Öcalanın çağırışını dəstəklədilər

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani və Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) sədri Bafel Talabani Öcalanın çağırışına dstəklərini ifadə ediblər.

Bu barədə Türkiyə KİV məlaumat yayıb.

Bərzani bu çağırışı müsbət qarşıladıqlarını bildirib:

“PKK bu çağırışa sadiq qalmalıdır. Bu addımın sabitliyə töhfə verəcəyinə ümid edirik. Bu üsulla daha yaxşı nəticə əldə etmək olar. Silahlı mübarizə artıq əhəmiyyətini itirib”.

“Biz Abdullah Öcalanın bəyanatını alqışlayır və bu mərhələdə kürdləri birləşdirmək və onların problemlərini tərəfdaşlıq və həmrəyliyə əsaslanan dinc dialoq yolu ilə həll etmək, xalqımız üçün daha parlaq və daha dinc gələcəyə yol açmaq üçün məsuliyyətli və zəruri bir çağırış hesab edirik. Kürdüstan Vətənpərvərlər Birliyi bu bəyanatı irəliyə doğru atılmış mühüm bir addım kimi görür və bütün tərəfləri və türklər arasında bu təşəbbüsü dəstəkləməyi milli bir vəzifə hesab edir.

Bu tarixi fürsətdən istifadə edərək hərtərəfli sülhə nail olmaq üçün əməli addımlar atırıq”- , Bafel Talabani qeyd edib.

Saziş Kiyevin, yoxsa Moskvanın çöküş planıdır? - TƏHLİL

Son günlərdə Ukrayna ilə ABŞ arasında imzalanması nəzərdə tutulan Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair saziş, xüsusən də sənəddə Ukraynanın gələcək təhlükəsizliyinə ciddi zəmanətlərin verilməməsi müzakirə predmetinə çevrilib. Lakin saziş ətrafında yaranmış situasiyanı diqqətlə izlədikdə bu prosesdən müxtəlif maraqlı tərəflərin öz məqsədləri üçün manipulyasiyası açıq-aydın görünür. 

Rəsmi Kiyev və Avropa İttifaqı Ağ Evin yeni administrasiyasını öz maraqları naminə Ukraynanı Rusiyaya qurban verməkdə ititham edirlər. Qeyd olunur ki, Ağ Ev Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımları təmin etmir və bu imzalanması gözlənilən sənəddə əskini tapmır. 

O zaman məsələyə başqa bir baxış bucağından baxaraq prosesləri dəyərləndirməyə çalışaq.

Doğrudanmı Ağ Ev Ukraynanı Rusiyaya qurban vermək istəyir?

Əvvəlki sənəd unudulub

Birincisi, bunun üçün heç də uzaq olmayan tarixə ekuskurs etmək yetər. 13 iyun 2024-cü ildə Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri barədə saziş imzalanıb. Həmin sənəddə Ukraynanın təhlükəsizlik təminatları təkcə müharibə zamanı deyil, həm də ondan sonra da sabit təhlükəsizlik və müdafiə dəstəyinə əsaslanır. 

Sənəddə eyni zamanda ABŞ-nin Ukraynanın qalib gəlmək cəhdlərini dəstəklədiyi açıq şəkildə ifadə edilməklə yanaşı, "Patriot" hava hücumundan müdafiə sistemləri və qırıcı eskadrilyaların, o cümlədən F-16-ların çatdırılması da əksini tapıb.

Moskva da güzəştə getməlidir

İkincisi, Trampın fevralın 26-da kabinetin ilk iclasında Ukrayna ilə bağlı açıqlamlarında ilkin əsas hədəfi itkilərin qarşısını almaq məqsədi ilə atəşkəsin əldə edilməsidir. Münaqişənin həllində təkcə Kiyevin birtərəfli qaydada Moskvaya güzəştə getməsini deyil, eyni zamanda Moskvanın da güzəştə getməsini dilə gətirib.

İşlər Avropanın üstünə atılır

Üçüncüsü, Trampın sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas rolu ABŞ deyil, Avropa oynayacaq. Atəşkəsdən sonra Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi prosesini dəstəkləyəcək. Bu isə o anlama gəlir ki, Ağ Ev Ukraynanın təhlükəsizliyini Avropanın üzərinə qoysa da, məsələni diqqətdə saxlayacaq. Sadəcə Tramp administrasiyası birinci prezidentlik dövründə olduğu  kimi, yenə də Avropanın hərbi xərclərinin artırılmasında və Qərbin təhlükəsizlik arxitekturasında daha ciddi rol oynamasını istəyir. 

