![]() |
|
Çin martın 10-dan ABŞ-dən gələn mallara əlavə rüsumlar tətbiq edəcək.
Bu barədə məlumat Çin Xalq Respublikasının Maliyyə Nazirliyinin saytında yer alıb.
O cümlədən, toyuq ətinə, buğda və qarğıdalıya 15 faiz, donuz əti, mal əti, meyvə, tərəvəz və süd məhsullarına isə 10 faiz rüsum tətbiq olunacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pekini ABŞ-də narkotik ticarəti ilə effektiv mübarizə aparmamaqda günahlandırıb və Çindən gələn mallara idxal rüsumlarını iki dəfə artıraraq 10%-dən 20%-ə çatdırıb.
Ukrayna prezidenti Volodimir Zelenskinin impiçmentinə başlanması tələb edilib.
Ali Radanın deputatı Oleksandr Dubinski belə bir bəyanatla çıxış edib.
Rada spikerinə müraciətində o qeyd edib ki, bunun əsası onun Ağ Evdəki “diplomatik uğursuzluğu” olub, nəticədə Ukrayna ABŞ-ın qeyd-şərtsiz dəstəyini itirib.
"Bu gün, 3 mart 2025-ci ildə mən Ali Radanın sədri Ruslan Stefançuka prezident Volodimir Zelenskiyə qarşı impiçment proseduruna başlamaq üçün rəsmi sorğu göndərdim.
Bunun əsası onun Ağ Evdəki diplomatik uğursuzluğu olub, nəticədə Ukrayna ABŞ-ın qeyd-şərtsiz dəstəyini itirib. Bu uğursuzluq səriştəsiz idarəçiliyin, dağıdıcı xarici siyasətin, müxalifətin repressiyalarının və hakimiyyətin mənimsənilməsinin nəticəsidir", - deyə o bildirib.
Eyni zamanda, Ali Rada Ağ Evdə Zelenski ilə görüşündən sonra ABŞ prezidenti Trampın müharibənin həllinə dair sülh təşəbbüslərini alqışlayan bəyanat yayıb. Bəyanatda həmçinin, xüsusilə mineral ehtiyatlar sahəsində ABŞ ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Xatırladaq ki, ötən günlərdə Oval kabinetdə görüşdən ABŞ və Ukrayna liderları arasında gərginlik yaşanıb. Tərəflər bir-birini ittiham ediblər və nəticədə Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı qərar verib.
"Amerika Birləşmiş Ştatları Ukrayna tərəfinin sülh razılaşmasını asanlaşdırmaq istəyinə əmin olana qədər Ukraynaya hərbi yardımı dayandırıb".
Bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi "Reuters" agentliyinə deyib.
“Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq".
Məlumata görə, təkcə gələcək tədarüklər deyil, həm də artıq tranzitdə olanlar da dayandırılıb.
Agentlik qeyd edib ki, söhbət kritik əhəmiyyətli döyüş sursatları, idarə olunan çoxsaylı buraxılış raket sistemləri və tank əleyhinə silahlardan gedir.
"Yeni Müsavat" xəbər verir ki, “Oval kiabinet qalmaqalı” Ukrayna böhranı ətrafında mövcud olan situasiyanı daha da qəlizləşdirdi. Ancaq bununla yanaşı, bir çox önəmli məsələlərə də böyük ölçüdə aydınlıq gətirmiş oldu. Hər halda, bu qalmaqalın baş verməsi qətiyyən təsadüfi deyil. Xüsusilə də, iki prezidentin – Ağ Ev sahibi Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskinin biabırçı mübahisəsinin media təmsilçiləri qarşısında baş verməsindən yayınmaq olardı. Və belə anlaşılır ki, Ağ Evdəkilər qalmaqlın baş vermə yeri ilə bağlı müəyyən maraqlar üzərindən qərar veriblər.
