Bu, Rusiya, Ukrayna və bütün dünya üçün fəlakət olacaq.

“Kommersant” xəbər verir ki, bu fikirlər SSRİ-nin yeganə prezidenti Mixail Qorbaçova məxsusdur.

Soyuq müharibədən sonrakı reallıq, sistemlərin münaqişəsi və dinc yanaşı yaşama mümkünlüyü haqqında mövqeyini açıqlayan Qorbaçov zamanında deyib:

“Getdikcə aydınlaşır ki, hərbi yolda ağlabatan həll yolları nə beynəlxalq, nə də daxili müstəvidə tapmaq mümkündür. Dünyada çoxsaylı nüvə silahları toplanıb və ekspertlər açıqlamalarında deyirlər ki, bununla bəşəriyyəti onlarla dəfə məhv etmək olar. Ona görə də yaranmış qorxu tarazlıqdan yayınmaq üçün iki sistemin dövlətləri arasında münasibətlərin normal sivil formalarına əməli gedişə başlamağın vaxtıdır”.

Rusiya ilə Ukrayna arasında münaqişə danışıqlar yolu ilə bitəcək və Moskva nüvə silahının mövcudluğuna görə uduzmayacaq.

Axar.az xəbər verir ki, bunu respublikaçı senator Ron Conson deyib.

“Müharibə zamanı hər iki tərəf ciddi itkilər verir və Ukraynanın böyük hissəsi məhv ola bilər. Buna görə də, Moskva və Kiyev danışıqlar yolu ilə nizamlanmaya nə qədər tez nail olsalar, bir o qədər yaxşıdır”, - Conson bildirib.

Rusiya və Ukrayna sülh danışıqlarına başlayıb.

Axar.az xəbər verir ki, bu iddia ilə tanınmış amerikalı jurnalist Seymur Herş çıxış edib.

O, məqaləsində bildirib ki, danışıqlar Rusiya Baş Qərargah rəhbəri Valeri Gerasimov və Ukrayna ordusunun baş komandanı Valeri Zalujni arasında aparılır.

“Rusiya və Ukrayna arasında ciddi sülh danışıqları sürətlənib”, – Herş qeyd edib.

O yazıb ki, bu danışıqların aparıcı qüvvəsi Vaşinqton və ya Moskva deyil, tərəflərin döyüş əməliyyatlarına rəhbərlik edən iki yüksək rütbəli generaldır.

Amerikalı jurnalistin iddiasına görə, bu danışıqlarda Ukraynanın ərazi müqabilində NATO-ya daxil olması ehtimalı və alyansın Ukraynada öz qoşunlarını və hücum silahlarını yerləşdirməmək öhdəliyi müzakirə edilir.

Herş Ağ Evin bu sxemə qəti şəkildə qarşı olduğunu bildirir:

“Ukrayna Prezidenti Vladimir Zelenski də buna qarşı çıxır, o hesab edir ki, sona qədər mübarizə aparmalıdır”.

Türkiyə 2030-cu ilə qədər emissiyaların azaldılması hədəfini iki dəfə artırıb.

Axar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd olunub ki, bu kontekstdə ilin sonunadək karbon qazı emissiyalarının 66,6 milyon ton azalacağı gözlənilir. Türkiyə bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisindəki payını 55 faizə çatdıraraq sahə üzrə Avropada 5-ci, dünyada isə 12-ci yerdə qərarlaşıb.

“Paşinyan İttifaq dövlətinə qoşulacaq...” -Karapetyantsdan gözlənilməz ehtimal...“Ermənistan yavaş-yavaş, lakin inamla diktaturaya doğru dığırlanır.”

Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında Ermənistanın Helsinki Assosiasiyasının rəhbəri, hüquq müdafiəçisi Nina Karapetyants söyləyib.

"Konstitusiya artıq Ermənistanın baş nazirinə fövqəlsəlahiyyətlər verir. Baş Nazir isə Konstitusiyanı dəyişdirmək, nəzarət və tarazlıq sistemi yaratmaq əvəzinə, ədliyyə sistemindən tutmuş prokurorluqdan, istintaq orqanlarından, təhlükəsizlik blokuna qədər tamamilə hər şeyi özünə tabe edir: polis, ordu, indi də MTN. Ermənistan demokratiya qalasından diktatura qalasına çevrilir”, - deyə Karapetyants bildirib.

Hüquq müdafiəçisi əlavə edib ki, Paşinyan iğtişaşları, etirazları və fərqli fikirləri istisna etmək üçün öz mövqeyini gücləndirir.

"Paşinyan siyasət vektorunu dəyişmək niyyətindədir, lakin Qərbə yox, Rusiyaya doğru. Çox güman ki, o, İttifaq dövlətinə qoşulacaq və bunun üçün mütləq hakimiyyət lazımdır", - deyə Karapetyans ehtimal edib.

“Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla görüşə və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır”.

Ermənistan KİV xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclasında çıxışı zamanı deyib.

