Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”.

Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti prosesi və diplomatik fəaliyyəti gücləndirmək niyyətindədir.

“Ermənistanın hərbi xərclərinin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Ətraflı

“Çünki təhlükəsizlik sülh və sabitliyin ən vacib təminatıdır. Əminəm ki, qonşu ölkələr İrəvanın heç kəsə hücum etmək niyyətində olmadığını anlayırlar”, - deyə Paşinyan qeyd edib.

O, həmçinin 2018-ci illə müqayisədə Ermənistanın müdafiə xərclərinin iki dəfədən çox artırılacağını bildirib.

“Çox aydın şəkildə deyim ki, biz təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndiririk, çünki tərəfdaşlarımız obyektiv səbəblərdən bizə silah və sursat sata bilmirlər. Biz başqa təhlükəsizlik tərəfdaşları axtarırıq və tapırıq, müqavilələr bağlamağa, silah və hərbi texnika əldə etməyə çalışırıq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan müttəfiqi Rusiyadan deyil, başqa ölkələrdən silah almasına aydınlıq gətirərkən deyib.

KTMT ilə gələcək münasibətlərinə toxunan Paşinyan deyib ki, strateji baxımdan İrəvan KTMT-dən çıxmaq qərarına gəlməyincə siyasətdə dəyişiklik elan etməyəcək.

“Biz özümüzə və KTMT-yə gələcək planlar haqqında düşünmək üçün vaxt vermək üçün belə qərarlar qəbul edirik”, - Paşinyan qeyd edib.

Qüdsün fatehi Azərbaycan türküdür, yoxsa kürd...


Noyabrın 13-dən etibarən Türkiyənin “TRT- 1" kanalında “Qüdsün fatehi Səlahəddin Əyyubi" serialı başlayıb. Serdar Özönalanın qələmə aldığı serialda baş rolları Uğur Güneş, Dilin Döğer, Mehmet Ali Nuroğlu oynayır. Serialda Əyyubi dövlətinin qurucusu Səlahəddin Əyyubinin həyatı əks olunur.

Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. O, müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Bəziləri Əyyubinin ərəb, kürd əsilli, bəziləri isə Azərbaycan türkü olduğunu bildirir.

Ötən gün bununla bağlı kult.az saytı Azərbaycanın ikinci prezidenti, şərqşünas alim Əbülfəz Elçibəyin Qüdsün fatehi Səlahəddin Əyyubi ilə bağlı yazısını təqdim edib. Həmin yazıda qeyd olunur: “Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda ”Hansı ölkədənsiniz?" soruşdu. “Azərbaycandan” dedim. Tələbə “Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!” - dedi.

Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım. “Haradan bilirsiniz?” soruşdum. Tələbə sabah mənbəni gətirəcəyini dedi.

Gətirdi də. Eni 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Səlahəddinin cəngavər geyimində rəsmi var idi.

Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada xaçpərəstləri darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya imperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çökdürərək əsir alan, bütün Avropanın “qəzəbinə gəlmiş” və hətta Dantenin “İlahi komediya” əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilər sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlubedilməz komandan Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan Səlahəddindən soruşmuşlar:

- Deyirlər ki, siz kürdsünüz. Bu, doğrudurmu?

- Xeyr! Biz Azərbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq.

O zaman bunu oxuduqda məni çox həyəcana gətirmişdi. Bir şeyə heyfsilənirdim ki, tarix qaynağı göstərilməmişdi. Sonralar Bakıda aspiranturada oxuyarkən və universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımı davam etdirdim və axtardığımı tapdım. Araşdırmaçıların ən doğru saydığı resursların birində - tanınmış görkəmli alim İbn Hellikanın “Görkəmli adamların ölüm tarixi” (Vefayat əl-ayan) əsərində.

İbn Hellikan yazır: “Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Göy Börüdür (boz qurd/göy qurd)!” Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir.

Bu məsələnin - orta əsrlərdə “qurd” sözü ilə “kürd” sözünün ərəb əlifbası ilə yazılışındakı uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar-təkrar yazmışlar".

Beləliklə, mərhum prezident, şərqşünas alim Əbülfəz Elçibəyin də fikrincə, Səlahəddin Əyyubi Azərbaycan türküdür. Eləcə də qardaş Türkiyədə də bir sıra tarixçi alimlər onun Azərbaycan türkü olduğu haqda fikirlər səsləndirir.

Mövzu ilə bağlı “Yeni Müsavat” tanınmış bir neçə azərbaycanlı tarixçinin mövqeyini öyrənməyə çalışıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafayev bu barədə bunları deyib: “Bəli, Səlahəddin Əyyubinin kürd, ərəb və Azərbaycan türkü olması ilə bağlı müxtəlif fikirlər var. Bu, çox qarışıq məsələdir. Əyyubi Azərbaycan türkü ola bilər, çünki o zamanlar İraq ərazisində Azərbaycan türkləri yaşayırdı. Lakin bununla bağlı həmin dövrün araşdırmaçı tarixçiləri daha dəqiq fikir bildirə bilərlər”.

AMEA-nın həqiqi üzvü, ərəb ölkələri tarixinin araşdırmaçısı, akademik Nərgiz Axundova isə Əyyubinin Azərbaycan türkü olmadığını dedi: “Əyyubi kürdləşmiş türk əsillidir, yəni Azərbaycan türkü deyil. Özü Şam şəhərindəndir. Daha dəqiq desək, Əyyubi Atabəylərin xidmətində olan türklərdəndir. Onlar əsasən, Orta Asiya mənşəli olurlar. Doğrudur, həmin ərazilərdə Qafqaz mənşəli Azərbaycan türkləri olur. Amma Əyyubi onlardan deyil”.

