![]() |
|
Ukrayna PUA-ları müharibə başlayandan bəri ilk dəfə Tatarıstana hücum edib və itkilər olub.
Bu barədə respublika başçısı Rüstəm Minnixanovun mətbuat xidməti teleqram kanalında məlumat verib.
Elabuqada binaların dağılması nəticəsində, ilkin məlumatlara görə, beş nəfər xəsarət alıb, onlara yardım göstərilir.
“Bütün xidmətlər yüksək hazırlıq vəziyyətindədir. İndi sakitliyi təmin etmək və panikaya düşməmək son dərəcə vacibdir”, - Minnixanovun mətbuat xidməti bildirib.
Onun sözlərinə görə, PUA-lar Elabuqa və Nijnekamskdakı müəssisələri vurmağa cəhd ediblər.
Tatarıstan Ukrayna ilə sərhəddən təxminən 1500 kilometr aralıda yerləşir. Tatarıstan Rusiyanın səkkiz regionu ilə - Çuvaşiya, Mari El, Udmurtiya, Başqırdıstan, həmçinin Kirov, Ulyanovsk, Orenburq və Samara vilayətləri ilə həmsərhəddir.
Qərbdə hesab edirlər ki, dünyanın gələcək taleyi qaranlıqdır, hazırda üçüncü dünya müharibəsindən narahat olmaq üçün isə artıq çox gecdir... Çünki bu savaş artıq başlayıb və inkaredilməz reallıqdır, indi əsas məsələ onun öz formatını dəyişərək, nüvə müharibəsinə çevrilməsini əngəlləməkdir...
Dünyada hərbi-siyasi təlatümlərin hökm sürdüyü mərhələ yaşanır. Mövcud situasiyanın bəşəriyyəti hansı fəlakətlərə doğru sürükləyə biləcəyi hazırda ciddi müzakirə mövzusudur. Hələlik cavabsız suallar həddin artıq çoxdur. Pessimist iddialar isə zaman keçdikcə, daha da artmaqdadır. Və belə vəziyyətin dünya üçün bütün sahələr üzrə dərin böhran vəd etdiyi də artıq şübhə doğurmur.
Onu da qeyd etmək lazımdır ki, hazırda mövcud dünya düzəninin işlək olub-olmadığı da kifayət qədər ciddi suallara yol açmaqdadır. Bəzi Qərb siyasi ekspertləri hesab edirlər ki, ikinci dünya müharibəsindən sonra formalaşmış dünya düzəni öz funksionallığını sürətlə itirməyə başlayıb. Hətta bu dünya düzəninin artıq dağıldığını, əvəzindəsə, yenisinin hələ formalaşmadığını xüsusi olaraq, vurğulanlar da mövcuddur. Və onların fikrincə, indiyə mövcud olduğu düşünülən beynəlxalq siyasi idarəçilik sistemini artıq unutmaq lazımdır.
Ancaq nə qədər qəribə də olsa, yeni dünya düzəni barədə təsəvvürlər hələlik məhdud xarakter daşıyır. Yəni, beynəlxalq siyasi ekspertlər bundan sonra dünyanın necə idarə olunacağı barədə fikir yürütməkdə çətinlik çəkirlər. Əsas qənaətlər ondan ibraətdir ki, koronovirus pandeniyasının buraxdığı təsirlər, Ukrayna savaşı və Yaxın Şərqdə cərəyan edən proseslər yeni dünya düzənini forlaşmasında birbaşa iştirak edən əsas faktirlardır. Və bu səbəbdən də, indi bütün bu proseslərin sona çatmasını da gözləmək lazım gələcək.
Halbuki, Ukrayna savaşının və Yaxın Şərqdə cərəyan edən proseslərin inkişaf istiqamətləri qeyri-müəyyən xarakter daşıdığından olduqca ciddi narahatlıq da doğurur. Belə ki, hər iki münaqişə bölgəsi daha geniş ariala yayılma perspektivini qoruyub, saxlamaqdadır. Hətta bəzi Qərb ekspertləri Ukraynada və Yaxın Şərqdə davam edən savaşların qloballaşacağı təqdirdə, mütləq üçüncü dünya müharibəsinə səbəb olacağı qənaətindədirlər. Onalrın fikrincə, hazırda dünya bu iki “münaqişə ocağı” ucbatından üçüncü dünya savaşına keçid mərhələsini yaşayır. Və ən qısa zamanda, bəşəriyyətin bu problemdən yayındırılması olduqca vacibdir.
