Serblər əsrlər boyu Rusiyanın ən etibarlı müttəfiqləri olublar, Moskva bunu bilir, xatırlayır və dəyər veririk.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə danışarkən söyləyib.

“Rusiya və Serbiyanın münasibətləri xüsusi xarakter daşıyır, [onların] tarixən dərin kökləri var. Mən həmişə bu barədə xüsusi səmimiliklə danışıram, çünki əsrlər boyu – bunu vurğulamaq istəyirəm – serblər Rusiyanın ən etibarlı müttəfiqləri olublar, biz bunu bilirik, xatırlayırıq və dəyər veririk”, – o qeyd edib.

Xatırladaq ki, Serbiya Aİ-yə üzv olmaq istəyən yeganə ölkədir ki, Rusiyanın Ukraynaya təcavüzünü pisləyən BMT ölkələrinin əksəriyyətinə qoşulsa da, yekdilliklə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edib.

Belqrad Avropanın yeganə paytaxtıdır ki, burada təkcə Ukraynaya dəstək üçün müharibə əleyhinə mitinqlər deyil, həm də Putin və Rusiyaya dəstək üçün minlərlə insanın yürüşləri keçirilir.

Hazırda Serbiya Rusiya qazından böyük dərəcədə asılıdır. Lakin müharibə fonunda Serbiya Azərbaycanın simasında alternativ təchizatçılara müraciət edərək bu asılılığı böyük ölçüdə azaltmaq niyyətindədir.

Amerika qoşunları Ukraynada döyüşməyəcək.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fransa prezidenti Emmanuel Makronun müttəfiqlərə “qorxaq olmamağa” çağırışını şərh etmək istəyinə cavab olaraq deyib.

“Mən prezident Makronun sözlərini şərh etməyəcəyəm. Onun öz fikrini bildirmək hüququ və imkanı var. Mən yalnız ABŞ prezidenti Co Bayden, Ali Baş Komandan adından danışa bilərəm. O, Ukraynadakı münaqişənin başlandığı ilk günlərindən Amerika qoşunlarının Ukrayna ərazisində döyüşməyəcəyini açıq şəkildə bildirib”, - Kirbi vurğulayıb.

Kirbi onu da bildirib ki, prezident Volodimir Zelenski müttəfiqlərindən Ukraynaya qoşun göndərməyi tələb etməyib. “Prezident Zelenski bunu tələb etmir. O, yalnız maliyyə və hərbi texniki dəstək istəyir. Biz bu işdə ona kömək edəcəyik. O, heç vaxt xarici qoşunların ölkəsi üçün döyüşməsini istəməyib”, - deyə Kirbi bildirib.

Fransanın silahlandırdığı Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığı, “Azərbaycan Ermənistana hücum edəcək” iddialarının da mümkün eskalasiyadan öncə “alibi” qazanmaq məqsədi daşıdığı aydın görünür və burada İrəvanın öz, Parisin də öz planları var. Ümumilikdə geosiyasi mübarizədə Cənubi Qafqaz cəbhəsinin açılması gözləntiləri var.

Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana nə vaxt hücum edə bilər? Gürcüstan mediası bu suala cavab axtarmağa çalışıb.

Publika.az xəbər verir ki, gürcü jurnalist Qriqol Qiorqadzenin hazırladığı məqalədə Ermənistanın Azərbaycana Paris Yay Olimpiya Oyunları (26 iyul-11 avqust 2024-cü il) vaxtı hücum edə biləcəyi qeyd olunur.

Müəllif yazır ki, 2024-cü il Olimpiya Oyunları Parisdə keçirilsə də, şəhərdə hazırlıq birmənalı olaraq idman tədbirinin miqyasına uyğun gəlmir, daha doğrusu, olimpiadaya hazırlaşmaq üçün büdcədən ayrılan pulların “kəsilməsi”ndən başqa, praktiki olaraq heç bir iş görülmür: “Parisin meri Ann İdalqo ötən il qondarma “arsax” separatçılarına yardım üçün “humanitar karvanın” hazırlanmasına daha çox diqqət yetirib. Separatçı “arsax” ləğv edildikdən sonra o, Parisin işlərindən daha çox, “erməni qaçqınları” ilə məşğuldur, baxmayaraq ki, heç kim bu insanları qovmayıb, onlara Azərbaycan vətəndaşlığını almaq təklif olunub və hələ də geri qayıtmaq imkanı yaradılıb”.

