"Xocalı qatili" Vitali Balasanyan İrəvanda Milli Təhlükəsizlik Xidmətində dindirildikdən sonra xəbər yoxdur.

Onun barəsində başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı cinayət işinin başlandığı bildirilir.

“Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə, cavab vermir. Onun nə işlə məşğul olduğunu və niyə yeraltına getdiyini bilmirlər”, - nəşr yazır.

Nəşr onu da yazıb ki, lakin bir müddət əvvəl “hraparak”ın əməkdaşı onun Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib.(news24.az)

ABŞ-nin BMT Təhlükəsizlik Şurasında Fələstin və İsraillə bağlı qətnamə layihəsinə veto qoyması Vaşinqtonun regiondakı həqiqi istəklərini göstərir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ-nin uğursuz siyasəti Fələstin-İsrail münaqişəsinin hazırkı fəlakətli eskalasiyasına səbəb olub.

"BMT Təhlükəsizlik Şurası Rusiya qətnaməsini qəbul etsəydi, Qəzzada xəstəxanaya hücumun qarşısını almaq olardı", - deyə bəyanatda vurğulanıb.

O da bildirilib ki, İsrailin özünümüdafiə hüququ heç də ayrı-seçkilik olmadan kütləvi qisas almaq üçün lisenziya demək deyil.

“Ermənilər qorxudan Qəzzaya dəstək aksiyası keçirə bilmirlər”.

Bunu erməni politoloq Stepan Danielyan deyib.

“Qorxaq xalqların gələcəyi yoxdur. Qəribədir ki, Qəzza xalqı ilə həmrəylik aksiyası keçirməkdən qorxuruq”, - ekspert bildirib.

Ovannisyan İsrailin Azərbaycanla hərbi əməkdaşlıq etdiyini, bu səbəbdən ermənilərin Fələstini dəstəkləməli olduğunu söyləyib. O, Azərbaycan və İsrailin ünvanına absurd ittihamlar da irəli sürüb.(Teleqraf.com)

Erməni bloger qondarma Qarabağ rejiminin qorunub saxlanması, onlara maliyyə vəsaiti ayrılmasına kəskin etiraz edərək od püskürüb.

Erməni bloger Armen Baqdasaryan daşnakların və Qarabağdan Ermənistana sığınan Qarabağdakı xunta rejiminin qondarma qurumumun ayaqda qalması ilə bağlı sərsəm açıqlamalarına kəskin şəkildə etirazını bildirib.

Baqdasaryanın sözlərinə görə, daşnaklar 35 il ərzində Qarabağ və əsgərlər adına yüz milyonlarla vəsaiti mənimsəyib xarici ölkələrdə özlərinə təmtəraqlı həyat qurublar. “Ona görə də daşnakların bundan sonra bizə ağıl verməsinə ehtiyac yoxdur.

İkincisi, artıq Qarabağ hakimiyyəti artıq yoxdur. Onlar özləri özlərini ləğv edərək buraxıblar”, - o qeyd edib.

Baqdasaryan əlavə edib ki, artıq Ermənistanın belə saxta məmurlara aidiyyəti yoxdur: “Bunlar 35 il müddətində Ermənistan büdcəsindən pul alıblar. Bu özü səhv idi. Bu səhvi davam etdirmək olmaz”.

Baqdasaryan qondarma Qarabağ xunta rejiminin rəhbərlərinin hamısını cinayətkar, narkoman, yaramaz adlandırıb: “Bu narkoman, cinayətkar, dələduz, yaramazlar 35 il ərzində Ermənistan büdcəsindən və diasporundan ayrılan vəsaitləri soyub talayıblar. Bu insanların mütləq əksəriyyəti məsuliyyətə cəlb olunub həbs edilməlidirlər. Barmaqlıqlar arxasında yatmalıdırlar.

Mən başa düşə bilmirəm ki, Ermənistanın Baş prokurorluğu hara baxır? Niyə onları həbs etmir? Qondarma rejimin rəhbərlərinin İrəvanda çoxsaylı obyektləri var. Birinin isə nə az nə çox düz 48 obyekti var. Bizim cibimizdən gedən pullar hesabına varlanan saakyanların, harutyunyanların övladları həmin pullar hesabına İrəvanda rahat yaşayırlar. İndi yenəmi onlara pul ayırmaqlarımızı istəyirlər?! Bu, ədalətszilikdir.

