Seçki günü ilə əlaqədar polisdən - Açıqlama
Heç bir xoşagəlməz hadisə baş verməyib

Bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Bununla bağlı polis dünəndən gücləndirilmiş iş rejiminə başlayıb və bu proses dekabrın 25-dək davam edəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, gün ərzində heç bir xoşagəlməz hadisə baş verməyib və şikayət daxil olmayıb.

Qeyd edək ki, bələdiyyə seçkiləri 08:00-da başlayıb və 19:00-da bitəcək.

Prezident İlham Əliyev "Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında" sərəncam imzalayıb


Prezident İlham Əiyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;
3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər".
Şəhid ailələrinə və müharibə əlillərinə verilən avtomobillərin sayı açıqlanıb
3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb

Ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bunu bu gün Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış binalarından alınmış və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzilin bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilməsi mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib.

H. Abdulalyev deyib ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.

Bakı-Sumqayıt yolundan 500-dən çox ağac və kol köçürüləcək - VİDEO
Ümumilikdə ərazidən 300-dən çox ağac və 200-dən çox kol köçürüləcək

Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir. Proses çərçivəsində yaşıllığın məhv edilməməsinə xüsusi diqqət yetirilir. Ərazidə köçürmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti ilə həyata keçirlir. Ümumilikdə ərazidən 300-dən çox ağac və 200-dən çox kol köçürüləcək.
 
 
Çıxarılan ağaclar isə elə Bakı-Sumqayıt yolunun kənarındakı Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinə məxsus başqa bir yaşıllıq zolağında yenidən əkilir və onların özünü tutması üçün aqrotexniki qaydada qulluq göstərilir.
 
 
Eyni zamanda ərazidə yolun genişləndirilməsi də plana uyğun davam etdirilir və işlər hərəkətə mane olmayacaq şəkildə aparılır.
 
Qeyd edək ki, genişləndirmə işləri çərçivəsində Xırdalan dairəsinin altındakı tuneldə zolaqların sayının 4-dən 8-ə çatdırılması və yan tərəflərində əlavə köməkçi zollaqların salınması nəzərdə tutulur.
Avtosfer.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
Nobel prospektində rənglənmə işləri aparılacaq
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nobel prospektinin Ağ Şəhərin qarşısından keçən hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
“Ayıq sürücü”nün səhvi qəzaya səbəb oldu: Tıxac yarandı - FOTO
Hadisənin təfərrüatları araşdırılır

Bakının Nizami rayonunda yol qəzası baş verib. Yol-xeber.az-ın məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə zamanı BMW və “Hyundai” markalı avtomobillər toqquşub. 

BMW markalı nəqliyyat vasitəsinin sahibi APA-ya bildirib ki, onun avtomobilini “ayıq sürücü” idarə edirmiş. Ancaq o, qadağan olunmuş hissədə geriyə manevr etmək istəyərkən “Hyundai” markalı avtomobilin qarşısına keçib və qəza qaçılmaz olub. 

Yol qəzasından sonra prospektdə güclü tıxac yaranıb. Əraziyə YPX müfəttişləri cəlb olunub. 

 

Hadisənin təfərrüatları araşdırılır. 

Bu küçədə sürücülərə "göyə uçmağı" əmr edən nişan var - FOTO
Qaz borusunun üstünə qaynaq edilmiş dəmirə iki nişan eyni anda qoyulub

Bakıdakı bu yol nişanı sürücüləri çaşdırır. Avtosfer.az xəbər verir ki, paytaxtın Mir Cəlal küçəsində (“Fovarit” marketin yanı) quraşdırılan yol nişanı standartlara uyğun deyil. Belə ki, yaxınlıqdan keçən qaz borusunun üstünə qaynaq edilmiş dəmirə iki nişan eyni anda qoyulub. “STOP” nişanının arxasına bərkidilmiş və sağa dönməni göstərən nişan isə sağ əvəzinə yuxarını göstərir. Görünən odur ki, bu nişanı quraşdıranlar sürücülərə göyə uçmağı əmr edirlər.

Qeyd edək ki, nişanın qaz borusuna bərkidilməsi, eyni zamanda iki nişanın bir yerdə olması da qaydalara ziddir. 

Fotonu Avtosfer.az-a göndərən sürücü deyir ki, artıq uzun illərdir ki, burada analoji mənzərə yaşanır. Yəqin ki, Bakı Nəqliyyat Agentliyi göstərilən ərazidə bu problemi aradan qaldırar.

DYP-dən xəbərdarlıq: “Bu, yolverilməzdir”
Piyadalar yalnız səki üzərində dayanmalıdırlar

Aparılmış təhlillər göstərir ki, son dövrlərdə baş vermiş yol-nəqliyyat hadisələri içərisində piyadaların vurulması halları üstünlük təşkil edir. Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrin qarşısının alınması üçün bir sıra tədbirlər görülsə də, bu kimi halların sayında azalma deyil, artım müşahidə edilir. Bəs bu halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? Dövlət Yol Polisi hansı tədbirləri görür? Piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nə etməliyik?

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın bütün suallarını Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevə cavablandırıb.

R.Quliyev mövcud məsələ ilə bağlı saytımıza verdiyi açıqlamasında maarifləndirmə tədbirlərinin mütəmadi olaraq aparılmasının önəmli olduğunu bildirib:

 

“Maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt, xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir. Təbii ki, bu sahədə mövcud vəziyyət bizi qane edə bilməz. Odur ki, bir daha piyadalara üz tutub bir sıra vacib tövsiyələri onların diqqətlərinə çatdırmaq istəyirik”.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki, birmənalı olaraq piyadalar onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər:

“İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli və yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsi ilə hərəkət etməməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də, məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etməli, əlvan geyimlərə üstünlük verilməlidir”.

