![]() |
|
İtaliyanın Bari şəhərinin mərkəzi meydanında atışma olub.
Axar.az xəbər verir ki, hərəkətdə olan avtomobildən ətrafa odlu silahla atəş açılıb. Nəticədə 22 yaşlı gənc sinəsində dəyən iki güllə ilə yaralanıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyəti stabildir.
Təhlükəsizlik qüvvələri hadisənin başvermə səbəbini araşdırır. İlkin məlumata görə, gəncin əvvəllər məhkum edilmiş şəxsdir.
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb.
Yerli mətbuat xəbər verir ki, ölkə üzrə qutuların 99,37 faizi açılıb.
Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,53 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.
Türkiyənin Ali Seçki Komissiyası seçkinin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir.
***
Türkiyədə bu gün keçirilən Bələdiyyə seçkiləri çərçivəsində Böyük Şəhər bələdiyyələri üzrə seçki qutularının 55,21%-i açılıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, İstanbulda Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Ekrem İmamoğlu 50,33% səslə ilk sıradadır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Murat Kurum isə açılan seçki qutularına əsasən hələlik seçicilərin 40,94%-nin səsini qazana bilib.
Ankarada da Cumhuriyyət Xalq Partiyası (CHP) namizədi Mansur Yavaş 58,58% səslə rəqibini qabaqlayır.
Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) namizədi Turqut Altınok isə səslərin 33,52% toplaya bilib.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 48,12% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37, 08% ilə ikinci sıradadır.
Konyada isə AK Parti 49,48% səslə liderdir. Burada Yeni Rəfah Partiyası 22,27% səs toplaya bilib.
Qaziantepdə AK Parti 37,36%, CHP isə 29,64% nəticə əldə edib.
Kocaelidə AK Parti 45,35%, CHP isə 29,77% faiz səs toplamağı bacarıb.
***
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.
"Report" xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.
Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,56 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,31 faizlə birinci yerdədir.
İzmirdə də CHP namizədi irəlidədir. Belə ki, Cemil Tugay 48,08 faiz səs toplayıb.
Qeyd edək ki, Türkiyədə 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla, ümumilikdə, 34 siyasi partiya və müstəqil namizədin yarışdığı seçkidə ölkə üzrə 206 845 sandıq qurulub. Bu sandıqların 15 mindən çoxu ötən ilin fevral ayında baş verən dağıdıcı zəlzələdən zərər çəkən bölgələrdə açılıb.
***
Türkiyədə bələdiyyə (yerli hakimiyyət orqanları) seçkilərində səsvermə başa çatıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.
Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.
Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.
Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.
Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.
Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib ki, bəzi olaylar istisna ilə, seçkilər problemsiz başa çatıb. O, həmin olaylarda həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib. Eyni zamanda səslərin sayılması prosesinin davam etdiyini, səsvermənin nəticələri ilə bağlı məlumatların anlıq olaraq partiyalara ötürüldüyünü söyləyib. Ahmet Yener MSK-nın toplaşacağını, mediada yayım qadağasının nə zaman qaldırılmasına dair məsələnin müzakirə olunacağını da bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə paylaşımında artıq səslərə sahib çıxma zamanı olduğunu vurğulayıb.
Türkiyədə yerli seçkilər başlayıb.
Report xəbər verir ki, bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı, eyni zamanda Elçə Bələdiyyə Məclisi və El Baş Məclisinin üzvləri müəyyənləşəcək.
Ölkədə eyni gün və sadəcə bir turda keçiriləcək yerli seçkilərdə seçicilər yerli idarəetmə orqanlarının müxtəlif mövqelərinə təmsilçilər seçəcəklər. Bu çərçivədə metropoliyalarda böyükşəhər bələdiyyə sədri, böyükşəhər bələdiyyə məclisi üzvləri, elçə bələdiyyə sədri, elçə bələdiyyə məclisi üzvləri, habelə muxtarlar; elçələrdə El Baş Məclisinin üzvləri, elçə bələdiyyə sədri, Elçə Bələdiyyə Məclisinin üzvləri, muxtarlar; bəldələrdə isə El Baş Məclisinin üzvləri, bəldə bələdiyyə sədri, Bəldə Bələdiyyə Məclisi üzvləri, muxtarlar seçiləcək.
