![]() |
|
“Heç bir qiymət artımından söhbət getmir. Qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən həyata keçirilir”.
Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev 125 saylı avtobusda gedişhaqqının 40 qəpik olması ilə bağlı narazılıqlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla dəyişdirilib:
“Nəticə etibari ilə Lökbatan qəsəbəsi sakinlərinin birbaşa müntəzəm marşrut xətti ilə şəhər mərkəzinə gediş-gəlişi təmin olundu. Belə olan halda marşrutun ümumi dövr uzunluğu 47.3 km təşkil etdi. Tarif Şurasının da qərarına əsasən qəsəbələrarası və şəhərətrafı marşrutlarda dövrün uzunluğunun yarısı 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) olarsa, tarif 40 qəpik hesablanır. Yəni 125 nömrəli marşrutun dövr uzunluğunun yarısı 23.6 km təşkil etdiyi üçün gedişhaqqı 40 qəpiyə düşür.
Bununla yanaşı qeyd edim ki, 125 nömrəli xətt üzrə dəyişiklikdən əvvəl sakinlər Lökbatan qəsəbəsindən şəhər mərkəzinə gedərkən 60 qəpik xərcləyirdilərsə, hazırda bunun üçün 40 qəpik ödəyirlər. Daha rahat və müasir avtobuslardan istifadə edirlər”,- deyə BNA rəsmisi qeyd edib.
"Yol hərəkətinin təhlükəsizliyinə dair" (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir. Belə ki, məhz bu proqram çərçivəsində Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.
O qeyd edib ki, proqramda bir neçə istiqamət nəzərdə tutulub. Bunlardan biri də ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılmasıdır.
Azərbaycanda dizel mühərrikli avtomobillərin istismarının tədricən məhdudlaşdırılması birmənalı qarşılanmır.
Nəqliyyat məsələri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dizel mühərrikli avtomobillərin istismarına qadağanın qoyulması aktual məsələ deyil.
O deyib ki, bu, həm müəyyən bir vaxt tələb edir, həm də heç kimi dizel mühərrikli avtomobildən istifadə etməməyə məcbur etmək olmaz.
"Artıq Avropa İttifaqının bəzi ölkələrində bu proses baş verir. Bəzi şəhərlərdə dizel mühərrikli avtomobilləri idarə edənlərə cərimələr tətbiq edilir. Lakin həmin ölkələrdə alternativlər var. Benzinlə işləyən, hibrid və s. avtomobillər idarə edilir. Dövlət vətəndaşı yeni avtomobil almağa təşviq edir və bunu stimullaşdırır. Həmin ölkələrdə bank kreditlərinin faizləri azdır, avtokreditləşmə çox ucuzdur. İnsanlar köhnə avtomobillərini verib, yeni avtomobil almaqda heç bir çətinlik çəkmirlər", - deyən ekspert vurğulayıb ki, Azərbaycanda bu proses qəlizdir.
Belə ki, ölkədə yeni avtomobil almaq hər vətəndaş üçün əlçatan deyil. Çünki o, avtomobil almaq üçün kredit götürməlidir. Ancaq kredit faizləri çox yüksək olduğu üçün vətəndaşlar avtomobil ala bilmirlər.
Elə bu səbəbdən də dizel mühərrikli avtomobillərin istimarına qadağa qoyulması hələ ki aktual deyil.
"Azərbaycan neft-qaz ölkəsidir. Xüsusilə Bakı və Abşeronda sənaye müəssisələri cəmləşib. Sənayedə isə dizel mühərrikli avtomobillərdən istifadə edilir. Çünki digər yanacaqla çalışan avtomobillərdən istifadə qadağandır. Dizel mühərrikli avtomobillərdə yanma, alışma və partlama riski daha az olduğuna görə dizel mühərrikli avtomobillərdən istifadə edilir", - deyə E.Cəfər bildirib.
Ekspert Elməddin Muradlı isə bildirib ki, dizel mühərrikli avtomobillərin istismarına qadağa hər ölkə üçün əlverişli ola bilməz. "Azərbaycanda Dövlət Gömrük Komitəsi avtomobil bazarını elə bir iflic vəziyyətə salıb ki, dizel və ya benzinlə çalışan hər hansı bir avtomobili istismardan çıxarmaq vəziyyəti qəlizləşdirə bilər. Düzdür, dizel mühərrikli avtomobillər ekologiyaya ciddi zərər vurur. Eyni zamanda dizelin keyfiyyəti də sual altındadır. Belə avtomobillərin atmosferə atdığı zərərli qazlar müxtəlif xəstəliklərə səbəb olur".