Sanksiyanın ləğvi oyunu

Dördüncüsü, Tramp Rusiyaya qarşı sanksiyaların aradan qaldıracağı, danışıqlar prosesinin bərpa edilməsi, diplomatik əlaqələrin yaradılması barədə şirnikləndirici çıxış etsə də, deyib ki, bu sanksiyalar ancaq sülh müqaviləsi imzalandıqdan sonra ola bilər. Bu isə o deməkdir ki, Rusiya hələ uzun müddət sanksiyalar altında qalacaq. Rusiyanın sanksiyalar altında qalması isə Moskvanın zəifləməsi deməkdir. 

Rəqib Rusiya deyil...

Beşincisi, Tramp etiraf edib ki, ABŞ-nin əsas rəqibi Rusiya yox, Çindir. Tramp bu mesaj ilə demək istəyir ki, Rusiya-Ukrayna müharibəsində Moskva qeyri-formal olsa da, Çin, İran və Şimali Koreya ilə Ukrayna cəbhəsində koalisiya yaradaraq kollektiv Qərbin müqavimətini qırmaq istəyir. Adı çəkilən koalisiya tam olmasa da, müəyyən mənada istəyinə nail olub və 3 ildir ki, Ukrayna müharibəsi davam edir. Çünki Çin və İran yaxşı anlayır ki, kollektiv Qərb Ukrayna cəbhəsində istəyinə nail olarsa, o zaman növbə ilə onları da sıradan çıxaracaq. Ona görə də həmin ölkələr Ukrayna cəbhəsində Rusiyaya dəstək verməklə, əslində, özlərinə qarşı təhdidləri bacardıqca uzaq sərhəddə saxlamaq istəyirlər.

Ağ Ev hesab edir ki, bu koalisiyanı parçalamadan Ukryana cəbhəsində uğur əldə etmək elə də asan olmayacaq və bu sonsuzluğadək davam edə bilər. Ona görə də Vaşinqton ilk mərhələdə uğurlu görünməyən Moskva-Pekin-Tehran-Pxenyan koalisiyasını parçalamaq taktikasını seçib. Ağ Ev bu yolla həm perspektivdə Ukrayna cəbhəsində uğur əldə etməyi, həm də Çin, İran cəbhəsində planlarını reallaşdırmaq istəyir. Çünki bu ölkələrin təklikdə ABŞ-yə qarşı müqaviməti çətin olacaq.

Ukraynanın sərvəti hədəfdir

Altıncısı, deyilənlərin əksinə olaraq Ağ Ev tələsik Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair sazişi imzalamaqla birbaşa olmasa da, dolayı yolla bu ölkənin təhlükəsizliyinə zəmanəti öz üzərinə götürür. Bu sazişin iqtisadi tərəfinin Ukraynaya faydaları başqa bir mövzudur. 
26 trilyon dollardan çox təbii ehtiyatlara malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktorların diqqətindədir. Bu gün Ukraynanın 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.

Bu gün Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Perspektivdə isə yaşıl iqtisadiyyata keçiddə elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağını nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.
Digər məqam isə ondan ibarətdir ki, Tramp bu günlərdə imzalanacaq sazişin dəyəri 1 trilyon dollaradək qalxa biləcəyini də istisna etməyib. Belə bir həcmdə, hətta 500 milyard həcmində olsa belə, saziş öz-özlüyündə Ukraynanın iqtisadi maraqları adı altında təhlükəsizliyinin təminatı deməkdir. Çünki heç bir investor və ya dövlət böyük həcmdə sərmayəsinin təhlükəsizliyini təmin etmədən hər hansı bir ölkəyə investisiya yatırmaz.   

Rusiyanın çöküş planı

Yeddincisi, Tramp Arktika uğrunda savaşa başlamaqla Rusiyanın Qərbə çıxışı olan Şimal Dəniz Yolunu da nəzarətə götürmək istəyir. Necə deyərlər, Tramp daha geniş çaplı oynamaqla Rusiyanı çöküş planını hazırlayır. 

