“Qəzalara səbəb olan vasitələrdən istifadə edən sürücülərə xüsusi cəzalar verilməlidir” - VİDEO
Sürücülərə qarşı tədbirlərin sərtləşdirilməsinə çağırıb

İnzibati Xətalar Məcəlləsində narkotikdən istifadə edən sürücülərə qarşı xüsusi cərimə və cəzalar yer almalıdır”.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlaçmasında narkotikdən istifadəçisi olan sürücülərə qarşı tədbirlərin sərtləşdirilməsinə çağırıb.

Mövzuya həsr olunmuş videomaterialı təqdim edirik:

 

 
Gürcüstan nömrəli maşınlarla bağlı ölkə başçısına MÜRACİƏT EDİLDİ
Sizin köməkliyiniz və şəxsi müdaxiləniz sayəsində müsbət həllini tapacaq

“Soydaş” İctimai Birliyi və İmzaları təqdim olunan Gürcüstan azərbaycanlıları Gürcüstan nömrəli maşınlarla bağlı ölkə başçısına müraciət ünvanlayıb Avtosfer.az xəbər verir ki, müraciətdə deyilir. 

Hörmətli cənab Prezident,

İlk öncə Sizə dərin hörmət və ehtiramımızı bildirir, imzaları təqdim olunan gürcüstanlı soydaşlarımız və onların yaxınlarının xoş arzularını çatdırır, bütün dünya azərbaycanlılarının lideri kimi Sizə böyük ümidlərimizin olduğunu bilmənizi istərdik.
Əminik ki, başlatdığınız geniş və məqsədyönlü islahatlar ölkəmizin növbəti inkişaf mərhələsinə uğurla qədəm qoymasına münbit şərait yaradacaqdır. Bu mühüm islahatların tərkib hissəsi kimi yeni formalaşacaq parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulan “Soydaş Haqqında Qanun”un qəbulu həm dünyaya səpələnmiş soydaşlarımızla ölkəmiz arasında əlaqələrin möhkəmlənməsinə, həm də ölkəmizin siyasi nüfuzunun dünya miqyasənda daha da artmasına xidmət edəcəyini xüsusi vurğulamaq yerinə düşərdi.

 

Cənab Prezident,

Aparılan zəruri islahatlardan ilhamlanaraq, bir qrup mütərəqqi fikirli ziyalılarımızla bərabər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi yolunda Prezidentimizin istənilən çağırışına daim hazır olan bizləri də Gürcüstan əsilli soydaşlarımızı narahat edən bir problemin ədalətli həlli ümidi ilə birbaşa Sizə müraciət etməli olduq. Son zamanlarda administrativ vasitələrlə süni şəkildə yaradılmış bu problem Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin Azərbaycan ərazisində istifadə müddətinin məhdudlaşdırılması ilə bağlıdır. Belə ki, digər dünya ölkələri təcrübəsindən qaynaqlanaraq soydaşlarımıza dövlətimiz tərəfindən yaradılan şəraitə əsasən, əvvəllər Gürcüstan vətəndaşları olan soydaşlarımız öz şəxsi avtomobillərini Azərbaycan Respublikası ərazisində qanunla nəzərdə tutulan bütün ödənişləri, vergi və rüsumları ödəyərək, sərhədi keçmədən bir il müddətində idarə edə bilirdilər. Ancaq son günlərdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) həmin avtomobillərin ölkə ərazisində qalma müddətini məhdudlaşdıraraq 1 il ərzində 90 gündən artıq qalmasına qadağa qoymuşdur. Bu qərar başladılan islahatların mütərəqqi ruhuna uyğun gəlmir, köhnə üsullara və düşüncə tərzinə qayıdışa tənasübdür.
Məsələnin ölkə və milli maraqlarımıza uyğun həll olunması, Gürcüstan vətəndaşı olan hər bir soydaşımızın öz arxasında Azərbaycan Dövlətini hiss edə bilməsi və məsələ ilə bağlı çoxsaylı gürcüstanlı soydaşlarımızın narahatlıqlarının aradan qaldırılması üçün köməkliyinizi əsirgəməmənizi xahiş edir və öz növbəmizdə problemin həlli üçün aşağıdakı təklifləri edirik:

