Rusiya Prezidenti Vladimir Putin ən azı daha iki müddətə ölkənin ən ali kürsüsündə oturmağı planlaşdırır.

Bunu ukraynalı politoloq Aleksandr Morozov deyib.

Onun sözlərinə görə, Rusiya əhalisi də Putin və onun Ukraynada apardığı müharibədən narazı deyil:

“Rusiyada vətəndaş cəmiyyəti yoxdur, əhali və ya sosial qruplar var. Onlar hansısa formada Putinin müharibəsindən faydalanırlar. Əlbəttə, nələrisə itirirlər, amma sadiqdirlər, gələcəkdə də belə olmağa hazırdırlar. Başqa sözlə, Putinin əhalisinin hər şeyə hazır olması fundamental faktordur”.

Eyni zamanda Morozov qeyd edib ki, Putin istənilən hallarda Rusiyanı idarə etmək modelini çoxdan qurub. Ekspert Kremlin hazırda Ukraynanın işğal olunmuş ərazilərində də bu modeli tətbiq etediyini bildirib.

"Çox böyük bürokratik təbəqə var. Bəli, müharibə zamanı, bu iki il ərzində Putin Kiriyenkonun (Rusiya hökumətinin keçmiş rəhbəri Sergey Kiriyenko - red.) aparatı ilə birlikdə hazırladığı bürokratiya ilə əl-ələ verib. Kreml bürokratiya təlimi proqramlarını gücləndirib. Yeri gəlmişkən, indi Kreml bu modelləri işğal olunmuş ərazilərdə çox fəal şəkildə sınaqdan keçirir. Kiriyenko və təkcə o yox, böyük Moskva elitası işğal olunmuş ərazilərdə işləyir, orada öz bürokratiyası və idarəetmə aparatını qururlar”, - Morozov vurğulayıb.

Onun fikrincə, bu proses uzun müddətə hesablanıb:

"Putin bizə başa salır ki, növbəti bir yox, iki müddətə gedir, yəni 2030-cu ilə qədər deyil, 2036-cı ilə qədər plan hazırlayır. Qarşıdakı vəziyyəti belə görür. Bütün bunlara nail olacağını deyə bilmərik, çünki orada proqnozlaşdıra bilməyəcəyimiz bir çox amillər var, amm Kreml bu yolu planlaşdırır”. (Teleqraf.com)

Qərbin hərbi istehsalı həcminə görə Rusiyadakı hərbi istehsaldan geri qalır.

APA xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krozetto “La Stampa” qəzetinə müsahibəsində deyib.

“Qərb başa düşdü ki, onun hərbi sənayesi Rusiyanın hərbi sənayesindən daha aşağı səviyyədədir və bu tendensiyanı dəyişmək üçün vaxt lazımdır”, - deyə nazir bildirib.

Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb.

“Bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.

Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi doğru addım deyil. Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası nə onun özü, nə də regionumuz üçün yaxşı əlamət deyil.

Bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir. Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. Ona görə ki, NATO-nun prinsipləri başqadır. NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək.

Politoloq hesab edir ki, Fransa və Yunanıstanın Ermənistana hərbi birlik təklif etməsi də başa düşüləndir. Fransa və Yunanıstan çoxdandır ki, Cənubi Qafqaza daxil olmaq, burda söz sahibinə çevrilmək istəyirlər. Azərbaycan və Gürcüstan bu məsələdə onlarla həmfikir deyil. Ermənistan isə heç zaman müstəqil siyasət yeritmədiyi üçün onlara verilən hər bir vədə inanır və boyun əyir. Amma bu da Ermənistana öz çirkin niyyətini həyata keçirməyə imkan verməyəcək.

Onun sözlərinə görə, Ermənistanda əksər dairələr də artıq başa düşürlər ki, işğalçılıq siyasətinin əhəmiyyəti yoxdur və bu siyasət yalnız ölkənin özünə ziyan vuracaq. Burada digər maraqlı məsələ isə Ermənistanın Rusiyadan ayrılmaq istəyidir. Rusiyanı onu “satmaqda” ittiham edən Ermənistan hökumətinin son bəyanatları, Rusiya hərbçilərinin və sərhədçilərinin sıxışdırılması bunu açıq-aydın göstərir. Ermənistan hazırda yalnız Rusiyanın mövqeyinin dəyişəcəyindən və sərtləşəcəyindən qorxduğu üçün Fransa, Yunanıstan və digər ölkələrdən dəstək almağa çalışır.

