Bakıda yol polisinin gözü qarşısında baş verən qəzalar - REAL VİDEO
Hər iki hadisə yolayırıcında baş verib

Bakıda yol polisinin gözü qarşısında baş verən qəza anları kameraya düşüb. Avtosfer.az xəbər verir ki, ilk hadisə Karl Marks dairəsi yaxınlığında qeydə alınıb. Hadisə zamanı iki "Mercedes" markalə avtomobil toqquşub. Üəzrində taksi nişanı olan avvtomobilin sürücüsü körpünün altında yolayırıcına daxil olur. Bu zaman yol verməli olan digər sürücü də eyni hərəkəti edir. Nəticədə toqquşma baş verir. Hər şey ərazidə xidmət aparan YPX avtomobilinin gözü qarşısında olur. 

İkinci hadisə isə "Azneft" dairəsində baş verib. Belə ki, dairəyə girən "Chevrolet" markalı avtomobil, sağdan gələn "Mercedes"in yoluna çıxır. Nəticədə dairədə qəza baş verir. Hadisə yenə də yaxınlıqdda xidmət aparan YPX əməkdaşının gözü qarşısında olur. Yol polisi hadisə yerinə gəlir. Görüntüləri təqddim edirik:

 

Ramin Bayramov: "Azərbaycanda elektrikli avtomobillərlə bağlı müəyyən layihələrin icrası lazımdır"
Azərbaycana idxal olunan elektrikli avtomobillərə yalnız 15%-lik əlavə dəyər vergisi tətbiq edilir

"2018-ci ilin göstəricilərinə əsasən, dünyada elektrikli avtomobillərin sayı 5,1 milyon olub".

Yol-xeber.az "Report"-a istinadən  xəbər verir ki, bunu Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının müzakirəsi və ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqinə həsr olunmuş ictimai müzakirədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə müdiri Ramin Bayramov deyib.

Onun sözlərinə görə, bu 2017-ci ilin statistik göstəricilərindən, təxminən, 2 dəfə çoxdur: "Bir sıra beynəlxalq təşkilatların araşdırmasına əsasən 2030-cu ildə dünyada elektrikli avtomobillərin sayı 120 milyona çatacaq. Bu istiqamətdə Azərbaycanda da müəyyən layihələrin icrası lazımdır. Biz də bununla bağlı aidiyyatı qurumlarla əməldaşlıq edirik. Ümid edirik ki, bunlar elektrikli avtomobillərdən istifadənin ölkədə genişləndirilməsində müsbət rol oynayacaq".

 

Qeyd edək ki, Azərbaycanda hibrid və elektikli avtomobil istifadəçilərin sayı artır. Artıq Bakının bir neçə yerində - Heydər Əliyev Mərkəzinin yanında, “Park Bulvar” alış-veriş mərkəzinin ərazisində və Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində elektromobil üçün enerji doldurma məntəqələri yaradılıb. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bir neçə yanacaqdoldurma məntəqələrində də elektromobilləri şarj etmək mümkündür. Bu məntəqələrdə şarj xidməti pulsuzdur.

Azərbaycanda hibrid avtomobillərin və elektromobillərin təmiri ilə məşğul olan bir neçə servis fəaliyyət göstərir. Mütəxəssislərin fikrincə, ehtiyat hissələrinin tapılması və təmir rahat başa gəlsə də, bu fikri elektromobillərdə yerləşdirilmiş batareyalara aid etmək olmaz. 

Xatırladaq ki, bu il yanvarın 1-dən Azərbaycana idxal olunan elektrikli avtomobillərə yalnız 15%-lik əlavə dəyər vergisi tətbiq edilir.

“Bu soyğunçuluğa son qoyulmalıdır” – Ekspert parkinq problemindən danışır
Bəs hələ də həll edilməyən parkinq məsələsini necə həll etmək olar? Yığılan pullar hara gedir?

Ötən günlərdə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev mətbuata hazırda Bakı şəhərindəki bütün parkovka yerlərinin pulsuz olmasını deyib. BNA rəsmisi bildirir ki, Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni proseduraların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin NK hələlik bununla bağlı hər hansı addım atmayıb.

Bəs hələ də həll edilməyən parkinq məsələsini necə həll etmək olar? Yığılan pullar hara gedir?