Şöbə rəisi dayanacaqların yaxınlığında yolun hərəkət hissəsində dayanan piyadalarla bağlı məsələyə də aydınlıq gətirib:

“Digər aktual olan məsələ, piyadaların ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş dayanacaqda olarkən yolun hərəkət hissəsinə çıxmaqla avtomobillərin normal hərəkətinə maneə yaratmasıdır. Bu həm nəqliyyat vasitələrini idarə edən sürüclərə qarşı, həm də piyadaların öz həyatlarına qarşı riskdir. Bir daha bildiririk ki, bu cür dayanacaqlarda yolun hərəkət hissəsində dayanmaq yolverilməzdir və olduqca təhlükəlidir. Piyadalar yalnız səki üzərində dayanmalıdırlar”.

Sonda Rüfət Quliyev piyadaları qaydalara əməl etməyə çağırıb:

“Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmağı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı sizdən xahiş edirik. Qaydalara əməl edərək, həyata dəyər verək”.

Bakıda daha bir avtobus sürücüsü qırmızı işıqdan "protiv" keçdi - VİDEO
Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini ardıcıl olaraq pozub

Bakıda qaydaları kobud şəkildə pozan daha bir avtobus sürücüsü kameraya düşüb.

Yol-xeber.az "Report"a istinadla  xəbər verir ki, hadisə dekabrın ayının 19-u, saat 11:43 radələrində Sadıqcan küçəsi ilə Zığ şossesinin kəşisməsində baş verib. 10-TG-381 dövlət nömrə nişanlı, 12 nömrəli müttəzəm marşrut xətti ilə hərəkətdə olan avtobusun sürücüsü əvvəlcə əks istiqamətə çıxıb. Daha sonra bir qədər işıqforda dayansa da yaşıl işığın yanmasını gözləməyərək hərəkətini davam etdirib.

Sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini ardıcıl olaraq pozub. Videonu təqdim edirik:

 

 

 
Vətəndaş: "YPX əməkdaşı avtomobilimi cərimə meydançasına aparıb üç gün sonra qanunsuz protokol tərtib etdi" - FOTO
"150 azn gətir, maşını apar"

Sürücü tərəfindən Press.az-a iddia edilib ki, Bakının Yasamal rayonu ərazisində 99-YP-345 Dövlət qeydiyyatlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan YPX əməkdaşı inspektor Şükür, 09.12.2019 tarixində 10-OD-280 Dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilimin ön hissəsinin əlavə avadanlıqlarla qaldırıldığı bildirilərək DYP-ə aid 16 saylı (Qurd qapısı yaxınlığında) müvəqqəti dayanacağa aparıb.

Sürücü qeyd edib ki, avtomobilin ön hissəsində heç bir əlavə avadanlıqdan istifadə edilməyib və avtomobilin müvəqqəti dayanacağa aparılması üçün heç bir qayda pozuntusu olmayıb. DYP əməkdaşı əlavə olaraq heç bir protokol tərtib etmədən əsassız olaraq avtomobili müvəqqəti duracağa yerləşdirib və şifahi olaraq "150 azn gətir, maşını apar" deyə vətəndaşa bildirib.

Sürücü bu barədə Daxili İşlər Nazirinə elektron və teleqram formasında izahlı şikayət məktubu ünvanlayıb və hər iki şikayətinin qeydə alındığı ilə bağlı 12.12.2019 tarixində cavab məktubu alıb.

 

Sürücü qeyd edib ki, şikayət məktublarından sonra 13.12.2019 tarixində sistemə 10.12.2018tarixinə həmin qayda pozuntusu ilə əlaqədar cərimə rəsmi olaraq əlavə edilib. Lakin hazırda 2019 cu il olduğu nəzərə alınmayaraq avtomobil müvəqqəti duracağa salındıqdan 3 gün sonra, cərimə 1 il 1 gün əvvələ 10.12.2018 ci ilə qeydiyyata salınıb.

Bu olanlardan sonra vətəndaş DYP-nin baş idarəsinə 18.12.2019 tarixində yaxınlaşıb. İdarədən bildirilib ki, ünvanladığı şikayət və cərimədən xəbərdardırlar. Lakin araşdırma aparlımasının vacib olduğunu və qısa zamanda məlumat veriləcəyi qeyd edilib.

Məsələ ilə bağlı Press.az saytı ekspert Ərşad Hüseyinovla əlaqə saxlayıb. Ə. Hüseyinov bildirib ki, bu kimi hallarda avtomobil müvəqqəti duracağa aparılmamışdan öncə sənəd üzərində göstərilən göstəricilər sürücüyə təqdim edilməlidir:

"Bu kimi qayda pozuntusunu iddia edildikdə, sənəd göstərilməlidir ki, baxın qanunda budur, lakin sizdə qanuna uyğun deyil. Əyər qayda pozuntusu yerində sübut edilmirsə, bu artıq doğru deyil"- deyə Ə. Hüseyinov bildirib.

Şikayətçi şəxs bildirib ki, qısa zamanda bu barədə Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Qaralov Zakir Bəkir oğlunada şikayət məktubu ünvanlayacaq.

Sürücünün Press.az-a müvəqqəti dayanacaqdan göndərdiyi şəkilləri sizlərə təqdim edirik.

 

Xəbər lenti