“Bunun da hansı nəticələr verəcəyini gələcək göstərəcək. Düşünmürəm ki, Ermənistanın indiki siyasəti ona uğur gətirsin. Ən böyük uğur sülh və təhlükəsizlikdir. Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkib, sülh müqaviləsi imzalasa, bir o qədər tez müstəqil dövlət kimi inkişaf edəcək”, - deyə T.Txilava vurğulayıb.

İran hər zaman regionda üçüncü tərəfin mövcudluğunun əleyhinə olduğunu bəyan edib. Bu, ziddiyyətlərin və maraqların toqquşmasının dərinləşməsinə gətirib çıxaracaq, region güc nöqtələri arasında qarşıdurma meydanına çevriləcək və bu, İranı narahat edir.

"Bu sözləri iranlı politoloq Pouya Hüseyni erməni mediasına müsahibəsində deyib.

“İran həmçinin narahatdır ki, digər qüvvələrin mövcudluğu İranın təhlükəsizliyinə təhdid yarada bilər. İran bu qüvvələrin Türkiyənin rolunu gücləndirə biləcəyindən narahatdır”, - Hüseyni bildirib.

O iddia edib ki, Türkiyənin bölgəmizdə artan rolu Ermənistan dövlətinə və milli maraqlarına ziddir və bu, ciddi təhlükəsizlik problemləri yaradacaq:

“İran israr edir ki, regionun problemlərini region ölkələri həll etməlidir, amma bu o demək deyil ki, bu problemləri Türkiyə və Azərbaycan həll etməlidir”.(Axar.az)

Volodimir Zelenski Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən həbs edilən Krım tatarlarının siyahısını verib.

Bunu Ukrayna Prezidenti İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla baş tutan görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.

O, qeyd edib ki, həbs edilən tatarların sayı getdikcə artır və hələ də onların Ukraynaya dönmələri üçün səylər nəticə verməyib.

Zelenski Türkiyə Prezidentinin bu məsələdə yardım edə biləcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ Prezidenti Co Bayden çıxışı zamanı zarafatca dediyi sözlərə görə gündəm olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi Konqresdəki nitqinə belə başlayıb: “Əgər ağıllı olsaydım, indi evə gedərdim”.

Bu sözlərdən sonra zalda alqış sədaları ucalıb. Bildirilir ki, canlı efir Ağ Evin saytında yayımlanıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa Xalq Partiyasının konfransında Rusiyanı Avropanın düşməni adlandırıb.

O, bu barədə ölkənin ictimai televiziyası “ERT” məlumat yayıb.

“Avropa üçün bu qaranlıq saatda... biz Ukraynanı vahid cəbhə ilə dəstəkləmək əzmimiz olduğunu nümayiş etdirdik”, - siyasətçi vurğulayıb.

Mitsotakisin sözlərinə görə, Yunanıstan Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, ötən gün Yunanıstanın Baş naziri Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün Odessaya gedib.

“Paşinyan Avropa Birliyinə namizədlik məsələsini çox tez bitirmək niyyətindədir...” - “Johovurd”Bu gün – martın 7-də Ermənistan baş naziri N.Paşinyan və nazirlər yenidən parlamentdə hakim qanadın deputatları ilə qapalı görüş keçirəcəklər.

Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti yazır.

“Bu, son günlər hakim “Vətəndaş sazişi” (“VS”) partiyasının deputat üzvləri ilə Nikol Paşinyan arasında üçüncü görüşdür. Bəs bu intensiv görüşlərdə hakimiyyət nəyi müzakirə edir? Mənbələrimizin bildirdiyinə görə, bu günlərdə “VS”-də gündəm mövzusu Avropa Birliyinə üzvlüyə namizəd olmaqdır və baş nazirlə görüşlərdə bu məsələni müzakirə edirlər. Dünən bu məsələ Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşün də gündəliyində olub. Əldə etdiyimiz məlumata görə, Aİ üzvlüyünə namizəd olma prosesinin əsas kuratoru məhz Təhlükəsizlik Şurasının katibi olacaq”, -erməni nəşri qeyd edir.