Nəticə: Kiyevlə Vaşinqton arasında 2024-cü ildə Ukraynanın təhlükəsizliyinə zəmanət barədə saziş imzalanıb, amma bu gün kimsə onu gündəmə gətirmir. İşləmədiyindən arxiv sənədindən başqa əhəmiyyət kəsb etmir. Necə deyərlərə, bəzən imzalanan müqavilənin dəyəri onun imzalandığı kağızın qiymətindən aşağı olur. Ukraynanın ən etibarlı təhlükəsizlik zəmanəti Silahlı Qüvvələridir. Bunun üçün Ukrayna Silahlı Qüvvələrinin gücləndirməyi və yeni savaşa hazırlaşmalıdır. Elə imzalanacaq saziş də növbəti savaşda qələbə üçün yaxşı hazırlıq mərhələsi ola bilər.  

Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT

ABŞ prezidenti Donald Trampın xarici siyasətinin prioritetləri, xüsusən də Rusiya ilə bağlı siyasətinin əsas mahiyyəti və alt qatdakı məsələlər getdikcə daha aydın şəkildə özünü büruzə verir. Trampın kabinetin ilk iclasında verdiyi mesajlardan da aydın olur ki, Ağ Evin növbəti mərhələdə qarşısında duran əsas strateji hədəf Arktikadır.

Arktika uğrunda mübarizə XX əsrin əvvələrində başlasa da, qlobal iqlim dəyişikliyinin Arktika sularında gəmiçilik, zəngin təbii ehtiyatların istismarı üçün daha əlverişli şərait yaratması, Arktikaya marağı son illərdə kəskin şəkildə artırıb. 

Trampın istər Kanada, istər Qrelandiya adasına sahiblənmək, istərsə də Ukrayna müharibəsinin qısa zamanda bitirməsinin alt qatında Arktikaya sahiblənmək kimi ciddi məsələ dayanır.  

500605

Ağ Ev vaxt itirmədən Arktika uğrunda savaşda üstünlüyü əldə etmək istəyir. Çünki Arktika uğrunda savaşda əsas ənənəvi oyunçular olan ABŞ, Kanada, Danimarka, Norveçlə yanaşı, Çin yeni oyunçu kimi bölgəyə çox böyük maraq göstərir. Hətta Çin Arktikada əməkdaşlıq etmək və burada paya sahib olmaq üçün naviqasiya sahəsinə ciddi diqqət yetirərək buzqıran gəmilər hazırlayır. 

“Snow Dragon” buzqıran gəmisi Arktika suları vasitəsilə 2012-ci ildə Avropaya üzən ilk Çin gəmisi olub. Son illərdə Çin Arktikada maraqlarını təmin etmək üçün gəmiçiliklə yanaşı, digər sahələrdə, xüsusən də texnoloji sahədə addımlar atmaqdadır. ABŞ isə Çini mövcud qlobal proseslərdə əsas rəqibi kimi gördüyündən yaxşı anlayır ki, Pekin Moskva ilə Arktikada aktiv birgə əməkdaşlığa başlasa, durum heç də onun istədiyi kimi ürəkaçan olmayacaq. 

Tramp kabinetin ilk iclasında açıq şəkildə bəyan etdi ki, ABŞ Rusiya və Çinlə əla münasibətlər qurmağa ümid edir, lakin Çini özünə rəqib sayır. Tramp bu etirafı ilə mesaj verdi ki, Ağ Ev üçün əsas rəqib Rusiya deyil, Çindir. Ona görə də əsas diqqətini Arktikaya yönəltməyə qərar verib.

Arktikada əsas pay sahibi olan Rusiya ABŞ-nin bu planını yaxşı bildiyindən Çinlə birgə əməkdaşlıq etməklə ABŞ-nin dominantlığının qarşısını almağa çalışır. Moskva Pekinlə birgə əməkdaşlıq etməklə ABŞ-ni Arktikadan sıxışdırmağı planlaşdırır. 

500604

Onu da qeyd edək ki, Rusiyanın ÜDM-nin 30 faizi Aktikada hasil olunan enerji ehtiyatlarından, həm də digər məhsullardan formalaşır. 