 

Məsələ ilə bağlı Azadinform-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb. Onun sözlərinə görə, artıq neçə ildir ki, bu məsələ gündəmdədir: “Amma təəssüflər olsun ki, həlli istiqamətində ciddi addımlar atılmır. Bunu da hüquq mühafizə orqanları etməlidir. Çünki BNA etiraf edir ki, yığılan pulların agentliyə heç bir aidiyyatı yoxdur. Həqiqətən də BNA hələlik heç bir parkinqdən ödəniş yığmır. Yalnız yeraltı parklama yerlərindəki pullar BNA tərəfindən yığılır. Digərlərində isə qaydalar müəyyən edilməyib. Nazirlər Kabinetinə də müraciət edilib. Hələlik qiyməti, yerləşməsi, müddət məsələsi, qanunvericiliyə edilmiş dəyişikliklərə görə ödənişlər elektron qaydada olmalıdır. Ödəniş etməyən və ya müddətdən artıq saxlayan sürücülərin məsuliyyətə cəlb edilməsi elektron qaydada həyata keçirilməlidir. Bunun üçün xüsusi texniki vasitələr alınmalıdır. Həmin vasitələrin alınması xeyli vaxt və çox ciddi maliyyə tələb edir”.

BNA-nın hələlik bu problemi həll edə bilmədiyini deyən ekspert əlavə edib ki, ona görə də parkinqlər vətəndaşların xidmətindədir: “Təəssüf ki, “İskəndər Asa Parkinq” əməkdaşlarını bütün parkinq yerlərinə yerləşdirib və sürücülərdən qanunsuz pul tələb edirlər. Hətta ödəniş etməyən sürücülərə hədə qorxu gəlib, qorxudurlar. Həqiqətən də bunu bir sıra insanlardan eşitmişik. Bununla bağlı müraciətlər də olur. Bəzi sürücülər qorxudan pul verməli olurlar. Həmin insanlar xüsusi geyimdə olur, əllərində hansısa cihazla guya ödəniş etməyən sürücüyə cərimə yazırlar. Onların belə bir səlahiyyəti yoxdur. Əslində elə o cihaz da lazımsız, köhnədən qalma aparatlardır. Necə olub onlar hansısa bir özəl şirkətin əlinə keçib? Bununla bağlı düşünürəm ki, aidiyyəti qurumların indiki və keçmiş rəhbərləri cavab verməlidir. Beləliklə gün ərzində on minlərlə manat qanunsuz olaraq vətəndaşlardan yığılır. Aidiyyəti qurum olaraq BNA etiraf edir ki, prokurorluğa, polislərə bununla bağlı müraciət edilib. Amma nədənsə heç bir tədbir görülmür, qarşısı alınmır. Bunu bir mənalı şəkildə deyirəm ki, necə olur ki kimsə kimdənsə 50-100 manat pul alanda rüşvətxor kimi həbs edilir amma günün günorta çağı Bakı şəhərində sürücülərdən kütləvi şəkildə pul yığılır və həmin pullar hara gedir, kimin cibinə gedir bilinmir. Buna da heç kim müdaxilə etmir. Həqiqətən də sürücülər bilməlidir ki, əgər onların avtomobillərinə xəsarət yetirilibsə, bununla bağlı polisə müraciət etmək lazımdır. Həmin parkinq ərazisində işləyən şəxs tapılmalı, məsuliyyətə cəlb edilməli, bu soyğunçuluğa son qoyulmalıdır”.

Yol polisindən Bakıda yol kəsən sürücü barədə AÇIQLAMA - VİDEO
"Hyundai" markalı avtomobilin sürücüsü bu hərəkəti etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib

Bakıda qoçuluq edərək yol kəsən sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, dekabrın 21-i paytaxtın Şəfayət Mehdiyev küçəsində yola daxil olan 90-NX-058 qeydiyyat nişanlı "Hyundai Santafee" markalı avtomobilin sürücüsü həmin yolda hərəkət edən sürücüyə yol verməyib. Arxadan gələn sürücü onu ötmək istəyərəkən, o yenidən sola kəskin manevr edərək sürücünün yolunu kəsib. Görüntünü qeydə alan sürücü bundan qəzəblənərək sağdan keçmək istəyərkən qarşıdakı sürücü yenidən sağa kəskin manevr edərək onun qarşışını kəsib. 
"Hyundai" markalı avtomobilin sürücüsü bu hərəkəti etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, əhalinin dincliyini nümayişkaranə şəkildə pozub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü artıq saxlanılıb və barəsində müvafiq olaraq inzibati tədbir görülüb. 