2024-cü il Olimpiadasının yaxınlaşmasına baxmayaraq, Fransa paytaxtının abadlaşdırılması üçün demək olar ki, heç bir iş görülmür. Açılışa 5 aydan da az vaxt qalıb, amma Parisdə çirkli və üfunətli metronun adi bir kosmetik təmiri həyata keçirilməyib, hətta siçovullara qarşı mübarizə aparılmır. Paris küçələrində zibillərin, narkomanların və evsizlərin sayı artmaqda davam edir, “Avropanın mədəniyyət paytaxtı” adlandırılan şəhərin ümumi bərbadlığı da artmaqdadır. Fransa hökuməti isə bu yaxınlarda Yelisey sarayında fövqəladə iclas keçirərək, Olimpiada zamanı siyasi və ya digər problemlər yaranmasına qarşı “B planı” hazırlayıb. Hər şey kağız üzərindədir, reallıqda isə heç nə edilmir.

Olimpiadaya hazırlıqla bağlı “qəribə hadisələr” də baş verir. Bu yaxınlarda məlum olub ki, Olimpiadanın təhlükəsizliyinin təmin edilməsi işində çalışan mühəndisin idman yarışının təhlükəsizlik planlarının olduğu noutbuku və fləşkartı oğurlanıb. Paris metrosunda isə insanların Olimpiada vaxtı şəhərdə daha az hərəkət etməsi, yaxud məsafədən işləməsi haqda afişalar asılıb. Nəzərə alsaq ki, Olimpiadanın təhlükəsizlik planlarının “oğurlandığı” və kimin əlinə keçdiyi məlum deyil, o zaman, oyunlar zamanı Parisdə qalmaq olduqca qorxulu olacaq. Və belə görünür ki, Paridə keçiriləcək “olimpiada festivalı” zamanı küçələrdə qalacaq “yerli əhali” əsasən qeyri-qanuni mühacirlər, evsizlər və narkotik aludəçiləri olacaq.

Bu ilin fevralında tamaşaçı sayını iki dəfə azaltmaq qərarı verilib: 600 mindən 300 minə qədər. Lakin kulislərdə olimpiadanın tamamilə ləğv oluna biləcəyi ilə bağlı müxtəlif şayiələr də dolaşır. Və bu vəziyyətdə şübhəli suallar yaranır: Olimpiadanı “pozmaq” üçün əvvəlcədən plan hazırlanır, yoxsa diqqəti başqa hadisələrə yönəldərək, idman mərasimini ikinci plana keçirmək istəyirlər?

Şübhəli məqamlar çoxdur. Gürcü müəllif yazır ki, Olimpiadanı arxa plana keçircək hadisə müharibə ola bilər, xüsusilə Fransa hökuməti bu müharibənin hazırlanmasında birbaşa iştirak edirsə.