Arktikada savaş təkcə zəngin enerji və nadir qiymətli yeraltı sərvətlər uğrunda getmir, eyni zamanda Şimal qütbündəki nəqliyyat dəhlizi uğrundadır. 

Bu gün Qərb Rusiyanın Avropa istiqamətində gedən quru yollarını bağlasa da, Şimal Dəniz Marşrutu fəaliyyətdədir və bu yol daha qısa və sərfəlidir. Şimal Dəniz Marşrutu Asiyadan Avropaya ən qısa yol olmaqla yanaşı, həm də yeni İpək Yolu hesab edilir.  

Qlobal istiləşmə nəticəsində yaxın 30-40 ildə Şimal Qütbdən daha rahat hərəkət etmək mümkün olacaq. Aktikada iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi həm yeraltı sərvətlərin istismarını ucuzlaşdıracaq, həm də dəniz nəqliyyatının hərəkətini asanlaşdıracaq. Bu da o deməkdir ki, yaxın gələcəkdə Şimal Dəniz Yolu Cənubdan keçən Süveyş kanalını əvəz edəcəyindən geosiyasi və geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edəcək. Arktika savaşının tərkib hissələrindən biri də Şimal Dəniz Yoluna nəzarət uğrunda olacaq.

Qərb Rusiyanın Avropaya gedən qısa quru yollarını, o cümlədən Qara dəniz və Baltik dənizi vasitəsilə hərəkətini məhdudlaşdırıb. Yeganə maneəsiz hərəkət Şimal Dəniz Yoludur ki, ABŞ bu yolda da nəzarəti ələ keçirmək istəyir.

500608

Bu baxımdan Trampın Putini Ukraynada şirnikləndirici oyuna cəlb etməsinin arxasında Rusiyanı tələyə salacaq daha ciddi proseslərin olduğunu görmüş olarıq.

Trampın birinci prezidentliyi dövründə Qrenlandiyanı almaq təklifinin arxasında bu məqsəd dayanırdı. İndi isə bu məsələ daha da aktuallaşıb. 

Ona görə də yaxın gələcəkdə Arktika uğrunda savaş getdikcə daha ciddi xarakter alacaq. Arktika uğrunda savaşın başlanacağını bir müddət əvvəl Rusiyanın Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçukda dilə gətirərək deyib ki, Arktika gələcəyin sınaq poliqonudur: “Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”. 

Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov da fevralın 26-da müsahibəsində Arktika uğrunda savaşın getdikcə qızışdığını dilə gətirərək, Arktikanı münaqişələrdən azad bölgə olmağa çağırıb.

500606

Rusiyalı diplomat deyib ki, Arktika münaqişə potensialından uzaq olmalıdır və regionun birgə inkişafı, kəşfiyyatı üçün bütün dövlətlərə bərabər imkanlar verilməlidir.

Stepanov onu da bildib ki, Rusiya üçün əsas problem Kanada, ABŞ və Avropa tərəfindən Arktikanın hərbiləşdirilməsidir: "Biz bu ərazilərdə Rusiyanın maraqlarını və suverenliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürük".

Təbii ki, Moskva əlverişli şərtlər daxilində, xüsusən də Qərbin Rusiyaya qarşı sanksiyalarının aradan qaldırılması, Ukraynada güzəştə gedəcəyi təqdirdə Vaşinqtonla Arktikada birgə işləməkdə maraqlıdır.  

Bunu fevralın ortalarında Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev də dilə gətirib. O, Rusiyanın ABŞ ilə Arktikada birgə layihələrin hazırlanmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin söyləyib ki, məsələ ilə bağlı irəliləyiş yaxın iki-üç ay ərzində əldə edilə bilər. 

500607

“Bloomberg”in ötən günlərdə yazdığına görə, Moskva və Vaşinqtonun müzakirə etdiyi məsələlər arasında Arktikada təbii ehtiyatların birgə çıxarılması və ticarət yollarının inkişafı da var.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə açıqlamasında bu məsələyə aydınlıq gətirərək deyib ki, Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında potensial əməkdaşlıq üçün geniş sahə müzakirə edilib. Peskov birbaşa olmasa da, dolayı yolla bunu etiraf etmiş olub. 

