![]() |
|
Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər.
APA xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan “Spuntik Armenia”ya müsahibəsində bildirib.
Qaleçyanın sözlərinə görə, mövcud olan körpünün tutumu iki ölkə arasında artan yük daşımalarına artıq uyğun gəlmir:
“Mütəxəssislər körpünün növbəti mərhələdə layihələndirilməsi üçün texniki-iqtisadi araşdırmalar aparılır. Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”.
Nazir müavini yeni körpünün mövcud körpüyə mövcud körpüyə paralel tikiləcəyi variantını da istisna etməyib.
Qaleçyan ,"Şimal-Cənub magistralının cənubunda, Ermənistanın İranla həmsərhəd olan Sünik vilayətinin Aqarak kəndindən Qacaran şəhərinə qədər olan hissəsinin tikintisi ilə bağlı bildirib ki, işlərin aktiv mərhələsinin gələn il fevralda başlayacağı ehtimal olunur.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib.
O, Paşinyana qaçmağı məsləhət görüb.
“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.
Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın!
Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!” - deyə Saakaşvili yazıb.(axar.az)
Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-ın maraqlarına zidd olardı.
Trend verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir", - deyə o bildirib.
Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.
"Bu əlaqələr, diplomatik səylərimizin diqqət mərkəzində olmaqda davam edəcək", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq.
O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək.
Rəsmi dairələrdə Ermənistanda növbədənkənar parlament seçkiləri tələbinin Qərbdən gəldiyi barədə məlumatlar yayılır.
Bu barədə nüfuzlu erməni nəşri yazır.
“Əvvəllər deyilmişdi ki, partiyanın dar çərçivəli iclaslarından birində Nikol Paşinyan qısamüddətli də olsa, gələn il seçkilərin keçirilə biləcəyini istisna etmədən aktual mövzuya toxunub. Paşinyan anlayır ki, zaman hakimiyyətin əleyhinə işləyir. Bir tərəfdən Paşinyanın partiyası getdikcə nüfuzdan düşür, digər tərəfdən isə yeni müxalifət qüvvələrinin formalaşması ehtimalı artır, ona görə də o, müxalifətçiləri təəccübləndirmək qərarına gəlib”, - mətbu orqan bildirir.
Nəşrin qənaətincə, Qərb də öz növbəsində Paşinyandan “sədaqət andı” tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan ayrılıb Avropaya tələsməlidir: “Qərb Paşinyanın təminatlarının əvəzinə yeni seçkilər vasitəsilə Rusiya əleyhinə parlamentin formalaşacağını gözləyir ki, orada Aram Sarkisyan (Respublika Partiyasının sədri - red.) və digər qərbyönlülər mütləq iştirak edəcəklər və bugünkü parlament müxalifəti, açıq-aşkar rusiyapərəstlər evə gedəcək”.
“Time” jurnalı Rusiya Prezidenti Vladimir Putini “İlin adamı” adına namizədlərin siyahısına daxil edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Time” Putinin 2023-cü ildə Vaqner üsyanı ilə üzləşdiyini, lakin sonda mövqeyini gücləndirdiyini bildirib.
Bundan başqa, jurnala görə “İlin adamı” adı uğrunda Çin Xalq Respublikasının rəhbəri Si Cinpin, Böyük Britaniya kralı III Çarlz, ABŞ-nin keçmiş prezidenti Donald Tramp və müğənni Taylor Svift mübarizə aparır.
Qeyd edək ki, bu nəşr 2007-ci ildə də Rusiya liderini “İlin adamı” adına layiq görüb.
İsrail ordusu Qəzza zolağının şimalında öz məqsədinə çatmağa yaxındır, lakin quru qoşunları anklavın digər hissələrində HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirir.
Axar.az Qərb mediasına istinadla xəbər verir ki, bunu İsrail müdafiə ordusunun zirehli tank korpusunun komandanı Hişam İbrahim deyib.
“Şimal hissəsində hədəflərə demək olar ki, nail olunub. Biz Qəzza zolağının digər hissələrində quru əməliyyatının miqyasını genişləndirməyə başlayırıq”, - H.İbrahim qeyd edib.
Qırmızı dənizdə ABŞ hərbi gəmisi və bir neçə ticarət gəmisi hücuma məruz qalıb.
Bu barədə Pentaqon məlumat yayıb.
Pentaqon Qırmızı dənizdə ABŞ-yə məxsus USS Carney və kommersiya gəmilərinə hücumların olduğunu təsdiqləyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında deyilir: “Cənub Qırmızı dənizdə beynəlxalq sularda fəaliyyət göstərən üç ayrı ticarət gəmisinə dörd hücum olub. Bu üç gəmi 14 ayrı-ayrı ölkə ilə əlaqəlidir".
Fox News-un verdiyi xəbərə görə, gəmiləri Yəməndən husilərin nəzarətində olan ərazilərdən buraxılan PUA-larla və ballistik raketlərlə vurulmağa cəhd edilib. Lakin USS Carney gəmisi həmin PUA-ları və raketləri aşkar edərək zərərsizləşdirib. Hücum zamanı İngiltərəyə məxusu “Unity Explorer” gəmisi PUA hücumuna məruz qalıb və cüzi ziyan dəyib.
Hadisə ilə bağlı Ağ Evin sözçüsü Fox News-a aydınlıq gətirərək deyib ki, ABŞ esminesi Qırmızı dənizdə xüsusi olaraq hücuma məruz qalmayıb, lakin Carney onların yardım çağırışlarına cavab verib.
Rəsmi şəxsin sözlərinə görə, bir neçə ölkəni təmsil edən kommersiya gəmilərinin ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
“Zəlzələ nəticəsində İstanbulda hansısa itki və dağıntı olmayıb”.
Bunu şəhərin valisi Davut Gül deyib.
Onun sözlərinə görə, müvafiq qurumlar prosesə cəlb olunub: “Hələ ki bizdə hansısa neqativ nəticə barədə məlumat yoxdur”.
***
Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Mərmərə dənizində 5,1 bal gücündə qeydə alınıb.
Zəlzələ İstanbul, Bursa və Tekirdağ başda olmaqla bir çox rayonda hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri Gemlik, maqnitudası 4,8 km olub.
Dağıntılar və tələfat barədə məlumat yoxdur.