Bütün bələdiyyə və muxtar seçkilərində ən çox səs toplayan (50 %+1 prinsipi burada keçərli deyil) namizəd seçkidə qalib elan olunacaq. Bələdiyyə məclisi üzvləri partiyaların aldıqları səslərə görə müəyyən ediləcək. Muxtarların namizədliyi isə müstəqil şəkildə irəli sürülür, onlar hər hansısa partiyanı birbaşa təmsil etmirlər.
61 milyon 441 bin 882 vətəndaşın səsvermə hüququna malik olduğu yerli seçkilərdə 1 milyon 32 min 610 gənc ilk dəfə bu imkana sahib olacaq.
Seçkilər mart ayında keçirildiyi üçün Ali Seçki Şurası 32 şərq elində mövsüm şərtləri və qürub vaxtını nəzərə alaraq səsvermə vaxtını 1 saat əvvələ çəkib.
Bu səbəbdən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İqdır, Kilis və ərazi vahidlərindəki cəzaçəkmə müəssisələrində səsvermənin başlama və bitmə saatları 07:00-16:00 (Bakı vaxtı ilə 08:00-17:00) arasında olacaq.
Bu ellərin xaricindəki digər yerlərdə səsvermə saatları 08:00-17:00 (Bakı vaxtı ilə 09:00-18:00) arasında olacaq. Seçkilər ancaq Türkiyə ərazisində keçirilir, xaricdə yaşayan Türkiyə vətəndaşları yerli seçkilərdə iştirak edə bilməzlər.
İqtidar və müxalifət partiyaları yerli seçkilərə daha çox parçalanmış şəkildə girirlər. Belə ki, əsas rəqiblərindən fərqli olaraq Ədalət və İnkişaf Partiyası (AK Partiya) Miliyyətçi Hərəkat Partiyası (MHP) ilə birgə qurduğu “Cümhur İttifaqı”nı yerli seçkilərə daşımaq qərarına gəlib. Ancaq 2023-cü il seçkilərində ittifaq şəriyi olan Yenidən Rifah Partiyası (Yenidən Rifah) indi iqtidarın rəqibidir. Yenidən Rifah bəzi vacib yerlərdə iqtidar partiyasının seçkidə məğlub olmasına səbəb ola bilər.
Müxalifət partiyaları isə ötən il “Millət İttifaqı”nın dağılmasından sonra öz qüvvələri ilə seçki sınağı qarşısındadır. 2019-cu ildə keçirilmiş yerli seçkilərdə ölkənin qərbində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərini dəstəkləmiş Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) bəzi istisnalar olmaqla, öz namizədləri ilə mübarizə aparır.
30 böyükşəhər və 29 eldə AK Partiya ilə ortaq namizəd irəli sürmüş MHP yalnız iki böyükşəhərdə öz namizədini irəli sürüb. MHP hələ də nəzarət etdiyi Manisa ilə yanaşı az fərqlə uduzduğu Mersini də qazanmağı hədəfləyir.
Ümumilikdə 34 partiyanın iddialı olduğu bələdiyyə seçkilərində mübarizənin episentri müxalifətin nəzarətində olan paytaxt Ankara və İstanbul bələdiyyələrində olacaq. Yerli sosioloqların proqnozlarına görə, Ankara meri Mansur Yavaş (CHP) növbəti beş ildə də bələdiyyəni idarə edəcək. Əkrəm İmamoğlunun rəhbərlik etdiyi İstanbulda isə mübarizə 2019-cu ildə olduğu kimi başabaş gedəcək: sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumun (AK Partiya) səslərin azı 40 faizini toplayacağı gözlənilsə də, hazırkı bələdiyyə sədri cüzi də olsa onu qabaqlayır. Prezident və AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan İstanbulu geri almaq üçün bütün imkanlarını səfərbər edib. Fərqli namizədə baxmayaraq, bu seçkilər İmamoğlu ilə Ərdoğan arasında döyüş meydanı kimi qiymətləndirilir.