Xüsusilə də, Avropa mənanında bəzi dövlətlərin analitika və təhlil mərkəzləri “qoca qitə”ni yaxın illərdə böyük fəalkətlərin gözlədiyinə əmindirlər. Əsas qənaətlər ondan ibarətdir ki, xüsusilə də, əgər, Ukrayna savaşı qloballaşarsa, Avropa növbəti dünya müharibəsinin də əsas savaş poliqonuna çevrilə bilər. Əvvəlcə, Avropa ölkələri ilə Rusiya arasında savaş qaçılmaz olar. Daha sonrasa, Avropa ölkələrindən bəziləri Rusiyanın tərəfinə keçə bilərlər. Bu haldasa, qlobal savaşın daha çox Avropa ölkələri arasında davam edə biləcəyi qətiyyən istisna deyil.
Maraqlıdır ki, bu qənaətdə olan Qərb ekspertləri ilə razılaşmayanlar da olmamış deyil. Belə ki, daha fərqli mövqedə olanlar indi üçüncü dünya savaşının nə başlayacağı barədə müzakirələr aparılmasını tamamilə yersiz hesab edirlər. Onların fikrincə, üçüncü dünya savaşı artıq başlayıb. Üstəlik, böyük sürətlə daha dağıdıcı mərhələyə doğru irəliləyir. Və bu səbəbdən də, üçüncü dünya savaşı barədə ehtimallar artıq çox gecikmiş iddialar kimi dəyərləndirilir.
Məsələ ondadır ki, Ukrayna savaşının təqdimatında məqsədyönlü şəkildə yanlışlığa yol verildiyi barədə qənaətlər mövcuddur. Belə ki, bu savaşın Ukrayna ərazisində üçüncü dünya müharibəsi kimi xarakterizə olunması daha doğru yanaşma hesab olunur. Çünki hazırda həmin savaş poliqonunda yalnız Ukrayna və Rusiya arasında müharbəsi getmir. Yəni, bu savaş dünyanın nəhəng hərbi-siyasi güc mərkəzlərini iki yerə bölüb. Bir tərəfdə Rusiya və ona səhnəarxasında bütün mümkün vasitələrlə dəstək verən Çin, İran, Şimali Koreya və gölgədə qalmağa üstünlük verən bəzi Şərq ölkələri dayanıb.
İkinci tərəfdəsə, Ukrayna ordusunu hərbi ehtiyaclarını maliyyələşdirən kollektiv Qərb mövqe tutub. Yəni, Ukraynada əslində, Rusiya və onun sənhəarxası müttəfiqləri ilə Qərb ölkələri müharibə aparır. Kremlin müttəfiqləri Rusiyaya silah-sursat dəstəyi verdiyi kimi, NATO ölkələri də Ukrayna ordusuna ən müasir hərbi texnika göndərir. Beləliklə də Qərb ölkələri və Şərq dövlətləri arasında müharibə davam edir. Üstəlik, son vaxtlar bəzi Qərb ölkələrinin hərbi texnika yardımına canlı qüvvə dəstəyinin əlavə oluna biləcəyi də qətiyyən istisna deyil.
Hər halda, Fransa açıq şəkildə Ukraynaya hərbi kontingent göndərməyə hazır olduğunu bəyan etməyə başlayıb. Hətta rəsmi Parisin Ukraynaya göndərmək üçün 60 min nəfərlik hərbi kontingenti artıq hazırladığı barədə də müəyyən məlumatlar mövcuddur. Əgər, bu addım atılarsa, Qərb ölkələrinin Ukrayna savaşında birbaşa iştirakı rəsmiləşmiş olacaq. Sadəcə, rəsmi Paris bunu təkbaşına etməkdən çəkinir. Daha bir NATO ölkəsinin, xüsusilə də Almaniyanın Fransa ilə ortaq hərəkət etməsinə çalışır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ Fransanın Ukrayna ilə bağlı davranışlarından ciddi şəkildə narahatdır. Hətta rəsmi Parisin bu davranışlarının ABŞ-ın hərbi-siyasi dairələrində qəzəb qarışıq qıcıq yaratdığı barədə də məlumatlar mövcuddur. Ağ Evdə hesab edirlər ki, Fransanın ideyası bəzi NATO ölkələrinin Ukraynaya gizli şəkildə hərbi kontingent göndərməsini artıq ifşa edib. Yəni, bundan sonra bu reallığı gizlətmək qətiyyən mümkün olmayacaq. Və bu, üçüncü dünya müharibəsinin gizli mərhələdən, açıq fazaya keçməsi ilə nəticələnə bilər.