Prokurorluq niyə indiyədək Ermənistandan dövlət krediti alan Qarabağ rejiminin rəhbərlərindən hesab sormur ki, bu pullar hanı? Kimsə buna cavabdelik daşmalıdır, ya yox…

Ermənistanda ehtiyacına görə bir inəyi oğurlayan cəzalandırılır, amma Ermənistan dövlət büdcəsindən ayrılan pulları mənimsəyən narkobaron İrəvan küçələrində sərbəst dolaşır və onu həbs edə bilmirik. Nəyə görə bu quldurlar İrəvan küçələrində sərbəst gəzməlidir və niyə onların bu rahat hərəkətinə imkan verməliyik?! Təklif edirəm ki, onların hesabları dondurulmalı və büdcəyə yönləndirilməlidir. Onlar əvvəlcə həbsdə yatıb layiqli cəzalarını çəkməlidirlər. O quldur dəstəsi döşəmə, qab-qacaq yumalı, üzüm toplamalıdır. Artıq yetər, qaraçı kimi başqasının hesabına yaşamaq. Ermənistanın hesabına yaşamaq yetər. Kimsə sizə borclu deyil. Susun artıq.

Ermənistanda yaşamaq istəyirsinizsə, bir vətəndaş kimi qanunlara tabe olub onun tələblərinə uyğun yaşamalısınız. Başqa fikirləri beyninizə gətirməyin. Yetər artıq…”

Nikol indi “ayıldı”: Mehridən yol verməyə çalışır - GƏLİŞMƏ

Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı Zəngəzur dəhlizi mövzusuna fərqli istiqamətdə yanaşması siyasi müşahidəçilərin diqqətini çəkib.

Axar.az xəbər verir ki, Azərbaycan artıq İranla Naxçıvana gedəcək dəhlizlə bağlı saziş imzalayıb və sürətlə dəhlizin çəkilməsi prosesinə başlamaq niyyətindədir. İranın gözlənilmədən Azərbaycanın qərb rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirən avtomobil və dəmir yollarının inşasına həvəslə razılaşması isə Nikol Paşinyanı “ayıldıb”.

Ermənistan işğal siyasəti nəticəsində onillərdir regionun meqa-layihələrindən kənarda qalıb və bu, Ermənistanın dalan ölkəyə çevrilməsinə gətirib çıxarıb. 2020-ci ilin 44 günlük savaşından sonra Azərbaycanın dəhliz tələbi və bütün kommunikasiyaları açmaq istəyini isə 3 ildir müxtəlif bəhanələrlə gecikdirməkdədir. Zəngəzur dəhlizinin “Turan yolu” olduğundan əndişəyə düşən Ermənistan və ya bu ölkənin arxasında duranlar 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndini faktiki olaraq iflic halına gətirib.

Azərbaycan isə gözləmək niyyətində deyil və 44 günlük savaşdan dərhal sonra artıq dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisini sürətlə aparır. Nəhayət, İranla bağlanan saziş və bu istiqamətdə işlərin real məcraya yönəlməsi hazırda tamamilə fərqli mənzərə ortaya çıxarıb.

Nikol Paşinyan anlayır ki, əgər Naxçıvanla yol İrandan keçərsə, onda Ermənistan daha bir meqa-layihədən və külli miqdarda gəlirdən məhrum olacaq, onun beynəlxalq aləmə çıxışı növbəti onillər üçün də yalnız ilin 10 ayında gediləsi mümkün olmayan Larsın ümidinə qalacaq. Üstəlik, Zəngəzur dəhlizinə imkan verilməməsi Türkiyənin də sərhədi açmasını əngəlləyəcək və Ermənistanın Türkiyə vasitəsilə çıxışı da məhdudlaşacaq.

Buna görə də bir neçə gün öncə Ermənistan Nazirlər Kabineti Türkiyə ilə sərhədi açmaq üçün Ankaraya təklif verdiyini, “topun artıq Türkiyədə olduğunu” bildirmişdi.

Ötən gün isə Nikol Paşinyan Brüsseldə çıxışı zamanı Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri yolunu açmağa, “tranzit üçün sadələşdirilmiş prosedurlar tətbiq etməyə” hazır olduğunu bəyan etdi.

