![]() |
|
Paşinyanın Zəngəzurdan keçməsi planlaşdırılan “Sülh yollarının kəsişməsi” layihəsinin haqqında danışdığı artıq aktuallığını itirib və bu iflasa uğramış ideyadır.
Bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.
Tarasov bildirib ki, nəzəri olaraq bu layihədə Türkiyə, Rusiya və İran iştirak etməli idi, amma indi o dəhliz də heç kimə lazım deyil: “İndi Paşinyan dəhliz ideyasını satmağa çalışır, amma heç kim onu almır. Əvvəllər də ona təklif edəndə özünü üstün mövqedə olduğunu göstərməyə cəhd etdi. Lakin alınmadı. Türkiyə bundan sonra Zəngəzur dəhlizi ideyasında israr etməyəcək, Azərbaycan İran ərazisindən keçməklə Naxçıvanla birləşəcək. Moskva və Tehran yaxın vaxtlarda 160 km uzunluğunda yeni nəqliyyat dəhlizinin, Xəzər dənizi boyunca uzanan və Azərbaycanla sərhədə çatan dəmir yolunun tikintisini başa çatdıracaqlar”.
“Yəni Türkiyə və Azərbaycanın Zəngəzur yoluna ehtiyacı yoxdurmu” sualına gəldikdə Tarasov bildirib ki, potensial olaraq o layihədən əl çəkməyiblər: “Ola bilsin ki, bu ideyaya qayıdacaqlar, amma indi yox. Türkiyə normal razılaşmanı, Zəngəzur dəhlizinin yaradılmasını təklif edib, amma əvvəlcə ermənilər, daha sonra İran Azərbaycanın təcavüzə hazırlaşdığı barədə məlumat yaydılar. Azərbaycan da hiss etdi ki, barıt iyi gəlir. Hazırda fikirdən imtina edərək deyir ki, Naxçıvana İran ərazisindən keçə bilərik. Fərq 5-6 km-dir. Üstəlik, o dəhliz İranın nəzarətində olacaq və İran da narahat olmayacaq. Beləliklə, əgər fransızlar və ya amerikalılar sizə kömək etmək istəyirlərsə, qoy sizə kömək etsinlər. Yumşaq ifadə etsək Ermənistan özünü daha dərin çuxura salıb”.
Avropa İttifaqına daxil olmaq üçün danışıqlara başlamaq qərarı motivasiyalıdır.
"Bunu Moldova Prezidenti Maya Sandu və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə Kiyevdə birgə brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski söyləyib.
"Dekabrdakı qərara gəlincə, diqqəti çəkmək istərdim ki, biz müharibə şəraitində olan ölkəyik. Bizim üçün isə dekabrda motivasiya qərarı, səfərbərlik qərarıdır", - deyə Zelenski əlavə edib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması üçün danışıqlara başlamaq qərarı ukraynalılara ədalətin olduğuna və ukraynalıların Aİ ilə ortaq dəyərləri müdafiə etdiyinə dair sözlərin boş olmadığına inanmağa kömək edəcək.
"Bu, o demək deyil ki, bizə nə isə verəcəklər. Xeyr. Ayrıca xüsusiyyətlər və yeddi tövsiyə var ki, bizim üçün çətin olmasaydı, həyata keçirməli idik. Və biz bütün tövsiyələrin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə edirik. Biz bütün tövsiyələri həyata keçirəcəyik. Biz bu gündən hazırıq”, - deyə o vurğulayıb.
Xatırladaq ki, ötən həftə Avropa Komissiyası Ukraynanın və digər müraciət edən ölkələrin Avropa İttifaqına daxil olmaq yolunda irəliləyişinə dair hesabat dərc edib. Xüsusilə departament hesabatda göstərilən islahatların həyata keçirilməsi şərtilə Ukrayna ilə tanışlıq danışıqlarına başlamağı tövsiyə etmək qərarına gəlib.
Danışıqların başlaması üçün belə bir qərar Aİ-yə üzv ölkələrin bütün liderləri tərəfindən dəstəklənməlidir. Onlar bu məsələyə dekabrın 14-də baş tutacaq sammitdə baxacaqlar.
Ermənistan mətbuatı yazır ki, Amerika Ermənistanda kiçik nüvə reaktorlu atom elektrik stansiyası tikmək istəyir. Layihənin təşəbbüskarının isə Amerikanın “NuScale Power” şirkəti olduğu bildirilir.
"İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, indiyə qədər 18 ölkədə 80-dən çox buna bənzər layihələrə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, belə kiçik modul reaktorlardan heç biri kommersiya məqsədli istifadə mərhələsinə qədər gəlib çata bilməyib:
"ABŞ 10 ildən çoxdur ki, bu sektoru maliyyələşdirsə də, hələlik ciddi cəlbedici nəticələr yoxdur. “NuScale Power” şirkəti isə dəfələrlə belə layihələrdə uğursuzluğa düçar olub".
Ekspert deyir ki, bütün bunları nəzərə alsaq, bu layihə təşəbbüsünün yenidən gündəmə gətirilməsini Azərbaycan-ABŞ münasibətlərinin bugünkü vəziyyətində bir imitasiya olduğunu deyə bilərik.
"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmadığı təqdirdə hansısa bir Amerika şirkətinin Ermənistana dəyəri milyardlarla ölçülə bilən investisiya fəaliyyətini gerçəkləşdirməsi heç də ağlabatan deyil. Bu sadəcə psixoloji təhdid imitasiyasıdır", - deyə E. Əmirov əlavə edib.
Qazaxıstan özünün iki limanını - Aktau və Kurık limanlarını özəl şirkətin etibarlı idarəçiliyinə verməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə ölkənin nəqliyyat naziri Marat Karabayev çıxış edib.
Onun sözlərinə görə, limanların tam yüklənməsini təmin edəcək xarici şirkətlərə onların idarəçiliyini etibar edə bilərlər:
"Bizim iki əsas limanımız var : Aktau və Kurık. Əgər uyğun özəl şirkət olarsa, biz onları istənilən özəl şirkətin etibarlı idarəçiliyinə verməyə hazırıq".
Nazirin sözlərinə görə, “göndər, ya da ödə” anlayışı yaranarsa, səhmlərin satışını da nəzərdən keçirərlər. Bu prinsip müştərinin müəyyən həcmdə yükləri limanla ötürmək öhdəliyini nəzərdə tutur: yük göndərilməsə belə, müştəri daşınma haqqını ödyərir.
Qeyd edək ki, Kurık limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) üzərində, Aktau şəhərinin regional mərkəzindən 90 km aralıda yerləşir. Limanda taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və bir sıra digər malların daşınması üçün nəzərdə tutulmuş bərə kompleksi (dəmir yolu və avtomobil dayanacaqları ilə) var. Limanın layihə gücü ildə 6 milyon ton yük təşkil edir.
Aktau limanına ildə 2,5 milyon ton gücündə quru yük terminalı, taxıl terminalı (gündə 4 min tona qədər taxıl yükləyən gəmiləri yükləmək qabiliyyəti), ildə 2 milyon ton yük daşıma gücünə malik bərə kompleksi və ümumi tutumu 12 milyon ton olan altı neft körpüsü daxildir.
"Aktau Dəniz Ticarət Limanı" Milli Şirkəti "Qazaxıstan Temir Yol" (KTZ, Qazaxıstan Dəmir Yolları) dövlət nəqliyyat və logistika şirkəti tərəfindən idarə olunur.
İndiki vəziyyətdə Ermənistanın qarşısında üç variant var: ən arzu olunanı milli dövlətçiliyin bərpasıdır. İkinci və ya üçüncü yolun seçilməsi faciəyə gətirib çıxaracaq.
Publika.az xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının nümayəndəsi Eduard Şarmazanov mətbuat konfransında bildirib.
Siyasətçi qeyd edib ki, ikinci yol respublikanın Ukraynaya çevrilməsidir. Üçüncü yol isə ölkənin “vilayətləşdirilməsi”dir.
Sabiq deputat İrəvanın Qərbə doğru yönəlmiş xarici siyasətini tənqid edib. Onun fikrincə, Ermənistan Qərbin planını qəbul edib açıq şəkildə Rusiyaya qarşı çıxsa, bu, respublika üçün ciddi nəticələrlə dolu olacaq.
"Qərbə bir şey lazımdır: bir əsrdir ki, o, Rusiyanı bu regiondan sıxışdırıb çıxarmağa çalışır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan bütün ruslara qarşı mübarizədə Qərbin "küt alətinə" çevrilib", - siyasətçi hesab edir.
