Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 16 mart 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.

Axar.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.

Qəbul barədə əlavə məlumat veriləcək.

 

Temperatur 8 dərəcə düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

 

“Bu il mart ayı küləkli keçəcək”

"Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar. Bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər. Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir".

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib

Onun sözlərinə görə, son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı:

"Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.

1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginness rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb.

Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur".

Umayra Tağıyeva bildirib ki, coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil:

"Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək. Belə ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək. Mart ayının 14-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.


Yaşayış səviyyəsinə görə şəhərlərin reytinqi açıqlandı

Avstriyanın paytaxtı Vyana 10-cu dəfə ardıcıl olaraq həyat standartları yüksək olan dünya şəhərlərinə liderlik edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mercer”in yaşayış səviyyəsinin yüksək olduğu şəhərlərin reytinq cədvəlində məlumat yerləşdirilib. İkinci yeri Sürix, üçüncü yeri Vankuver, Münhen, Oklend bölüşüb.

İlk onluğa daxil olan şəhərlər Düsseldorf, Frankfurt, Kopenhagen, Cenevrə və Bazeldir. Siyahıda 231 şəhərin adı var.

Cənubi Qafqaz şəhərlərindən Yerevan 170-ci, Tbilisi 187-ci, Bakı 195-ci yerdədir.

Martın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edir ki, martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Bir ilə yaxındır ki, üzərində işlədiyimiz ictimai startapı sizə təqdim edirik.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

O bildirib ki, iqtisadi sahədə data analizi ilə məşğul olan ilk mərkəzlər istisna olmaqla, bu, ictimai sahədə hazırlanan ilk startap olacaq:

“İlk kütləvi sorğunu Bakıda ali məktəb tələbələrinin təhsil göstəriciləri ilə bağlı keçirdik. Hazırda nəticələrin kompüterə girişi və təhlil mərhələsini icra edirik. Aralarında sosioloq, hüquqşünas, politoloq, psixoloq, iqtisadçının da olduğu altı nəfərlik mütəxəssis heyəti ictimai rəyi, fokus qrup araşdırmaları, iş yeri səmərəliliyi kimi sosial fenomenləri elmi dəqiqliklə ölçüb, təhlil edəcək. Çox maraqlı, əvəzolunmaz və yaradıcı xidmətlərimiz olacaq”.

Professor qeyd edib ki, mərkəz data analizi metodu ilə uğurlu reklam kampaniyası üçün xidmətlər də təqdim edəcək:

“Xidmətlərimiz dövlət, sahibkarlıq və ictimai sektor üçün olduqca maraqlı və yararlı olacaq. Bu linkə daxil olaraq, daha ətraflı məlumat ala bilərsiniz”.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.

Report xəbər verir ki, rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.

Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavinidir.

Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.

Bayrama qədər 1928 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.

"Qafqazinfo" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.

Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.

İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.


Mehriban Əliyeva Fransanın Baş naziri ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.

"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.

Daha sonra Birinci vitse-prezident  ilə Fransanın Baş nazirinin təkbətək görüşü olub.

Görüşdən sonra Mehriban Əliyeva və Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.

Azərbaycan ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar. 

“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar. 

“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar. 

 





 

Əliyevdən təcili enən təyyarəylə bağlı göstəriş

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, martın 11-də saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib:

"Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb.

Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.

Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.

Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq Hava limanı ştat rejimində fəaliyyətini davam etdirir".

 

 

 

Xəbər lenti