Bu mövzunu şərh edən politoloq Elxan Şahinoğlu da qeyd edib ki, Ermənistan baş naziri Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılmasının sadələşdirilmiş formada həyata keçirilməsini təklif edir:

“Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılmasının uzanması halında Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq”.

Hücumda yüzlərlə insanın ölümünə səbəb olan Qəzza zolağında yerləşən “Əl Əhli” xəstəxanası dünyanın ən böyük xristian qruplarından biri olan ingilis icmasına məxsusdur.

Bu barədə “Washington Post” nəşri yazıb.

“Xəstəxana 80 çarpayıya malik idi və ayda təxminən 3500 ambulator qəbul edirdi. Orada ayda 300-ə yaxın əməliyyat və 600-ə yaxın rentgen müayinəsi aparılıb. Əl-Əhli Qəzzada xristianların rəhbərlik etdiyi yeganə müstəqil tibb müəssisəsidir”, - məlumatda bildirilib.

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, İsrail Qəzzada xəstəxanaya hücum edərək dəhşətli hərbi qırğın törətdi: “75 illik əzab və cinayət, dünya isə tam sükutu müşahidə edir".

İsrailin baş naziri Benyamin Netanyahu isə əksini söyləyərək belə bir bəyanatla çıxış edib: “Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya hücumu ÇAXAL deyil, Qəzzada barbar terrorçular həyata keçirib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz uşaqlarını öldürür”.

Fələstin Prezidenti Mahmud Abbas xəstəxanaya hücumdan sonra ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hadisə nəticəsində azı 500 nəfərin öldüyünü açıqlayıb.

Fələstinli təcili yardım həkimi isə xəstəxananın önün verdiyi açıqlamada söyləyib ki, ölən insanları saya bilmirlər, onların çoxu parça-parça olub: “Bu, soyqırımıdır, onların ən azı 30-40 faizi uşaqlardır”.

“Azərbaycanın Ermənistanla uzun müddətdir davam edən Qarabağ münaqişəsində son qələbəsinə bir çox amillər təsir edib. Bəzi amillər Cənubi Qafqazın mürəkkəb tarixindən qaynaqlanır. Digərləri isə Ermənistan və Azərbaycan arasında müqayisə olunmaz dərəcədə əhalinin və resursların çox olması ilə bağlıdır. Təbii sərvətləri az olan Ermənistandan fərqli olaraq Azərbaycan enerji ilə zəngin ölkədir və buna görə də silahlara böyük vəsait xərcləyə bilir”.

Bu fikirlər Amerikanın Kuinsi Məsuliyyətli Dövlət İdarəetmə İnstitutunun “Responsible Statecraft” jurnalında dərc edilən məqaləsində əksini tapıb.

“Əlavə amillərə Ermənistanda ölkənin xarici siyasət istiqaməti ilə bağlı davamlı daxili siyasi fikir ayrılıqları, həmçinin Ermənistan və Qarabağın siyasi elitaları arasında rəqabət və fikir ayrılıqları daxildir.

Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etdikdən sonra Ermənistan Rusiyanın dəstəyindən asılı olan ölkə olub. Lakin əsasən Ukraynadakı müharibə səbəbindən Moskvanın prioritetləri dəyişdi. Həm Türkiyə, həm də Azərbaycan Moskva üçün daha çox əhəmiyyət kəsb etməyə başladı.

Ukrayna müharibəsi fonunda Ermənistandan fərqli olaraq Azərbaycan Qərb üçün daha çox əhəmiyyət kəsb edib. Bu o demək idi ki, nə Avropa, nə də ABŞ Bakını cilovlamaq üçün ciddi riskə getməyə razı deyil”, - məqalədə deyilir.

Nəşr yazır ki, nəhayət, beynəlxalq və regional geosiyasi rəqabətlər və Ermənistanın zəif geosiyasi mövqeyi onun son məğlubiyyətinə səbəb oldu.

“Bu məqsədə çatmaq üçün ABŞ və Avropa faktiki olaraq Türkiyəyə Qərbin əsas regional tərəfdaşı kimi Qafqazda və Mərkəzi Asiyada aparıcı rol verdi. Ermənistan o zaman verilən mesajı görməli və Türkiyə ilə hansısa formada razılığa gəlmək üçün Qərbə yaxınlaşmalı idi. Lakin İrəvan bunun əvəzinə Rusiya ilə daha sıx işləməyə üstünlük verdi.

