Yəmən İsrailə rəsmən müharibə elan edib.

Bunu Yəmən silahlı qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Yəhya Sari Anu deyib.

"Silahlı qüvvələrimiz İsraildəki müxtəlif hədəflərə güclü ballistik və qanadlı raketlər, eləcə də çoxlu sayda pilotsuz təyyarələr atıb. Raketlər və pilotsuz təyyarələrdən istifadə etməklə daha çox hücumlar həyata keçirməyə davam edəcəyik", - o izah edib.

 

 

 

“Nüvə müharibəsi ehtimalı artır və təhlükəli nəticələr ola bilər”.

Bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

“Rusiyanın nüvə doktrinası dəyişməyib. O, nüvə silahının yalnız iki halda istifadəsini nəzərdə tutur: düşmənin nüvə zərbəsinə cavab olaraq və ya Rusiyanın mövcudluğuna təhlükə olduqda”.

ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, Rusiya gələcəkdə NATO-ya meydan oxuya bilər.

"O, bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Mən şübhə etmirəm ki, gec-tez Rusiya NATO-ya meydan oxuya biləcək və biz bir-birimizə atəş açacağımız vəziyyətə düşəcəyik.

Ostin bildirib ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı uğurlu olarsa, bu, qonşu ölkələrin, xüsusilə də Baltikyanı ölkələrin təhlükəsizliyini təhlükə altına atacaq.

“Alman cəmiyyəti və silahlı qüvvələri Avropada mümkün müharibəyə hazır olmalıdır”.

Xarici KİV xəbər verir ki, bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib.

Nazir Almaniyanın “ZDF” televiziyasına verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin Almaniya üçün tarixi dönüş nöqtəsi olduğunu bildirib.

“Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Biz özümüzü müdafiə etməyə hazır olmalı, alman silahlı qüvvələrini və cəmiyyətini buna hazırlamalıyıq.

Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələrini yeni təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilməsi üçün modernləşdirməlidir”,- deyə o əlavə edib.

“2018-ci ildən Ermənistan hakimiyyəti hər şeydə başqalarının günahkar olduğu tezisini irəli sürür. Ancaq bütün günahların səbəbkarı Ermənistan hakimiyyətidir. Paşinyan komandası üç konkret problemi həll etmək üçün hakimiyyətə gətirilib”.

Bunu erməni politoloq Armen Badalyan deyib.

“Birincisi, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması və Qarabağ məsələsinin birdəfəlik həll olunması idi ki, bu da baş verdi. İkincisi, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması və bütün hərbi-siyasi birliklərin zərərsizləşdirilməsidir ki, bu da artıq elan olunub. Üçüncüsü, Rusiyanın bölgədən getməsidir. Bununla da Ermənistan şərti olaraq desək, “Zəngəzur dəhlizinə” çevrilir. Yəni Qərbin nəzarətinə keçir. Qərb Ermənistan ərazisi vasitəsi ilə Mərkəzi Asiyaya birləşir. Bununla da Ermənistan böyük bir dəhlizə çevirir”, - Badalyan qeyd edib.

Politoloq əlavə edib ki, bu, həyata keçiriləcək bütün proqramdır: “Birincisi icra olunub, ikincisi həyata keçirilir, üçüncüsü isə bir qədər gecikir. Qeyd edək ki, bu proqramın bir hissəsi təkcə Qərbin sifarişini yerinə yetirən iqtidar deyil, həm də bütün bunlar susqun razılığı ilə baş verən müxalifətin əhəmiyyətli bir hissəsidir. Şüarla desək, Qərbə doğru yayılmaq və yaxşı yaşamaq üçün Qarabağdan əl çəkək”.

İndi bütün dünyanın taleyi Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda həll olunur.

Bunu Rusiya prezidenti Vladimir Putin Dağıstandakı iğtişaşlarla bağlı keçirdiyi toplantıda deyib.

Putin bildirib ki, hər bir insanın işi Rusiyanın və bütün dünyanın, o cümlədən Fələstin xalqının taleyinin gələcəyi həll edildiyi yerdə olmaqdır.

Dağıstandakı iğtişaşlara gəldikdə Putin deyib ki, Mahaçqala hava limanında baş verən iğtişaşların arxasında Ukrayna ərazisindən fəaliyyət göstərən Qərb ölkələrinin kəşfiyyat xidmətləri dayanır.