“Burada 2008-ci il Olimpiadası ilə Rusiyanın Gürcüstana qarşı müharibəsinin “qəribə təsadüfünü” xatırlatmaq yerinə düşərdi. Həmin müharibə zamanı guya “sülhməramlı” fəaliyyətlə məşğul olan Fransanın təcavüzkar Rusiya ilə şübhəli razılaşması da yada düşür. 2008-ci ilin 8 avqustunda Pekin Olimpiadasının açılışı günü ermənipərəst media bütün dünyaya “Gürcüstan ordusunun hücumu” dezinformasiyanı ötürdü, halbuki, hücum edən separatçılar, hazırlayan Rusiya idi. 8 avqust 2008-ci ildə Pekin Olimpiadasının açılışı vaxtı Rusiya ordusu Gürcüstana hücuma keçdi. Çin Olimpiadanı ləğv etmədi, lakin oyunların açılışı vaxtı dünyanın xəbər lentində Gürcüstan müharibəsi vardı. Daha sonra fransız “vasitəçilər və sülhməramlılar” peyda oldular. Fransanın o vaxtkı prezidenti Nikola Sarkozi, sonralar Mixail Saakaşvilinin də etiraf etdiyi kimi, Tiflisə “təslim olmaq ultimatumu” gərirmişdi. Fransanın fikrincə, Gürcüstan “sülh naminə” Samaçablo (Cənubi Osetiyanın gürcü dilindəki adı) və Abxaziyadan imtina etməli idi. Fransanın “vasitəçiliyi” Abxaziya və Sxinvali bölgəsinin Rusiya tərəfindən işğalına və qondarma “müstəqilliyinə” gətirib çıxardı. Fransanın dəstəklədiyi qondarma “artsax” separatçılar həmin vaxt bunu çılğın sevinclə qarşılamışdı. Lakin Ermənistanın Qarabağla bağlı işğal planları baş tutmadı. Nəticədə erməni millətçilərinin “ümidlərini” doğrutlmayan Rusiya onlara “düşmən”, Fransa isə dost və müttəfiqə çevrildi. Fransanın köməyi ilə Paşinyan bu gün Ermənistanı fəal şəkildə silahlandırır. Burada revanşist müharibəyə hazırlıq getdiyi aydın görünür, təbii ki, Fransanın dəstəyi ilə. Bu müharibəyə Azərbaycanı “təcavüzkar”, erməniləri “soyqırımı qurbanı” kimi təqdim edəcək şəkildə başlamaq planı var, istisna deyil ki, plan 2024-cü il Olimpiadası vaxtı tətbiq edilə bilər. Beləliklə, bərbad Parisdə keçiriləcək Olimpiada diqqətdən kənarda qala, yaxud ləğv edilə bilər. Burada günahkar ermənilər və fransızlar yox, Azərbaycan və müttəfiqi Türkiyə göstəriləcək. Belə görünür ki, 2008-ci il Pekin Olimpiadasında ermənilərin fransızların iştirakı ilə məşq edilmiş “informasiya super əməliyyatı” 2024-cü il Paris Olimpiadasında da təkrarlana bilər. Erməni lobbisi “təcavüzkar” və “soyqırımı” iddiaları ilə Azərbaycanı ittiham edəcək, ermənilər izə özlərini “soyqırımı qurbanı” kimi göstərəcək. Əlbəttə, Fransa Olimpiadanı pozmaq üçün başqa səbəb tapa, misal üçün, fransız kəşfiyyat xidməti terror aktı, yaxud “miqrant iğtişaşları” təşkil edə bilər. Lakin Fransanın bu il Cənubi Qafqazda sabitliyi pozmaq və müharibəyə başlamaq ehtimalını istisna etmək mümkün deyil”, - məqalədə vurğulanır.

Ukraynaya qoşun göndərəcəyinə işarə edən Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin nüvə təhdidindən sonra geri addım atıb.

Xarici KİV xəbər verir ki, Makron yeni bəyanatında Fransanın Ukraynaya hərbi personal göndərməyi düşünmədiyini bildirib.

"Bu, yaxın vaxtlarda Ukraynaya fransız qoşunlarının göndərməyi düşündüyümüz mənasına gəlmir, amma bu o deməkdir ki, biz müzakirəyə başlamışıq və Ukrayna torpaqlarında Ukraynanı dəstəkləmək üçün edilə biləcək hər şeyi nəzərdən keçiririk”.

Qeyd edək ki, Makronun sözügedən eyhamından sonra Putin NATO ölkələri Ukraynaya qoşun yeridərsə, nüvə silahından istifadə edəcəyini açıqlayıb. Həmçinin bu açıqlamadan 24 saat keçməmiş Rusiya nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketini sınaqdan keçirib.

Xatırladaq ki, fevralın 26-da Makron Ukraynaya qoşun yeritməkdə Qərb ölkələri arasında konsensus olmadığını deyib. O, həmçinin Rusiyanın bu müharibədə qalib gəlməsinin qarşısını almaq üçün hər şeyi edəcəklərini söyləyib.

Ukraynanın baş naziri Denis Şmıqal Qərbdən ölkəyə gözlənilən hərbi yardımın həcmindən danışıb.

Qaynarinfo-nun məlumatına görə, Şmıqal xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenskinin 7 dövlətlə təhlükəsizlik zəmanəti ilə bağlı sazişlər imzalayıb. Baş nazir vurğulayıb ki, bu istiqamətdə iş davam edir, Kiyevə artıq 18 milyard dollardan çox hərbi dəstək verilir.

O əlavə edib ki, bütün imzalanmış müqavilələr uzun müddətə - 10 ildən və daha çox müddətə nəzərdə tutulub.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Maykl Conson demişdi ki, respublikaçılar mart-aprel aylarında Ukraynaya 60 milyard dolların ayrılmasını təsdiqləyə bilərlər.

Martın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Turner bildirib ki, ABŞ hərbi yardımın çatdırılmasını bərpa etməsə, Ukrayna döyüş meydanında uduzacaq.

