Əlbəttə ki, “3+3” platforması faydalı ola bilər, lakin ondan istifadə etmək üçün bu platformanın iştirakçıları ilə yaxşı münasibətlərin olması, diplomatik mövqe və rıçaqlar lazımdır.

Bunu politoloq Artur Xaçikyan deyib.

“Rusiya ilə münasibətlərin vəziyyətini hamımız bilirik, rəhbərliyimiz artıq açıq şəkildə ələ salınır. Rusiya məlum səbəblərdən bizimlə deyil, Türkiyə və Azərbaycanla qarşılıqlı anlaşma əldə etməyə çalışır. İran sərhədlərin dəyişdirilməsinə icazə verməyəcəyini deyir, lakin...
Başqa sözlə, İran yəqin ki, burada bizə hərbi yardım edə bilməyəcək, çünki onun prioritet problemi Qəzza, İsrail, Fələstindir. Yəni İran da, Rusiya da indi başqa yerdədir, onların prioritetləri başqa yerdədir”, - deyə politoloq bildirib.

Xaçikyanın sözlərinə görə, İran və Rusiya hazırda bu regionda hərbi qarşıdurma istəmirlər və buna görə də məsələləri diplomatik yolla həll etməyə çalışacaqlar.

“Azərbaycan və Türkiyə müəyyən güzəştlərə gedə bilər, yəni nəsə söz verə bilər, məsələn, deyə bilər ki, biz bu dəhlizdən birgə istifadə edə bilərik, sizin bu dəhlizdə müəyyən hüquqlarınız var və sonra bunu tədricən öz xeyirlərinə dəyişdirə bilərlər. Türklər eyni anda bir neçə masada oynamağı və istədiklərini əldə etməyi çox yaxşı bacarırlar”.

Politoloq istisna etmir ki, Türkiyə və Azərbaycan bu güzəşt əvəzində Ermənistanın hesabına Zəngəzur dəhlizi ilə bağlı ekstraterritorial hüquqlar və ya digər məsələləri tələb edə bilərlər.

Amerikalılar Yaxın Şərqdən təcili evakuasiya edilir, bölgəyə əlavə hərbi qüvvələr gətirildi
Ağ Ev İsrail və HƏMAS arasında müharibənin daha geniş regional münaqişəyə çevriləcəyi təqdirdə amerikalıları Yaxın Şərqdən təxliyə etmək üçün "ağıllı fövqəladə planlama" aparır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbinin sözlərinə görə, ABŞ hökuməti bu ayın əvvəlində İsraildən həyata keçirməyə başladığı çarter reysləri istisna olmaqla, amerikalıların bölgədən təxliyəsi üçün hazırda heç bir “aktiv səy” göstərmir. Kibri onu da əlavə edib ki, vəziyyət kəskinləşərsə, əhalinin evakuasiyası qaçılmaz olacaq.

“Kaş ki sizə fərqli bir şey deyə biləydim. Kaş ki bu, baş verməyəydi. Amma bu, müharibədir. Bu, qanlı, çirkin və əcaib olacaq”, - Kibri vurğulayıb.

ABŞ-nin artan zorakılığa hazırlaşdığını qeyd edən Pentaqonun sözçüsü briqada generalı Pat Rayder bildirib ki, artıq İraq və Suriyada ABŞ əsgərləri və obyektlərinə ən azı 13 hücum olub.

“Biz yaxın perspektivdə İranın əlindəki marionet qüvvələr və nəticə etibarı ilə İran tərəfindən ABŞ qüvvələrinə və şəxsi heyətinə qarşı gərginləşdirici addımlar atılacağını görürük. Ona görə də ABŞ regiondakı qüvvələrini və maraqlarını qorumaq üçün tədbirlər görməkdən çəkinməyəcək”, - Rayder qeyd edib.

Rayder hava hücumundan müdafiə sistemlərinin istifadəsi də daxil olmaqla bir sıra yeni qüvvələrin mühafizəsi tədbirlərinin həyata keçirildiyini söyləyib. Onun sözlərinə görə, THAAD sistemləri və əlavə Patriot raket batalyonları Yaxın Şərqə yerləşdirilməyə başlayıb.

Rayder Yaxın Şərqə əlavə qüvvələrin yerləşdirildiyini də bildirib. O bildirib ki, Nyu Cersi Hava Milli Qvardiyasının 119-cu Ekspedisiya Qırıcı Eskadronu F-16 döyüş təyyarələri ilə çərşənbə axşamı bölgəyə gəlib.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Zəngəzur dəhlizinin açılması ilə bağlı tamamilə fərqli bir ideya ilə çıxış edib. Saakaşvili Ermənistan hakimiyyətinə dəhlizin keçdiyi ərazini Azərbayana icrayə verməyi təklif edib.

Saakaşvili bununla bağlı Ukrayna-Moldova praktikasını da misal çəkib.

