Ukrayna bu gün demək olar ki, heç bir silah istehsal etmir, hər şeyi "pulsuz" alır, lakin görünür, bu "pulsuz" da artıq başa çatır.

Bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi canlı mətbuat konfransında deyib.

"Bu gün Ukrayna demək olar ki, heç nə istehsal etmir. Onlar nəyisə saxlamağa çalışırlar. Hər şeyi pulsuz gətirirlər, amma bu pulsuzluq nə vaxtsa bitə bilər. Görünür, bitmək üzrədir", - Putin bildirib.

“Azərbaycanla qarşılıqlı mübadilə yolu ilə Ermənistana qayıdan erməni hərbi qulluqçuların mülki tibb mərkəzlərində müalicəsinə və əlavə müayinəyə ehtiyac yoxdur”.

Xarici KİV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin rəhbəri Anahit Avanesyan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərlə söhbətində bildirib.

“Bütün ehtiyaclar qiymətləndirilib, “Muratsan” hərbi hospitalında bütün lazımi tədqiqatlar aparılıb”, - deyə Avanesyan bildirib.

Xatırladaq ki, dekabrın 13-də Ermənistan-Azərbaycan sərhədində saxlanılan hərbçilərin mübadiləsi baş verib.

“Bakı ilə İrəvan arasında əsirlərin dəyişdirilməsi ilə bağlı danışıqlar birbaşa, ikitərəfli, vasitəçisiz aparılıb. Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin aparatı birbaşa danışıqlar aparıblar”.

Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyan prosesin hansı dövlətin vasitəçiliyi ilə keçirilməsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan gördü ki, birbaşa danışıqlar yolu ilə həllə yoluna gəlmək mümkündür və bu addımı atdı.

Azərbaycanın vasitəçisiz birbaşa danışıqlar təklifi ilə bağlı Ermənistanın mövqeyinə gəldikdə deputat deyib ki, burada əsasən effektivliliyin olması vacibdir.

Sərhədlərin demarkasiyası ilə bağlı keçirilən komissiyaların iclasda hansı razılıq əldə olunmasına gəldikdə Xandanyan deyib ki, müəyyən məsələlərin zəruriliyi barədə razılığa gəliblər. “Ümid edirəm ki, yaxın vaxtlarda daha bir görüş olacaq”, - o deyib.

ABŞ prezidenti Co Bayden Vaşinqtonun yəhudi dövlətinə məlum dəstəyinə baxmayaraq, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında itkilərin artması fonunda İsrailin baş naziri Benyamin Netanyahunu açıq şəkildə qınayıb.

Bu barədə “Amerikanın Səsi” yazır.

Nəşr yazır ki, Qəzzada hərbi əməliyyatlar nəticəsində mülki əhali arasında qurbanların sayının artması Ağ Ev rəhbərini daha çox narahat edir.

“Biz bunu israillilərə açıqladıq və onlar bilirlər ki, günahsız fələstinlilərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Onların hərəkətləri günahsız Fələstin sakinlərinə zərər verməməli və ya onları öldürməməlidir”, - prezident Bayden bildirib.

ABŞ prezidentinin İsraili tənqid etməsi, iki aydan çox əvvəl Yaxın Şərqdə münaqişənin başlanmasından bəri ən kəskin tənqidi olub və deyib ki, Təl-Əviv “ayrı-seçkilik etmədən bombardmanları” səbəbindən beynəlxalq dəstəyi itirir.

Bayden qeyd edib ki, Netanyahu Fələstin Administrasiyasının sülh prosesinə daxil edilməsinə razılıq verməlidir. ABŞ prezidentinin belə bir çıxışı BMT Baş Assambleyasında 153 ölkənin Qəzza zolağında atəşkəsin lehinə səs verdiyi məşhur səsvermədən sonraya təsadüf edir. Səsvermə zamanı yalnız on dövlət əleyhinə, iyirmi üç dövlət bitərəf qalıb.

Rusların həyata keçirdiyi genişmiqyaslı hücumu nəticəsində çoxsaylı itkilər və dağıntılar olub.

Ukryana mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində Rusiya ordusu altı istiqamətdə cəbhə xətti boyunca Ukrayna ordusuna qarşı hücuma keçib.

Ən ciddi hücum Kupyansk, Avdeyevka, Baxmut istiqamətində qeydə alınıb.

Rusların Ukraynanın cənubunda Xerson, Nikolayev və Odessaya hücumu zamanı isə çoxlu itki və dəhşətli dağıntılar qeydə alınıb.
Ukrayna Cənub Qoşunlarənın mətbuat xidmətinin yaydığı məlumata görə, rus ordusu mülki əhaliyə və infrastruktura qarşı 39 “Şahed-136/131” tipli PUA və buraxılıb. Bununla yanaşı raket zərbələri də endirilib. Bu zərbələr nəticəsində 10-dan çox böyük və uşaq yaralanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır.

“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb.

Ermənistanın paytaxtı İrəvanda Azərbaycandan qayıdan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında əlbəyaxa dava olub.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Davanın başvermə səbəbi və hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Qarabağı tərk edən ermənilərin Ermənistanı sürətlə tərk etməsi, adi gözlə belə nəzərə çarpır.

Bunu keçmiş separatçı rejimin təmsilçilərindən olan Artak Beqlaryan erməni mediasına müsahibəsində deyib.

“Dəqiq rəqəm söyləmək çətindir, müxtəlif rəqəmlər eşitmişəm: 17 min, 25 min, 20 min, 15 min. Bununla belə, nə qədər Qarabağ ermənisinin miqrasiya etdiyi barədə dəqiq rəqəm yoxdur. Amma eşitdiyim ən kiçik rəqəm belə narahatedicidir”, - o qeyd edib.

Beqlaryan əlavə edib ki, bu prosesin davam etməsini görürəm: “Təbii ki, qışda bu hərəkət ləng gedəcək, amma yazda bu proses sürətlənəcək. Tərk edənlər daha çox olacaq. Sosial-humanitar proqramlar, uzunmüddətli planlardakı siyasi qeyri-müəyyənliklər belə davam etsə, mühacirlərin sayı əhəmiyyətli dərəcədə artacaq”.

Ermənilərin yenidən Qarabağ dönüşünə gəldikdə Beqlaryan deyib ki, olacaq, amma bu, kütləvi hal almayacaq: “Bəzi insanlar Azərbaycanın şərtlərini qəbul edib Qarabağa qayıdacaqlar. Lakin düşünmürəm ki, bu xeyli sayda olacaq”.

Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Moskvada Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə dinc danışıqların aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayacaq və başa düşəcək. Biz həmişə belə işə hazırıq”, - nazir müavini qeyd edib.

Siz üç ölkənin adını çəkdiniz. Rusiya bu siyahıda yoxdur. Bu barədə şərh vermək üçün heç bir səbəb görmürəm.

"Bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında jurnalistin “Mirzoyanın “Ermənistan Moldova və Ukraynanın AB-yə üzvlüklə bağlı tərəflər arasında aparılan danışıqları alqışlayır” bəyanatı sizi narahat edirmi?” sualına cavab olaraq deyib.

“Verilən bəyanatın bizə aidiyyəti yoxdur. Bizim gündəmimiz olmadığına görə bu barədə şərh verməyə əsas görmürəm”, - deyə Mariya Zaxarova bildirib.

Xəbər lenti