Fransa müdafiə naziri Sebastyan Lekornudan sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias da İrəvana gəlir. Və bu səfərlərin erməni baş nazirin Fransa və Yunanıstana gedişindən sonra baş verməsinin Ermənistanın silahlanma işini şaxələndirməsi ilə bağlı olduğu bəllidir.

Yunanıstan Ermənistanın silahlandırılmasında iki rola malikdir.

Birincisi, ötən il hərbi-texniki əməkdaşlıq saziş imzalayan Afina və İrəvan arasında birgə silah istehsalı həyata keçirilir: Yunanıstan həm də Qərb silahlarının Ermənistana ötürülməsi işini həyata keçirir, misal üçün, ötən il Fransa-Almaniya istehsalı olan "Milan” tank əleyhinə raketlərin bu ölkə tərəfindən ermənilərə verildiyi haqda məlumatlar var idi;

İkincisi, Yunanıstan Fransanın Ermənistana silah daşınmasında əsas marşrutlardan biri rolunu oynaya bilər: Parisin İrəvanı silahlandırmasında ən unikal marşrut Qara dəniz yoludur, istisna deyil ki, Paşinyanın Fransadan sonra Yunanıstana səfərinin gündəliyindəki əsas məsələlərdən biri də bu olub;

Lakin silah marşrutunun tamamlanması və Ermənistana çıxışın əldə edilməsi üçün Gürcüstanın da razılaşması vacibdir. Rəsmi İrəvan bu istiqamətdə işləyir, Lekornunun İrəvana gəlişindən bir gün sonra Paşinyanın Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeyə zəngi də bunu deməyə əsas verir.

Burada hadisələrin xronologiyası diqqətdən yayınmır: Paşinyan 21 fevralda Parisə səfər etdi, 22 fevralda Lekornu İrəvana gəldi; 23 fevralda erməni baş nazir gürcü həmkarı ilə telefon müzakirəsi apardı; 27 fevralda Nikol Afinaya uçdu; 28 fevralda Ermənistanın Gürcüstandakı səfiri bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdü; və bu gün (4 mart) yunan nazir Nikos Dendias İrəvanda Ermənistanla hərbi əməkdaşlığı müzakirə edir;

Bu trafik Ermənistanın silahlanmasında Paris-Afina-Tbilisi-İrəvan marşrutunun prioritet yola çevriləcəyini deməyə əsas verir və aydındır ki, daşınacaq silahlar "Bastion” kimi təhlükə yaratmaq riski aşağı olan yox, daha ağır və təhlükəli texnika olacaq. Rəsmi Tbilisinin Bakı və Ankara ilə münasibətlər fonunda İrəvana silah daşınmasında "nəfəslik rolu”nu üzərinə götürüb-götürməyəcəyi, yaxud bunu nə qədər edəcəyi Ermənistanın silahlanmasında həlledici amil olacaq. Bakı "Bastion”ların daşınmasında sərgilədiyi loyal mövqeyi ağır hərbi texnikaların daşınmasında göstərməyə bilər.

Qərbin Rusiyaya davamlı sanksiyaları nəticəsində Ankara ilə Moskva arasında ticarət kəskin şəkildə azalıb.

Nəticədə Türkiyə Rusiyaya ixracını təxminən üçdə bir qədər kəskin azaldıb.

Türkiyənin xarici ticarətinin rəsmi statistikası da bunu sübut edir.

Belə ki, cari ilin yanvar-fevral aylarının yekunlarına əsasən, Türkiyə şirkətləri Rusiyaya ümumi məbləği 1,29 milyard ABŞ dolları dəyərində mal və xidmətlər təqdim edib. Bu da ötənilki analoji dövrlə müqayisədə çox aşağıdır. 2023-cü ilin yanvar-fevral ayında ixracın həcmi 2 milyard dollardan çox olub.

Rusiyanın müxalif nəşri “The Moscow Times”ın yazdığına görə, ticarət həcminin belə kəskin azalmasına səbəb ABŞ-nin ikinci dərəcəli sanksiyaları riski olub.

"Bundan sonra Türkiyədəki banklar qlobal maliyyə əməliyyatlarının demək olar ki, yarısını təşkil edən dollara çıxışı itirmək qorxusu ilə Rusiya Federasiyasından olan müştərilərlə münasibətlərə yenidən baxmağa başlayıblar. Vəziyyət Rusiya neft ixracatçılarına da təsir edib”, – nəşr yazır.