Onu da qeyd etmək lazımdır ki, Ağ Evdəkilər istəməsydilər, yəni, onlara lazım olmasaydı, bu qalmaqal ümumiyyətlə, baş verməzdi. Məsələn, prezident Volodimir Zelenski “oval kabimet qalmaqalı”ndan dərhal sonra Böyük Britaniyanın baş naziri Keir Starmer qonağı oldu. Ancaq Ağ Evdə baş verənlərin əksinə olaraq, Ukrayna lideri böyük hörmətlə qarşılanıb, yola salındı. “Oval kabinet”də isə Ukrayna lideri ABŞ-ın həm prezidenti, həm də vitse-prezidenti tərəfindən olduqca mənasız iradlarla hədəfə alındı. Və bu, müəyyən mənada, ABŞ-da rəsmi əsəfərdə olan Ukrayna prezidentinə məqsədyönlü “sataşma” xarakteri daşıyırdı.
Təbii ki, Tramp administrasiyası bu yolverilməz “tamaşa”nı ssenariləşdirərkən, xüsusi məqsədlər güdmüş olmalıdırlar. Böyük ehtimalla prezident Volodimir Zelenskini aşağılamaqla, onu nüfuzdan salmaq, sonrasa rəsmi Kiyevin çarəsiz durumunu qabartmaq məqsədi güdülüb. Çünki belə vəziyyətə salınmış Ukraynaya həm Rusiyanın xeyrinə sülh sazişini qəbul etdirmək, həm də bu ölkənin təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sənədi imzalatmaq daha asan başa gələ bilərdi. Və buna paralel olaraq da, Ukraynanın gələcək taleyinin rəsmi Kiyevin iştirakı olmadan, yalnız Rusiya ilə razılaşdırmaq cəhdlərinin legitimləşdirilməsi problem yaratmazdı.
Ancaq prezident Volodimir Zelenski Tramp administrasiyasının bu oyununu pozmağı bacardı. Üstəlik, ABŞ prezidenti və vitse-prezidentinin əlbir olub, onu aşağılamaq, nüfuzdan salmaq cəhdlərinə gözlənilməz səviyyədə qətiyyətli reaksiya verdi. Bununla da, həm Ukrayna dövlətinin, həm də prezident kimi özünün qürurunu qorumağı bacardı. Eyni zamanda, həm ABŞ-a, həm Rusiyaya, həm də bütün dünyaya mesaj verdi ki, rəsmi Kiyevin iştirakı olmadan, Ukraynanı bölüşdürmək cəhdlərinə qətiyyətlə müqavimət göstəriləcək. Və bununla da əslində, Ukrayna lideri Tramp-Putin sövdələşməsini tanımadığını, onun qeyri-legitim olduğunu qabartmış oldu.
Bütün bunları nəzərə aldıqda, Tramp administrasiyasının “qalmaqal ssenarisi”nin uğursuz olduğunu və ABŞ-ın əleyhinə çevrilə biləcəyini də düşünmək olar. Belə ki, yalnız Rusiya ilə sövdələşməklə Ukraynanın bölüşdürülməsinin cətin, hətta qeyri-mümkün olacağını artıq Ağ Evdə anlamağa başlayıblar. Ona görə də, hazırda Tramp administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukrayna əleyhinə tezislərini eynilə təkrarıamağa başlayıb. Və israrla prezident Volodimir Zelenskinin qeyri-legitim dövlət başçısı olduğu ilə bağlı iddiaları ön plana keçirərək, Ukraynada seçkilərin təşkili tələb olunur.