1. Problemin mütəxəssislər tərəfindən dəqiq araşdırılması məqsədi ilə aidiyyəti dövlət qurumları (DGK,DSX,DMX,DANX,BNA,DYP,Ədliyyə) nümayəndələrindən ibarət komissiya/işçi qrup yaradılsın;
2. Gürcüstan vətəndaşına məxsus avtomobil üçün, rəsmi nigahda olan həyat yoldaşı istisna olmaqla, digər Azərbaycan vətəndaşlarına etibarnamə verilməsi qadağan olunsun və əvvəllər verilmiş bu növ etibarnamələr ləğv edilsin;
3. Gürcüstan vətəndaşına məxsus avtomobillə Azərbaycan Respublikası ərazisində şəhərdaxili sərnişindaşıma (taksi) fəaliyyətinə icazə verilməsin;
4. Gürcüstan vətəndaşı olan soydaşımızın yuxarıdakı bəndlərdə qeyd olunanlar tətbiq olunmaqla, sahibi olduğu avtomobili Azərbaycan Respublikası ərazisində sərhədi keçmədən 1 il ərzində idarə etmək hüququ bərpa olunsun.

Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edir, ölkəmizdə həyata keçirdiyiniz islahatlarda uğurlar arzılayır, daim Azərbaycan dövlətçiliyinə sadiqliyimizi və dünya azərbaycanlılarının lideri olaraq yürütdüyünüz uğurlu daxili və xarici siyasətə dəstəyimizi ifadə edirik. Ümidvarıq ki, müraciətimizdə qeyd olunan problem Sizin köməkliyiniz və şəxsi müdaxiləniz sayəsində müsbət həllini tapacaqdır.

188 yükdaşıma xidməti haqqında ŞOK İTTİHAMLAR - VİDEO
İşçilərin pulunu vermir, sənədlərini girov saxlayır

Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir. Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır.

Bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib. Bildiriblər ki, onlar uzun müddətdir 188 yükdaşıma xidmətində sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb. 30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.

Səsləndirilən bu iddialarla bağlı 188 yükdaşıma xidmətinin qarajına üz tutduq. Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.

 

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 
Xırdalanda yeni asfaltlanmış yol çökür - FOTO
Asfalt keyfiyyətli çəkilmədiyi üçün yararsız hala düşür

Abşeron rayonu Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yeni çəkilmiş asfalt qatı artıq çökməyə başlayır. Avtosfer.az.xəbər verir ki, Mehdi Hüseynzadə küçəsində su və kanalizasiya xətləri dəyişdirildikdən sonra yol bərbad hala düşmüşdü. Sakinlərin şikayətindən sonra avqust ayında Abşeron Rayon İcra Hakimiyyəti həmin küçənin asfaltlanması üçün tapşırıq verdi. Lakin asfalt qatı normativ tələblərə uyğun çəkilmədiyi üçün və asfalt qatının qalınlığı olmadığı üçün yolda artıq çökmələr baş verir.

Ümid edirik ki, ölkə başçısının ayırdığı vəsait hesabına həmin küçəyə normal şəkildə asflat çəkiləcək.

 


 
Sumqayıtda piyadalar üçün ən təhlükəli yol - Hər il 3-5 adam ölür - FOTO
Hər il çoxlu sayda qəza baş verən bu yerdə sfetafora ehtiyac var

Sumqayıt şəhərinin bir sıra küçələrində yol hərəkəti təhlükəsizliyi sakinlərin narahatlığına səbəb olub. Sumqayıtın Katec qəsəbəsinin və Xəzər massivində (bağları) yaşayan bir qrup sakini şəhərin ən böyük küçəsi olan Səməd Vurğun küçəsinin “Ləman”mebel mağazasının yaxınlığındakı 4 yol hissəsində piayadaların keçməsi üçün təhlükəli olmasından şikayətçidir. Sakinlər bildirirlər ki, hər ay yolun bu hissəsində  3-5 yol-nəqliyyat qəzası baş verir ki, onların da 50-60 faizi piyada vurmalarından ibarətdir. İşlək yol olan, avtomobillərin, ələlxüsus yük avtomobillərinin intensiv hərəkət  etdiyi bu küçənin Novruz küçəsi ilə  Pərviz Hüseynov küçələrinin kəsişdiyi hissəsində ildə orta hesabla 30-40 ağır qəza olur ki, onların da  3-5-i piyadaların ölümü, bir çoxunun isə yaralanması, ağır xəzarət  ilə nəticələnir. Bu yolu  piyadalar üçün sözün həqiqi mənasında ölümə aparan yol adlandırmaq olar.

