyyəsində əyani şöbədə 40 ixtisasda 5058, qiyabi şöbədə 7 ixtisas üzrə 424, magistratura səviyyəsində isə 306 nəfər olmaqla, bütövlükdə 5788 tələbə təhsil alır.Universitet yüksək keyfiyyətli maddi-texniki bazaya malikdir. Bu ali təhsil müəssisəsinin 5 tədris binası və tələbə yataqxanası var. Bütün tədris binaları əsaslı təmir olunub və müasir tələblərə cavab verir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün universitetdə 32 laboratoriya, 5 ixtisas kabineti, 2 tədris emalatxanası, 8 kompüter mərkəzi və geniş auditoriyalar mövcuddur. Bütün bu göstəricilər isə keyfiyyətli təhsilə imkan yaradır.

Digər tərəfdən də, bu gün Gəncə Dövlət Universitetinin uğurlarından danışarkən universitetin professor-müəllim heyətinin də danılmaz xidmətləri xüsusi olaraq qeyd olunmalıdır. Belə ki, hazırda universitetdə çalışan 555 nəfər müəllim heyətindən 17 nəfəri elmlər doktoru, professor; 151 nəfəri dosent; 303 nəfər fəlsəfə doktoru, baş müəllim və 84 nəfəri isə müəllimdir. Professor-müəllim heyətindən 2 nəfəri əməkdar elm xadimi, 8 nəfəri əməkdar müəllim, 1 nəfəri əməkdar rəssam, 5 nəfər əməkdar ali məktəb işçisi fəxri adını daşıyır. 7 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.
Əlbəttə ki, bu böyük kollektivdə öz fədakar əməyi ilə digər əməkdaşları da səmərəli fəaliyyətə stimullaşdıran, ümumi işin yüksək effektivliyinin təmin olunmasında xüsusi rolu olan universitetin belə demək mümkünsə, əsas daşıyıcı sütunları sayılan qocaman elm xadimlərinin də öz yerləri var. GDU-nun belə elm və təhsil fədailərindən biri də Gəncə Dövlət Universitetinin Fəxri professoru, Azərbaycan Respublikasının Əməkdar MüəllimiƏliqulu Quliyevdir.

Elm və təhsilə həsr olunmuş ömür

20 yaşında ali təhsil almaq məqsədilə Gəncəyə gələn Əliqulu Quliyevin öz gələcək planlarına dair heç bir şübhə və tərəddüdü yox idi. O, riyaziyyat müəllimi olacaqdı. Səbəb də bu idi ki, özünün oxuduğu məktəbdə ali təhsilli riyaziyyat müəllimi yox idi.
1964-cü ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirən və yenicə ailə həyatı qurmuş Əliqulu müəllim təyinatla Yevlax rayonuna gəldi. Respublikada qabaqcıl təcrübəsi ilə məşhur olan Xaldan məktəbində pedaqoji fəaliyyətə başladı. Tələbəlik illərində elmə xüsusi marağı ilə seçilən, bu səbəbdən müəllimlərinin diqqətini cəlb edən Əliqulu Quliyevi bu həvəs orta məktəbdə işlərkən də rahat buraxmadı. Orta məktəbdə işləyə-işləyə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına qəbul olundu. Bir il sonra müsabiqə ilə məzunu olduğu Gəncə Dövlət Universitetinin həndəsə və elementar riyaziyyat kafedrasına müəllim təyin edildi.

Artıq 55 ilə yaxındır ki, Əliqulu Quliyev Gəncə Dövlət Universitetində tələbələrin təhsili, tərbiyəsi, onların həyata hazırlanması, yüksək səviyyəli mütəxəssis kimi yetişməsi sahəsində əzm və fədakarlıqla çalışır, son dərəcə uğurlu fəaliyyət göstərir. Ömrünün müdriklik dövrünü, 80-ci baharını yaşayan Əliqulu müəllim öz peşəkarlığı, tələbkarlığı və eyni zamanda da qayğıkeşliyi ilə təkcə çalışdığı fakültədə yox, bütün universitetdə professor-müəllim və tələbə kollektivinin dərin hörmət və rəğbətini qazanmışdır.