Polşanın baş naziri Donald Tusk bəyan edib ki, dünyanın gələcək taleyi qaranlıqdır və narahat olmaq üçün ciddi əsaslar mövcuddur. Hazırda üçüncü dünya müharibəsindən narahat olmaq üçün çox gecdir, çünki bu, artıq inkaredilməz reallıqdır. Ona görə də, indi əsas məsələ bu savaşın öz formatını dəyişərək, nüvə müharibəsinə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Əks halda, dünya, xüsusilə də, Avropa qitəsi insanların yaşaması üçün yararsız olacaq.(Yeni Müsavat)
Düşünmürəm ki, Azərbaycan xalqı sadəcə olaraq müharibə arzusundadır. Son sorğulara görə, azərbaycanlıların 78 faizi müharibənin əleyhinədir.
Axar.az xəbər verir ki, bunu “Nyus.am”a müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Qagik Melkonyan deyib.
O bildirib ki, iki ölkə arasında sülhün əldə olunamamasının günahkarı Rusiyadır:
“Onlar sülh istəyir, biz də istəyirik. Ancaq burada başqa bir sual var. 1994-cü ildə qalib gəldik və sülhə getmək imkanımız oldu, amma bunu etmədik. Biz buna razı olmadıq, çünki Rusiya sülh istəmirdi. Bunun ardınca üç həmsədrin görüşləri keçirildi, onlar ildə 15-20 dəfə Bakıya, İrəvana, Xandəndiyə gəlirdilər. 1997-1998-ci illərdə sülhün bağlanması üçün mərhələli və paket variantları təklif olunanda biz dərhal “bir qarış torpaq da olmaz” ideyasının tərəfdarı olduq. Bizi bir qarış torpağı da verməməyə təhrik edən kimdir? Təbii ki, Rusiya. O, bu məsələnin sülh yolu ilə həll olunmasını istəmirdi. Və ondan sonra təkliflər oldu ki, biz onları əsasən qəbul etmədik. Biz 2010-cu ilə qədər bu məsələnin həllini istəmirdik. Bundan sonra Rusiya Azərbaycanı silahlandırmağa başladı və 5 milyard dollarlıq silah satdı. Bakı silahları Pakistandan, İsraildən aldı və getdikcə güclənməyə başladı”, - Melkonyan bildirib.
Onun sözlərinə görə, bundan sonra sülhün imzalanması və 7 rayonun qaytarılması haqqında danışmaq gec idi və Azərbaycan bu təkliflə razılaşmadı:
“Kazandakı görüşdə Azərbaycan sülhə getmək istəmədi, çünki hərbi balans pozuldu. Rusiya bütün bunlara görə məsuliyyət daşıyır, o, bu regionda sülh istəmirdi. O, iki tərəfin mübarizəsindən razı qaldı, ondan ancaq qazandı”.
Avropa artıq müharibədən əvvəlki mərhələyə qədəm qoyub.
Bunu Polşanın baş naziri Donald Tusk Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.
Müharibə xəbərdarlığı edən Tusk bildirib ki, hazırda Avropa müharibəöncəsi mərhələyə qədəm qoyub, lakin Rusiyanın yaratdığı təhlükə ilə üzləşməyə hazır olana qədər hələ müəyyən bir vaxt var.
“Müharibə artıq keçmişdən gələn bir anlayış deyil. Bu, realdır və iki ildən çoxdur ki, başlayıb. Hazırda ən qorxulusu odur ki, sözün əsl mənasında istənilən ssenari mümkündür. Biz 1945-ci ildən bəri belə bir vəziyyət görməmişdik”, - Tusk bildirib.
Onun sözlərinə görə, dedikləri, xüsusilə gənc nəsil üçün dağıdıcı səslənir, lakin Avropa yeni bir dövrün başladığına, yəni müharibəöncəsi dövrə öyrəşməlidir. "Mən şişirtmirəm və bu hər keçən gün daha aydın şəkildə özünü büruzə verir", - Tusk qeyd edib.
Rusiya prezidenti Vladimir Putin öz yaxın çevrəsindəki kimsə tərəfindən öldürülə bilər.
Belə bir iddia ilə amerikalı siyasi texnoloq və politoloq Ceyson Smart "FreeDom" kanalında çıxış edib.
Putinin ətrafındakılar başa düşürlər ki, onun erasının sonu tezliklə gələcək. Ekspertin fikrincə, Putin artıq Rusiya Federasiyasında baş verənlərə nəzarət etmək iqtidarında deyil.
"O, artıq bacarmır... Başqa ölkədə müharibədə qalib gələ bilməz və Rusiya iqtisadiyyatı hər gün pisləşir. İndi Rusiyada yaxşı heç nə yoxdur. Düşünürəm ki, Putinin çevrəsindən birinin onu öldürəcəyi gün gələcək ”, - siyasi texnoloq bildirib.
Smartın sözlərinə görə, rus oliqarxları Putinsiz hər şeyin yaxşı olacağını başa düşürlər.
