![]() |
|
Ukrayna Rusiya tərəfindən Prezident Vladimir Zelenskinin nüfuzunu sarsıtmağa yönəlmiş dezinformasiya kampaniyasına hazırlaşır.
Bu barədə "Bloomberg" məlumat yayıb.
"Kremlin səylərinin mərkəzində Zelenskinin beş illik səlahiyyət müddəti başa çatdığı üçün ictimaiyyətin gözündə onun demokratik legitimliyinə xələl gətirmək cəhdi olacaq", - məlumatda deyilir.
Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan respublikanın baş naziri Nikol Paşinyanla fikir ayrılığına görə istefa verib.
Keçmiş diplomat bu barədə "Facebook"da məlumat verib.
“Mən baş nazir Nikol Paşinyana Ermənistan Respublikasının xüsusi təyinatlı səfiri vəzifəsindən azad edilməm ilə bağlı sorğu təqdim etdim. Son zamanlar bir sıra fundamental xarici siyasət məsələlərinə baxışlarımızdakı fərqliliklər mənim xarici siyasət cəbhəsində iştirakımı davam etdirməyimi qeyri-mümkün edir”, - o deyib.
Marukyan qeyd edib ki, bundan sonra da erməni xalqına xidmət edəcək və beynəlxalq iş təcrübəsindən respublikanın mənafeyi naminə istifadə edəcək.
2023-cü ilin sentyabrında Marukyan Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Roma Statutunun ratifikasiyası ilə bağlı Rusiya ilə danışıqlarda iştirak edib.
Daha sonra eks-diplomat izah edib ki, prosedur Moskvaya qarşı deyil, Bakıya qarşı yönəlib.
"Rusiyanın Qərb ölkələrinin ərazisində istənilən hədəfi vura biləcək silahları var".
Bunu Rusiya Prezidenti Vladimir Putin Qostinı Dvorda Federal Məclisə müraciətini elan edərkən deyib.
"Onlar sonda başa düşməlidirlər ki, bizim də silahlarımız var və onlar bunu bilirlər, indi mən dedim: bizim də onların ərazisindəki hədəfləri vura bilən silahlarımız var”, - Putin xəbərdarlıq edib.
Rusiya lideri həmçinin qeyd edib ki, Qərb liderlərinin hərəkətləri və bəyanatları nüvə silahından istifadə ilə münaqişə və buna görə də sivilizasiyanın məhvi ilə təhdid edir.
Daha əvvəl Rusiya lideri bildirib ki, Qərb liderlərinin hərəkətləri və bəyanatları nüvə silahından istifadə ilə münaqişə və buna görə də sivilizasiyanın məhvi ilə hədələyir.
Daha əvvəl Rusiya lideri bildirib ki, Rusiyanın kosmosa nüvə silahı yerləşdirmək planları ilə bağlı ittihamlar uydurmadır.(Publika.az)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.
Aydın əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətinə diqqət çəkib. Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.
"Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”, - Türkiyə Prezidenti deyib.
Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib. “Suriyanın şimalında “Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib. Bildirib ki, Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.
“Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.
Avropa Parlamenti (AP) Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi üçün iki qətnamə qəbul edib. Qətnamələrdə əksini tapan tələblər gülünc olduğu qədər, irrasionaldır. AP istəyir ki, Azərbaycanla imzalanan Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumu ləğv edilsin, Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın. Və Aİ “Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında” Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olsun.
Birincisi, Azərbaycanla enerji tərəfdaşlığın ləğv edilməsindən əziyyət çəkən tərəflərdən biri Avropanın özü olacaq. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və daim etibarlı tərəfdaş kimi qiymətləndirilir. AP erməni maraqları naminə Avropanın enerji təhlükəsizliyini risk altına atmaq çağırışı edir. Ki, bu irrasional istəyi nə rəsmi Brüssel, nə də Aİ ölkələri qəbul etmirlər.
İkincisi, AP-nin qətnaməsi heç bir əsas olmadan “Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü halında” iddiasına əsaslanır. Bu amil qəbul edilən qətnamənin arxasında Avropa strukturlarında şəbəkələşmiş anti-Azərbaycan qüvvələri və erməni lobbisi dayanır. 44 günlük müharibəyə qədər AP də daxil olmaqla Avropa strukturlarında erməni maraqlarının müdafiəsi məqsədilə Azərbaycana qarşı qəbul edilən qərarları “insan haqları” kimi məsələlərlə pərdələməyə çalışırdılar, müharibədən sonra artıq bunu gizlətmirlər.
AP-nin sanksiya çağırışları və bu məqsədlə qəbul etdiyi qətnamə kağız parçasından başqa bir şey deyil. Belə bir qətnamənin qəbul edilməsi isə həm AP-də daxili maraqlardan, həm də Qərbin Cənubi Qafqazla bağlı planlarından qaynaqlanır.