Putin əlavə edib ki, bu iğtişaşlara görə Qərblə yanaşı, Kiyevdəki hakimiyyət də məsuliyyət daşıyır.

ABŞ-nin Rusiya cəmiyyətini parçalamaq cəhdlərinə gəldikdə Putin deyib ki, Vaşinqton qlobal diktaturanı genişləndirmək istəyir və buna nail ola bilməyəndə xaos yaratmaqla öz rəqiblərini, o cümlədən Rusiyanı daxildən parçalamaq, zəiflətmək və çaşqınlıq salmaq istəyirlər: “Lakin bunu bacarmayacaqlar, artıq Amerika hegemoniyası tədricən dağılmaqdadır”, - Putin bildiirb.

israil-qezza-zolagindaki-emeliyyatin-yeni-merhelesine-baslayib

“Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin üçüncü mərhələsi başlayıb”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında danışıb.

“Birinci – blokada mərhələsi başa çatıb. HƏMAS qüvvələrinə havadan zərbələrin endirilməsindən ibarət olan ikinci mərhələ hələ də davam edir. Üçüncü mərhələ isə İsrailin Müdafiə ordusunun Qəzza zolağına quru hücumunun genişləndirilməsidir. Ordu bunu ölçülmüş, çox güclü addımlarla edir”, - deyə Netanyahu qeyd edib.

Qeyd edək ki, İsrail Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari də öz növbəsində İsrail ordusunun Qəzza zolağına əlavə birliklər daxil etdiyini və anklavda quru əməliyyatının miqyasının genişləndirilməsinin davam etdiyini açıqlayıb.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Ermənistan parlamentində güllələnmə aktı Rusiya və Qarabağ erməniləri tərəfindən həyata keçirilib. Bunun təşkil edilməsində məqsəd isə Ermənistanda irəvanlıları deyil, Qarabağ ermənilərini hakimiyyətə gətirmək olub.

Bunu erməni bloger Roman Baqdasaryan deyib.

Bloger Seyran Ohanyanı təhqir edərək onun yalan danışdığını söyləyib:

"Belə bir ... (söyür) var, deyir ki, hadisəni Azərbaycan və Türkiyə törədib. İnsan həyatı boyu şərəfsizliklə (daha ağır sözlər söyləyir) məşğul olursa, hər addımda yalan danışır. Bunu həyata keçirən Rusiya, Qarabağ klanı və "Daşnaksütyun" partiyası olub. Ən əsası hadisəni Rusiyanın xüsusi orqanları satqınlarla birgə təşkil edib. Gəlin unutmayaq ki, parlamentdəki güllələnməyə qədər Robert Köçəryan və onun əlaltıları (yenə söyür) Ermənistanın Daxili İşlər Nazirliyinin və ordunun generallarını öldürərək "təmizləmə" aparıb. Onların əvəzinə isə Qarabağ ermənilərini gətirib", - Badasaryan bildirib.

İrəvan və Bakı anklavlar məsələsini müzakirə etməyiblər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Paşinyanın partiyasının nümayəndəsi deyib.

Armen Xaçatryan jurnalistlərə bildirib ki, rəsmi Bakı baş nazirin səsləndirdiyi üç bəndlə razılaşıb.

“Ermənistan əmin olmaq istəyir ki, bunlar “yalnız sözlər” deyil”- erməni rəsmi absurd şəkildə bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması “günlər və aylar” məsələsidir. Xaçatryan sərsəm iddialarını davam etdirərkən deyib ki, Azərbaycanın Qranada və Brüsseldə danışıqlardan imtina etməsi onun saziş bağlamaq istəmədiyini göstərir.

Erməni jurnalistlər parlamentdə baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə aparılan 2024-cü ildə büdcə müzakirələrinə buraxılmır.

Ermənistan parlamentində 2024-cü ilin büdcəsinin müzakirələri başlasa da, parlamentdə akkreditasiyadan keçmiş jurnalistlərin müzakirənin aparıldığı otağa daxil olmasına icazə verilmir.

İclasa ancaq operatorların buraxılmasına icazə verilib.

Xəbər lenti