Diplomat xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır: rəsmi Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonra demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi, qarşılıqlılığının tanınması əsasında regionda kommunikasiyaların açılması.

"Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini təsdiqləyir və bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib.

Nəhayət, Rusiyadan Mi-28 hücum helikopterləri, Su-35 qırıcıları və Yak-130 döyüş təlimi təyyarələrinin alınması ilə bağlı razılıq əldə olunub.

"Bu sözləri İranın müdafiə naziri Seyid Mehdi Fərhi deyib.

Alınan hərbi texnikanın İrana çatdırılma vaxtı, eləcə də sazişin məbləği məlum deyil.

Rusiya tərəfi hələlik bu məlumatı şərh etməyib.

Fələstinin radikal HƏMAS hərəkatı İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

Bu barədə hərəkatın rəhbərliyinin üzvü Usamə Həmdan məlumat yayıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzza zolağında xalqımıza qarşı törədilən qətliamın miqyasını görə bilsin”, - deyə U.Həmdan bildirib.

HƏMAS, həmçinin dünya mediası jurnalistlərini törədilən dağıntıların miqyasını, uşaqlara və müdafiəsiz dinc sakinlərə qarşı soyqırımı əlamətlərini görmək üçün Qəzza zolağında iştiraklarını gücləndirməyə çağırıb.

Noyabrın 27-də İlon Mask İsrailə səfər edib və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu və Prezidenti İsaak Hersoqla görüşüb. Amerikalı iş adamı Netanyahunun müşayiəti ilə HƏMAS-ın hücumu nəticəsində İsrailin ən çox zərər çəkmiş yaşayış məntəqələrindən biri sayılan Kibbutz Kfar Azaya baş çəkib. Mask İsrailin Baş naziri ilə HƏMAS-ın məhv edilməsi ilə bağlı razılığa gəlib və “başqa variant yoxdur” deyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikalizasiyası”nda kömək etmək istəyir.

Brüsseldə keçirilən görüşdə NATO-nun xarici işlər nazirləri etiraf ediblər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı əks-hücum əməliyyatı uğursuz olub, bu, onların ümidlərini doğrultmayıb və gözlədiklərindən xeyli aşağı nəticələr verib.

Bu barədə Macarıstan xarici işlər naziri rəhbəri Peter Siyarto Brüsseldə iclasda çıxışında deyib.

"Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı məqsəd və ümidlər puça çıxdı, çünki başlanandan bəri döyüş meydanında heç bir ciddi dəyişiklik və heç bir irəliləyiş olmayıb. Bunu burada bir çox insan etiraf edib. Sakit, ehtiyatla, lakin etiraf olunub”, - nazir bildirib.(Axar.az)

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...Ermənistanın Fransa ilə birgə oyunları davam edir. Son yayılan məlumata görə isə Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir. Bildirilir ki, Fransada təlim keçənlər Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Paşinyanın belə siyasətlə ölkəni rəqabət meydanına çevirdiyini vurğulayıb:

“Əlbəttə ki, burada Paris və İrəvanın məsələyə yanaşması, ənənəvi şəkildə proksi-dövlət statusunda olan Ermənistanın qarşıdakı dövrdə Qərbin əlaltısına çevrilmə həvəsi, istəyi çox yanlışdır. Fransa və Ermənistan məğlub olmuş, mənən sınmış ordunun əsgərlərini əslində bilərəkdən ölümə göndərir. Onların orada ölməkdən başqa yolu yoxdur. Diqqətçəkən digər bir önəmli məqam isə haqqında danışdığımız hadisələrin Ermənistanın son dövrdə üzvü olduğu KTMT əleyhinə silsilə addımlar atmasına, Paşinyanın Minskdəki sammitə qatılmaqdan imtina etməsinə və üzv dövlətlər, eyni zamanda Rusiya əleyhinə açıqlamalar verməsinə paralel şəkildə inkişafıdır. Paşinyan Moskvadan silah almaq üçün verdikləri pulu (200 milyon dollar - red) media vasitəsilə açıq şəkildə tələb etdi, yaxud onun Rusiyaya borcun bir hissəsinin silinməsinə sərf ediləcəyini bildirdi. Qərbdən verilən vədlər artdıqca Paşinyan da Rusiya ritorikasını sərtləşdirir. Əlbəttə ki, atılan addımların hərbi, siyasi və iqtisadi nəticələri olacaq. Qarşıdakı mərhələdə Rusiya Ermənistanı sıxışdırdıqca, İrəvanın Qərbin qucağına qaçma meyilləri də artacaq, ölkə böyük güclər arasında gizli və açıq rəqabət meydanına çevriləcək”.

Qeyd edək ki, rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın öz Teleqram kanalında Ermənistandan olan əsgərlərin Fransanın təxminən yeddi təlim düşərgəsində Ukraynada Rusiyaya qarşı vuruşmaq üçün hazırlıq prosesindən keçdiyini qeyd edib. Əsas düşərgələrin Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzi olduğu bildirilib.

Xəbər lenti