Hazırkı mərhələ Arktika uğrunda savaşın ilkin mərhələsi hesab edilsə də, yaxın perspektivdə bu daha da aktual xarakter alacaq. Yeni geosiyasi reallıqlar Arktika uğrunda mübarizənin güclənməsini diktə edir. Artikada marağı olan bu ərazidə öz iqtisadi, hərbi və siyasi maraqlarını təmin etmək üçün mövqelərini açıq şəkildə bəyan edirlər.

Transgenderlər ABŞ ordusundan qovulur - Vaxt verildi

Pentaqonun memorandumunda deyilir ki, ABŞ ordusu transgenderləri 30 gün ərzində xidmətdən azad etməyə başlayacaq.

Bu barədə "ABC News" məlumat yayıb.

“Gender disforiyası diaqnozu və ya anamnezində, habelə ona uyğun gələn əlamətlər olan hərbi qulluqçular hərbi xidmətdən tərxis olunacaqlar”, - sənəddə deyilir.

Nazirlik yalnız iki cinsi tanıyır: kişi və qadın. İnsanın cinsi dəyişməzdir və həyatı boyu dəyişmir. Bütün hərbi qulluqçular yalnız cinsinə uyğun xidmət edəcəklər.

Qeyd edilir ki, konkret şəxslər üçün güzəşt məsələsinə yalnız “döyüş potensialını bilavasitə dəstəkləyən hərbi qulluqçunun xidmətdə saxlanmasında məcburi dövlət marağı” olduqda fərdi qaydada baxıla bilər. Belə bir istisna əldə etmək üçün hərbçi heç vaxt cinsini dəyişməyə cəhd etmədiyini sübut etməli və “36 ay ərzində gender kimliyinin sabitliyini” nümayiş etdirməlidir.

Tarixi an: Türkiyədə küçələrə böyük ekranlar quraşdırılır

Bu gün PKK lideri Abdulla Öcalanın İmralı həbsxanasından müraciət edəcəyi gözlənilir. Onun Türkiyədə terror təşkilatı kimi tanınan dəstəsinin gələcək fəaliyyətinə son verilməsi və silahların yeri qoyulması ilə bağlı çağırış edəcəyi bildirilir.

Bu məqsədlə DEM partiyasının heyəti İmralıda liderləri Abdullah Öcalanla üçüncü görüşünü keçirəcək.

DEM Partiyasının nümayəndə heyətinin bu gün saat 17:00-da İmralıdan qayıtdıqdan sonra İstanbulda açıqlama verəcəyi bildirilir.

Bəyanatda Öcalanın çağırışının da yer alacağı gözlənilir. İmralıya gedəcək heyətin edəcəyi açıqlaması ilə əlaqədar olaraq Diyarbəkir və Vanda nəhəng ekranlar qurulur.

DEM Partiyası Diyarbəkir və Van təşkilatları sosial media hesablarından çağırış edərək insanları meydanlara dəvət ediblər.

Kraldan Qurban bayramı çağırışı: Etməyin, özüm kəsəcəyəm

Mərakeş kralı VI Məhəmməd bu il ölkədə qurban kəsilməməsinə çağırıb və Mərakeş xalqı adına özü bu ayini icra edəcəyini açıqlayıb.

Kral VI Məhəmmədin qurban kəsilməməsi ilə bağlı xalqa mesajını Mərakeşin dini işlər və vəqflər naziri Əhməd əl-Tövfik dövlət televiziyasında oxuyub.

Kral VI Məhəmmədin mesajında deyilir ki, iqlim dəyişiklikləri ölkə iqtisadiyyatına mənfi təsirləri olduğundan heyvanların sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Kralın mesajında həmçinin qeyd olunur ki, yaranmış vəziyyət isə cəmiyyətin aztəminatlı təbəqələri üçün böyük çətinliklər yaradacaq.

Ölkə rəhbərliyi olaraq üzərlərinə düşən məsuliyyət və dini vəzifələri asanlaşdırmaq öhdəliyi çərçivəsində ictimaiyyəti bu il qurban kəsməkdən çəkinməyə çağıran mesajda Kral VI Məhəmmədin Mərakeş xalqı adına özü bu ibadəti yerinə yetirəcəyi bildirilib.

Qeyd edək ki, indiyədək Mərakeş tarixində 3 dəfə 1963, 1981 və 1996-cı illərdə Qurban ritualından imtina halları olub.

