![]() |
|
İcbari tibbi sığorta təminatında gözləmə müddətinin şərtləri açıqlanıb.
"Report" xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva gözləmə müddətinin icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddət olduğunu deyib.
O bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyələşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir".
S.Quliyeva qeyd edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq".
Agentlik rəsmisi vurğulayıb ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir: "Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir".
"Son günlər paytaxt Bakıda tıxaclar kəskin şəkildə azalıb. Əvvəllər xüsusilə günün pik vaxtlarında saatlarla tıxacda qalırdıq. Hazırda isə şəhərin giriş-çıxışları istisna olmaqla belə hallar yoxdur, olsa da hərəkət tam dayanmır. Düşünürəm ki, yol polisinin fəaliyyəti nəticəsində bu bəladan tamamilə xilas olacağıq”. Bu sözləri Yol-xeber.az-a sığorta eksperti, deputatlığa namizəd Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, DYP sistemində aparılan son islahatlar artıq nəticəsini verməyə başlayıb. "Cənab nazir Vilayət Eyvazov yol polisində dəyişikliklər edəndən sonra müsbət tendensiyalar müşahidə olunur. İnspektorların daha çox sıxlıq olan küçə və prospektlərdə xidmət aparması təqdirəlayiq haldır. Nəqliyyat axınının tənzimlənməsi vacib şərtdir. Odur ki, yol polisinin nizamlayıcı olaraq fəaliyyət göstərməsi həm sürücülər, həm də piyadaların hərəkəti üçün önəmlidir. Bəzən nizamlanmayan piyada keçidlərində piyadalar yolu bir-bir keçir. Bu isə tıxaca səbəb olur. Amma yol polisləri keçidlərdə xidmət aparır və bu tənzimlənmə həm piyadaların yolu təhlükəsiz keçməsi, həm də hərəkət axınının bərpa olmasına səbəb olur".
Ekspert xüsusilə "20 Yanvar", 3-cü mikrorayon dairəsi, "Şamaxinka", "Babək prospektinin sonu" kimi tanınan ərazilərdə yol polislərinin fəaliyyəti nəticəsində tıxacın azaldığını vurğulayıb. "Şəhərin obrazlı desək, ən yararlı yerləri hesab olunan nöqtələrdə hərəkətin təhlükəsizliyi və intensivliyi var. Təbii ki, burada yolun hərəkət hissəsinin taksi və avtomobillər tərəfindən tutulması xüsusilə rol oynayırdı. Yol polisinin dayanma-durma üçün cərimə yazmaq səlahiyyəti olmasa da, hərəkət axınının tənzimlənməsi əsas vəzifəsidir. Odur ki, yolun hərəkət hissəsində park edilmənin qarşısının alınması da tıxacların yaranmasını azaldır. Eyni zamanda avtobus dayanacağının digər sürücülər tərəfindən zəbt edilməsi də böyük problem idi. Hazırda bunun da qarşısı yol polisləri tərəfindən alınır. Nəticədə avtobuslar dayanacağa rahat girir, ikinci sırada dayanmır, bu da tıxacın qarşısını alır."
Xəyal Məmmədxanlı yol polisi rəhbərliyinə təşəkkür də edib. "Yeni rəhbərliyə bu addımlara görə təşəkkür edirəm. Düşünürəm ki, bu proses davamlı olacaq və nəticədə insanlarda bu kimi qayda pozuntularını etməmək mədəniyyəti formalaşacaq. Eyni zamanda cərimədən çox maarifləndirmə aparılması da təqdirəlayiq haldır”.
Ekspert deyib ki, tıxacın, sıxlığın azalması istər-istəməz yol qəzalarının da sayının azalmasına gətirib çıxarır. "Bu da o deməkdir ki, sığorta hadisələri azalır və dövləti iqtisadi ziyan dəymir. Ümid edirəm ki, yaxın gələcəkdə yol qəzalarının sayını kəskin şəkildə azaltmaqla sığorta hadisələrini minimuma endirmiş olacağıq”.
Xəyal Məmmədxanlı həm də əlavə edib ki, seçki platformasındakı ən əsas məsələlərdən biri də elə yol hərəkətinin təhlükəsizliyidir.
"Paytaxtda hərəkətin etibarlı təhlükəsizliyi istiqamətində kompleks maarifləndirmə tədbirlərin genişləndirilməsi diqqət mərkəzindədir". Bu fikirləri Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib
Onun sözlərinə görə yeni dövrün çağırış və təhdidləri, yol-qəza hadisələrinin faktlar üzrə təhlilləri göstərir ki, yollarda hərəkət iştirakçılarının məsuliyyəti əsas şərtlərdən biridir. Bunu nəzərə alaraq, ötən il qeydə alının hər bir yol-qəza hadisəsi faktlar üzrə ayırı-ayırılıqda nəzərdən keçirilib.
Qabaqlayıcı profilaktik tədbirlərin səmərəli təşkil edilməsi, yeni məzmunda təbliğat və təşviqatın yaxşılaşdırılması üçün cəmiyyətin hər bir üzvünün fəallığı tələb olunur. Bu tələb, hər bir hərəkət iştirakçısının məsuliyyətdən, qanunlara ehtiramından, başqalarının hüquq və vəzifələrinə rəğbətindən asılıdır.
