İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb

Oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü (13 oktyabr – red.) “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”, – bəyanatda deyilir.

“Hadisə araşdırılır”, – hərbçilər əlavə ediblər.

Dünya xəritəsi dəyişəcək: Britaniya Hind okeanındakı keçmiş müstəmləkəsini itirib

Britaniya Çaqos adalarını Mavrikiyaya təhvil verməyə razılaşıb. Bununla, Britaniya Afrikadakı son müstəmləkəsi ilə bağlı uzun illər davam edən gərgin mübahisəyə son qoyub.

Sfera.az xəbər verir ki, 19-cu əsrin əvvəllərindən Böyük Britaniyanın nəzarətində olan Çaqos arxipelaqı bundan sonra Mavriki tərəfindən işğal ediləcək. Amma dövlət hərbi baza ilə adaya nəzarəti saxlayacaq.

Qeyd edək ki, Britaniya 1960-cı illərdə insanlığa qarşı cinayət adlandırılan hadisələr fonunda yerli əhalini buradan qovub. Hətta 1968-ci ildə Mavrikiy müstəqillik qazandıqdan sonra da Britaniya Hind Okeanı Ərazisi (BIOT) adlandırdığı ərazini saxlayıb. Razılaşma Mavrikinin suverenlik iddialarının Beynəlxalq Ədalət Məhkəməsi, BMT Baş Assambleyası və Dəniz Hüququ üzrə Beynəlxalq Tribunal tərəfindən tanınmasından sonra 2022-ci ildə başlayan 13 raund danışıqların nəticəsidir.

Məlum olub ki, Britaniya Çaqos adalarını Mavrikiydən qanunsuz olaraq ayırıb. Arxipelaq bütövlükdə əvvəllər Fransaya məxsus olmaqla 1814-cü ildə Britaniyanın nəzarətinə keçib.

İngiltərə əvvəlcə BMT-nin adaların geri qaytarılmasını tələb edən səslərinə və məhkəmə qərarlarına məhəl qoymayıb, Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yalnız “məsləhət xarakterli rəy” olduğunu vurğulayıb.
 

Elan edilən razılaşmaya əsasən isə, Britaniya adalardan biri olan Dieqo Qarsiyadakı Britaniya-Amerika hərbi bazasına nəzarəti özündə saxlayacaq. İngiltərə Çaqos adalarını Mavrikinin qalan hissəsindən ayıraraq, Dieqo Qarsiyanı hərbi məqsədlər üçün ABŞ-a icarəyə verib. Bunun üçün 1500-2000 arasında ada sakini qovulub. O vaxtdan bəri iki müttəfiq bazanı birgə idarə edir.

Böyük Britaniyanın Xarici İşlər Naziri David Lemmi bildirib ki, Böyük Britaniya hökuməti hərbi bazanın gələcəyini təmin edib, həmçinin yaxın tərəfdaş olan Mavrikiy ilə uzunmüddətli əlaqələrə zəmanət verib.

ABŞ prezidenti Co Bayden razılaşmanı ölkələrin uzun müddətdir davam edən tarixi çağırışların öhdəsindən gələ biləcəyini, dinc və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyinin əyani sübutu kimi qiymətləndirib.

Bir çox çeqosiyalılar, adanı müstəqil ərazi kimi tanımayan Mavrikiyaya mülkiyyət hüququ verildikdə şəxsiyyətlərinin itiriləcəyindən qorxaraq öz müqəddəratını təyin etmək istəyirlər.

Digər çeqosiyalılar isə İngiltərədəki hüquq və statuslarını saxlamaq istəyirlər. 2022-ci ildə Daxili İşlər Nazirliyi zorla qovulmuş ada sakinlərinin övladlarının tezliklə Britaniya vətəndaşlığı üçün müraciət edə biləcəklərini bildirib.

“Human Rights Watch”un keçən ilki hesabatında deyilir ki, Britaniya 1960-1970-ci illərdə Çaqos adalarının məcburi köçkünlüyünün qurbanlarının nəsillərinə tam təzminat ödəməlidir. Təşkilat bunu dəhşətli müstəmləkə cinayəti və ya ABŞ cinayəti adlandırır.

Xatırladaq ki, 2021-ci ildə Karib dənizinin şərqində yerləşən Barbados ada dövləti Böyük Britaniyadan son müstəqilliyini elan edib.

 

Avropa İttifaqı ölkələri Livanı dəstəklədi

Avropa İttifaqının doqquz cənub ölkəsinin liderləri İsrail və Hizbullah arasında şiddətli döyüşlərin getdiyi bölgəyə sülh gətirmək ümidi ilə ölkənin cənubuna nəzarəti bərpa etmək üçün Livan silahlı qüvvələrinə dəstək verəcəklərini vəd ediblər.