Qəzetin mənbələri daha sonra bildirir ki, Nikol Paşinyan bu məsələni çox tez bitirmək niyyətindədir.

“Ona görə də Ermənistanın qısa müddət ərzində Avropa İttifaqına üzvlüyə namizəd olmaq üçün ərizə verəcəyi istisna edilmir. Onun həmin növbədə nə qədər gözləyəcəyini söyləmək çətindir”, -deyə davamında Ermənistan qəzeti vurğulayır.
Kremldən Ermənistan son xəbərdarlıq: Bu kobud səhv idi - GƏLİŞMƏZəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə Rusiya və Türkiyənin mövqeyi üst-üstə düşür. Çünki orta dəhlizə nəzarət məsələsində ABŞ-nin məlum mövqeyi var. Onların Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Ankaranın maraqlarına cavab vermir. Türkiyə NATO üzvü olmasına baxmayaraq buna razılıq vermir. İstəyir ki, 2020-ci ildəki razılaşmaya əsasən nəzarət olunsun.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistan vasitəsilə bölgədəki geosiyasi konfiqurasiyanın dəyişməsinə cəhd göstərir:

“ABŞ Ermənistandan alət olaraq istifadə edir. İrəvanın Zəngəzur dəhlizində mövqeyi, dəhlizin Ermənistan xüsusi təyinatlı bölmələri tərəfindən mühafizə olunması ilə bağlı məsələyə hesablanıb. Ermənistan suveren dövlət olması ilə bağlı məsələdən çıxış edərək, belə mövqe sərgiləyir. Halbuki, əsas məqsəd ABŞ-nin sifarişidir. Amerika Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və Ermənistan vasitəsilə bölgəyə nəzarəti gücləndirmək istəyir".

Politoloq Kalininqradın anklav kimi Moskva-Qərb razılaşmasına əsasən Rusiya ərazisi olduğuna diqqət çəkib:

“Dəhlizə belə statusun verilməsi, Azərbaycandan Naxçıvana gedən yüklərin və sərnişin daşınmaları ümumiyyətlə ölkəmiz üçün gömrüksüz həyata keçirməsini təmin edəcək. Türkiyə üçün də bunun əhəmiyyəti böyük olacaq. Atatürkün dediyi kimi, Naxçıvan Türkiyə üçün Şərq qapısı olub. Bu mənada dəhlizə belə status verilməsi, Azərbaycan və mərkəzi Asiyanın Türkdilli dövlətləri ilə ticari-iqtisadi münasibətlərinin genişlənməsinə və Türkiyənin bölgədə nüfuz dairəsinin artmasına şərait yarada bilər. Bu status Azərbaycan, Türkiyə və Rusiyanın da maraqlarına cavab verir”.

Elşən Manafov bildirib ki, Lavrovun Ermənistana xəbərdarlığı ilə, ciddi və diplomatik etiket qaydalarından müəyyən mənada kənara çıxdı:

“Çünki Lavrov Ermənistanı nankor adlandırdı. Rusiyanın baş diplomatı belə bir kobud ifadəyə yol verməmişdi. Bu da Ermənistanın mövqeyindən qaynaqlanan bir məsələdir. Çünki İrəvanın həmlələri KTMT-dən çıxarılmasına, Avrasiya İqtisadi İttifaqından da uzaqlaşdırılmasına hesablanmış addımlardır. Əslində bu, Ermənistanın addımları deyil. Bu, konkret olaraq Paşinyan iqtidarının ABŞ qarşısında götürdüyü öhdəliklərdir. Ermənistan olduqca təhlükəli sularda üzür. Lavrovun xəbərdarlığı məhz bunu ehtiva edirdi”.

Xəbər lenti