Avropa Parlamentində seçki mübarizəsi və brilyanta tapınanlar
AP yeni seçkilərə hazırlaşır. İyunda keçiriləcək seçkilərdə erməni lobbisi yenidən mövqelərini qorumaq niyyətindədirlər, məhz buna görə bu şəbəkəyə daxil olan deputatlar özlərini erməni sponsorlarına ispatlamağa çalışır. Əsas sponsor kimi qara brilyant qaçaqmalçısı kimi tanınan Kaspar Karapetyanın adı çəkilir. Brüsseldə yaşayan Karapetyanın əsas işi almazların qaçaq yollarla Avropa bazarına çıxarılmasıdır. Erməni biznesmen Rusiyaya qarşı almaz biznesi ilə bağlı mövcud olan sanksiyaları “dəlir”, almazları bu ölkədən Belçikaya gətirir və orada cilalanaraq, satılır. Karapetyan almaz qaçaqmalçılığını Ermənjistandan da həyata keçirir. O, qaçaq yollarla qurduğu brilyna t biznesini qorumaq üçün avropalı siyasətçiləri pulla ələ alıb. Avropa Parlamenti onun korrupsiyaya bulaşdırdığı əsas strukturlardan biridir. Karapetyan rüşvətlə ələ aldığı avroparlamentarilər qarşısında həm də erməni maraqlarının müdafiəsi tələbini qoyub. Bu baxımdan, seçkilər öncəsi AP-də erməni lobbisinə daxil olan deputatların fəallığı özlərini sübut etmək məqsədi daşıyır. Azərbaycana qarşı çıxan deputatların kimliyinə nəzər yetirəndə də aydın olur ki, şəbəkənin tərkibi dəyişməyib, eyni siyasətçilər eyni sifarişi yerinə yetirir.
Avropanın insinuasiyalara əsaslanan Cənubi Qafqaz siyasəti
Azərbaycana qarşı intensivləşən qarayaxma kampaniyası Qərbin bölgədəki maraqlarından da qaynaqlanır. Cənubi Qafqazda Ermənistan üzərindən möhkəmlənməyə çalışan Qərb bu məqsədlə Azərbaycana təzyiq edir, rəsmi Bakının müstəqil siyasətindən erməni maraqları naminə imtina etməsinə nail olmağa çalışırlar. Bu prosesin başında Fransa prezidenti Emmanuel Makron dayanır. “Azərbaycan Ermənistana hücum edəcək” yalanı üzərindən aparılan siyasət də Makronun “əl işidir”. Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən, anti-Azərbaycan siyasətinin mahiyyətini açıqladı.
“Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan, Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”, - dövlət başçısı vurğuladı.
AP-də qəbul edilən qətnamələr də bu insinuasiyalara əsaslanır və belə siyasətin Avropa Parlamenti qarşısında heç bir öhdəliyi olmayan Azərbaycana təsirinin olmayacağı da bəllidir. Bu qətnamələr kağız parçasından başqa bir şey deyil. Bu kağız parçası da Azərbaycana yox, Aİ-nin Cənubi Qafqazdakı maraqlarına zərər vuracaq.
Ermənistan parlamentinin sədri Alen Simonyan baş nazir Nikol Paşinyanın danışan dilidir. Simonyan dünən Rusiya sərhədçilərinin Ermənistan ərazisini tərk etməsi vacibliyini bildirmişdisə, bu gün ölkəsinin Avropa İttifaqına üzv olmaq istəyini səsləndirib. İrəvandan hər gün Kremli qıcıqlandıran açıqlama gəlir. Kreml Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını de-yure tərk etməsindən özünə gəlməmiş, indi də müttəfiqinin Avropa İttifaqına üzvlük istəyinə qarşı həmlələrə hazırlaşmalıdır. Çünki Avropa İttifaqına üzvlüklə Avrasiya İqtisadi Birliyinə üzvlük ziddiyət təşkil edir. Ermənistan bunlardan birinə üstünlük verməlidir, əgər Avropa İttifaqına üzvlüyə namizədliyə üstünlük verəcəksə, Avrasiya İqtisadi Birliyini tərk etməyə hazırlaşmalıdır. Bu isə Ermənistan iqtisadiyyatına ciddi zərbə olacaq. Çünki Ermənistan hazırda Avrasiya İqtisadi Birliyi çərşivəsində üzvlük güzəştlərindən istifadə edir, digər üzv ölkələrlə ticarətdən gəlir əldə edir. Bunların heç birini Avropa İttifaqı Ermənistana təqdim etmir. Ancaq o da aydındır ki, İrəvan üzünü Avropaya tutub, Nikol Paşinyan elə ona görə bir müddət əvvəl Tiflisə gedərək Gürcüstanla strateji tərəfdaşlıq sazişi imzaladı. Ermənistan Avropa İttifaqına üzvlük marafonunda Gürcüstandan geri qalmaq istəmir.