"Euronews" xəbər verir ki, bu barədə Aİ-nin doqquz cənub ölkəsinin imzaladığı birgə bəyanatda deyilir.

Bəyanatı İtaliya, İspaniya, Fransa, Yunanıstan, Malta, Kipr, Sloveniya, Portuqaliya və Xorvatiya imzalayıb.

Bəyanatda qeyd olunub ki, Silahlı Qüvvələr də daxil olmaqla Livana və xalqına davamlı dəstəyin müdafiəsini davam etdiriləcək.

Fransa prezidenti Makron mətbuat konfransında deyib ki, Livan Silahlı Qüvvələrinin ölkənin cənubuna qaytarılması və suverenliyin bərpası ölkədə sülh və sabitlik üçün zəruridir. Lakin Fransa prezidenti bu dəstəyin hansı formada olacağını dəqiqləşdirməyib.

Konfransdan əvvəl Makron və İtaliyanın baş naziri Giorgia Meloni bildiriblər ki, G7 müdafiə nazirlərinin görüşündə Livan ordusunun cənuba doğru irəliləməsinə kömək etmək yollarına da baxılacaq.

Trampın İran qorxusu: Ağ Evdən hərbi təyyarə və maşın tələb etdi

Donald Trampın komandası İranın hələ də ona qarşı sui-qəsd cəhdi edə biləcəyindən ehtiyat edərək ABŞ hakimiyyətindən təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi təyyarı və maşın tələb edib.

"Washington Post" (WP) nəşri yazıb.

WP belə bir iddianı ABŞ-da prezident seçkiləri kampaniyası zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki komandası ilə ABŞ Məxfi Xidməti arasındakı yazışmalara əsaslanaraq irəli sürüb.

Trampın seçki kampaniyası komandasının meneceri Susie Vilesin Gizli Xidmət direktoru Ronald Rouya göndərdiyi elektron məktublarda Trampın seçki səfərlərində təhlükəsizliiy təmin etmək üçün hərbi təyyarələr və nəqliyyat vasitələri tələb etdiyi bildirilir.

Nəşr eyni zamanda yazıb ki, Respublikaçı namizədin təşviqat qrupu Trampın mitinqlərinin keçirildiyi yerlərdə əlavə uçuş qadağası və Tramp və komandası üçün xüsusi ballistik şüşə qoruyucuları da istəyib.

Xəbərdə yer alan məlumata görə, ABŞ tarixində seçki kampaniyası zamanı hərbi təyyarədən istifadə edən namizədin olmadığı bildirilib.

Ağ Evdən Tehrana xəbərdarlıq: Vurarıq!

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İranı hədəf alan sərt açıqlamalar verib.

"CNN Türk" xəbər verir ki, İran hakimiyyətini sabitliyi pozan və təhlükəli bir qüvvə kimi xarakterizə edən Harris təhdid edib: "Diplomatiya mənim üstünlük verdiyim yoldur, lakin bütün variantlar masadadır. Nüvə silahlarınıza heç vaxt icazə verməyəcəyəm. İranı vuracağıq".

Harris daha sonra buları qeyd edib: "Prezident olaraq ABŞ qüvvələrini İrandan müdafiə etmək üçün lazımi addımları atmaqdan çəkinməyəcəyəm".

Baydendən Tehrana mesaj: Biz bunu müharibə aktı hesab edəcəyik

ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdləri ilə bağlı xəbərdar etməyi tapşırıb .

Bu barədə "Politico" yazır.

"Vaşinqton istənilən sui-qəsdi müharibə aktı hesab edəcək", - Bayden bəyan edib.
Politico yazır ki, Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin bununla bağlı açıqlamasında da bu məsələyə toxunaraq deyib: “Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, İran ciddi nəticələrlə üzləşəcək”.

"Politico"nun yazdığına görə, təhdidlər ABŞ-ın 2020-ci ilin əvvəlində iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır.

İlon Mask: "50 ildən sonra nəqliyyat tamamilə avtonom olacaq"

Amerikalı sahibkar və milyarder İlon Mask bütün nəqliyyat sistemini yaxın 50 il ərzində gözlədiyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, X sosial şəbəkəsində bununla bağlı fikirlərini bölüşüb.

İlon Mask nəqliyyatın inkişaf tempinin ötən əsrlər ərzində nəzərəçarpacaq dərəcədə sürətləndiyi barədə məlumatlara diqqət çəkib. Onun fikrincə, uzun müddət bəşəriyyət üçün yalnız at üzərində hərəkət mövcud idi, lakin 1970-ci ilə qədər daha çox nəqliyyat növləri yarandı.

