Yol polisi "protiv" gedən "Niva" sürücüsünü cərimələdi - VİDEO
100 manat və 4 cərimə balı tətbiq olunub

Yanvar ayının 29-u səhər saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində şütüyən “Niva” markalı avtomobilin sürücüsü “avtoş”luq edib. Avtosfer.az xəbər verir ki, bu barədə hadisə şahidi olan sürücülər məlumat veriblər.

Belə ki, Mikayıl Əliyev küçəsində “Niva” markalı, 99 TM 311 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətinə çıxıb. O, yüksək sürətlə hərəkət edərək digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, artıq həmin sürücü yol polisi tərəfindən aşkarlanlb. "Həyata keçirilən tədbirlər nəticəsində sürücü aşkarlandı. Ona İnzibati Xətalar Məcəlləsinin 327.4-cü madddəsinin tələblərinə uyğun olaraq 100 manat və 4 cərimə balı tətbiq olundu."

 

Vaqif Əsədov sürücüləri qaydaları pozmamağa, təhlükə yaratmamağa çağırıb. 

 

Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladı
Əslində, daxilən sevgisizlikdən, mənəvi aclıqdan yaranan boşluq qıcığa qarşı reaksiyanı gücləndirir

İnsanların gündəlik həyatda yaşadıqları stresin böyük hissəsi də yolda keçən vaxtın payına düşür. Belə ki, insanlar diskomfort şəraitdə evə getdikdə və ya yolda tıxacda qaldıqda həddən çox gərildiklərini söyləyirlər. Vəziyyətdən ən çox narazı olanlar isə ictimai nəqliyyatdan istifadə edən şəxslərdir. Yol-xeber.az xəbər verir ki, mövzu ilə bağlı “MediaPost”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı insanların yolda keçirdikləri stresin səbəblərini izah edib. 

Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq - Psixoloq açıqladı

O bildirib ki, yorğun insanlarda ən adi hallara qarşı dözümsüzlük yaranıb: “İnsanlar arasında aqressiya artıb, empatiya bacarığı çox aşağı düşüb. Bununla əlaqədar olaraq yolda keçirdikləri stresi qabartmaları normaldır. Əslində, daxilən sevgisizlikdən, mənəvi aclıqdan yaranan boşluq qıcığa qarşı reaksiyanı gücləndirir. Belə şəraitdə olan insanlar yolda tıxac əmələ gələndə, ictimai nəqliyyatda sıxlıq olanda və s. hallarda əsəbiləşirlər".

 

Ekspertin fikrincə, sözügedən problemlərin aradan qaldırılması üçün ictimai nəqliyyatda yeniliklər tətbiq edilməlidir: "Ümumiyyətlə, yeniliklər kütlə tərəfindən gec qəbul olunsa da, komfort şəraiti təmin edildikdən sonra müsbət qarşılanır. Təbii ki, yeni marşrutların istifadə, ictimai nəqliyyatda kart sisteminə keçidlə əlaqədar nizam-intizamın yaradılması, avtobusların təmizliyi və s. bu kimi detallar insanların özünü rahat hiss etməsinə səbəb olur. Bu da dolayı yolla onların gündəlik həyatında müsbət istiqamətdə dəyişikliklərlə nəticələnir. Bu gün paytaxtda ictimai nəqliyyatda tətbiq olunan yeni qaydalar kütlə tərəfindən tam şəkildə qəbul olunmasa da, bir müddət sonra insanlar buna alışacaq və bu sistemli həyat onlara müsbət təsir edəcək”.

Xatırladaq ki, bu yaxınlarda 300 yeni avtobus alınaraq ölkəmizə gətirilib və hazırda onların müntəzəm marşrut xətləri üzrə istismara verilməsi işləri gedir.

Dövlət Yol Polisi işçi axtarır - ELAN
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dölət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifəsində xidmət aparılması üçün hazırlıq kurslarına qəbul elan edib.

BDYPİ-in İctimaiyyətlə əlaqələr şöbəsinindən verilən məlumata görə, kurslarda ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, sürücülük hüququna malik, aydın nitq qabiliyyəti olan, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vuran, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmayan (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

 

Kursları müvəffəqiyyətlə bitirib buraxılış imtahanlarından məqbul qiymət almış şəxslər DYP bölümlərinin vakant YPX inspektoru vəzifələrinə təyin ediləcəklər.

Kurslarda iştirak etmək istəyən şəxslər 20.02.2020-ci il tarixədək hər gün saat 10:00-dan 17:00-dək DİN-in BDYPİ-nə (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4) müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər.

şəxsiyyət vəsiqəsi

təhsil haqqında sənədin əsli

hərbi bilet

əmək kitabçası (olduğu halda)

sürücülük vəsiqəsi

məhkumluğunun olmaması barədə arayış

Əlaqə telefonları: +99412 590 81 10, +99412 590 81 39

Gültən Qədirli

Seçki bülletenlərinin DSK-lara verilməsi başa çatır
Azərbaycanda fevralın 9-a təyin edilmiş Milli Məclisə seçkilərdə seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından (MSK) dairə seçki komissiyalarına verilməsi müddəti bu gün başa çatır.