2019-cu ildə iki dəfə seçkidə məğlub olmuş AK Partiya üçün İstanbulun geri alınması seçkidə zəfər simvoluna çevrilə bilər. Buna görə də Ərdoğan səfər etdiyi yerlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd Murat Kuruma, eləcə də yerli namizədlərinə dəstək istəyir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu seçkilər ölkədəki iqtisadi böhran və zəlzələ təhlükəsi fonunda keçirilir. Artıq altı ilə yaxındır ki, Türkiyə iqtisadi böhran yaşayır. Ölkəni bu böhrandan çıxarmaq vədləri seçkiqabağı kampaniyanın tərkib hissəsinə çevrilib. Bununla belə, İstanbul başqa bir təhlükə ilə üz-üzədir: yeraltı təkanlar.
Seysmoloqlara görə, hər an dağıdıcı zəlzələ şəhəri vura bilər və yerli orqanlar insan tələfatını və maddi ziyanı minimuma endirmək üçün bütün mümkün tədbirləri görməlidir.
AK Partiyanın gündəmində şəhərin yenidən qurulması layihələri, o cümlədən köhnə təhlükəli binaların sökülməsi və zəlzələyə davamlı yeni binaların tikilməsi daxildir.
“Murat Kurumun adı şəhər inkişafı ilə əlaqələndirilir və bu baxımdan simvolik məna daşıyır”, – siyasi elmlər professoru Seda Demiralp söyləyib. Kurumun daha texnokrat olduğunu vurğulayan Demiralp onun rəqibindən fərqli olaraq brend olmadığına da diqqət çəkib: “Öz brendi ilə deyil, partiya markası ilə əlaqələndiriləcək, İmamoğluda isə bunun əksidir”.
Əvvəlki seçkilərlə müqayisədə Ərdoğanın bir üstünlüyü var: müxalifət artıq əvvəlki kimi birləşməyib.
İmamoğlunun 2019-cu ildəki qələbəsi böyük ölçüdə millətçilər, dünyəvilər, liberallar, mühafizəkarlar, islamçılar və ən əsası kürdlərdən ibarət altı partiyalı koalisiyasının dəstəyi ilə olub, çünki İstanbulda həm də çox böyük kürd icması var.
Lakin prezident seçkilərindəki məğlubiyyətdən sonra müxalif ittifaq dağılıb və onun üzvü partiyalar, o cümlədən İstanbulda güclü və sadiq seçki bazası olan kürdyönümlü DEM Partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərini irəli sürüb.
Başqa müxalifət namizədlərindən heç birinin İstanbulda qalib gəlmək üçün yetərincə səs toplama ehtimalı olmasa da, onlar İmamoğlunun qalib gəlməsinə mane ola bilərlər. Digər tərəfdən, İmamoğlunun lehinə oynaya biləcək mühüm amil islamçı Yenidən Rifahın AK Partiyanı dəstəkləmək əvəzinə İstanbulda öz namizədini irəli sürməsi olub.
İstanbulda İmamoğlu və Kurum təkcə öz sadiq tərəfdarlarının səsinə deyil, həm də qələbəni təmin etmək üçün digər partiyaların seçicilərinin də dəstəyinə ehtiyac duyurlar.
AK Partiya həm də CHP-nin nəzarətində olan Antalya, Adana, Əskişəhər və Hatayda da seçkilərdə qalib gəlməkdə iddialıdır.
CHP isə üç böyükşəhər və 2019-cu ildə qazandığı bələdiyyələrdəki mövqelərini qorumaqla yanaşı, Balıkəsir, Bursa və Manisada seçkilərdə birinci olmağı hədəfləyib. Bununla belə, Hatay və Antalyada bələdiyyənin iqtidar partiyaya keçəcəyi proqnozlaşdırılır.