Bacarıqlı rəhbər, təcrübəli pedaqoq

Yüksək elmi potensialı, zəngin pedaqoji təcrübəsi, müasir idarəçilik üsullarını tətbiq etmək bacarığı və ən əsası da gözəl insani keyfiyyətləri nəzərə alınaraq, Əliqulu Quliyev çalışdığı Gəncə Dövlət Universitetində daim rəhbər vəzifələrə irəli çəkilmişdir. Belə ki, o, on il ərzində GDU-nun riyazi analiz kafedrasınarəhbərlik etmişdir.Kafedraya rəhbərliyi dövründə işçilər arasında əmək və tədris intizamı möhkəmlənmiş, müəllim heyətinin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması daim diqqət mərkəzində olmuş, gənc müəllimlərlə iş günün tələbləri səviyyəsində qurulmuş, “Açıq dərs”lərin təşkilinə, qabaqcıl təcrübənin yayılmasına, xüsusi fikir verilmişdir. Kafedra əməkdaşları tərəfindən dərsliklərin, dərs vəsaitlərinin, metodiki vəsaitlərin, fənn proqramlarının hazırlanması ön planda olmuşdur. İdarə etdiyi kafedra öz yüksək göstəriciləri ilə həmişə ön sıralarda olmuşdur. Bu uğurların nəticəsi olaraq, Əliqulu Quliyev 2006-cı ildə fakültə kollektivinin istəyi ilə riyaziyyat-informatika fakültəsinə dekan seçilmişdir.Dekan seçildikdən sonra Əliqulu müəllimin fəaliyyət dairəsi daha da genişlənmiş və o, bu vəzifənin də öhdəsindən bacarıqla gəlmişdir. Bu dövrdə Əliqulu Quliyev fakültənin pedaqoji və elmi potensiala malik müəllimlərinin bütün səylərini, bilik və bacarıqlarını tələbələrin təlim və tərbiyəsinin daha da yaxşılaşdırılmasına yönəltməyə müvəffəq olmuşdur. Məhz onun rəhbərliyi dövründə fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsinə, kredit sistemi ilə tədrisin səmərəliliyinin artmasına xüsusi əhəmiyyət verilməyə başlandı. Sonrakı illərdə də imtahan sessiyalarının nəticələrinə görə fakültə həmişə öndə oldu. İtaliyanın Tuşşiya, Bolqarıstanın Rousse, Latviyanın Rezekne universitetləri ilə əməkdaşlıq əlaqələri yaradıldı. Xarici universitetlərlə əlaqələr həmin universitetlərdə müəllimlərin təcrübə mübadiləsi aparmasına, xarici vətəndaşların GDU-da, eləcə də tələbələrimizin xaricdə təhsil almalarına şərait yaratdı. Fakültədə tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması və nailiyyətlərinin qiymətləndirilməsi onların elmə daha böyük maraq göstərməsinə təkan verdi.

Riyaziyyat vurğunu, elm fədaisi

Birmənalı olaraq demək lazımdır ki, Əliqulu müəllim pedaqoji və təşkilatçılıq fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat sahəsində də böyük uğurlar qazanmışdır.Öz əsaslı elmi araşdırmalarına Əliqulu Quliyev 1974-cü ildə, “Məxsusiyyəti olan polinominal əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fazasında həlli” mövzusunda dissertasiyanın müdafiəsi ilə başlayıb. Qeyd edək ki, onun bu tədqiqat işini akademiklər Q.Şilov, C.Allahverdiyev, F.Maksudov və başqaları yüksək qiymətləndirmişdilər. Ə.Quliyevin indiyə qədər 100-ə yaxın elmi məqaləsi ölkəmizdə və xaricdə elmi məcmuələrdə nəşr olunmuşdur. “Riyazi məntiq və alqoritmlər nəzəriyyəsi”, “Bul cəbri və alqoritmlər nəzəriyyəsi”, “Riyaziyyat tarixi”, “Riyaziyyat tarixindən oçerklər”, “Riyaziyyatdan məsələ və misallar (həlli ilə)”, “Riyazi məntiq. Çoxluqlar nəzəriyyəsinin aksiomatik qurulması” adlı dərs vəsaitləri, iki hissəli “Cəbr və ədədlər nəzəriyyəsindən metodiki göstəriş” adlı əsərləri müəllim və tələbələrin stolüstü kitablarına çevrilmişdir.
Həmçinin GDU-da riyaziyyat-informatika fakültəsinə rəhbərlik etdiyi dövrdə də Əliqulu müəllim həm müəllimləri, həm də tələbləri elmi tədqiqatlar istiqamətində fəaliyyətə hər zaman həvəsləndirib. Məhz həmin vaxtdan etibarən fakültədə elmi konfransların, elmi seminarların keçirilməsi ənənə halını aldı. Hər il müəllim və tələbələrin elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş elmi konfranslar keçirildi. 2007-ci il noyabrın 29-30-da keçirilən “İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemləri. Elektron idarəetmə”, 2008-ci ildə universitetin 70 illik yubileyinə həsr edilmiş “Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər” adlı beynəlxalq konfranslar fakültənin nüfuzunu qat-qat artırdı. Kafedralarda elmi seminarların keçirilməsinə xüsusi önəm verildi. Müxtəlif mövzularda keçirilən elm seminarlar müəllim və tələbələrin böyük marağına səbəb olmuşdu. Bundan başqa, Əliqulu müəllimin təşəbbüsü ilə fakültənin ayrıca kitabxanası, saytı və elektron poçtu yaradılmış, fakültənin tədris göstəriciləri və gündəlik həyatı haqqında informasiyalar müntəzəm olaraq orada öz əksini tapmışdır. Görülən işlərdə o, fakültə əməkdaşlarının potensialından da hər zaman səmərəli istifadə edib. Təsadüfi deyil ki, Əliqulu müəllimin yetirmələri arasında özü ilə çiyin-çiyinə çalışan, eləcə də ölkənin müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən elmlər və fəlsəfə doktorları, baş müəllimlər, orta məktəblərdə çalışan əməkdar müəllimlər, “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüş, dövlət təltifləri ilə mükafatlandırılmış müəllimlər vardır.

