Nepalda dəhşətli zəlzələ - Ölənlərin sayı 128-ə çatdı 
Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.


Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6,4 maqnitudalı zəlzələ olub. Yerli hakimiyyət orqanları itkilərin sayının artacağını istisna etmirlər. Belə ki, yeraltı təkanlar nəticəsində əsasən dağlıq bölgədə yerləşən əyalətlərin bəziləri ilə əlaqə tamami ilə kəsilib.

Can Azərbaycanın Vətən müharibəsindən sonra 30 illik işğala son verdi. Beləliklə, sülhə bir addım da yaxınlaşdıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən X Zirvə Görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməlidir:

“Regional kommunikasiyaların açılması bütün regionun xeyrinədir. Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bötüvlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi təbrik edib.

O, bu barədə Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında danışıb.

Mirziyoyev bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında nəhəng uğurlar qazanır. Özbəkistan Prezidenti vurğulayıb ki, tarixi ədalət bərqərar olub və Qarabağ artıq bərpa və rifah yoluna qədəm qoyub.

Özbəkistan lideri bildirib ki, Azərbaycanda səfərdə olarkən Şuşa və Füzulini ziyarət edib və Azərbaycanın azad olunmuş ərazilərində genişhəcmli yenidənqurma işlərinin şahidi olub: “Azərbaycan xalqını öz ərazi bütövlüyünü təmin etməsi münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə dövlət başçısı təbriklərini Astanada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşünün açılışında çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra edib.

“İsrail qoşunları Qəzza zolağında əməliyyatda irəliləyiş əldə edir”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 2-də X sosial şəbəkəsində (keçmiş “Twitter”) bildirib.

O qeyd edib ki, hərbçilər anklavın ən böyük şəhəri olan Qəzzanın ətraf ərazilərini artıq arxada qoyublar və şəhərin özünə çatıblar.
Baş nazirin sözlərinə görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) uğurları göz qabağındadır.

“Bizi heç nə dayandıra bilməz”, - Netanyahu vurğulayıb.

Qəzzada həkimlər xəstələri və yaralıları narkozsuz əməliyyat etməyə məcbur qalır, morqlar doludur, anklavdakı vəziyyəti təsvir etmək mümkün deyil.

"Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

"Qəzzada 21 mindən çox insan yaralanıb, 1 milyon 400 mindən çox insan isə didərgin düşüb. Qəzzadakı vəziyyət sözlə ifadə edilə bilməz”, - deyə o bildirib.

Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ terror təşkilatlarına qarşı mübarizəsi ölkə daxilində və sərhədlərdən kənarda qətiyyətlə davam edir. İraq və Suriyanın şimalı da daxil olmaqla, aparılan uğurlu əməliyyatlar nəticəsində son bir həftədə 87 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçu sayı bu il 1802-yə, əməliyyatların başladığı 2015-ci il iyulun 24-dən isə 39 min 145-ə çatıb.

"Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk nazirliyin həftəlik hesabatında bildirib.

Qeyd edilib ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı çərçivəsində indiyədək 630 terrorçu zərərsizləşdirilib, çox sayda silah-sursat ələ keçirilib, terrorçulara məxsus 771 sığınacaq yararsız hala gətirilib.

Suriyadakı əməliyyat bölgəsində isə il ərzində 425 təxribat və hücum cəhdinin qarşısı alınıb, 23-ü son bir həftədə olmaqla, ümumilikdə 1321 terrorçu zərərsizləşdirilib.

Məlumata əsasən, son bir həftədə qanunsuz yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 561 nəfər saxlanılıb. Onlardan beşinin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib. Bu müddət ərzində 2 min 452 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. Bu rəqəm il ərzində 10 min 974 nəfər təşkil edib. Onlardan 560-nın terror təşkilatlarının, o cümlədən 394-nün FETÖ üzvü olduğu müəyyənləşdirilib.

Rusiya müharibənin 616-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 520 təyyarəsi, 254 helikopteri, 8512 PUA-sı, 441 zenit-raket kompleksi, 13 089 tank və digər zirehli texnikası, 1172 reaktiv yaylım atəş sistemi, 6941 artilleriya və minaatanı, 14 865 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Gürcüstan Prezidenti Salome Zurabişvili respublikanın keçmiş rəhbəri Mixail Saakaşvilini əfv edə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze “RİA Novosti” yə bildirib.
Ətraflı

“Ölkənin hazırkı prezidenti bütün qırmızı xətləri keçir. Salome Zurabişvili bizi heç nə ilə təəccübləndirmir. Təbii ki, Saakaşvilinin əfv edilməsi gürcü xalqına qarşı növbəti xəyanət olacaq”, - Kobaxidze qeyd edib.

Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Meğri dəmir yolu həm də Ermənistan hakimiyyətinin regionda sülhü möhkəmləndirmək üçün həyata keçirdiyi layihənin bir hissəsidir.

Bunu erməni nazir Qnel Sanosyan açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimiyyət 2020-ci ildə dəmir yolu ilə bağlı araşdırmalar aparıb və yolun yenidən işə salınması, hər şey siyasi və diplomatik platformalarda həll olunanda baş verəcək.

“Biz və qonşu ölkələrimiz regionda sülhün təmin olunması, mövcud infrastrukturların işləməsi, yenilərinin tikilməsi üçün səy göstərməliyik. Ölkələr inkişafda bir-birini dəstəkləyə, bir-birinin infrastrukturundan istifadə edə, birgə yeni infrastrukturlar yarada bilər. Bizim region elə bir yol ayrıcıdır ki, o, yükdaşıma baxımından bütün ölkələr üçün maraqlı ola bilər”, - Sanosyan deyib.

Jurnalistlərin Meğri dəmir yolunun “Sülhün kəsişməsi” kimi təqdim edilməsi ilə bağlı suala Sanosyan sərt reaksiya verib: “Siz Ermənistan vətəndaşları kimi sülhə tələsmirsiniz, yoxsa haradasınız? Biz fəlakət olmasın deyə sülh istəyirik. Soydaşlarımız görürlər ki, dünya düzənində dəyişikliklər var və bizimlə bağlı problemlərdən qat-qat artıq qlobal problemlər var. Çoxları dünyada baş verən bu dəyişikliklər kontekstində bir çox suallara cavab tapır”.

Xəbər lenti