 

 
Prezidentin doğum günündən - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısı 58-ci doğum gününü ailə üzvləri ilə birgə qeyd edib.

Ölkə başçısının sadəliyi ilə diqqət çəkən doğum günündən fotoları Prezidentin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şəxsi instaqram hesabında paylaşıb.

Prezidentin doğum günündən - FotolarPrezidentin doğum günündən - FotolarPrezidentin doğum günündən - FotolarPrezidentin doğum günündən - FotolarPrezidentin doğum günündən - FotolarPrezidentin doğum günündən - Fotolar
 
Prezident 73 minədək aztəminatlı ailəni sevindirdi


Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Sərəncamı dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına xüsusi qayğısının daha bir təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 (bir yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılması nəzərdə tutulur.
Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək. Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq.
Polis və vətəndaşların çevikliyi sayəsində suda batan şəxs xilas edilib
Həkimlərin səyi nəticəsində hazırda həmin şəxsin səhhəti normaldır

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə dekabrın 21-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində baş verib.

Həmin vaxt ərazidə xidmət aparan Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları, polis serjantları Sadiq Kərimov və Məhəmməd Səmədov ətrafı müşahidə edən zaman bir nəfərin Kür çayına düşdüyünü müşahidə ediblər. Onlar dərhal çayın sahilinə gələrək ətrafdakı vətəndaşlarla birgə həmin şəxsi sudan çıxarıblar. Polis əməkdaşları ilkin tibbi yardım göstərdikdən sonra onu xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Xəstəxanasına çatdırıblar. Həkimlərin səyi nəticəsində hazırda həmin şəxsin səhhəti normaldır.

Yol polisi velosipedçiləri və mopedçiləri nəzərətə götürür - FOTO
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb

Yol polisi əməkdaşları velosipedçiləri və mopedçiləri nəzərətə götürür.

Yol-xeber.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a bildirib ki, idarə tərəfindən davamlı olaraq aparılan maarifləndirmə və təbliğat xarakterli tədbirlər bu dəfə ölkədə sayı artmaqda olan velosipedçilərə və moped sürücülərinə həsr olunub.

Tədbirdə iştirak edən BDYPİ-nin əməkdaşları paytaxt ərazisində velosiped və moped idarə edən şəxslərlə maarifləndirici söhbət apararaq onlara yol hərəkəti qaydalarına ciddi əməl etməyi, yollarda yalnız yolun sağ hissəsi ilə hərəkət edərək digər hərəkət iştirakçılarına və özlərinə təhlükə yaratmamağı, idarə etməyə mane olan yük daşınmamağı, təhlükəsizlik dəbilqəsindən istifadə etməyi, hərəkətdə olarkən telefonla danışmamağı tövsiyə ediblər.

 

Velosiped və moped sürücülərinə qanunla yerinə yetirməli olduqları vəzifələr bir daha xatırladılmış və onlara yollarda üzləşə biləcəkləri təhlükələrin qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış tövsiyə xarakterli bukletlər paylanılıb.

Bu qəbildən olan profilaktik tədbirlər hazırda ölkənin digər regionlarında da davam etdirilir.

 

Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.

Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!"
Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO
Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib — FOTO
Yol polisi nömrəni çirkli saxlayan sürücülərə xəbərdarlıq etdi - VİDEO
Radar və kameralar qayda pozuntularını qeydə almasın deyə bunu qəsdən edənlər də var

Hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanının görünməsi üçün onu təmiz saxlamalı və yolboyu bunu təmin etməlidir. Yol-xeber.az xəbər verir ki, bu, qanunvericiliyin tələbidir. Lakin hər il payız-qış aylarında bəzi sürücülər avtomobilin nömrə nişanını çirkli saxlayır, bəziləri isə bunu qəsdən edir ki, radar və kameralar onun qayda pozuntularını qeydə ala bilməsin.
Xatırladırıq ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.7 maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.
Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi nömrənin təmiz saxlanılmasına dair videomüraciət hazırlayıb. Sürücülərin maarifləndirilməsi məqsədilə hazırlanan videonu təqdim edirik:

 

 

Xəbər lenti