Ekspert vurğulayıb ki, benzin və elektriklə çalışan avtomobillərin vergi və gömrük rüsumları azaldılsa, ola bilsin ki, dizel mühərrikli avtomobillərin ölkəyə gətirilməsi məhdudlaşdırılsın.
E.Muradlının sözlərinə görə, Nazirlər Kabinetinin 73 saylı qərarına görə, 2022-ci ildən Azərbaycana dizel mühərrikli avtobusların gətirilməsinə qadağa qoyulur.
"Bu məsələdə ortaq yolu tapmaq lazımdır. Zorla məhdudiyyət qoymaq olmaz", - deyə o bildirib.
Xatırladaq ki, Çin, Hindistan, Fransa, İngiltərə, Norveç fərqli tarixlərdə benzin və dizel mühərrikli avtomobillərin istismar edilməsinə qadağa qoymağı planlaşdırır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, artıq 8 ölkədə bu istiqamətdə planlar hazırlanır. Bu ölkələr Avstriya, Danimarka, İrlandiya, İspaniya, Niderland, Yaponiya, Cənubi Koreya, Portuqaliyadır.
Mütəxəssislərə görə, havanı daha çox dizel və benzin mühərrikli avtomobillər çirkləndirir.
Ölkədə yol-nəqliyyat hadisələrinin elektron məlumat bazası yaradılacaq. Nəticədə avtoqəzaların başvermə səbəbləri və hadisənin nəticələri barədə daha müfəssəl məlumat toplanacaq. Yeni sistem sayəsində sığorta ödənişləri də daha tez həyata keçiriləcək. Yol-xeber.az xəbər verir ki, elektron məlumat bazasının yaradılması "Yol hərəkətinin təhlükəsizliyinə dair" Dövlət Proqramında nəzərdə tutulub. Hazırda "Yol-nəqliyyat hadisələri" elektron məlumat bazasının yaradılması istiqamətində iş gedir. Baza hazır olduqdan sonra qəza baş verdikdə hadisə yerinin şəkli dərhal yerində çəkilib sistemə ötürüləcək və təqsirkar tərəfin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib oluncaq.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, məlumat bazasında hadisələrin elektron xəritəsi də yaradılacaq və onun köməyi ilə qəza nöqtələrinin vizual görüntüsünü əldə etmək mümkün olacaq.
Bu məlumat bazasının yaradılması sığorta ödənişlərinin tez bir zamanda köşürülməsinə də kömək edəcək.
Kamran Əliyevin sözlərinə görə, Dövlət Proqramında hadisə yerinə müvafiq qəza-xilasetmə bölmələrinin qısa müddətdə çatması və daha operativ əlaqələndirməni təmin etmək üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub. Belə təlimlərdən biri ötən ilin sonunda Gəncədə keçirilib və digər bölgələrdə də davam etdiriləcək.
"Yol-xeber.az" qafqazinfo-ya istinadən xəbər verir ki, medal və bayraq şəhidin atası Əlimürsəl Fərzəliyeva Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin adından təqdim edilib.
Qeyd edək ki, şəhid F. Fərzəliyev bu gün doğulduğu Ucar rayonunun Alpı kəndində torpağa tapşırılıb.
Qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir və hazır ki mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.
“Buta Airways”dən “APA-Economics”ə verilən məlumata görə, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.
"Yol-xeber.az" Yenisabah-a istinadən xəbər verir ki, İlkin Əhmədov əvvəlcə 2011-ci ildə Nuşirəvan Səfərovun ATV rəhbərliyinə zəngindən sonra işdən çıxarıldığını xatırladıb.
“Dünən işdən çıxarılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat tasa qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə. Mənim də Eldar Mahmudov kimi vaxtlarım olub e! Bütün məmurları tasa qoymuşdum!
Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz!”, -deyə İlkin Əhmədov bildirib.
O, daha sonra Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəblərinə toxunaraq bildirib: “İndi onun işdən çıxarılmasının əsl səbəbi barədə!!! Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər”.
İlkin Əhmədov hazırda “Access Bank” QSC-nin mətbuat ximdətinin rəhbəri vəzifəsində çalışır.
“Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Qeyd edək ki, saytların birində 2 gün əvvəl Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evin qarət olunduqdan sonra yandırıldığı barədə xəbər yayılıb.