“Mən Azərbaycan və Ermənistan rəhbərliyini mümkün nümunə kimi Ukrayna və Moldova arasında mövcud sazişi nəzərdən keçirməyə təşviq etmək istərdim. İki ölkə bir-birinin sərhədlərini qarşılıqlı tanıyaraq müsbət qonşuluq münasibətlərini qoruyur. Ukraynanın Odessa şəhərindən Odessa vilayətinin cənub hissəsinə çıxış tələb etdiyi bir ssenaridə Moldova Dnestr bölgəsindən keçən yolu icarəyə götürməyə razılıq verdi. Keçmiş Odessanın qubernatoru kimi, Ukraynanın Bessarabiyasına girmək lazım olanda tez-tez Ukrayna sərhədçilərinin nəzarəti altında bu icarəyə götürülmüş yoldan (onu təmir etmişəm) istifadə edirdim. Moldova bu sazişdən kommersiya baxımından faydalanır.

Azərbaycan və Ermənistan arasında vəziyyətin oxşar həllini tətbiq etmək hər iki ölkə üçün faydalı olardı. Ermənistan kommersiya və maliyyə faydaları, həmçinin mühüm tranzit yollarına çıxış əldə edə bilər. Bu da son nəticədə iki ölkə arasında dinc yanaşı yaşamağa gətirib çıxaracaq”, - Saakaşvili qeyd edib.

Suriya ərazisindən İsrailə iki raket atılıb.

"Bu haqda İsrail ordusu məlumat yayıb.

Açıqlamada hər iki raketin boş əraziyə düşdüyü, İsrail ordusunun raketlərin atıldığı bölgəni artilleriya hücumu ilə vurduğu bildirilib.

Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “X” sosial şəbəkəsində qeyd edib.

Saakaşvili Zəngəzur dəhlizi məsələsinin fərqli şəkildə icra edilə biləcəyini deyib:

“Rusiya Azərbaycanın beynəlxalq mövqelərinə xələl gətirmək, Ermənistanda hakimiyyət çevrilişi etmək, müzakirə edilən dəhlizə öz sərhədçilərini yerləşdirmək istəyir.

Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi.

Sözügedən yolla bağlı razılaşma əldə olunarsa, Azərbaycan və Ermənistan da eynisini edə bilər. Ermənistan burada çox qazanmış olar. Həmçinin əsas beynəlxalq marşrutlara çıxış, mühüm nəqliyyat və logistika məsələləri də həllini tapacaq. Beləliklə hər iki tərəf ehtimal münaqişədən qaçmış olacaq”.

Kamikadze pilotsuz uçan aparatları ilə Suriyadakı Əl-Ömər və Əl-Şəddadi Amerika bazalarına zərbələr endirilib.

Bu barədə Əl-Mayadeen kanalı məlumat yayıb.

“Bundan sonra ABŞ obyektlərinin ərazisində çoxsaylı partlayışlar müşahidə edilib”, - deyə bildirilir.

Qeyd edilir ki, ABŞ lideri Co Bayden Milli Təhlükəsizlik üzrə Müşaviri Ceyk Sallivan və ABŞ müdafiə naziri Lloyd Austin ilə baş verənlər barədə danışıb.

 

 

 

Ermənistanın Fransadan silah alacağı rəsmən açıqlandı. 2023-cü ildə Ermənistanın müdafiə xərclərinin 501,3 milyard dram təşkil etməsi proqnoz edilirdi. Hazırkı məzənnə ilə bu, 1,25 milyard dollar deməkdir.

"Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, Azərbaycan və Ermənistanın müdafiə xərclərini müqayisə edib.

"Azərbaycanda bu il müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6,05 milyard manat ayrılması nəzərdə tutulur ki, bu da 3,6 milyard dollara yaxın bir vəsait deməkdir. 2024-cü ildə isə bu xərclər 6% artırılaraq 6, 4 milyard manata və ya 3,8 milyard dollara çatdırılması planlaşdırılır. Mütləq ifadədə Azərbaycanın bu qəbildən olan xərcləri Ermənistandan təxminən 3 dəfə çoxdur".

Ekspert bildirib ki, effektiv anlamda bu fərq ən azı 50-60 qat artıqdır: "Çünki Azərbaycan son 20-25 il ərzində hər il 3-4 qat artıq xərclə hərbi güc formalaşdırıb. Təkcə bu illər ərzində çəkilən xərcin toplam fərqinə baxsaq, bu, 70-80 dəfə artıq bir hərbi xərc deməkdir.

Bu azmış kimi Ermənistanın nəyi vardısa, Vətən müharibəsində darmadağın edildi. Buna görə də, hər ilə lap milyard yarım pul ayırsalar və Fransadan silah alsalar belə, onların Azərbaycanla müqayisə edilə biləcək orduya sahib olmaları üçün ən azı 15-20 il lazımdır. Həm də bu şərtlə ki, Azərbaycan heç nə etməsin".

"Nəzərə alsaq ki, Azərbaycan yerində dayanmır, hər il Ermənistandan yenə də 3 dəfə artıq xərc ayırır, deməli ordular arasında olan fərq getdikcə daha da artacaq", - deyə E. Əmirov əlavə edib.