"Və bütün nəqliyyatlar 50 il ərzində tam avtonom olacaq", deyə İlon Mask bildirib.

Bundan əvvəl amerikalı iş adamının sərvətinin azalmasına baxmayaraq, üçüncü il dalbadal ABŞ-ın ən varlı adamı olaraq qaldığı bildirilib. Onun sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Üstəlik, son bir ildə sahibkar 7 milyard dollar kasıblayıb.

ABŞ-ın ən varlı adamları siyahısında ikinci yeri "Amazon"un qurucusu Ceff Bezos tutur, onun sərvəti 197 milyard dollar dəyərində qiymətləndirilir.

Erməni ekspertdən etiraf: Özümüz günahkarıq, "Əliyevin səbri" amili var

Rəsmi mənbələrdən məlum olur ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılmasında ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər destruktiv aparır.

Bunu erməni ekspert Vahe Ovanisyan deyib.

“Destruktiv mövqe ondan ibarətdir ki, Ermənistan beynəlxalq arenada təbliğ etməyə çalışacağı və bununla da müttəfiqlər qazanmağa hesablanmış, səriştəli həll variantları formalaşdırmır. Bunu beynəlxalq aləmə elə təqdim edir ki, xaricdən dəstək qazanmadan həll edə bilməyəcəyimiz məsələdir. Müharibədən sonra bunu müstəqil şəkildə özümüzə uyğun şəkildə həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda bu resurs var". - ekspert qeyd edib.

O əlavə edib ki, indi maksimum mümkün Ermənistan kompromisin qırmızı xəttini, sərfəli variantlarını hesablamalıdır: "Tərəfdarlar tapmağa çalışmalıyıq. Bunu da biz etmirik.

Biz özümüzü incimiş bir yeniyetmə kimi aparırıq, hamını rədd edirik. Nəticədə bölgədə partlayış həddinə çatan vəziyyət yaranıb, buna görə özümüz günahkarıq. “Əliyevin səbri” adlanan bir amil formalaşır. Biz onunla oynayırıq”, - Ovanisyan bildirib.

O xatırladıb ki, biz müharibədən əvvəl də əsassız, aqressiv və dağıdıcı ritorika ilə oynayırdılar: “Biz indi də eyni şeyi edirik. Elə bir vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər. Madam ki, bu kiçik ölkə öz destruktiv davranışları ilə öz maraqlarını formalaşdırmır, reallığı dərk etmir, bizi nəzərə almadan bu problemi həll edəcəklər".

O eyni zamanda əlavə edib ki, bölgədə kommunikasiyaların açılması ilə bağlı təklif etdiyi "Dünyanın kəsişməsi" heç kimi mraqlandırmır. "Bu özünü Moskvada MDB dövlət başçılarının son iclasında bir daha açıq şəkildə büruzə verdi. Ən azı iki böyük ölkə Azərbaycan və Rusiya bu təklifdən imtina etdi. Onlar deyirlər ki, bu, yaxşı ideyadır, lakin bu, sülh deyil, münaqişə mənbəyidir”, - ekspert yekunlaşdırıb.

Rusiya Odessaya raket zərbəsi endirdi: ölənlər və yaralılar var - VİDEO

Rus ordusu oktyabrın 10-da axşam saatlarında Odessa vilayətinə ballistik raketlərlə hücum edib və nəticədə çoxsaylı ölən və yaralanan var.

Bu barədə Odessa regional dövlət administrasiyasının rəhbəri Oleq Kiperin məlumat verib.

Onun sözlərinə görə, Odessa vilayətində hücum nəticəsində mülki əhalinin yaşayıb işlədiyi iki mərtəbəli bina dağılıb. 

"Nəticədə aralarında yeniyetmə də olmaqla 4 nəfər ölüb, 10 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Xəstəxanaya yerləşdirilən 9 yaralıdan 4-nün vəziyyəti isə ağırdır", - o qeyd edib.

Qeyd edək ki, son günlərdə Odessaya hücum aktivləşib. Oktyabrın 9-da Odessa vilayətinə ballistik raketlərlə hücum  nəticəsində 8 nəfər ölüb.

 
Rusiyadan İrandakı vətəndaşlarına XƏBƏDARLIQ  

Rusiyanın İrandakı səfirliyi İranda yaşayan vətəndaşlarına İsrailin mümkün zərbələri ilə bağlı xəbərdarlıq edib.

Bu barədə səfirliyin yaydığı bəyanatında deyilir:

“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar, Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi və mütəmadi olaraq İranın resursları haqqında məlumatlara nəzarət etməyi tövsiyə edir”.

Xəbər lenti