Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətləri açıqladı
Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərmişdir

Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin dekabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.  Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə 2019-cu ilin dekabr ayı ərzində Bakıdan yola düşərkən üç aviaşirkət – “Etihad Airways”, “Kuwait Airways” və “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) 100% punktuallıq göstərmişdirlər.

“Aeroflot” və “Gulf Air” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirmişdirlər. “Nordwind” (88,9%) və “Lufthansa” (88,2%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərmişdirlər.

Ümumilikdə isə, 2019-cu ilin dekabr ayı ərzində uçuşların 75%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.

 

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin dekabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 37 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Yol polisinə rüşət verdiyi deyilən şəxslər videomüraciət yaydı - VİDEO
Yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb

Hacıqabul rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı video yayılmışdı. İddia olunurdu ki, YPX əməkdaşı sürücünü qayda pozduğu üçün saxlayıb və sonradan pul alaraq buraxıb.

Videoda yol polisinə pul verdiyi deyilən Həsən adlı vətəndaş Avtosfer.az-a müraciət edərək bildirib ki, o yol polisinə pul verməyib. Sadəcə olaraq avtomobilində olan cərimələri öyrənmək üçün üzərində telefon nömrəsi olan kağızı YPX əməkdaşına verib. Xahiş edib ki, cərimələri olub-olmaması barədə məlumat versin.

Sürücü Rusiyada yaşayır və həmin vaxt da yol polisinin bort kompüteri işlək vəziyyətdə olmayıb. Sürücünün videomüraciətini təqdim edirik:

 

 
Vaqif Əsədovdan sərəncama alınması xəbərinə REAKSİYA
Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yol-xeber.az xəbər verir ki, bu barədə Vaqif Əsədov Qafqazinfo-ya açıqlamasında bildirib ki, bu informasiyanı sosial şəbəkələrdə yayılan yazılar əsasında jurnalistlərdən eşidib:

“Bu məlumatlarla tanış olanda kimin dost olduğunu, kimin məni istəmədiyini hiss elədim. Əgər mənim işdən çıxmağımı, doğrudan da, kimsə istəyirsə, mən istəmərəm onların qəlbi qırılsın, onlar narahat olsun.

 

Günü bu gün raport yazıb işdən gedərəm. Təki bu informasiyanın yayımlanmasında maraqlı olan şəxslər narahat olmasın. Amma kimsə mənim qalmağımı, xidmət aparmağımı istəyirsə, onlara deyirəm ki, narahat olmasınlar. Mən funksional vəzifəmi qanunda göstərilən tələblər üzrə yerinə yetirirəm. Söz yox ki, rəhbərliyin verdiyi əmr müzakirə olunmur. Nə vaxt təqaüdə çıxmağımı əmr etsələr, onda da getməliyəm və gedəcəyəm.

Heç kim daimi deyil, əvəzedilməz insan yoxdur. Sadəcə bilmək istəyirəm ki, mənim işdən getməyimi bu səviyyədə işıqlandırmaq nə deməkdir? Mən elə dünən işdən çıxarıldığım barədə məlumat yayılan tribunada hava şəraiti və yol polislərinə verilən yeni forma ilə bağlı məlumatlar verdim. Mənim işdən çıxdığımı yayan şəxslər bu açıqlamaları oxumadılar?”

Qeyd edək ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti sərəncama götürülüb. Hazırda köhnə əməkdaşlar vəzifələrini icra edirlər. Lakin yeni şəxsi heyət təsdiqlənəndə kimlərin vəzifədə qalıb, kimlərin çıxarıldığı bəlli olacaq.

Bu avtobuslar da “BakıKart”a keçir
Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib.

"Ölkə.Az" Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, növbədə 46 nömrəli müntəməz marşrut xətti üzrə avtobuslardır.

Qurumdan bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir:

“İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra olunur”.

Bakının məşhur prospektində sürət həddi endirilir - DİQQƏT
Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik

Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.  

Yol-xeber.az xəbər verir ki, bu barədə BNA məlumat yayıb. Belə ki,  digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək. "Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik."

Bakıda parklama qaydalarına niyə əməl edilmir? - SORĞU
Çoxları isə parklama yerlərində maşın saxlamağın baha olmasından gileyləniblər

Avtosfer.az xəbər verir ki, “Report” yollardakı problemlərə həsr olunmuş silsilə yazıları davam etdirir. 

Xatırladaq ki, bu qəbildən birinci məqalə “Şəxsi obyektlərin qarşısında parklama qadağası - sürücülər nə etməlidir?” bu ayın 7-də dərc olunmuşdu. Bu gün isə daha çox paytaxtın mərkəzində parklama problemindən söhbət açacağıq.