Livan-İsrail sərhədində vəziyyət kəskin şəkildə pisləşib. İranyönlü “Hizbullah”ın İsraillə HƏMAS arasında münaqişəyə tam gücü ilə müdaxilə edəcəyi narahatlığı var.

İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”a xəbərdarlıq edib.

“Hizbullah” müharibə qərarı verərsə, bununla bir ömür boyu səhv etmiş olar. Biz onu təsəvvür etmək mümkün olmayan bir qüvvə ilə vuracağıq və bunun həm “Hizbullah”, həm də Livan dövləti üçün dağıdıcı nəticələri olacaq”, - Netanyahu bildirib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin də Hizbullaha belə bir səhvə yol verməməyi şiddətlə tövsiyə edib.

Livan da öz növbəsində ölkənin cənubunda müharibədən qaçmağa çalışır.

Əgər “Hizbullah” belə bir qərar verəcəksə, o zaman Livanın baş naziri Najib Mikati təşkilatın qərarına təsir edə bilməyəcək. Çünki bu təşkilat müstəqil və ya İranın təklifi ilə qərarlar verir.

Emek İsrail Kollecinin Yaxın Şərq tədqiqatları məktəbinin rəhbəri İdo Zelikoviç Kan REKA radiostansiyasına müsahibəsində deyib ki, “Hizbullah”la genişmiqyaslı müharibə həmişəkindən daha yaxındır və son nəticədə qaçılmazdır.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus isə bildirib ki, “Hizbullah” Livanı müharibəyə sürükləyir. “Hizbullah çox təhlükəli oyun oynayır. Onlar vəziyyəti gərginləşdirirlər. Biz hər gün getdikcə daha çox hücum görürük”, - o əlavə edib.

İsrailin iqtisadiyyat və sənaye naziri Nir Barkat Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində deyib ki, “Hizbullah” İsrailə hücum edərsə, o zaman “ilanın başı olan” İranı vuracaqlar.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carney" esminesi cümə axşamı Yəmən sahillərindən, İrana yaxınlığı ilə seçilən husilərin “Ənsar Allah” hərəkatı tərəfindən İsrailə atılan bir neçə raketi məhv edib.

ABŞ Dövlət katibi Entoni Blinken də İranın səyi ilə müharibənin coğrafiyasının genişləndirmə cəhdindən narahatlığını dilə gətirib.

ABŞ-nin eskalasiya perspektivlərini və Yaxın Şərqdəki qüvvələrinə hücum riskinin artdığını qeyd edən Pentaqonun rəhbəri Lloyd Ostin ABC telekanalına müsahibəsində deyib: “Əgər hər hansı qrup və ya ölkə bu münaqişəni genişləndirməyi və gördüyümüz xoşagəlməz vəziyyətdən istifadə etməyi planlaşdırırsa, mənim sizə məsləhətim budur: etməyin. Biz özünəmüdafiə hüququnu özümüzdə saxlayırıq və müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.

ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və İngiltərə liderləri Təl-Əvivi mülki insanların həyatını qorumağa çağırarkən İsrailin özünümüdafiə haqqını dəstəklədiklərini vurğuladılar.

ABŞ prezidenti Co Bayden, Kanadanın baş naziri Castin Trüdo və Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Rişi Sunak birgə telefon danışığından sonra birgə bəyanatla çıxış edərək İsraili və onun terrordan müdafiə hüququnu dəstəklədiklərini bir daha təsdiqləyiblər və beynəlxalq humanitar hüquqa, o cümlədən mülki şəxslərin müdafiəsinə hörmət etməyə çağırıblar.

Onlar “iki girovun azad edilməsini alqışladılar və qalan bütün girovların dərhal azad edilməsinə” çağırıblar. Regiondakı vətəndaşlarına, xüsusən də Qəzza zolağından çıxmaq istəyənlərə dəstək olmaq üçün öz hərəkətlərini yaxından əlaqələndirəcəklərini də bəyan ediblər.

“Liderlər münaqişənin yayılmasının qarşısını almaq, Yaxın Şərqdə sabitliyi qorumaq və siyasi həll və davamlı sülhə doğru çalışmaq üçün regiondakı əsas tərəfdaşlar da daxil olmaqla sıx diplomatik koordinasiyanı davam etdirməyi öhdələrinə götürürlər”, - bəyanatda deyilir.

Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları dərhal atəşkəs müqabilində tutduqları girovların bəzilərini azad etməyə hazır olduqlarını İsrailə çatdırıblar.

Bu barədə BBC-nin müxbiri Frank Qardner sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, hazırda tərəflər bu məsələ ilə bağlı razılığa gəlməyiblər.
Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi bildirib ki, HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsində irəliləyiş görmür. Onun sözlərinə görə, İsrail radikallardan qadınları, uşaqları və qocaları birtərəfli qaydada azad etməyi tələb edir.

Xəbər lenti