2019-cu ildə o zamankı adı ilə Xalqların Demokratik Partiyası (HDP, indiki adı ilə DEM Partiyası) yalnız lider olduğu ərazilərdə namizəd irəli sürmüş, qərbdə isə CHP-nin namizədlərini dəstəkləmişdi. DEM Partiyası bu dəfə ölkənin qərbində kürd əhalisinin sıx məskunlaşdığı yerlərə iddialıdır. Bu çərçivədə partiyanın məqsədi Mersin, İzmir, Aydın və İstanbulun bəzi elçələrində bələdiyyə sədri çıxarmaqdır.
DEM Partiyası İstanbul Böyükşəhər Bələdiyyə Məclisində qrup yaradacaq çoxluğa nail olmaq niyyətindədir.
CHP ilə müttəfiqliyə son qoymuş İYİ Partiya isə partiya nümayəndələrinin tez-tez ifadə etdiyi kimi “azad və müstəqil” şəkildə ilk dəfə seçkiyə girir. Yerli seçkilər İYİ Partiyanın davamlılığı və 2028-ci il seçkilərində iddiasını qoruyub saxlaması baxımından əhəmiyyətli olaraq görülür.
İYİ Partiyanın seçkilərdə istədiyini ala bilməməsi siyasi təşkilatda rəhbərlik dəyişikliyinə, partiya sədri Akşenerin siyasətdən getməsinə və parçalanma prosesinin başlamasına səbəb ola bilər. Sonuncu yerli seçkilərdə heç bir el bələdiyyəsini qazana bilməyən və qazandığı elçələrin sayı cəmi 21 olan İYİ Partiya üçün bu rəqəmin artması uğur kimi qiymətləndiriləcək.
Ordu İYİ Partiyasının ən iddialı olduğu yerdir. Nevşehir, Niğde, Ədirnə və Uşak partiyanın qalib gəlmə ehtimalının yüksək olduğu digər ellərdir.
2023-cü il seçkilərində “Cümhur İttifaqı”nda yer alan Yenidən Rifah yerli seçkilər üçün AK Partiya ilə apardığı danışıqlarda uzlaşa bilməyəndən sonra seçki yarışına öz namizədləri ilə girməyə qərar verib.
AK Partiyadan istefa verən və ya namizədliyi göstərilməyən bəzi şəxslərin də namizədliyini irəli sürən Yenidən Rifah AK Partiyaya qapısını bağlamış seçicilərin çoxunun üz tutacağı partiya kimi görünür.
İstanbulun bəzi rayonlarında, o cümlədən mühafizəkar seçicilərin sıx yaşadığı və hələ də AK Partiyanın tabeliyində olan Arnavutköy və Sultanbəylidə Yenidən Rifah iddialıdır.
Yenidən Rifahın özünü seçkidə qalib gəlməyə ən yaxın gördüyü böyükşəhər Şanlıurfadır. Partiya həmçinin son seçkilərdə 10 faiz səs topladığı Malatyada bələdiyyə sədrliyinə iddialıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsinin ötən il üçün gəliri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayılıb.
Bildirilib ki, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib.
Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Qeyd olunub ki, bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.
“WhatsApp” mesencerinin tərtibatçıları aprelin 11-dək razılaşdırılmalı olan xidmət şərtlərini yeniləyiblər. Şərtlərlə razılaşmayan istifadəçinin hesabları bloklanacaq.
“Rəqəmsal Bazarlar Qanunu” (DMA) səbəbindən yeni qaydalar Avropa regionunun sakinlərinə şamil edilir. Mesencerdə “WhatsApp”dan istifadəyə dair tövsiyə və prinsiplərin işini təsvir edən bölmələr yenilənib.
Bundan əlavə, aprelin 11-dən “WhatsApp” mesencer istifadəçiləri üçün minimum yaş tələblərini dəyişir və bu tələblər 16 yaşdan 13 yaşa endiriləcək.