Bildiyimiz kimi, ildən-ilə sayı artan avtomobillər üçün saxlama yerlərinin məhdud olması yollarda tıxaclara gətirib çıxarmaqla yanaşı, bir çox yerlərdə piyadaların da hərəkətinə maneələr yaradır. Belə ki, küçələrin hərəkət hissəsi parklama üçün azlıq təşkil etdiyinə görə bir çoxları öz avtomobilini səkilərdə saxlayır.

 

Paytaxt sakinlərinin fikrincə, son vaxtlar Bakı Nəqliyyat Agentliyi parklama ilə bağlı qaydaları pozanlara qarşı kütləvi cərimə tətbiq etməsi nəticəsində vəziyyət bir qədər yaxşılaşsa da, habelə paytaxtın bir sıra yerlərində yeraltı və yerüstü parklama yerləri tikilsə də, qaydalara riayət etməyənlər də az deyil.

 

 

Belə ki, bir çox avtomobil sahibləri belə park yerlərindən istifadə etmək istəmir və bunun üçün müxtəlif bəhanələr gətirirlər. Halbuki nəzərdə tutulmayan yerdə avtomobil saxlamaq üçün 20 manat məbləğində cərimə, yaxud maşının cərimə dayanacağına aparmaq kimi cəza tədbirləri tətbiq olunur. Lakin “Report” tərəfindən sorğu keçirilmiş avtomobil sahiblərinin 20 faizi maşını xüsusi parkinqlərə yerləşdirməyin xeyli vaxt apardığı, 15-20 dəqiqə üçün buna dəymədiyini bildiriblər.

Belə çıxır ki, bəzi vətəndaşlar öz rahatlığı naminə mövcud qaydaları pozmaqda, başqaları üçün çətinlik və hətta təhlükə yaratmaqda elə bir qəbahət görmürlər.

 

 

Sorğu iştirakçılarının üçdə birinə qədəri isə bəzi parklama yerlərinin qüsurlu olduğunu bildirirlər. Məsələn, sual verdiyimiz avtomobil sahiblərindən biri Azadlıq meydanında yerləşən “Azadlig Parking”in girişində clereancesi az olan maşınının hər dəfə bamperilə asfalta dəydiyini qeyd edib. Başqası isə kitab pasajının yaxınlığındakı “McDonalds”ın parklama yerində cəmi bir giriş olduğu üçün oraya girərkən başqa maşının çıxmasını gözləmək lazım gəldiyini, nəticədə buradan keçən yolda tez-tez tıxacların yarandığını diqqətimizə çatdırıb.

Çoxları isə parklama yerlərində maşın saxlamağın baha olmasından gileyləniblər. Bu məsələni növbəti yazımızda ayrıca araşdıracağıq.

Avtomobil sahibləri çox vaxt Bakı Nəqliyyat Agentliyini, yol polisinin işlərini yarıtmaz görməkdə qınayırlar. Hörmətli sürücülər, bəlkə nöqsanı əvvəlcə özünüzdə axtarasınız? Belə ki, hər birimiz mövcud qaydalara əməl etsə və başqasının da yol verdiyi pozuntuya biganə qalmasa, onu qayda-qanuna dəvət etsə, heç şübhəsiz, işlər daha tez yoluna qoyular.

Sürücülərin diqqətinə: yağışlı havada bunu mütləq edin, yoxsa... - VİDEO
Sürücülərin hava şəraitinə uyğun sürət seçmələri məsləhətdir

Hazırda paytaxtda yağış yağır. Asfalt qatının üzərindəki su qatı yüksək hərəkətdə olan avtomobilin təkərlərin yola toxunma faizini azaltdığından qəzalar baş verir. Buna akvaplanlama deyilir.

Bəzən sürücülər yüksək sürətlə suyun içinə girir. Bu zaman idarəetməni itirir və nəticədə qəzalar baş verir. Həmçinin yolun üzərində yığılmış toz qatı su ilə reaksiyaya girərək şirəli palçığa dönür. Bu isə sürüşmənin əsas səbəbidir. Odur ki, sürücülər diqqətli olmalıdır. Avtosfer.az-ın daimi oxucusu Qorxmaz Mustafayev saytımıza video təqdim edib. Krasnoyarsk şəhərində qeydə alınan görüntülərdə sürücü suyun içərisinə daxil olur və bir anlıq idarəetməni itirərək səkiyə çırpılır.

Video xarici ölkədə qeydə alınsa da bizdə bu cür hallar istisna deyil. Odur ki, sürücülərin hava şəraitinə uyğun sürət seçmələri məsləhətdir.