Maraqlıdır ki, prezident Volodimir Zelenski bu tələblərə qarşı çıxmır. Ukrayna lideri seçkilərin keçirilməsinə və hətta öz postunu təhvil verməyə belə, hazır olduğunu vurğulayır. Ancaq o, bunun əvəzində Ukraynanın dərhal NATO-ya üzv qəbul edilməsi ilə bağlı prinsipial şərt irəli sürür. Prezident Volodimir Zelenski bu şərtini yalnız NATO üzvü olan Ukraynanın təhlükəsizlik təminatı almaağa nail ola biləcəyi ilə arqumentləşdirir. Əks halda, hətta seçkilər keçirilsə belə, prezidentliyə öz namizədliyini irəli sürəcəyini vurğulayır. Və “oval kabinet qalmaqalı” nəticəsində siyasi reytinqi yüksəlməkdə olan prezident Volodimir Zelenskinin seçkilərə qatılmaq niyyəti Ağ Ev üçün məqbul variant sayılmır.
Göründüyü kimi, prezident Volodimir Zelenskini və Ukraynanı küncə sıxışdırmaq, zəif göstərmək cəhdləri hazırda ABŞ-ın maraqlarına müəyyən problemlər yaratmağa başlayıb. Üstəlik, “oval kabinet qalmaqalı”ndan sonra Avropa məkanında Ukraynaya dəstək vədləri daha da artmağa başlayıb. Böyük Britaniya bu barədə öz üzərinə hətta öhdəlik də götürüb, artıq Ukraynaya maliyyə vəsaitinin ayrılmasını da təmin edib. Eyni zamanda, Avropa siyasi liderlərinin Londonda keçirilmiş son sammitindən də Ukraynaya dəstəyin davam etdirilməsi qərarı çıxıb. Və bu, o deməkdir ki, Tramp-Putin sövdələşməsinə baxmayaraq, Ukrayna savaşının davam etmə ehtimalı kifayət qədər yüksəkdir.
Ancaq Avropa Birliyi daxilində müəyyən tərəddüdlər də olmamış deyil. Belə ki, bəzi avropalı siyasətçilər Ukraynaya dəstək prosesində ABŞ-ın da iştirakı olduqca vacibdir. Xüsusilə də, ABŞ-ın iştirakı olmadan Ukraynaya təhlükəsizlik təminatının verilməsi asan məsələ deyil. Ona görə də, prezident Volodimir Zelenskiyə mesajlar verilir ki, o, Ağ Ev sahibi Donald Trampla korlanmış münasibətlərini bərpa etməyə çalışmalıdır. Və buna paralel olaraq isə Ağ Ev sahibi ABŞ-ın Ukraynaya hərbi dəstəyinin dayandırılması variantlarını artıq öz yaxın ətrafı ilə müzakirə etməyə başlayıb.
Belə anlaşılır ki, prezident Volodimir Zelenski “oval kabinet”də öz nüfuzunu ciddi şəkildə artırsa da, Ukrayna böhranı ətrafında situasiya hər halda, qəlişləşməkdə davam edir. Ağ Evdə hesab edirlər ki, prezident Volodimir Zelenski ilə münasibətlər yalnız rəsmi Kiyev sülhə hazır olduğu təqdirdə, normal məzmun ala bilər. Və bu, hazırda rəsmi Kiyev üçün olduqca ciddi problem təsiri bağışlayır.
Çünki ABŞ-ın gözləntiləri prezident Volodimir Zelenskinin Tramp-Putin sövdələşməsini Ukrayna savaşının dayandırılması üzrə sülh şərtləri olaraq, qəbul edilməsi ilə bağlıdır. Bundan sonra həmin şərtlərin ağırlaşacağı, yaxud Ukraynaya müəyyən güzəştlərin ediləcəyi hələlik qeyri-müəyyən xarakter daşıyır. Və ABŞ-ın güzəştlərə deyil, diqtə etməyə vərdişli olduğunu nəzərə aldıqda, Ukraynanı daha ağır mərhələnin gözlədiyi isə qətiyyən şübhə doğurmur.
Türkiyə və İran yaxın dövrdə yeni bir geosiyasi mübarizəyə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” (Nİ) nəşri yazıb.