Yeni tələblər köhnə “WhatsApp” istifadəçiləri üçün aprelin 11-dən, fevralın 16-da və daha sonra qeydiyyatdan keçənlər üçün isə mesencerdə profil yaradıldığı gündən qüvvəyə minir.
Böyük Britaniya Silahlı Qüvvələrinin üzvlərinə saqqal saxlamağa icazə veriləcək.
Britaniya ordusunun əsgər və zabitləri bunu 100 ildən artıqdır ki, saqqal qadağası aradan qaldırıldıqdan sonra edə biləcəklər.
Müvafiq icazə Böyük Britaniyanın yüksəkrütbəli hərbi məmurları tərəfindən təklif edilən qanun layihəsi Kral III Çarlz tərəfindən təsdiqləndikdən sonra tətbiq edilib.
Britaniya ordusunun rəisi general Patrik Sanders bildirib ki, aktiv və ehtiyatda olan əsgərlər arasında aparılan sorğunun nəticələri hərbçilərin böyük əksəriyyətinin saqqal qadağasının müasir dövrə uyğun olmadığını göstərməsindən sonra hərbi siyasətə yenidən baxılmalıdır.
Yeni qanuna əsasən, yalnız tam saqqala (bığ da daxil olmaqla), səliqəli saqqala icazə verilir və onun uzunluğu 2,5 sm-dən çox olmamalıdır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol vilayətində terror aktının qarşısını alıb.
APA xəbər verir ki, bu barədə “TASS“ agentliyi məlumat yayıb.
“Stavropol diyarında insanların sıx toplaşdığı yerlərdən birində partlayış törətməklə terror aktı törətməyi planlaşdıran Mərkəzi Asiya ölkələrindən birinin 3 vətəndaşının fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.
Ermənistan “geopolitik bataqlıq”da çabalamaqda davam edir. Əsas səbəbləri və günahkarları isə elə İrəvanda axtarmaq lazımdır. Çünki məhz rəsmi İrəvan öz xaotik xarici siyasət taktikası ilə Ermənistanı hazırda çabaladığı “geopolitik bataqlığa” salıb. Hər halda, Paşinyan hakimiyyətinə heç kim eyni vaxtda “bir neçə stulda otur” deməmişdi. Əksinə, baş nazir Nikol Paşinyan özünü hamıdan “ağıllı və hiyləgər” hesab edərək, bir-biri ilə düşmən olan dünya nəhənglərindən eyni vaxtda faydalanmaq niyyətinə düşmüşdü. Və indi Ermənistanın hər tərəfdən aldığı zərbələrin qarşısında belə, geri çəkilərək, “xaotik xarici siyasət” kursundan imtina edə bilmir.
Məsələ ondadır ki, son bir necə il ərzində Cənubi Qafqazdakı geopolitik maraqları məhz Ermənistan üzərində kəskin şəkildə toqquşan dünya nəhəngləri Paşinyan hakimiyyətinə belə imkan vermək niyyətindən uzaqdırlar. Yəni, rəsmi İrəvanın Rusiyadan qaçıb, Qərbə sığınmaq cəhdlərinin real nəticələri artıq ortaya çıxmağa başlayıb. Ermənistan isə olduqca zəif və kiçik ölkə olduğundan bu nəticələrin altında əzilməyə məhkumdur. Və yaxın vaxtlarda Ermənistanı daha ağır fəlakətlərin gözlədiyi qətiyyən şübhə doğurmur.
Hər halda, Kreml Ermənistanın belə asanlıqla, ABŞ və Qərbin əlində Rusiyaya qarşı “geopolitik alətə” çevrilməsi ilə barışmaq niyyətində olmadığını biruzə verir. Düzdür, Rusiya siyasi dairələri Ermənistana münasibətdə maksimum səviyyədə tolerant mövqeyə də üstünlük verməyə çalışır. Ancaq bu taktikanın son vaxtlar Rusiyanın geopolitik maraqlarına fayda vermək əvəzinə zərbə vurduğunu da nəzərə almaq məcburiyyətindədir. Hər halda, Kremlin ehtiyatlı məzmun daşıyan ləng davranışları, tolerant mövqeyi Paşinyan hakimiyyətini daha da cəsarətləndirir. Və Ermənistanın Rusiya əleyhinə düşərgəyə yerləşməyə həvəsləndirir.