Qeyd olunur ki, əvvəllər belə məhdudiyyətlər yalnız birbaşa ABŞ sanksiyalarına məruz qalan hüquqi şəxslərə şamil edilsə də, fevral ayında Türkiyə bankları adi Rusiya şirkətlərinin hesablarını bağlamağa başlayıb.

Artıq Kreml Türkiyə ilə bu vəziyyəti həll edəcəyinə söz verib və buna qismən nail olunub. Fevralın ikinci yarısında bəzi türk bankları yenidən Rusiya ilə birbaşa ödənişlərə xidmət göstərməyə başlayıblar. Buraya da ancaq “yaşıl mallar siyahısı” adlanan qida, dərman, kənd təsərrüfatı məhsulları, tekstil məhsulları daxildir.

Rusiya prezidenti Vladimir Putin “Donetsk Xalq Respublikası” (DXR), “Luqansk Xalq Respublikası” (LXR), “Krım Respublikası”, Zaporojye və Xerson vilayətlərini Cənub Hərbi Dairəsinə (SMD) daxil edib.

Bununla bağlı imzalanmış müvafiq sərəncamda deyilir.

“1 mart 2024-cü ildən qüvvəyə minmiş sərəncamla Adıgey Respublikası, Dağıstan Respublikası, Donetsk Xalq Respublikası, İnquşetiya Respublikası, Kabardin-Balkar Respublikası, Kalmıkiya Respublikası, Qaraçay-Çərkəz Respublikası, Krım Respublikası, Luqansk Xalq Respublikası, Şimali Osetiya-Alaniya Respublikası, Çeçenistan Respublikası, Krasnodar və Stavropol diyarları, Həştərxan, Volqoqrad, Zaporojye, Rostov və Xerson vilayətləri, Sevastopol Cənub Hərbi Dairəsinə daxil edilib”, - deyə xəbərdə bildirilib.

"New York Times" Siena Kolleci ilə birgə ABŞ-ın hazırkı Prezidenti Co Bayden və onun sələfi Donald Trampla bağlı əhali arasında rəy sorğusu keçirib.

Xarici KİV xəbər verir ki, sorğuda iştirak edən seçicilərin 43%-i noyabrın 5-də Baydenə, 48%-i isə Trampa səs verəcəklərini deyib.

Sorğu nəticəsində əvvəlki dövrlərdə Trampa səs verən seçicilərin Baydenin seçicilərindən daha sadiq olduğu üzə çıxıb.

2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83%-i noyabrda onu ikinci dəfə dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97%-i isə yenidən ona səs verəcəklərini qeyd edib.

Respondentlərin 47%-i Baydenin vəzifəsini yerinə yetirmə tərzini qəti şəkildə bəyənmədiklərini, hər 4 iştirakçıdan biri isə ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.

ABŞ-li seçicilər arasında xüsusilə son illərdə ardan qeyri-qanuni köç, Baydenin iqtisadi siyasətinə olan inamsızlığın hazırkı prezidentin reytinqinə mənfi təsir etdityi bildirilir. Həmçinin ABŞ-dəki müsəlman seçicilərin Vaşinqtonun Qəzzadakı müharibəyə qarşı nümayiş etdirdiyi mövqedən məmnun olmaması da Baydenin əlini zəiflədən ünsürlərdəndir.

Çin malların istehsalını daxili tələbdən daha çox artırdığı üçün dünya ikinci dəfə Çin idxalının axını ilə üzləşəcək.

"Bu barədə "The Wall Street Journal" iqtisadçıların proqnozlarına istinadən yazıb.

1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində dünya Çin istehsalı olan ucuz malların idxalında bum yaşayıb və bu, "Çin şoku" adlandırılırdı. Bu, bir sıra liberal islahatlar və Çinin Ümumdünya Ticarət Təşkilatına daxil olması nəticəsində baş verib. Nəticədə ABŞ bazarında istehlak qiymətləri aşağı düşüb, lakin eyni zamanda bir çox yerli sənayelər müflis olub.

Çin indi iqtisadi artımı canlandırmaq üçün ixracı ikiqat artırır. MIT iqtisadiyyat professoru David Autor əmindir ki, Qərb ölkələrinin bu dəfə təşviş üçün hər cür əsası var, çünki hazırkı şəraitdə Çin yüksək texnologiyalı məhsullar bazarında rəqabət aparır.(Qaynarinfo)

Xəbər lenti