Şarmazanov qeyd edib ki, Qərb öz məqsədinə çatmaq üçün Gürcüstanda Mixail Saakaşvilidən, Ukraynada Vladimir Zelenskidən, indi isə Ermənistanda Nikol Paşinyandan istifadə edib. Qərb rəsmiləri əsl məqsədlərini gizlətmirlər.
O ki qaldı Rusiya əleyhinə çıxış etməyin hansı nəticələrə gətirib çıxaracağına, müxalifətçinin fikrincə, bu haqda yaxşı düşünmək lazımdır.
"Rusiya nəhəng əraziyə malik superdövlətdir. Əgər Rusiyaya daş atırsansa, daha böyük daşla vurulmağa hazır olmalısan. Amma bundan sonra ayaq üstə qalacaqsan?" - Şarmazanov deyib.
Hakimiyyətin KTMT-ni tənqid etməsinə münasibət bildirən siyasətçi xatırladıb ki, Ermənistan bu təşkilatın bir hissəsidir, çünki o, 30 il ərzində kifayət qədər səmərəli işləyən Rusiya təhlükəsizlik sisteminin bir hissəsidir.
"Rusiya bizə 50 min ton pulsuz silah verdi, Rusiya Federasiyasının hərbi yardımı sayəsində Ermənistan-Türkiyə sərhədi belə sakitdir. Rusiya sizə 165 dollara qaz verir, kənd təsərrüfatı məhsullarınızın 90%-i bu ölkəyə göndərilir. Siz bütün bunları bir kənara atırsınız, Qərbin təhriki ilə Rusiyaya qarşı çıxırsınız və sağ qalmaq istəyirsiniz?” - siyasətçi qeyd edib.
O, əmindir ki, nə Fransa, nə də bütövlükdə Aİ Ermənistanın təhlükəsizlik problemlərini həll etmək iqtidarında deyil.
Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsinin tikintisi gələn həftə başa çata bilər.
Bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib.
Qeyd edək ki, bu il mayın 27-də bildirilmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən "Marqara" keçid məntəqəsinin tikintisinə hazırlaşır.
Alimlər noyabrın 22-dən 26-na kimi G1 səviyyəli (zəif) yeni maqnit qasırğası proqnozlaşdırıblar.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Qrafikə əsasən, göstərilən müddətdə Yerin maqnitosferi turbulent olacaq.
Belə ki, noyabrın 22, 24 və 25-də zəif maqnit qasırğası proqnozlaşdırılır. Noyabrın 23 və 26-da isə qasırğa daha da zəifləyəcək.
Daha əvvəl həkim-terapevt Lyudmila Lapa deyib ki, stressi azaltmaq, sağlam qidalanma və müntəzəm gəzintilər maqnit qasırğasından sağ çıxmağa kömək edəcək.
Xatırladaq ki, noyabrın 5-i axşam saatlarında Yer kürəsində güclü maqnit qasırğası baş verib.
Cəbhə xəttində Rusiyanın köhnəlmə müharibəsində uduzduğuna dair işarələr yoxdur.
Bu barədə “The Wall Street” nəşri “Rusiyanın məğlubiyyəti ilə bağlı sehrli fərziyyələri dayandırmağın vaxtıdır” başlıqlı məqaləsində bildirib.
Qeyd edilib ki, Rusiya iqtisadiyyatı dağılmayıb və xalqın dəstəyi güclü olaraq qalır.
“Rusiya iqtisadiyyatı zərər çəkib, amma dağılmayıb. Putinin hakimiyyətinin nüfuzu paradoksal şəkildə gücləndi. Xalq dəstəyi güclü olaraq qalır və elitanın dəstəyi qırılmayıb”, - deyə bildirilib.
Nəşr yazır ki, həmçinin Qərbin hərbi təchizatı artırmaq vədləri baş tutmadı və sanksiyalar Rusiyanın hərbi səylərinə gözləniləndən qat-qat az mane oldu. Bundan əlavə, Qlobal Cənub hələ də Moskvanın tərəfindədir və Qərbi ikili standartlarda ittiham edir.
Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyanı dindirib.
O, polkovnik Norayr Aslanyanın cinayət işi çərçivəsində dindirilib.
Xatırladaq ki, Norayr Aslanyan 5 aydır ki, həbsdədir. O, qanunsuz silah dövriyyəsində ittiham olunur.
Türkiyə Böyük Britaniya və İspaniyadan 40 “Eurofighter Typhoon” döyüş təyyarələri alacaq.
Bu barərə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, müavfiq danışıqlar Almaniya ilə də davam edir.