Təbii ki, ilk növbədə Rusiya əleyhinə yönəldiyi qətiyyən şübhə doğurmayan ABŞ, Avropa Birliyi və Ermənistan 5 aprel ortaq konfransına hazırlıq Kremldə narahatlığı artırıb. Çünki həmin konfransda ABŞ və Qərb tərəfindən Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə paktın imzalanmasının nəzərdə tutulduğu barədə məlumatlar mövcuddur. Əgər, bu, baş verərsə, Ermənistanın Rusiyaya qarşı atdığı addımlar daha konkret xarakter daşıya bilər.
Ona görə də, Rusiya Ermənistana təsir mexanizmlərini hərəkətə gətirməyə çalışdığı da müşahidə olunur. Kremlin reallaşdırılmasına yaxşı bacardığı erməni separatizmi ilə bağlı ssenarilər yenə də aktuallaşdırılmağa başlayıb. Belə ki, Azərbaycandakı “boz zona”nın ləğvindən sonra Ermənistana sığınmış erməni separatizminin cinayətkar liderləri fəallaşdırılmaqdadır. Hər halda, beynəlxalq hüquq məkanında heç vaxt mövcud olmamış “dqr” təmsilçiləri fəaliyyətlərini davam etdirdiklərini bəyanlayıblar. Erməni separatçıların son “rəhbəri” Samvel Şahramanyan hansısa “dövlət strukturları”nın Ermənistan ərazisində fəaliyyətinə əngəl törədilməsindən də şikayətlənib.
Maraqlıdır ki, erməni separatçılarının “rəhbər”inin bu açıqlamaları Paşinyan hakimiyyəti tərəfindən narahatlıq və qıcıqla qarşılanıb. Baş nazir Nikol Paşinyan Ermənistan hökumətinə qarşı fəaliyyət göstərən bu separatçı qruplaşmanın davranışlarının erməni dövlətçiliyinə real təhlükə törətdiyini bəyan edib. Onun fikrincə, bu separatçı qruplaşmanın təmsilçiləri kənar təsirlərin altındadırlar və Ermənistanın milli təhlükəsizliyini təhdid edirlər: “Ermənistanda hansısa “mühacir hökuməti” mövcud deyil. Ölkədə yalnız Ermənistan hökuməti var. Əgər, kimlərsə, özlərini “hökumət” kimi təqdim etməyə çalışışırsa, bu, artıq Ermənistanın milli təhlükəsizlik problemidir”.
Erməni baş nazir hesab edir ki, kənar güclərin bu separatçı davranışlardan Ermənistana qarşı istifadə edə bilməməsi üçün dərhal sərt addımlar atılmalıdır. Yəni, rəsmi İrəvan erməni separatçıları açıq-aşkar hədələyir. Onları Ermənistana qarşı fəaliyyət göstərməkdə suçlayır. Baş nazir Nikol Paşinyanın “kənar güclər” deyərkən, birmənalı şəkildə Rusiyanı nəzərdə tutduğunu anlamaq da qətiyyən çətin deyil. Və bu baxımdan, Rusiyadan qaçıb, Qərbə yaxınlaşmağa can atan Ermənistanda daxili qarşıdurmanın qaçılmaz olduğu açıq-aşkar nəzərə çarpır.
Ermənistan Nazirlər Kabineti aparatının rəsmi təmsilçisi Taron Çaxoyan isə birmənalı şəkildə vurğulayıb ki, özünün “mühacir hökuməti” kimi təqdim edənlərin fəaliyyət göstərdiyi bütün məkanlar ləğv edilməlidir: “Onlar öz mövcudluqları ilə Ermənistanın təhlükəsizliyini və dövlətçiliyini təhdid edirlər. Ermənistanda dövlət içərisində dövlət ola bilməz. Hər hansı “mühacir hökuməti” də mövcud deyil. Qarabağda çevriliş edərək, həmin ərazilərin boşalmasına səbəb olan avantüristlər indi də Ermənistanda “mühacir hökuməti” yaratmağa çalışırlar. Buna qətiyyən imkan verilməyəcək”.