 

 
DYP yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sürücülərə müraciət edib.

Yol-xeber.az xəbər verir ki,İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq. Şəxsi avtomobildən istifadə edənlər digər günlərə nisbətən daha diqqətli olmalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar. Yağışın yağması ilə əlaqədar asfalt səthində, yol örtüyündə sürüşmə ehtimalı yaranır. Ona görə də sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması sürət qutusunun hesabına aparılır. Yol və meteoroloji şəraiti nəzərə alıb sürücülər sürət qutusundan və əyləc sistemindən düzgün istifadə etməlidirlər. Eyni zamanda, sürücülər belə hava şəraitində nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Həmçinin işıq cihazları da təmiz olmalıdır ki, hər hansı bir manevr edərkən digər hərəkət iştirakçıları onu görə bilsin. Yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə edilməlidir ki, hərəkətdə olan zaman hər hansı təhlükə yaranarsa, sürücü bundan yayına bilsin. Bəzən sürücülər hava şəraitini nəzərə almadan avtomobillərini həmişəki qaydada idarə edirlər. Düşünürlər ki, hər hansı yol-nəqliyyat hadisəsi baş versə, məsuliyyətə cəlb olunmayacaqlar. Lakin "Yol hərəkəti haqqında" qanuna əsasən, yol və meteoroloji şəraiti nəzərə almamaqla törədilən qəzalarda sürücülər məsuliyyətə cəlb oluna bilər".

V.Əsədov qeyd edib ki, belə hava şəraitində məsuliyyətə cəlb olunmamaq üçün sürücülər avtomobillərini idarə edərkən asfaltın vəziyyətini nəzərə almalı, sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməli, nəqliyyat vasitəsini avtomobilin texniki xarakteristikasına uyğun idarə etməlidir: "Əgər sürücülərimiz bu qaydalara riayət etsə, yollarda baş verən qəzaların sayını minimuma endirmək olar. Sürücülərimizdən bir daha sadaladığım qaydalara riayət etmələrini xahiş edirəm".

Ekspert: Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir
Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir

Son bir neçə ildə Azərbaycanın reallaşdırdığı çoxsaylı irimiqyaslı və mühüm əhəmiyyətli layihələrdən biri də Bakı-Tbilisi-Qars (BTQ) beynəlxalq dəmir yolu xətti oldu.

Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən BTQ istifadəyə verildiyi 2017-ci ildən bu yana hansı göstəricilər üzrə üstünlük qazanıb?

Bununla bağlı Avtosfer.az-a açıqlama verən Azərbaycan Texniki Universitetinin "Dəmiryol nəqliyyatının istismarı" kafedrasının dosenti Leyla Həsrətova Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qısa zamanda iqtisadi səmərəlilik, sürət, vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq kimi göstəricilərə tam cavab verdiyini deyib:

 

“Yüklərin Çindən Avropaya daşınma məsafəsi Rusiya ərazisi ilə müqayisədə Azərbaycan ərazisindən keçən marşrutla bir neçə min kilometr daha qısadır. Belə ki, Çindən göndərilən qatar Qazaxıstan və Azərbaycandan keçərək 5-8 günə Gürcüstana çatır və oradan Türkiyə ərazisindən keçərək 3-5 günə Avropanın müxtəlif ölkələrinə göndərilir. Buna görə də Rusiyaya Çindən gələn tranzit axınını BTQ xətti üzrə Orta və Qərbi Avropaya ötürmək daha əlverişlidir. Bu mənada TransSibir Magistralın BTQ xəttinə birləşməsi də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, dəmir yolu kütləvi yükləri daşımaq üçün ən əlverişli və rahat nəqliyyat növüdür. Həm daşımalara sərf olunan xərclərin, həm yükdaşıma tariflərin tənzimlənməsi, həm də mövcud resurslardan effektivli istifadə əsas məsələlərdən biridir. Yük axınının artımı dəmir yolu infrastrukturunun gücləndirilməsini tələb edir. Həmçinin yük həcmi artdıqca dəhlizin inkişaf konsepsiyasına uyğun lazımi işlər görülür və Azərbaycanın gücü buna tam çatır”.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

DYP-də yoxlama bitdi - Bütün müavinlər, şöbə və bölmə rəisləri... -SENSASİON QƏRAR


Bakı Dövlət Yol Polisi idarəsində aparılan yoxlamalar başa çatıb.

Bu haqda Qaynarinfo-ya özəl mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, yoxlamaların nəticəsi olaraq, bu gün Bakı DYP-nin rəhbərliyi sərəncama göndərilib. Buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir.

Qeyd edək ki, üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.

Xəbər lenti