![]() |
|
Avropa Birliyi dəhşətli səhvə yol verməyin astanasındadır, onu dayandırmaq lazımdır.
Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, Ukrayna quruma daxil olmaqla bağlı danışıqlara başlamağa hazır vəziyyətdə deyil. O, AB-nin planlarının yalnız qısamüddətli mülahizələrə əsaslandığını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərinin proqramı açıqlanıb.
“Anadolu” xəbər verir ki, səfər tarixinin iki ölkə arasında 1923-cü il dekabrın 18-də imzalanmış dostluq müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi də məna kəsb edir.
İki ölkə arasında 2013-cü ildən bu yana keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısı münasibətilə keçiriləcək səfər çərçivəsində, əsas diqqət iqtisadi, ticarət, müdafiə sənaye, mədəniyyət və enerji sahələrində əməkdaşlığa yetiriləcək.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə 16 sənədin imzalanması gözlənilir.
Son zamanlar iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığında irəliləyişlər olsa da, Macarıstan Türkiyəni xüsusilə enerji təchizatı baxımından çox əhəmiyyətli bir ölkə olaraq görür.
Macarıstanın təbii qazının 50 faizi "Türk axını" vasitəsilə keçir və Azərbaycan qazı da Türkiyə vasitəsilə Macarıstana nəql olunur. Bu səbəbdən Türkiyə Macarıstanın enerji təhlükəsizliyi baxımından çox önəm verdiyi bir ölkə olaraq görülür.
Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olan Macarıstan xarici siyasətini şaxələndirərək Şərqə doğru istiqamətlənmiş siyasət həyata keçirir və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini yaxşılaşdırmaq istəyir
Macarıstan öz fəaliyyətini fəal şəkildə həyata keçirir və bu məqsədlə də TDT-yə öz töhfəsini verir.
Ərdoğan Orbanla görüşündə TDT çərçivəsində əməkdaşlıq məsələlərinin perspektivlərini müzakirə edəcək.
Prezident Ərdoğanı bu səfərdə 8 nazir müşayiət edəcək.
Bişkekdə bombalı hücumlar barədə məlumat verilməkdə davam edir.
Kaktus media” xəbər verir ki, bu gün, dekabrın 18-də Qırğızıstanın paytaxtında 20-yə yaxın təhsil müəssisəsinə bomba olduğu ehtimalı ilə bağlı məlumat daxil olub. Onlardan bəzilərinin tələbələri təxliyə edilib.
Dekabrın 13-də Bişkek polisinə məktəblərə, 2 saylı xəstəxanaya, GUM ticarət mərkəzinə və Bişkek parkına bomba qoyulması barədə məlumat daxil olub.
Bundan başqa, həmin gün Türkiyə səfirliyi yaxınlığında avtomobil partladılıb. Daha sonra Daxili İşlər Nazirliyi partlayışın terror aktı cəhdi olmadığını bildirib.
Əfqanıstan siyasi qrupları Rusiya, Çin və İranın getdikcə keçmiş “Şimal Alyansının” bir növ analoqunu yaratmağa meyilli olduğunu müzakirə edirlər. Versiyalara görə, alyansın silahlı birləşmələri Əfqanıstanın şimal əyalətlərində təhlükəsizliyi təmin edəcək, İŞİD və ya digər oxşar qruplaşmalara qarşı mübarizə aparacaq.
Bu barədə “xarici agentlər” siyahısına daxil olan Rusiyanın nüfuzlu “Rosbalt” xəbər agentliyi yazır.
Bildirilir ki, yeni "Şimal Alyansı" layihəsi həyata keçirilsə belə, tərəflər bunu rəsmən təsdiqləməyəcəklər. Xəbər agentliyinin Kabildəki mənbələrinə görə, bu xəbər “Talibanı əsəbiləşdirib və onları çox narahat edib”.
Qeyd edək ki, “Şimali Alyans” 1996-cı ildə Taliban ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanın şimalında bir sıra səhra komandirləri birliyidir.
2001-ci ildə ABŞ və digər ölkələrin koalisiyası ilə birlikdə Taliban rejimini devirdilər.
2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.
“Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, o deməkdir ki, B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə borc kapitalı almaq üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək. Bu, çox çətin olacaq, təbii ki, Maliyyə Nazirliyində əlavə gərginlik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyətin yaxşılaşmasına imkan verəcək”, - Ustenko bildirib.
Rusiyanın paytaxtı Moskva şəhərində güclü külək və buzlu hava şəraiti ilə əlaqədar hava təhlükəsinin sarı səviyyəsi elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, həyəcan siqnalı dekabrın 19-u Moskva vaxtı ilə saat 16:00-a qədər davam edəcək.
Xəbər verdiyimiz kimi, ukraynalı deputat iclasa qumbara ataraq 26 nəfərin yaralanmasına səbəb olub.
Rusiya mətbuatı məlumatına görə, hadisəni törədən siyasətçi “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrindir. Onun ötən il üçün xərclər haqqında hesabat tələb etməsi nəticəsiz qalıb, həmçinin Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsinin əleyhinə çıxıb.
Xatırladaq ki, partlayış nəticəsində 26 nəfər yaralanıb, onlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. Hadisədən dərhal sonra deputatın öldüyü deyilsə də, sonrada onun həyatda qaldığı açıqlanıb.
“Madam Secretary” serialı bir daha onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi böyük güclər tərəfində məqsədli şəkildə hazırlanaraq həyata keçirilən bir plandır.
2014-2018-ci illərdə yayımlanan ekran işi Ukraynadakı müharibə planının necə hazırlanıb həyata keçirilməsi və nəticəsi öz əksini tapır. Filmi izlədikcə baş verənlərin ssenari üzrə getdiyini ortaya çıxır.
Ölkə.Az həmin filmdən bir neçə fraqmenti təqdim etməklə bütün deyilənləri və baş verənləri real günümüzdə yaşandığı məlum olacaq. Filmin baş rol ifaçısı olan “Xanım katib”lə amerikalı təmsilçi ilə söhbətində Mariupoldakı qırğınlardan bəhs edilir. “Xanım katib” bu hadisə nəticəsində çoxsaylı ukraynalı və rus əsgərlərinin ölməsindən ciddi narahatlıq keçirirək prosesi dayandırmaq üçün “Cinin yenidən butulkaya” salınmasını xahiş edir. Lakin amerikalı diplomat bunun əksinə gedərək yaranmış vəziyyətdən strateji hədəfləri üçün faydalanmağı tövsiyə edir. Dialoq nəticəsində yaranmış durum vəziyyətin daha da mürəkkəbləşmə ilə nəticələnəcəyi qeyd olunsa da, buna məhəl qoyulmur.
“Xanım katib” atəşkəsin dayandırılmasını təkid etsə də, onun bütün cəhdləri boşa çıxır.
Filmdə ukraynalı “nazir Melnik”lə amerikalı diplomat Vaşinqtonla Kiyevin eyni mövqedə olmasına şad olduğunu dilə gətirir.
“Nazir Melnik” isə cavabında sevimli Ukraynanın yarısının itirilmə planı ilə razılaşdığını qeyd edir.
Daha sonra tərəflər Rusiya-Ukrayna müharibəsini xəritə üzərində Ukraynanın bölünməsi məsələsi müzakirə edirlər. Bildirilir ki, Ukraynanın şərq hissəsi Luqanskdan Odessayadək olan ərazidə Muxtar Respublika yaradılır.
Müzakirə zamanı bunun nəticəsi olaraq Rusiyanın bütün Avropa ölkələrinə neft və qaz göndərilməsi barədə də söhbətlər gedir.
Yaranmış vəziyyətə görə ABŞ-nin enerji xətlərinə hücum edilməsi, daha sonra bunun təxribat olduğu haqda bəyanat verilməsi və üzr istəməsi tələb olunsa da, amerika rəsmisi buna getmir.
Amerikalı təmsilçi deyir ki, gəlin müqavilə imzalayıb bu düşmənçiləyə son qoyaq.
Belə bir razılaşma ukraynalı millətçilər tərəfindən rədd edilir və onlar hücum keçmək barədə məsuliyyəti üzərilərinə götürür.
Ukraynalı millətçi qrupa Oleq Zelenski adlı şəxsin rəhbərlik etdiyi bildirilir. O bəyanatında deyir ki, Rusiya ilə sülh müqaviləsi kapitulyasiyadır və buna yol vermək olmaz.