Nəşrin milli təhlükəsizlik üzrə departamentinin redaktoru, ABŞ hökumətinin müxtəlif qurumlarına xarici siyasətlə bağlı tövsiyələr verən Brandon Vayxert Konqresdəki respublikaçılar arasında Türkiyə-İran qarşıdurması ilə bağlı iddiaların müzakirə edildiyini qeyd edib.
İddiaya görə, respublikaçı konqresmenlərin bəziləri Türkiyə və İran arasında yaxın dövrdə İraqda qarşıdurma başlayacağını düşünürlər. Amerikalı siyasətçilər hesab edirlər ki, Türkiyə İraqda İranın təsir zonasını kəşfiyyat bacarıqları ilə azaldacaq və bu, qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalını yeni toqquşma meydanına çevirə bilər. ABŞ-da bu mübarizənin qalibinin Türkiyə olacağı proqnozlaşdırılır.
Konqres kulislərindəki müzakirələr Türkyənin Suriya və İraqda İranın əsas geostrateji rəqibinə çevrildiyi yönündədir.
“Türkiyə son günlər Suriya hakimiyyətinin də dəstəyi ilə şimaldakı kürdləri (PYD/YPG terrorçuları-red) sıxışdırmağa çalışır, bu istiqamətdə hərbi əməliyyatları intensivləşdirib. İran bölgədəki kürd qruplaşmalarına dəstək vermir, çünki özü də kürd problemi ilə üz-üzədir. Lakin Tehran Türkiyənin bölgədəki hərbi əməliyyatlarının kürd qruplaşmalarla məhdudlaşmayacağını, İraqda İranın dəstəklədiyi şiə milis qruplarının da hədəfə çevriləcəyini anlayır”, - nəşr yazır.
Nəşr mənbələrinə istinadən qeyd edir ki, İraq Türkiyənin dəstəklədiyi qruplarla İranın dəstəklədiyi qruplar arasında qaynar münaqişə ocağına çevrilmək üzrədir.
Konqres üzvərini hazırladığı hesabatlarda bir məqama xüsusilə diqqət çəkilir: “Son 20 ildə MİT İran masasını tamamilə dəyişdirdi. İran və Türkiyə arasında əməkdaşlıq bəyanatlarına baxmayaraq, arxa fonda geosiyasi rəqabət var. Türkiyə İraqdakı gücünü genişləndirməklə Tehranı 1979-2003-cü illəri əhatə edən “ölkə sərhədlərindən kənara çıxmamaq” konseptinə qayıtmağa məcbur etmək istəyir. Lakin Türkiyə və İran arasındakı qarşıdurma Yaxın Şərqdə hələ heç kimin qalib olmadığı İraqda şiddətlənərsə, Ankara qalib olacaq. Türkiyə İran daxilindəki müxalifləri belə dəstəkləyərək, Tehran rejimini çökdürməyə çalışacaq. Qarşıdakı 10 il ərzində Yaxın Şərqin şimalında geosiyasi tarazlığı Türkiyə-İran qarşıdurması müəyyən edəcək”.
Avropanı yenidən təcili silahlandırmağa ehtiyac var.
Belə bir bəyanatla Avropa Komissiyasının sədri Ursula von der Leyen London sammitində çıxış edib.
Onun sözlərinə görə, Avropa Komissiyasının martın 6-da Avropa Şurasına belə bir plan təklif edəcək. “Hazırda uzun müddət ərzində müdafiəyə investisiyaların artırılması vacibdir. Bu, Avropa İttifaqının təhlükəsizliyi üçün lazımdır. Yaşadığımız geostrateji şəraitdə ən pisə hazırlaşmaq və buna görə də müdafiəmizi gücləndirmək lazımdır”, - Von der Leyen bildirib.
Ukraynada ABŞ və Rusiya arasında razılaşdırıla biləcək atəşkəsin effektivliyinə inanmaq mümkün deyil.
Belə bir bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.
Bununla belə Makron bildirib ki, Fransa və Böyük Britaniya münaqişənin həlli üçün alternativ plan hazırlayıb.