Elxan Şahinoğlu
ABŞ-nin Ukraynaya 60 milyard dollarlıq yardımın verilməsi məsələsi hələ də təhlükə altındadır. Ona görə də Konqres liderləri bu çıxılmaz vəziyyəti müzakirə etmək üçün ABŞ prezidenti Co Baydenlə görüşüb.
Görüşdə ABŞ prezidenti Co Bayden qanunverici orqanın iştirakçılarına xəbərdarlıq edib.
"Hərəkətsizliyin nəticəsində Ukraynada hər gün dəhşət yaşanır", - o qeyd edib.
Nümayəndələr Palatasının spikeri Mayk Conson isə deyib ki, ABŞ-Meksika sərhədində vəziyyət düzəlməyənə qədər Ukrayna da daxil olmaqla ümumlikdə 95 milyard dollarlıq yardım paketini təsdiqləməyəcək.
"Ölkənin birinci prioriteti sərhədimiz və onun təhlükəsizliyini təmin etməkdir. Mən prezidentin bu gün bunun icrasını öz üzərinə götürə biləcəyinə inanıram", -Conson deyib.
Senatdakı çoxluğun lideri Çak Şumer Consonu tarixdəki rolunu düşünməyə çağırdığını deyib: "Əgər siz doğru addım atmasanız, cari siyasət nə olursa olsun, peşman olacaqsınız".
Lakin Konqres Respublikaçıların çoxu ABŞ-nin Ukraynaya yeni yardım paketinin təsirinin olacağına şübhə ilə yanaşır. Respublikaçı senator Ron Conson: "Bizim üzləşməli olduğumuz reallıq ondan ibarətdir ki, Vladimir Putin bu müharibəni uduzmayacaq".
Demokratların Respublikaçılardan yan keçən və prosedur manevrindən istifadə edərək, xarici yardım qanun layihəsini birbaşa Nümayəndələr Palatasında səsverməyə çıxarmaq imkanı var.
Ankara və Pekin Kiyevlə Moskva arasında danışıqlar üçün yeni platforma hazırlayır.
Bu barədə ISW-nin hazırladığı hesabatda deyilir.
"Türkiyə və Çin çox güman ki, Ukraynadakı müharibəni həll etmək üçün öz danışıqlar platformalarını inkişaf etdirirlər", - ISW-nin hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, bu məqsədlə Çin Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin hərbi münaqişənin həlli üçün Ukrayna, Rusiya Federasiyası və bir sıra Avropa ölkələrinə səfər edəcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da fevralın 28-də bir daha bəyan edib ki, Ankara Moskva və Kiyevə danışıqlar üçün yeni platforma təqdim etməyə hazırdır.
ISW analitiklərinin fikrincə, Kreml Ukraynanın danışıqlardan imtina etməsi ideyasını təbliğ etmək üçün bu təklifləri informasiya silahına çevirəcək. "Çünki Kreml əslində Ukrayna ilə ədalətli danışıqlarda və müharibənin bitməsində maraqlı deyil", - hesabatda vurğulanıb.
Nikol Paşinyan Azərbaycan və Ermənistan XİN başçılarının niyə Almaniyada görüşməsinə razı olduğuna aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri parlamentdə deputatların sualına cavab olaraq deyib.
“Niyə Almaniya? Çünki Almaniya Qranada dördtərəfli görüşünün iştirakçısıdır və 3 mühüm prinsip imzaladı: Almatı Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı, Almatı Bəyannaməsi demarkasiya və delimitasiya üçün əsas olmalıdır və regional kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalı, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında fəaliyyət göstərməlidir. Hər hansı vasitəçi bunu çərçivədən çıxarmağa cəhd edərsə, bu, Ermənistan üçün qəbuledilməzdir”, - Paşinyan bildirib.
NATO bilavasitə Ukraynaya təlim missiyaları göndərə bilər, lakin döyüş əməliyyatlarında iştirak etmək üçün qoşun göndərə bilməz.
Bu fikirləri Litvanın müdafiə naziri Arvidas Anuşauskas jurnalistlərə deyib.
“Biz təlim missiyaları və təlimçilərin göndərilməsindən danışırıq. Qərar çoxtərəfli əsasda verilərdi”, – nazir bildirib.
Nazirin sözlərinə görə, məsələ istişarə və müzakirə mərhələsindədir:
“Mövqe dəyişə də bilər. Ukraynaya yardımın formaları axtarılır. Müxtəlif ölkələrin fərqli mövqeləri var. Eyni zamanda, bu, Rusiyaya siqnalımız olacaq”.