NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin genişlənməsinin qarşısını almaqdır.

Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas məqsədi var. Biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tammiqyaslı işğal başlamazdan əvvəl Ukraynaya yardım göstərib.
Digər əsas problem münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha çox əzab, ölüm və dağıntılara səbəb olacaq”.

Ukraynanın NATO-ya üzvlüyünə gəldikdə Stoltenberq deyib ki, hərbi əməliyyatlar şəraitində Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü mümkün deyil: “Amma təbii ki, Vaşinqtonda keçiriləcək sammitə (2024-cü ilin iyulunda) hazırlıq çərçivəsində Ukraynanı NATO-ya daha da yaxınlaşdırmaq barədə düşünə bilərik”.

ABŞ Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.

Koronavirusa qarşı vaksini hazırlaması ilə məşhurlaşan Almaniyanın “BionTech” şirkətinin qurucusu Uğur Şahin xərçəngə qarşı vaksin üzərində çalışdıqlarını bildirib.

APA-nın xəbərinə görə, Uğur Şahin “Bild am Sonntag”-a müsahibəsində bildirib ki, 2025-2029-cu illərdə bu sahədə aparılan tədqiqatların nəticələri məlum olacaq.

Uğur Şahin xərçəngə qarşı hər fərd üçün ayrıca hazırlanacaq mRNA əsaslı vaksinlərin 2030-cu ildən əvvəl qeydə alınacağına ümid etdiyini söyləyib: “Xəstədən qan və xərçəng nümunəsi alırıq və 4 həftə sonra fərd üçün xüsusi vaksin hazırlayırıq. İldə sadəcə 100 deyil, 10 minlərlə xəstə üçün belə vaksin hazırlaya bilərik”.

Qeyd edək ki, çəngə qarşı vaksinin və CAR T hüceyrə terapiyasının kombinasiyası ilə bağlı klinik tədqiqatın ilkin nəticələrini açıqlayıb. Uğur Şahin nəzərə çatdırıb ki, aparılan tədqiqat zamanı demək olar ki, bütün xəstələrdə xərçəng şişlərinin böyüməsi dayanıb və xəstələrin 2/3-də şişlər kiçilib: “Bu kombinasiya immun sisteminin “xüsusi savaşçılar”dan ibarət bir ordu ilə xərçəng hüceyrələrini tapıb məhv etmək potensialına sahibdir. Şiş daha kiçikdirsə, immunterapiyaya başlayıb qalan xərçəng hüceyrələrini müalicə edə bilərik. Gələcəyin strategiyası bu fərqli müalicələrin kombinasiyasıdır. Həm də qarşıdakı bir neçə ildə klassik kimyəvi terapiya yerinə hədəfə yönəlik olan ADCS-nin istifadə ediləcəyinə əminəm”.

Erməni əsilli rusiyalı mediamenecer və təbliğatçı Aram Qabrelyanov Ermənistan Baş naziri Nikol Paşinyanı axmaq adlandırıb.

Qabrelyanov bu barədə özünün Teleqram kanalında yazıb.

“Axmaq siyasətçilərin çox təhlükəli tendensiyası var. Axmaq Paşinyan da bu dəstəyə aiddir. Və təhlükə rusların sülhsevərliyini və münaqişələrdən qaçmaq cəhdlərini zəiflik kimi qəbul etməkdir. Əsrlər boyu ruslar sübut etdilər ki, ayını qıcıqlandırmaq olmaz. Amma yox, axmaq Nikol da bu yolu tutdu. Hakimiyyət reallıq hissini itirəndə vay o adamların halına”, - Qabrelyanov bildirib.

“Təəssüf ki, 1998-ci ildən bəri Zəngəzur (Meğri) məsələsi çox müzakirə olunur. İndi biz suala çox aydın cavab vermək istəyirik. Biz düşünürük ki, şərqi qərblə, o cümlədən Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəmir yolu Zəngəzurdan (Meğridən) keçməlidir. Meğri-Yeraxs yolu eyni zamanda Ermənistanın qalan hissəsini birləşdirəcək beynəlxalq dəmir yolu şəbəkəsi olacaq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların videosuallarını cavablandırarkən deyib.

“Bu, 100 fazi Ermənistanın maraqlarına uyğundur”, - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın ən böyük problemlərindən biri 30 ildir davam edən blokadadır.

“Ümid edirik ki, bu yolla blokadadan çıxacağıq. Biz həm də Şərqlə Qərbi birləşdirən yolların açılmasını istəyirik”, - Paşinyan bildirib.

O əlavə edib ki, bu yollar Ermənistanın digər bölgələrindən də keçə bilər: “Əgər biz iqtisadi inkişaf istəyiriksə, bu yolla getməliyik”.

HƏMAS məhv edilmədən fələstinlilər və ərəb ölkələri ilə sülh mümkün deyil.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniya XİN rəhbəri Devid Kemerenla görüşdən sonra açıqlamasında deyib.