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi

Türkiyənin verdiyi cəsarət sayəsində “qoca qitə” ölkələri nəhayət ki, ABŞ ilə açıq qarşıdurmaya qərarlı görünür, belə situasiya isə Tramp-Putin sövdələşməsini böyük risk altına atır... Həm Ağ Evdə, həm də Kremldə avropalı liderlərin radikallaşması gözlənilməz olduğundan, açıq-aşkar çaşqınlıq yaradıb, ABŞ prezidenti Donald Trampın tezliklə Avropa Birliyinə qarşı sərt addımlar ata biləcəyi istisna deyil...

"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı kollektiv Qərbi vahid hərbi-siyasi və ideoloji məkanda birləşdirən əsas faktorların sırasına daxil idi. Belə ki, son vaxtlara qədər kollektiv Qərb Ukrayna ordusuna verilən maliyyə və hərbi dəstəyin Avropanın təhlükəsizliyi üçün vazkeçilməz fəaliyyət olduğunu iddia edirdi. Qərbdə tamamilə əmin idilər ki, Ukrayna savaşı sayəsində Rusiyanın zəiflədilməsi dünyanı daha təhlükəsiz edəcək. Və bu səbəbdən də, Ukraynanın Rusiya üzərində tədricən qalib gəlməsini təmin etmək üçün məhdud çərçivədə də olsa, ardıcıl addımlar atılırdı.

Ancaq indi situasiya böyük sürətlə dəyişməyə başlayıb. Belə ki, Tramp administrasiyasının ABŞ-da hakimiyyətə gəlişi kollektiv Qərbin siyasi-ideoloji təbliğat mexanizmlərinin dağılmasına yol açıb. ABŞ prezidenti Donald Trampın Ukrayna savaşını məhz Kreml sahibi Vladimir Putinlə anlaşaraq, dayandırmağa çalışması kollektiv Qərb daxilində strateji tarazlığı ciddi şəkildə pozub. Və indi Ukrayna savaşı kollektiv Qərb üçün birləşdirici faktor sayılmır.

hqq720.jpg (65 KB)

Onu da qeyd etmək lazımdır ki, məhz Tramp administrasiyası öz davranışları ilə Ukrayna savaşının dayandırılması prosesini hazırda parçalayıcı faktora çevirib. Hər halda, Tramp administrasiyası ABŞ-ın kollektiv Qərbdən qoparılmasına nail olub. Ağ Ev rəsmi Kiyevin iştirakı olmadan, Ukraynanın gələcək taleyini Rusiya ilə həll etməyə çalışır. Eyni zamanda, ABŞ Ukraynanın zəngin təbii sərvətlərini də təkbaşına ələ keçirtməyə yönəlik planları işə salıb. Bu səbəbdən də, Tramp administrasiyası həmin planların qarşısında əsas əngəllərdən biri hesab olunan Avropa Birliyini Rusiya ilə sövdələşmə prosesindən kənarda saxlayır.

Tramp administrasiyası hətta Avropa Birliyinin Rusiyaya qarşı çoxlu sayda maliyyə-iqtisadi sanksiyalar tətbiq etdiyini də nəzərə almağa həvəs göstərmir. Halbuki, bu sanksiyalar Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqla yanaşı, Avropa Birliyi ölkələri üçün də bumeranq effekti verir. Belə vəziyyətdə Ağ Evin Avropa Birliyini hesabdan silməsi kollektiv Qərbin parçalanmasını qaşılmaz edir. Və indi Ukrayna savaşının siyasi qarşıdurma ilə bağlı əsas ağırlıq mərkəzi məhz Qərb düşırgəsinin daxilinə keçmiş kimi görünür.

Maraqlıdır ki, Avropa Birliyi daxilində son baş verənlərlə bağlı ciddi çaşqınlıq yaşanmaqdadır. Belə ki, Avropa dövlətlərinin liderləri Tramp administrasiyasının Ukraynanı yalnız Rusiya ilə bölüşdürülməsinə necə reaksiya verəcəklərini tam müəyyən etməyə nail olmayıblar. Çünki Ağ Evin Avropa Birliyinə yönəlik iqtisadi-ticari təhdidləri “qoca qitə”nin siyasi məkanında ziddiyyətlərə yol açmaqdadır. Və bəzi Avropa ölkələri ABŞ-a müqavimət göstərməklə, Ağ Evin qəzəbini öz üzərinə çəkməyə cəsarət etmir.