Yerüstü piyada keçidləri olmadığından piyadalar keçid zolaqlarından istifadə edirlər.Yolun bu hissəində ölüm gözlə qaş arasındadır. Bu yol Sumqayıtın Babək küçəsində yerləşən "Hiper” marketin qarşısındakı yoldan da daha təhlükəlidir.Sadəcə olaraq  bu ərazi şəhərin nisbətən kənarında yerləşdiyindən və mətbuatda az işıqlandığından diqqətən kənar qalıb.

Sumqayıtda  piayadalar üçün ,bəlkə də ən təhlükəli ərazi buradır.Qeyd etmək lazımdır ki, Hacı Zeynalabdin qəsəbəsinə aparan bu yol trassa yoludur və  minlərlə sakin yaşayan ərazidə çoxlu sayda şagirdlər  bu yola çıxaraq məktəbə gedir.

 

Şikayətçi sakinlərdən birinin dediyinə görə təkcə elə bu il bu  yolda  yol qəzası nəticəsində 3 nəfər ölüb ki,onların 2-si azyaşlı məktəbli qız ,biri isə ərazidə yaşayan 39 yaşlı sakin olub.Bu hələ yadda qalanlardır,qeyri-rəsmi statistikadır.Bu yolda baş verən qəzalar haqda  rəsmi statistika daha dəhşətli olar.

Sakinlər deyir ki, burada sfetafor qoyulsa ölümlərin və qəzaların sayı kəskin azalar.Bir sözlə bu yola sfetaforun qoyulması ilə hər il  neçə insanın taleyini,çoxlu sayda insanın şikəst olmasını xilas edə bilər.

Qeyd edək ki,deyilən yolda işıqfor var,amma o çox aralıdadır deyə sakinlər  üçün ondan istifadə etmək çətindir və onlar məcburdular riskə gedərək  yaşayış daha yaxın yerdən keçsinlər.

Ərazidəki yol dirəklərindən belə buarad baş verən qəzaların izlərini aydın görmək olar.

Təqdim edilən fotolar ərazidən səhər çəkilən fotolardır. Axşama doğru, pik vaxtlarda, insanların işdən gəldiyi vaxtlarda yolun bu hissəsi daha təhlükəli və riskli olur. Bu yol əslində, təkcə piyadalar üçün yox, elə sürücülər üçün də təhlükəlidir. Bu problemlə bağlı sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər, hətta 102 xidmətinə də zəng ediblər, lakin onlara söz verilsə də hələ əraziyə işıqfor qoyulmayıb və hansısa tədbir görülməyib. Düzdür, deylən yedə piyada keçidi zolağı var, amma bu təhlükəsizliyi tam təmin etmir. Lakin sürücülərin çoxu qaydaları pozaraq piyadalara yol vermir. Əlbəttə, piyadaların ehtiyatsızlığı da qəzalara az şərait yaratmır, amma problemi insanların öhdəsinə buraxmaqdansa daha düzgün olardı,işıqfor quraşdırardılar, ya da daha yaxşı olardı yeraltı, yerüstü keçid quraşdırılsın.

Bier sözlə sakinlər mətbuat vasitəsilə müraciət edərək aidiyyatı qurumlardan bu ərazidə işıqforların quraşdırmasını xahiş edilər.

Maraqlı odur ki, Sumqayıt  Nəqliyyat Departamenti da lap yaxınlıqda yerləşir.

 

 
DİN-dən Sumqayıt polisi ilə bağlı məqaləyə münasibət
2017-ci ildə İ.Trifonova yol qəzası nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirib

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın 16 oktyabrda yayımlanan “Sumqayıtda polis psixoloji xəstə olan qadının evinə göz dikdi” başlıqlı məqaləsinə münasibət bildirilib.

Mətndə polisin şizofreniya xəstəsi olan qadının evini satmağa cəhd edərək, gəliri mənimsəməyə çalışdığı barədə yazılıb.

Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov məqalədə polisin ünvanına səslənən iddiaların həqiqətdən uzaq olduğunu deyib. 