O bildirib ki, İsrail HƏMAS-a qarşı əməliyyatları davam etdirir:

“Biz müharibənin məqsədlərinə çatmağa və HƏMAS-ı məhv etməyə davam edəcəyik, çünki HƏMAS eyni şeyi təkrar-təkrar edəcək”.

Qəzza zolağında HƏMAS hərəkatı və İsrail arasında atəşkəs barədə razılaşma qüvvəyə minib.

“Bu barədə məlumatı “Al Hadath” telekanalı yayıb.

Razılaşmaya əsasən, 4 gün ərzində oktyabrın 7-si HƏMAS tərəfindən İsraildən qaçırılan 50 girov azad ediləcək. Girovların ilk qrupunun bu gün yerli vaxtla 16:00-da (Bakı vaxtı ilə 18:00) sərbəst buraxılacağı gözlənilir.

İsrail ordusu ilə HƏMAS arasında 4 günlük atəşkəs elan edildi.

HƏMAS-ın verdiyi yazılı açıqlamada Qətər və Misirin vasitəçiliyi ilə uzun sürən danışıqlar prosesi nəticəsində İsraillə müvəqqəti atəşkəs razılaşması əldə edilib.

4 günlük razılaşmaya əsasən sərbəst veriləcək 50 israilli məhbusun müqabilində 150 fələstinli məhbus azad ediləcək. Humanitar yardım materialları daşıyan yüzlərlə TIR Qəzzaya girəcək.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsinin məlumatına görə, baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə məhbus mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplanan hökumət kabinetinin təsdiq etdiyi qərar açıqlanıb. Bəyanatda Qəzzada olan bütün israilli əsirlərin bu gecə geri qaytarılması məqsədinin birinci mərhələsi təsdiqlənib.

"Buna uyğun olaraq qadın və uşaqların da olduğu ən az 50 girovun azad edilməsi nəzərdə tutulur. 4 gün və bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq.
Hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək. İsrail hökuməti və ordusu bütün əsirlərin qaytarılmasını təmin etmək, HƏMAS-ın ləğvini başa çatdırmaq və Qəzza zolağından İsrail üçün yeni təhlükənin olmamasına görə müharibəni davam etdirəcək”.

Həmçinin, insanların hərəkət azadlığı Səlahəddin yolu boyunca şimaldan cənuba qədər təmin ediləcək.

İsrail tərəfinin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın əlində 239 israilli məhbus var.



Qərbin əsas məqsədi qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq deyil, Sovet İttifaqının dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək dünyada öz hökmranlığını təsdiqləməkdir.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Səfir qeyd edib ki, müstəmləkəçilik təfəkkürü aradan qalxmayıb, sadəcə olaraq, formasını dəyişib.

“Uzun müddət əvvəl elan edilmiş bu prinsiplər hələ də gözəl ritorika adı altında fəaliyyət göstərir. Baxmayaraq ki, bu ritorika getdikcə daha aydın olur. Biz bunu Cənubi Qafqaza münasibətdə görürük ki, Amerika nümayəndələri birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətini müəyyənləşdirirlər.

Ukraynada baş verənlər çox amansız dərsdir. Ona görə də ölkələrin liderləri həqiqətən öz ölkələrinin milli maraqlarını müdafiə etməyə hazır olmalıdırlar”, - rus diplomat qeyd edib.

Diplomatin fikrincə, Ukraynada baş verənlərin dərsi ondan ibarətdir ki, Qərbin sınaqdan keçirdiyi sosial mühəndislik ölkənin reallıqlarına, mədəniyyətinə və xalqının kimliyinə zidd gedirsə, o zaman amansız və çox ağrılı hesablaşma baş verir.

“Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadığı faciəyə gətirib çıxardı. Bu hamımız üçün çox ciddi dərs və xəbərdarlıq olmalıdır.

Dünyada baş verən hadisələr göstərir ki, bu yanaşma köhnəlib, çünki o, bəşəriyyətin varlığı üçün təhlükəyə çevrilir. Yer üzündə getdikcə daha çox insana aydın olur ki, hazırkı dünya nizamını qorumaq mümkün deyil, bu, çox təhlükəlidir. Dünyanın müxtəlif regionlarında vəziyyət partlayır. Biz artıq Üçüncü Dünya müharibəsi təhlükəsi barədə ciddi şəkildə danışmağa başlayırıq, bəziləri isə bunun artıq başladığını deyir. Bunu təhrik edən Rusiya deyil, Qərbin ardıcıl siyasəti bu vəziyyətə gətirib çıxarıb”, - Kopırkin bildirib.

İki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla mümkün sülh sazişinə dair altıncı təkliflər paketinin göndərilməsinə münasibət bildirib.

XİN-dən bildirilib ki, rəsmi İrəvan, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkanın mövcudluğuna inanır.

“İkitərəfli siyasi iradə olarsa, reallaşa bilər”, - deyə Nazirlik bildirib.

Xəbər lenti