Ə.Quliyevin elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilir

Əliqulu Quliyevin səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri həmişə universitet rəhbərliyinin, Təhsil Nazirliyinin diqqət mərkəzində olmuş, dəfələrlə təşəkkürlərə, fəxri fərmanlara layiq görülmüşdür. Əliqulu müəllim müxtəlif illərdə universitet rəhbərliyinin, 2004-cü ildə Respublika Təhsil Nazirliyinin, 2013-cü ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanını almış, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.2018-ci ildə isə Əliqulu Quliyevə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir.Yüksək elmi nailiyyətlərinə və əldə etdiyi uğurlarına görə Əliqulu Quliyev 2013-cü ildə Universitet Elmi Şurasının qərarı ilə Universitetin Fəxri professoru seçilmişdir. Bu adı özünün çoxillik əməyinə verilən ən böyük qiymət hesab edən Əliqulu müəllim bu gün də elmi-pedaqoji fəaliyyətini yüksək səmərəliliklə davam etdirir. Gənc müəllim və mütəxəssislərin yetişməsində əzmlə çalışır. Universitetin bütün ictimai işlərində fəallıq göstərir. Bu gün Əliqulu Quliyev universitet üzrə “Dekan və kafedra müdirlərinin seçkilərinin təşkili” və “İntizam” komissiyalarının üzvü, “Tədrisə nəzarət” və “Etika” komissiyalarının sədridir. 

Heç şübhə etmirik ki, Əliqulu müəllim hələ uzun illər gənc nəslin elm və təhsil sahəsində formalaşmaları işinə öz misilsiz tövhələrini verməkdə davam edəcək, onun zəngin təcrübəsindən isə bundan sonra hələ bir çox nəsillər bəhrələnəcəklər.
Həqiqətləri təhrif etməyək

Təəssüflər olsun ki, son vaxtlar bəzi elektron informasiya vasitələrində ölkənin tanınmış, nüfuzlu elm, mədəniyyət və ictimai xadimlərinə qarşı düşünülmüş şəkildə “qara piar” kampaniyalarının aparılması bir tendensiya halını almaqdadır. O cümlədən, bəzi saytların səhifələrində Əliqulu Quliyevə qarşı da böhtan xarakterli məlumatların əks olunduğu materiallar dərc edilməkdədir. Tam məsuliyyətilə bəyan etmək istərdik ki, həmin materiallarda irəli sürülən ittihamların heç birində həqiqəti əks etdirə biləcək zərrə qədər də olsun obyektiv informasiya yoxdur. Əksinə, müəyyən qüvvələr bu vasitə ilə Əliqulu müəllimin nüfuzuna xələl gətirməyə, onun 80 il ərzində ləyaqətlə daşıdığı, hər cür pisliklərdən öz şərəfi, elmi və zəhməti ilə qoruyub saxladığı təmiz adına ləkə salmağa çalışırlar. Çox təəssüflər olsun ki, bəzi bizim həmkarlarımız da belələrinin əllərində qeyri-iradi olsa belə, bəzən bir alətə çevrilirlər.