Şərh etmədən bir sıra yol-qəza hadisələri ilə bağlı “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı faktları diqqətə çatdırırıq. Görünən odur ki, tərəflərin yol hərəkəti qaydalarına ehtiyatsız münasibəti, piyada səhlənkarlığı, sürücü diqqətsizliyi hadisələrin baş verməsinə real zəmin yaradır.
Məqsədimiz real, montaj olunmadan qeydə alınan hadisələrin – sürət həddinin aşılması, hərəkət istiqamətində diqqətsizlik, qarşı hərəkət zolağına çıxma, təyin olunmayan yerlərdən hərəkət, yol ayrıclarında, yol kəsişmələrində tələblərin pozulması və digər xətalar insan təlafatına, xəsarət və əmlakın zədələnməsi ilə nəticələnir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərlə bağlı açıqlama yayıb.
DYP-dən Avtosfer.az-a verilən məlumata görə, “Bakıda yol polisi sürücülərə belə tələ qurur” başlığı ilə sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı aparılmış xidməti araşdırma nəticəsində müəyyən edilib ki, 17.01.2020-ci il tarixdə saat 10:50 radələrində paytaxtın Qaradağ rayonu ərazisində, “Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dairəyə yaxınlaşan “Hyundai Tucson” markalı, 99-SE-113 dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq nömrə nişanının palçıqlı olması səbəbindən yaxşı görünmədiyi üçün həmin ərazidə xidmət aparan BDYPİ-nin Ekoloji nəzarət üzrə YPX bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, lakin sürücü işlədiyi yerə çatdığını və avtomobili işlədiyi obyektin yanındakı yuma məntəqəsinə verəcəyini bildirərək məsuliyyətə cəlb edilməməsini xahiş edib.
Sürücü verdiyi şifahi izahatında YPX inspektorlarının məsələyə anlaşıqlı yanaşaraq ona xəbərdarlıq etdiklərini bildirib və bu görüntülərə görə kiminsə xəyali şərhinə əsaslanıb əməkdaşlar haqqında intizam tədbirlərinin görülməməsini xahiş etməklə məsələnin araşdırılmadan ictimailəşdirilməsini ədalətsiz yanaşma kimi qiymətləndirib.
Qeyd olunan avtomobilin sürücüsü özü haqqında məlumatların mətbuat vasitəsilə açıqlanmasının əleyhinə olduğunu bildirsə də məsələnin ictimailəşməsi və saxlanılan şəxsin həqiqətən də onun olması faktının təsdiqlənməsinin vacibliyi diqqətinə çatdırıldıqdan sonra o, ad və soyadının çəkilməməsi şərti ilə idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları barədə məlumatın ictimailəşməsinə razılıq verib.
Araşdırma zamanı eləcə də müəyyən edilib ki, həmin patrul avtomobilini idarə edən YPX inspektoru tərəfindən xidmət müddətində, yəni səkkiz saat ərzində həmin dairədə yeddi dəfə dönmə əməliyyatı aparılıb, lakin qeyd olunan “Hyundai Tucson” markalı avtomobildən başqa hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb.
Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Sözçü deyib ki, o, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir.
"Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır", - o deyib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən "İnstagram" platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır. Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur. Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Yol-xeber.az-ın məlumatına görə BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir:
“Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarıdır. “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairə onların xidmət etdiyi ərazinin sərhəd hissəsidir.
Həmin dairənin ətrafında bəzi hallarda avtomobillər yığılır, nəqliyyat vasitəsinin rahat keçməsinə mane olduqları üçün polis əməkdaşları ərazidə xidmət aparırlar”.
K.Əliyev qeyd edib ki, qurum birtərəfli qaydada araşdırma aparmır:
“Həmin ərazidə polis əməkdaşları avtomobilin sürücüsünü də saxlayıb. Biz də onu idarəyə dəvət etmişik ki, onun izahatı ilə bizim əməkdaşların izahatı uyğun gəlirmi?
Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik”.
Qonşu Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələ Azərbaycanda da təşviş yaradıb. İndi bir çoxlarını “Azərbaycanda da belə bir gücdə zəlzələ baş verə bilərmi” sualı maraqlandırır.
Bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli açıqlama verib.
Qurban Yetirmişli deyib ki, Azərbaycanda yaxın vaxtlarda Elazığda qeydə alınmış zəlzələ gücündə yeraltı təkanların baş verməsi gözlənilmir.
Qurban Yetirmişli həmçinin bildirib ki, zəlzələ nəticəsində tələfatın az və ya çox olması birbaşa binaların keyfiyyətindən asılıdır. Bu səbəbdən zəlzələyə hazırlıq dedikdə, həm də binaların keyfiyyəti nəzərdə tutulur.
O ki qaldı zəlzələdən daha az tələfatla çıxmağa, bunun bir yolu da maariflənməkdir. Vətəndaşlar zəlzələ haqqında məlumatlı olmalı və hadisə baş verən anda həyəcanlanmamalıdırlar. Çünki təşviş və həyəcan daha böyük fəsadlara və itkilərə yol aça bilər.
Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
"Ölkə.Az" bildirir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, araşdırmalar nəticəsində həmin avtomobil müəyyən olunaraq, sürücünün izahatı alınıb, ərazi üzrə “Təhlükəsiz şəhər” kameralarının görüntülərinə baxılıb.
E.Hacıyev əlavə edib ki, iddialar təsdiqini tapmayıb:
“Vətəndaşın müraciəti üzrə araşdırmalar davam etdirilir”.