 

“Bu il oktyabrın 24-də Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini Gülnarə Salmanova şəhər ərazisində küçədə nəzarətsiz qalmış azyaşlı qız uşağını uşaq evinə yerləşdirməyə kömək etməklərini istəyib.

Qızın adının Mədinə Trifonova olduğu məlum olub. Uşağın anası İnqa Trifonova onu nəzarətsiz qoyub. Faktla bağlı araşdırma aparılaraq, doqquz yaşlı Mədinə və İnqa Trifonovanın ifadələri alınıb”, - deyə N. Cavadov bildirib.

2017-ci ildə İ.Trifonova yol qəzası nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirib. Ananın özü uşağı G.Salmanovanın himayəsinə vermək arzusunu bildirib və buna görə 5 noyabr 2019-cu ildə M.Trifonova polis işçilərinin köməyi ilə “Ümid Yeri” uşaq evinə verilməsinə etiraz etməyib.

Polisin dediyinə görə, İ.Trifonova 1 nömrəli bölmənin əməkdaşları tərəfindən qeydə alınıb və ona qarşı profilaktik tədbirlər görülüb.

Yollarda sürət həddi endirildi


Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
"Yol-xeber.az" xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bu yoldan hər gün şikayət var: səbəb nədir? - VİDEO
Zabrat, Maştağa istiqamətində xaos hökm sürür

Bakının Sabunçu rayonu, Zabrat yolundan sürücülər şikayətçidir. Avtosfer.az xəbər verir ki, Sabunçu körpüsündən düşən zaman yolun başlanğıcında xaos yaşanır. Belə ki, dayanacağı zəbt edən taksi sürücüləri avtomobuları yolun hərəkət hissəsində saxlamağa məcbur edir. Nəticədə də ərazidə sıxlıq yaranır.

Qeyd edək ki, Zabrat, Maştağa, Kürdəxanı, Ramanı Sovxoz istiqamətlərinə gedən sürücülər bundan əziyyət çəkirlər. Xüsusilə günün pik saatlarında bu problem yaşanır. 300 metrlik ərazini sürücülər çətinlikıə keçir. Nəticədə körpünün üstündə tıxac yaranır. Ərazidən çəkilmiş görüntüləri təqdim edirik:

 

Bu yolda qanun işləmir: Sakinlər yaranmış xaosdan şikayətlənir - VİDEO
Həm təhlükə, həm də tıxac yaranır

Astara rayonunda yaranmış xaosla bağlı sakinlər Avtosfer.az-a şikayət ünvanlayıblar. Belə ki, Astara rayonu (köhnə Bakı-Astara yolu) Pensər kəndinin "dördyol" kimi tanınan ərazisində sürücülər həm maneə, həm də təhlükə ilə üzləşirlər. Videodan aydın şəkildə görünür ki, yolun kənarında taksi sürücüləri avtomobili qanunsuz olaraq, pərakəndə halda park ediblər. Həmçinin küçə ticarəti ilə məşğul olanlar yolu kəsiblər. Alış-veriş edən şəxslər isə avtomobillərinin yolun hərəkət olan hissəsində park edərək gediş-gəlişə mane olur. Lakin bu problemi bağlı mübarizə aparılmır.

Sakinlər həmin ərazidə normal və təhlükəsiz hərəkətin bərpa olunmasını xahiş edir. Videonu təqdim edirik:

 

Bu yolda qayda pozanlara göz yumulur, qayda pozmayanlar isə saxlanılır - VİDEO
Sürücülər təhlükəsizlik adacığına çıxır, lakin polis onları saxlamır

Bakı-Dairəvi yolunda qəribə mənzərə baş verir. Qayda pozan sürücülər cərimələnmir, qayda pozmayanlar isə yol polisi tərəfindən saxlanılır. Avtosfer.az-ın təqdim etdiyi ilk görüntüdə “Avtomobil Bazarı” istiqmətinə gedən yolda sürücülər həm yolun hərəkət hissəsində yerləşmə qaydasını pozurlar, həm də təhlükəsizlik adacığına çıxırlar. Lakin yol polisi sürücülərin heç birini saxlamır.

İkinci videogörüntüdə isə sürücü heç kimə mane olmadan qaydalar çərçivəsində hərəkət edir, lakin yol yol polisi həmin sürücüyə saxla əmri verir.

Görüntüləri sizə təqdim edirik!

 

 

Xəbər lenti