9d787aa5dbf93b29eee5b487da1cc227.jpg (261 KB)

Onu da qeyd etmək lazımdır ki, Türkiyə bu məsələdə Avropa Birliyinə olduqca geniş manevr məkanı açmağa nail olub. Belə ki, rəsmi Ankara savaşın digər iştirakçısı Ukraynanın prezidenti Volodimir Zelenski ilə danışıqlara başlamaqla, Tramp-Putin sövdələşməsinə kifayət qədər ciddi təhdid yaratmış oldu. Həm ABŞ-a, həm də Rusiyaya birbaşa mesaj verildi ki, “Ukraynanın gələcək taleyini bu iki dövlət həll edə bilməz”. Və Türkiyənin bu qətiyyətli mövqeyinin Avropa Birliyi dövlətlərinin də nisbətən cəsarətlənməsinə səbəb olmuş kimi görünür.

Məsələ ondadır ki, hazırda Avropa Birliyi və NATO daxilində ABŞ-ın mövqeyinə qarşı müqavimət hərəkatı baş qaldırmağa başlayıb. Belə ki, bəzi Qərb ölkələri Tramp administrasiyasının təhlükəli planlarını bloklamaq üçün təşkilatlanmağa çalışırlar. Üstəlik, son vaxtlara qədər Ukrayna ilə bağlı yolverilməz hesab olunan bəzi siyasi-ideoloji qərarların qəbulu indi mümkün görünür. Və “qoca qitə” ölkələri öz gələcək təhlükəsizlikləri naminə radikal addımlara hazırlaşmaqda olduqlarını biruzə verirlər.

Tramp-Putin sövdələşməsinə görə, Ukrayna heç vaxt NATO-ya üzv olmamalıdır. Eyni zamanda, Kreml Ukrayna ərazisində hər hansı ad altında NATO və ya konkret xarici ölkə hərbi kontingentinin yerləşdirilməsinə də qarşı çıxır. Tramp administrasiyasının Kremlə bu tələblərlə bağlı tam təminat verdiyi də iddia olunur. Ancaq Avropa Birliyi Tramp administrasiyasına Ukraynada Qərb ölkələrinin sülhməramlı hərbi kontingentinin yerləşdirilməsinin vacibliyi barədə mesaj göndərib. Və bu, Ağ Evdə ciddi qıcıq doğurub.

c735cbbde384d8f9796f8c4552c0e3af.jpg (317 KB)

Digər tərəfdən, Tramp administrasiyasının ABŞ-ın NATO-dan çıxa biləcəyi barədə təhdidləri də effektini itirməyə başlayıb. Daha doğrusu, Ağ Evin bu təhdidləri ABŞ üçün əks effekt vermək üzrədir. Çünki bəzi Avropa ölkələrinin liderləri ABŞ NATO-dan çıxarsa, onu Ukrayna ilə əvəzləməyi təklif edirlər. Onların fikrincə, məhz bu addım həm Avropa Birliyinin, həm də Ukraynanın təhlükəsizliyi üçün önəmli rol oynaya bilər. Və bu, prezident Volodimir Zelenskinin Ukraynanın Türkiyə ilə yanaşı, Avropada iki ən güclü orduya malik ölkəsindən biri olması barədə açıqlamasına paralellik təşkil edir.

Ancaq Qərb ölkələrinin yeni planları yalnız bunlarla məhdudlaşmır. Belə ki, avropalı liderlər NATO üzvü olan Avropa dövlətlərinin Ukraynaya hərbi dəstəyinin artırılmasını da vacib hesab edirlər. Onların fikrincə, Avropa dövlətləri birləşməlidir və Ukrayna ilə birlikdə Rusiyanın çökdürülməsinə nail olmalıdır. Buna paralel olaraq da ABŞ-ın Rusiya ilə sövdələşməsi qeyri-legitim elan olunmalıdır, ardıncasa, Tramp administrasiyasının bütün danışıqlarda iştirakdan bloklanmalıdır. Və bununla da, yalnız ABŞ-ın maraqlarından çıxış edən Tramp administrasiyasının önəmi heçə endirilməlidir.