Rusiya hərbçilərinin taktikası Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində planlarını alt-üst etdi.

Bu barədə “Myśl Polska” məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna komandanlığı “Leopard” tankları və “Bradley” piyada döyüş maşınları ilə təchiz edilmiş 9-cu Ordu Korpusunun əsas qüvvələrini Rabotinoya yerləşdirib və nəticədə onlar rusların hazırladığı tələyə düşüblər.

Bildirilir ki, Ukrayna ordusunun qüvvələri minalanmış ərazilərdə tank əleyhinə raketlər, tanklar və Ka-52 hücum helikopterləri ilə məhv edilib.(Axar.az)

İsrail Hərbi Dəniz Qüvvələri HƏMAS-ın hərbi-dəniz düşərgəsinə zərbələr endirib

İsrail donanması Fələstinin radikal HƏMAS hərəkatının təlim və silah saxlamaq üçün istifadə edilən hərbi düşərgəsinə hücum edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, yaraqlıların düşərgəsinə hücum noyabrın 14-nə keçən gecə həyata keçirilib.

SAXAL həmçinin gün ərzində 200 hədəfin, o cümlədən silah istehsalı müəssisələri, tank əleyhinə raket buraxılış qurğuları və radikalların rəhbərlik mərkəzlərinin vurulduğunu bildirib.

Mənbə: Gazeta.ru

Kreml Nikol Paşinyanın KTMT-in Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə münasibət bildirib.

Interfax xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ermənistan Baş nazirininbu addımına təəssüfləndiklərini söyləyib.

"Əgər belədirsə, onda yalnız təəssüf hissi ifadə etmək olar. Belə görüşlər mövqeləri dəqiqləşdirmək üçün yaxşı səbəbdir", - deyə Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı KTMT-nin noyabrın 23-də Minskdə keçirilməsi planlaşdırılan sammitində iştirak edə bilməyəcəyini bildirib.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Rusiyadan Qərb istiqamətinə döndərməyə davam edir və Rusiya biznesini Ermənistandan sıxışdırmağa başlayıb.

Trend xəbər verir ki, Ermənistanın dövlət xidmətlərinin tənzimlənməsi üzrə komissiya noyabrın 15-də keçiriləcək iclasında Rusiyanın "MTS" PSC-nin törəmə operatoru olan “MTS Ermənistan” QSC-nin şirkətin səhmlərinin satışı üzrə əməliyyatı başa çatdırmaq üçün müraciət ərizəsini təsdiq etməyi planlaşdırır.

Komissiyanın saytında yerləşdirilən qərar layihəsində qeyd olunub ki, qurum "MTS Ermənistan"ın səhmlərinin 100 faizinin Kiprin "Fedilco Group Limited" şirkətinə satışı üzrə müqavilənin bağlanmasına razıdır. Əgər müqavilə bağlanarsa, "MTS Ermənistan" artıq "MTS" qrupunun üzvü sayılmayacaq.

Beləliklə, Ermənistan hakimiyyəti Rusiyanın təkcə İrəvanın siyasi kursuna deyil, həm də Ermənistan iqtisadiyyatına təsirinə son qoyacağına ümid edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ekspertlərin, bəzi informasiya platformaları və təbliğat mediası nümayəndələrinin iştirakı ilə bu yaxınlarda keçirilən qapalı iclasda ölkə hökumətinin xarici siyasət vektorunda dəyişiklik etdiyini açıqlayıb. Ermənistan mətbuatının yazdığına görə, Paşinyan bundan sonra KTMT-nin, eləcə də MDB-nin işində iştirak etməyəcəyini və bu strukturları əvəz edəcək şəxs axtardığını bildirib. O, həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarından müxtəlif sahələrdə çoxlu maraqlı vədlər var.

Ermənistan hökuməti hesab edir ki, “Rusiya ilə ittifaqda qalmaq mənasızdır”, həmçinin Ermənistan Rusiyanı tərk etsə, heç nə baş verməyəcək, “çünki Moskva daha heç kimi cəzalandıra bilməyəcək”.

Paşinyanın hərəkətlərinin nəyə gətirib çıxaracağını və Moskvanın reaksiyasının necə olacağını görmək qalır.

ABŞ kəşfiyyatçıları Prezident Co Baydenin nəvəsini daşıyan avtomobilə girməyə cəhd edən üç naməlum şəxsə atəş açıblar.

Bu barədə ABŞ hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, Prezidentin nəvəsi Naomi Baydeni qorumaq vəzifəsini yerinə yetirən agentlər bazar günü axşam saatlarında avtomobilin şüşəsini sındıran üç nəfəri görüblər.

Bildirilib ki, agentlərdən biri atəş açıb, lakin atəş nəticəsində heç kim xəsarət almayıb. Maşına girmək istəyən üç nəfər qaçıb gizlənə bilib.
Qeyd olunur ki, Vaşinqtonda 2023-cü ildə avtomobil oğurluğunda əhəmiyyətli artım müşahidə olunur.

Rusiyanın işğal etdiyi Melitopol şəhərində hərbi qərargah partladılıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyatın məlumatına görə, noyabrın 11-də Melitopolda rusların qərargaha çevirdikləri poçt binasında güclü partlayış olub.

Partlayışın FTX və “Rosqvardiya” zabitlərinin binada iclas keçirdikləri vaxt baş verdiyi bildirilib.

Qeyd olunub ki, partlayış nəticəsində azı 3 zabit öldürülüb.

Xəbər lenti