Paşinyan hakimiyyətinə bağlı erməni deputat Artur Ovannisyan isə vurğulayıb ki, separatçıların rəhbəri Samvel Şahramanyan özünü xarici ölkənin agenti kimi aparır. Erməni deputat hesab edir ki, separatçıların “mühacir hökumət” iddialarının əsas hədəfi Ermənistanın müstəqilliyini təhlükə altına salmaqdır: “Onların bəyanatları ilə bəzi kənar güclərin Ermənistanın müstəqilliyinə qarşı fəaliyyətini müqayisə etdikdə, ölkəmizə yönəlik “qaranlıq ssenarilər”in işə salındığını anlamaq mümkündür”.
Göründüyü kimi, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyinə ABŞ və Avropa Birliyindən təminat almağa can atır. Ancaq bu barədə paktın imzalanacağı ehtimal olunan “ortaq konfrans” ərəfəsində Ermənistanın daxilində təhlükəli proseslər başlayıb. Hər halda, 30 il Azərbaycana qarşı istifadə olunmuş erməni separatizmi indi artıq Ermənistanın daxili probleminə çevrilmək üzrədir. Əgər, ehtimal edildiyi kimi, bu prosesin arxasında Rusiya dayanırsa, deməli, rəsmi İrəvan ciddi nəticələr çıxartmalıdır.
Əks halda, ABŞ və Qərbdən “təhlükəsizlik dilənən” Paşinyan hakimiyyəti ən real təhlükə ilə elə məhz Ermənistanın daxilində üzləşə bilər. Çünki bu prosesin Ermənistanda “iki dövlət” prinsipi üzrə vətəndaş müharibəsinə qədər inkişaf edə biləcəyi də qətiyyən istisna deyil. Bu, baş verərsə, ABŞ və Avropa Birliyindən “diləndiyi” təhlükəsizlik təminatının Ermənistanı xilas edə biləcəyinə yalnız sadəlövhlər inanar.(musavat.com)
Yaxın aylarda Rusiyanın böyük hücumu başlayacaq. Söhbət mayın sonundan və ya iyundan gedir.
Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə Amerikanın CBS News televiziya və radio şirkətinə müsahibəsində bildirib.
"Biz buna hazırlaşmalıyıq, nəinki vəziyyəti sabitləşdirməliyik, çünki tərəfdaşlar bəzən vəziyyəti sabitləşdirdiyimizə görə həqiqətən sevinirlər. Deyirəm ki, indi köməyə ehtiyacımız var", - Zelenski bildirib.
Onun sözlərinə görə, Müdafiə Qüvvələri rusları saxlaya bilsələr də, tərəfdaşların köməyi olmadan Rusiyanın daha bir böyük hücumundan müdafiə etməyə hazır deyillər.
Prezident əlavə edib ki, artilleriya döyüşündə Rusiya təkcə daha çox atəş silahına görə deyil, həm də onların daha çox məhvetmə diapazonuna görə üstünlüyə malikdir: “Baxmutda, Avdeevkada, Lisiçanskda, Soledarda və s.-də artilleriya mərmisi 20 kilometrdən, bizim mərmimiz isə 20 kilometrə qədər atəş aça bilən düşmənlə döyüşmək çox çətin idi”.
O, Rusiya yaxınlığında yerləşən sərhədyanı yaşayış məntəqələrinin atəşə tutulmasına da münasibət bildirib: "Adətən artilleriya ilə hücum edib kəndləri dağıdanda, bundan sonra həmişə onları işğal etməyə çalışırlar. Sabah nə olacağını bilmirik. Ona görə də hazırlaşmaq lazımdır".