Fransa-Britaniya planı iki mərhələdən ibarətdir:
1. Havada və dənizdə atəşkəs, həmçinin enerji obyektlərinə hücumlara moratoriumun tətbiqi. Birinci mərhələ bir ay davam etməlidir;
2. Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi.
Fransa prezidenti hesab edir ki, bir neçə gün ərzində Ukrayna münaqişəsinin həlli “ölü nöqtədən” çıxa bilər. “Məsələ ondan ibarətdir ki, biz bu vaxtdan məqbul atəşkəsə nail olmaq üçün necə istifadə edəcəyik, danışıqlar bir neçə həftə çəkəcək və sülh imzalanandan sonra qoşunların yeridilməsi...”, - Makron bildirib. O bildirib ki, atəşkəs rejiminə əməl edilib-edilmədiyini yoxlamaq çox çətin olacaq.
Makron eyni zamanda ABŞ-la Ukrayna arasında dialoqun bərpasının vacib olduğunu bəyan edib.
Sən demə, Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıq zamanı “səbir kasası” daşan yeganə ABŞ prezidenti Donald Tramp deyilmiş. Belə bir situasiya Co Bayden dövründə də telefon danışığı zamanı yaşanıb.
“NBC News” xəbər verir ki, hadisə 2022-ci ilin iyun ayında Co Baydenlə Volodimir Zelenski arasındakı telefon danışığı qalmaqalla başa çatıb.
Belə ki, Zelenski Baydendən ona lazım olan və ala bilmədiyi bütün əlavə yardımları sadalamağa başlayan zaman mübahisə baş verib.
Nəticədə səbrinə hakim kəsilə bilməyərək özündən çıxan Bayden ABŞ-nin Ukraynaya verdiyi dəstəyə görə Zelenskini bir az minnətdarlıq etməyə çağırıb.
Ukraynanın NATO-ya qəbul olunacağı və müharibənin bitəcəyi təqdirdə istefa verməyə hazıram.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, yalnız bu halda öz missiyasını başa çatmış hesab edəcək.
Zelenski əlavə edib ki, əks halda dövlət başçısının dəyişdirilməsi mürəkkəb proses olacaq.
“Vəzifəmi tərk etməyə gəlincə, məni əvəzləmək asan olmayacaq. Yəni seçki keçirməklə kifayətlənmək olmaz, gərək məni kənarda saxlaya biləsən. Bu, bir az mürəkkəb prosesdir. Bunun üçün mənimlə danışıq aparmaq lazımdır. Mən isə dedim ki, əgər Ukrayna NATO-ya üzv olarsa, müharibə bitərsə... Deməli, mən öz missiyamı başa çatmış hesab edirəm”, - Zelenski qeyd edib.
O, Ukraynanın qərarına təsir göstərməyə cəhd edə biləcək beynəlxalq tərəfdaşların təzyiqindən də danışıb.
Prezident bu cür yanaşmaları tənqid edib, onların demokratik prinsiplərə zidd olduğunu bildirib.
“Bu, açığı, qeyri-konstruktiv və qeyri-demokratik görünür", - Zelenski vurğulayıb.
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif iqtisadiyyat və maliyyə naziri Abdolnasser Hemmatinin impiçmentindən sonra istefa verib.
“fars” agentliyi xəbər verir ki, Zərif istefa ərizəsini İran parlamentinin iclasından sonra Hemmatinin impiçmentinin elan edilməsinin ardınca təqdim edib və bu onun istefasına səbəb olub.
İran prezidenti Məsud Pezeşkianın da Zərifin bəyanatını hələ də qəbul etmədiyi bildirilir.
Zərif ikinci dəfədir ki, İranın vitse-prezidenti vəzifəsindən istefa verir. O, ilk dəfə ötən ilin avqustunda işindən narazı olduğunu bildirərək ərizə verib, lakin İranın ali rəhbəri Əli Xameneinin zəngindən sonra öz vəzifəsinə qayıtmışdı.