 Azərbaycan Respublikasında Milli Məclisə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bülletenlər səsvermə gününə azı 5 gün qalanadək, 2020-ci il fevralın 4-dək dairə seçki komissiyalarına verilməlidir.

Fevralın 4-də, həmçinin hərbi hissələrdə, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində müstəsna hallarda seçki məntəqələrinin bilavasitə seçkilərdən əvvəl yaradılması prosesi başa çatır.

Azərbaycanda tanınmış jurnalist vəfat etdi
Jurnalist Cavanşir Cahangirov vəfat edib.

Bu barədə APA-ya onun oğlu Cavid Cahangirov məlumat verib. Onun sözlərinə görə, uzun müddət xəstəlikdən əziyyət çəkən atası bu gün səhər saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanada vəfat edib.

Cavanşir Muradxan oğlu Cahangirov 30 oktyabrda 1955-ci ildə Bakıda anadan olub. 1962-1972-ci illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə «Gənclik» redaksiyasında baş redaktor olub. 2009-cu ildən 2015-ci ilə kimi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb. Hazırda isə Azərbaycan Radiosunun proqram direktorunun müavini və Teleradio Akademiyasının müəllimi vəzifələrində çalışırdı.

Şəmkirdə Vəsilə Abulovanın seçicilərlə görüşündə izdiham yaşandı.

 

 

Artıq hər kəsə bəllidir ki, ölkəmizdə həyata keçirilən islahatların nəticəsi olaraq 09 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Onu da qeyd edək ki, bu seçkiyə xeyli sayda gənc, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan şəxslər qatılıblar. MSK-dan verilən məlumatlara görə, 1700 nəfərə yaxın namizədin qeydiyyata alınması, bu gün ölkə tarixinə rekord göstərici kimi daxil olub. Qəbul olunmuş “Təqvim planı”na uyğun olaraq 17 yanvardan başlanmış seçkiqabağı təşviqat kampaniyası, əvvəlki seçkilərdə müşahidə olunanlardan xeyli fərqlənir. Yəni, namizədliyi qeydə alınmış şəxslərin sosial şəbəkələrin imkanları ilə bərabər, digər rəqəmsal alətlərdən geniş istifadə etmələri də, məhz seçki kampaniyasının ictimaiyyət tərəfindən maraqla qarşılanmasına səbəb olmaqdadır.

“Təqvim planı”na uyğun olaraq 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Çapay qızı Abulova da, mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, neçə gündür ki, təbliğat-təşviqat kampaniyasını aparmaqda davam edir. Belə ki, adıçəkilən xanımın Şəmkir rayonunun ən iri yaşayış məntəqələrindən biri olan Zəyəm qəsəbəsində, dünən çoxsaylı seçicilərlə keçirdiyi izdihamlı görüş daha çox diqqəti cəlb etdi. Onu da bildirək ki, bu seçki dairəsinin ərazisində 39 seçki məntəqəsi və 43499 nəfər seçici var.

Keçirilən görüşdə seçicilər onları maraqlandıran bir çox məsələlərlə, mövcud ictimai-siyasi vəziyyətlə, daha çox isə, sosial həyatda üz-üzə qaldıqları məsələ və problemlərin həlli ilə bağlı suallar verib, dolğun şəkildə cavab əldə etdilər. Diqqəti cəlb edən hal o oldu ki, Vəsilə Abulova hər bir seçicinin ünvanladığı suala sadə dildə, məntiqlə və əsaslandırılmış şəkildə cavab verdi. Belə bir halın varlığı, seçicilərin ona qarşı inam hissinin artmasına səbəb oldu. Deputatlığa namizəd seçiciləri ilə görüşü zamanı bildirdi ki, “Mən cənab Prezidentin həyata keçirdiyi islahatlar, cəmiyyətə yönəlik mesajlarından ruhlanaraq bu seçki prosesinə qoşuldum. Millət vəkili seçiləcəyim təqdirdə, 99 saylı Şəmkir kənd seçki dairəsinin ərazisində olan hər kəsin maraqlarının qorunmasına, problemlərinin həllinə çalışacağam. Düzdür, seçki prosesinin özü bir rəqabətdir və bu gün belə bir rəqabətin aparılması üçün, hər bir namizədə lazımi imkanlar yaradılıb. Ona görə də demirəm ki, mənə səs verin, deyəcəyim odur ki, seçiminizi düzgün edin, xalqının yanında ola biləcək namizədə səs verin ki, gələcəkdə bir millət vəkili olaraq həmin şəxsə əliniz çata bilsin”. Vəsilə Abulovanın seçiciləri qarşısında səsləndirdiyi belə bir fikirlər alqışlarla qarşılandı. O halda əksər seçicilər vurğuladılar ki, “Biz indiyə kimi səs verib kimlərinsə millət vəkili olmalarına səbəb olmuşuq. Həmin şəxslər isə, az sonra “görünməz olublar”. Amma, bu dəfə yanılmayacağıq, “ağı qaradan seçəcəyik”. Seçimimiz isə yalnız və yalnız Vəsilə xanım Abulova olacaq. Biz seçicilər, sizin sadəliyinizə, sizin məntiqli və əsaslandırılmış çıxışlarınıza olduqca heyran qalırıq. Bəli, biz istərdik ki, Azərbaycan parlamentində sizin kimi savadlı, elmli, məntiqli danışıq qabiliyyəti olan, bir sözlə millət vəkili olmaq üçün lazımi göstəriciləri özündə cəmləşdirən şəxs ali qanunverici orqanda təmsil olunsun. Düzdür, 99 saylı Şəmkir kənd seçki dairəsində namizəd olanlardan bəziləri də, bizimlə görüşə gəlmişdilər. Amma, onların heç birində millət vəkili olmaq üçün, lazımi göstəricilərin olduğunu müəyyən edə bilmədik. Ona görə də, biz seçicilər hamılıqla 09 fevral günü məntəqələrə gedib Vəsilə Çapay qızı Abulovaya səs verəcəyik. Bu bizim yekun qənaətimizdir, son qərarımızdır. Ona görə də biz deyirik: “Hamılıqla səs verək, 09 fevral günü Vəsilə Abulovanı millət vəkili seçək!”