Baydenin əlləri və ayaqları bağlı vəziyyətdə uzanıqlı şəkildə təsvir olunub.
ABŞ prezidentinin təşviqat komandası keçmiş prezident Donald Trampın sosial şəbəkə hesabında paylaşımını kəskin təndiq edib. Belə ki, sabiq ölkə başçısı pikapın üzərinə yapışdırılan banneri əsk etdirən videonu izləyiciləri ilə bölüşməsi, ciddi narazılığa səbəb olub.
Tramp videonu cümə günü özünün "Truth Social" saytında yerləşdirib.
Videoda hər ikisi ABŞ bayraqlarına bürünmüş və polisə dəstək çağırışı edən iki pikap maşınının yolda hərəkəti görünür.
İkinci pikapda “Trump 2024” sözləri yazılıb və avtomobilin arxa tərəfində Baydenin əlləri və ayaqları bağlı vəziyyətdə uzandığını əks etdirən banner var.
Paşinyan Tavuşla bağlı vəziyyəti sakitləşdirmək üçün istefa verəcək.
Bu barədə Ermənistan nəşri "Joxovurd" yazıb.
"Baş nazir təcili partiya toplantısı keçirib. Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər gücləndi ki, Paşinyan bir müddət getməyə qərar verdi, bununla da özünü və hökumətini “xilas etdi”, - nəşr qeyd edib.
Bildirilir ki, sentyabrın 10-da növbədənkənar parlament seçkiləri keçirilməlidir.
İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyat olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Netanyahunun ofisi yayıb.
Baş nazir ümumi müayinə zamanı aşkarlanan yırtıqla əlaqədar olaraq cərrahi əməliyyat keçirib.
Əməliyyatın uğurla keçdiyi və Netanyahunun hazırda özünü yaxşı hiss etdiyi bildirilir.
Dünən Türkiyədə baş tutan özünüidarə orqanlarına seçkilərdə seçkiyə gələn bəzi vətəndaşlar geyimləri ilə diqqət çəkiblər.
Türkiyənin Adana vilayətində vətəndaşlardan biri məntəqəyə kral geyimində, eyni şəhərdə səs verən başqa biri isə milli geyimdə gəlib.
Düzcədə səs verən Türkiyənin milli idmançısı Muhammet Bişgin isə səsini özünün hazırladığı kosmonavt forması ilə verib. Bilgin geyimini Türkiyənin bu il kosmosa göndərdiyi ilk astronavt ilə əlaqələndirərək, ölkəsinin inkişaf etməsindən qürur hissi keçirdiyini və bunu geyimi ilə ifadə etmək istədiyini bildirib.
Şırnak vilayətinin Çizrə rayonunda səsverməyə gələn 77 yaşlı Azim Serim də geyimi ilə diqqət çəkib. Sarı pencək-şalvar geyinən Serim on ildir özünəməxsus rəngarəng paltarlardan istifadə edir.
Uzun illər ölkə daxilində və xaricində Türkiyənin milli kölgə tamaşası “Karagöz ve Hacivat”dan Hacivatı canlandıran sənətçi Bülent Akay seçkiyə personajının geyimi ilə gəlib. Bursalı sənətçi Bahtiyar Keskin isə Karagözün paltarını geyinərək səsini verib.
Tokatın Zile rayonunda isə yerli qadınlar məntəqəyə gələrkən bölgənin milli geyimlərini geyiniblər.
Vətəndaşlar arasında milli geyimlərlə at üzərində səsverməyə gələnlər də olub. Seçkiyə tutuquşu, toyuq kimi canlılarla gələnlər də böyük maraq doğurublar.
Çətinliklər, problemlər var, amma biz inanırıq ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür.
APA xəbər verir bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, hazırda sülh müqaviləsi ilə bağlı razılaşdırılmalı olan mühüm məqamlar var.
Mirzoyan Avropa İttifaqı və NATO ilə tərəfdaşlığa dair digər sualları da cavablandırıb. Bildirib ki, İndiki məqamda rəsmi İrəvan demokratik təsisatları gücləndirmək istəyir.
Onun sözlərinə görə, Rusiya ilə münasibətlərdə mövcud olan problemləri də gizlətmək mümkün deyil.
“NATO-ya daxil olmaq niyyətinə gəlincə, yox. Bu, bu gün Ermənistanın gündəmində olan məsələ deyil. Aİ məsələsində deyə bilərəm ki, ermənilərin doğrudan da Avropaya dair istəkləri var və mən Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərini sitat gətirmək istərdim: “Aİ-nin bunu mümkün hesab etdiyi qədər Ermənistan Aİ-yə yaxın olmağa hazırdır”, - Mirzoyan qeyd edb.