Buna görə də biz bir daha bu həmkarlarımıza müraciət edərək, onları belə həssas məqamlarda son dərəcə ehtiyyatlı olmağa çağırırıq. Diqqət edin, bu gün kimlərinsə hədəfə aldıqları Əliqulu Quliyev ölkənin nüfuzlu ali təhsil müəssisələrindən birinin Fəxri Professoru, həmin universitetin məsul vəzifəli əməkdaşıdır. Deməli, baxdığımız halda Əliqulu müəllimə qarşı düzənlənən hücumlar eyni zamanda Gəncə Dövlət Universitetinin bütün kollektivinə qarşı planlaşdırılıb. İkinci bir tərəfdən, Əliqulu Quliyev, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişvə 2018-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Belə çıxır ki, Əliqulu müəllimin dövlətimiz tərəfindən yüksək qiymətləndirilən xidmətləri, ona qarşı çıxan qaragüruhçular tərəfindən qətiyyən qiymətləndirilmir. Belə olduğu halda, Respublikanın Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təltiflərinin bu şəxslər tərəfindən ümumiyyətlə hesaba alınmaması heç də təəccüblü görünmür... 

Lakin belə bir davranış tərzi Azərbaycan mətbuatı deyilən bir ictimai formasiyada yer almağa iddialı olan heç bir inormasiya vasitəsinə qətiyyən yaraşmaz. Birmənalı olaraq, redaksiyalara daxil olan bu kimi məlumatların ilk öncə müəlliflərinin kimliyi müəyyən edilməlidir. Bundan sonra həmin məlumatlar bütün ciddiliyi və dəqiqliyi ilə araşdırılmalı, əsil həqiqətlər üzə çıxarılmalıdır. Yalnız belə olacağı təqdirdə biz insanlarımızın sayıb-seçdikləri, hörmət və ehtiram bəslədikləri, özlərinə böyük, ağsaqqal bildikləri nüfuzlu cəmiyyət üzvlərini bədxahların hücumlarından qoruya bilərik.

Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Ağayev rayonun Türklər kəndinin sakini, Xocalının müdafiəsində şəhid olmuş polis əməkdaşı Abdulla Həmzəyevin həyat yoldaşı Mehriban Bəkirovanın qəbula buraxılmaması ilə bağlı məsələyə münasibət bildirib.

İca başçısı Reporta-a açıqlamasında bildirib ki, həmin vətəndaşın müraciətindən xəbərsizdir və bununla bağlı araşdırma aparacaq:

"Ümumiyyətlə, hər həftənin üçüncü günü Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında, hər həftənin ikinci günü isə kəndlərdə səyyar qəbullar keçirirəm. Bütün vətəndaşlar şəxsən mənə müraciət edirlər və onlara köməklik göstərilir. Həmin vətəndaşın müraciəti ilə bağlı mənim məlumatım yoxdur və bununla bağlı araşdırma aparılacaq. Bu barədə mənə məlumat verməyiblər. Heç kimə qəbulda iştirak etməklə bağlı məhdudiyyət qoyulmayıb. Əsasən Prezident İlham Əliyevin tapşırığı ilə aztəminatlı, şəhid ailələrinə və Qarabağ veteranlarına xüsusi diqqət göstərilir".

Qeyd edək ki, jurnalist Kərim Kərimli Feysbukda M.Bəkirovanın müraciətini yayıb. İddiaya görə, M.Bəkirova qəbul günü icra başçısının qəbuluna gedib: "Qəbul günü olsa da, onu sizin yanınıza buraxmayıblar, ona "deyiblər" ki, sənin şəhid olmuş həyat yoldaşın Xocalıda əvvəlcədən növbəyə yazılıb, nömrə götürüb, gedib evində oturub şəhid olmaq üçün növbə gözləyib və növbəsi çatanda da şəhid olub. Ona görə də sən də indi burada əvvəlcə növbəyə yazılmalı, müvafiq nömrə götürməli və gedib gözləməlisən. Tez-tez bizimlə əlaqə saxlamalısan. Nə vaxt, hansı qəbul günü növbən çatsa, onda da səni başçının qəbuluna buraxarıq".

Bu gün Ramazan ayının beşinci günüdür.

Axar.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 10-da Bakıda imsak saat 03:51, iftar isə saat 20:00-dadır.

Ramazan ayının 5-ci gününün duası:

"Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin".

Tərcüməsi:

"İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver, Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xatirinə, ey mərhəmətlilərin Mərhəmətlisi!"

Allah orucunuzu qəbul etsin!

Bakıda kütləvi dava

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı 2 nəfər qətlə yetirilib.

Bir neçə yaralının olduğu bildirilir.

Yaralılardan biri - 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

 

 

Azyaşlılara siqaret satanlar cəzalandırıldı

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir zamanı Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.

Həmçinin Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən marketdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı polislər tərəfindən aşkar edilib.
Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.

Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə, satışı dayandırmalı, həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
Paytaxt, eləcə də regionlarda yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi tədbirlər bundan sonra da davam etdiriləcək.  

 

 


 

Xəbər lenti