Hazırladı: Xəlil Yusufoğlu

Şəmkirdə Vəsilə Abulovanın seçicilərlə görüşündə izdiham yaşandı.
Şəmkirdə Vəsilə Abulovanın seçicilərlə görüşündə izdiham yaşandı.
Şəmkirdə Vəsilə Abulovanın seçicilərlə görüşündə izdiham yaşandı.
“BakuBus”ın rəhbəri dəyişib
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

"Yol-xeber.az" report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

50 ildir avtomobil sürür, heç vaxt cərimələnməyib - Rəis ona diplom verdi - VİDEO
10-a yaxın respublikalarda avtomobil idarə etsə də heç bir yol-nəqliyyat hadisəsi törətməyib

Bakı şəhər sakini, 76 yaşlı Rəcəb Hüseynov 1970-ci ilin yanvar ayında ilk dəfə sürücülük vəsiqəsi alıb. Elə həmin ilin fevral ayından ilk avtomobilini alaraq idarə etməyə başlayıb. R.Hüseynov bu günə qədər 5 dəfə avtomobilini 4 dəfə isə sürücülük vəsiqəsini dəyişib. R.Hüseynov Bakı şəhəri ərazisində sürücü-piyada  münasibətləri barədə keçirilən sosial sorğuda iştirak edən zaman iddia edib ki, 50 ildir avtomobil idarə etməsinə baxmayaraq bu günə qədər heç bir yol nəqliyyat hadisəsi törətməyib və qaydalara əməl etdiyi üçün yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, sürücü barədə İdarədə araşdırma aparılıb və onun iddiaları təsdiqini tapıb: "76 yaşlı sürücü Rəcəb Məmmədağa oğlu Hüseynovun iddiaları barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məlumat verildikdən sonra bu barədə İdarədə müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı məlum olub ki, Rəcəb Hüseynovun istifadəsində 1970-ci ilin fevral ayından bu günə qədər mütamadi olaraq 5 müxtəlif markalı nəqliyyat vasitəsi olub. O, təkcə Bakıda yox, Azərbaycan ərazisində, eyni zamanda keçmiş Sovet İttifaqına daxil olan 10-a yaxın respublikalarda avtomobil idarə etsə də heç bir yol nəqliyyat hadisəsi törətməyib və yol polisi tərəfindən barəsində inzibati protokol tərtib edilməyib". 

Məlumat üçün bildirək ki, BŞDYPİ-nin rəhbərliyi 76 yaşlı Rəcəb Hüseynovu yarım əsrin ən nümunəvi sürücüsü elan edib və ona İdarənin rəisi Rəşad Piriyevin adından diplom və qiymətli hədiyyələr təqdim olunub. 

 

 
Bakıda təcili tibbi yardım maşınının sürücüsü zibil qutularını eşələdi, araşdırma başladı - RƏSMİ - VİDEO
Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib

Dünən Bakıda təcili yardım maşınının sürücüsünün zibil qutularını eşələməsi və oradan özünə lazım olanları seçməsi ilə bağlı məlumat yayılıb. 

 TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ barədə araşdırma aparılır:

 

 

“Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Baku TV-də Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün zibil qutusunu eşələməsi ilə bağlı görüntülər yayılıb. 

Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, özünə lazım olan nələrisə zibilin içərisindən seçib götürüb.

Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirib. 

 
Polis serjantından nümunəvi hərəkət: tapdığı pulu sahibinə geri verdi - FOTO
İlahə Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib

Yanvarın 30-da polis serjantı Namiq Nəsibov 28 may metro stansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib. Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, 28 may metro stansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

 

 

Xəbər lenti