Göründüyü kimi, Avropa Birliyi ölkələri ABŞ-a qarşı siyasi qiyama qalxmağa başlayıblar. Türkiyənin verdiyi cəsarət sayəsində “qoca qitə” ölkələri nəhayət ki, Tramp administrasiyası ilə qarşıdurmaya qərar vermiş kimi görünür. Belə situasiya isə Tramp-Putin sövdələşməsini böyük risk altına atır. Həm Ağ Evdə, həm də Kremldə avropalı liderlərin gözlənilməz cəsarəti açıq-aşkar çaşqınlıq yaradıb. Və buna paralel olaraq, prezident Donald Trampın çox qəzəbli olduğu da bildirilir, yaxın vaxtlarda Avropa Birliyinə qarşı radikal addımların atıla biləcəyi də qətiyyən istisna olunmur.

Salih Müslim: Öcalanın çağırışına tabe olacağıq

“Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Onun çağırışına əməl edəcəyik”.

Ölkə.Az xəbər verir ki, bunu terror təşkilatı PKK/PYD/YPG/SDG liderlərindən olan Salih Müslüm PKK lideri Abdullah Öcalanın edəcəyi gözlənilən çağırışı ilə bağlı mövqeyini açıqlayarkən deyib.

"Öcalan xalqın xeyrinə çağırış edəcək. Bu çağırışla Yaxın Şərqdə yeni bir proses başlayacaq", - o qeyd edib.

S.Müslüm əlavə edib ki, indiyədək nə etdiksə, cənab Öcalanın paradiqması çərçivəsində etdik: “Bundan sonra da etməyə davam edəcəyik. Xalqın gözü və qulağı Öcalanın ağzından çıxacaq sözlərə dikilib. Öcalanın nə deyəcəyini bilmirik, amma xalqın xeyrinə nəsə deyəcəyinə əminik. Kürd xalqı nə deyilsə, ona əməl edəcək".

ABŞ-yə köçmək istəyənlərə müjdə: 5 milyonluq kart veriləcək

ABŞ iki həftədən sonra Amerikada yaşamaq və işləmək hüququ verən, o cümlədən vətəndaşlıq əldə etməyə yol açan "qızıl kart"ların satışına başlayacaq.

Bunu prezident Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qızıl kartın dəyəri təxminən beş milyon dollar olacaq.

“Biz "qızıl kart" satacağıq. Sizin "yaşıl kart"ınız var. Bu qızıl kartdır. Biz o karta təxminən beş milyon dollarlıq qiymət qoyacağıq. Bu sizə "yaşıl kart"ın üstünlüklərini verəcək. Üstəlik bu, vətəndaşlığa aparan yol olacaq. Zəngin insanlar ölkəmizə gəlib o kartı alacaqlar", - Tramp qeyd edib.

Tramp milyonlarla kartın satılacağını gözləyir. "Hüquqi nöqteyi-nəzərdən bu, tamamilə qanunidir", - o vurğulayıb.

Rusiyalı oliqarxlara "qızıl kart"ları satmağa razı olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: "Bəli, ola bilər. Mən çox gözəl insanlar olan bəzi rus oliqarxlarını tanıyıram".

Türkiyə ABŞ-ni bu böhrandan xilas edir - CNN

ABŞ 2022-ci ildən bəri 140 milyondan çox toyuğun məhvinə səbəb olan quş qripi epidemiyası fonunda istehsal çatışmazlığı səbəbindən yumurta böhranının ortasındadır.

CNN-nin ingilisdilli bölməsi xəbər verir ki, vəziyyət 2024-cü ilin yanvarında yumurtanın qiymətinin rekord həddə çatmasına gətirib çıxarıb. Bu da 10 dollar üçün 4,95 dollara çatıb.

ABŞ-də bəzi mağazalar hətta yumurta satışına məhdudiyyətlər qoyub.

“Problemi həll etmək üçün Amerika şirkətləri bu il ABŞ-yə 420 milyon yumurta ixrac etməyi planlaşdıran Türkiyəyə müraciət edib ki, bu da tarixin ən yüksək həcmidir. 2024-cü ildə Türkiyədən ABŞ-yə idxalın həcmi keçən illə müqayisədə təxminən 6 dəfə artacaq”, - deyə mətbu orqan bildirib.

Xəbər lenti