Əslində, Ermənistan Qərblə əlaqələrini, xüsusən də Fransa və ABŞ ilə qoruyub saxlamasına baxmayaraq, İrəvanın Moskva ilə daha sıx əlaqələri Qərbə qarşı inamsızlığın davam etməsinə səbəb olub. Zaman keçdikcə Azərbaycanın enerji resurslarının cazibəsi Qərbin müqavimət göstərə bilməyəcəyi qədər gücləndi”, - nəşr yazır.

Məqalədə qeyd olunur ki, Türkiyə və Azərbaycanın əhatəsində olan Ermənistan müstəqillik əldə etdikdən sonra konstruktiv əlaqələr qurduğu İran Azərbaycana potensial əks qüvvə kimi baxırdı: “Lakin ölkənin şimal-qərbində cəmləşmiş azərbaycanlı əhalisinə qarşı düşmənçilik etməkdən ehtiyatlanan və müsəlman və əsasən şiə ölkəsinin müqavimətindən narahat olan İranın cavabı məhdud idi. Eyni zamanda, Moskva Ermənistanın Rusiyadan asılılığını artırmağa çalışaraq, İrəvanın Tehranla daha sıx iqtisadi və enerji əlaqələrini inkişaf etdirməsini çətinləşdirib. Bir sözlə, ABŞ-nin İranı cilovlaması və Rusiyanın Ermənistana nəzarət etmək istəyi İrəvanı alternativ dəstək mənbələrindən məhrum edib”.

Məqalədə həmçinin qeyd olunub ki, İran-İsrail arasındakı qarşıdurma da məsələyə təsirsiz ötüşməyib. Belə ki, İrəvanın Tehranla yaxınlaşması və Terhranın Bakıya isti olmayan münasibətləri sonucda Bakını İsraillə daha sıx əməkdaşlıq qurmasına gətirib çıxardı. “Vaxt keçdikcə İsrail Bakının əsas silah tədarükçüsünə çevrildi. 2016-2020-ci illər arasında ən qabaqcıl silah sistemləri də daxil olmaqla İsrail Azərbaycanın ümumi silah idxalının 69%-ni təmin etmiş oldu. Bu da Bakıya Qarabağı tutmağa (azad etməyə) böyük imkanlar yaratdı. Üstəlik, Bakının əsas himayədarı və öz regional ambisiyaları olan Türkiyə əlavə silahlar və yardımlar ayırıb”, - məqalədə deyilir.

Məqalədə həmçinin qeyd olunub ki, Qarabağ azad edildikdən sonra Ankara ilə Bakının hədəfi bütün türk xalqlarını birləşdirəcək birbaşa quru yolunu əldə etməkdir:

“Azərbaycanın Qarabağı azad etməsi bu məqsədə doğru ilk addımdır. İndi Türkiyə Azərbaycanla Naxçıvan arasında quru Zəngəzur dəhlizinin yaradılmasında israrlıdır. Bununla həm də İrandan yan keçən dəhliz yaratmaq istəyirlər.

Aydındır ki, bütün bu hadisələr İranı narahat edir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakı ilə Tehran arasında münasibətlər gah isti, gah da soyuq olub, amma son illərdə yaranmış bu vəziyyət münasibətləri daha da gərginləşib. İran eyni zamanda Azərbaycanın İsrail-Amerika və ya birgə hücumu üçün başlanğıc meydançası ola biləcəyindən narahatdır.

Beləliklə, son Qafqaz münaqişəsi hələ bitməyib və qarşıda daha böyük toqquşmalar ola bilər. Son vaxtlarda Bakı və Tehran ikitərəfli münasibətləri normallaşdırmağa çalışır və hətta İrandan keçməklə Naxçıvana yeni tranzit marşrutunun açılmasını müzakirə edirlər. Bu da təbii ki, Tehranın bəzi əsas narahatlıqlarını azalda bilər. Bununla belə, İran və Azərbaycan arasında köklü gərginlik mənbələrinin tez bir zamanda həll ediləcəyi ehtimalı azdır və buna görə də potensial münaqişə riski yüksək olaraq qalır”.

butun-dunya-bilsin-ki-abs-israilin-yanindadir

“Bütün dünya bilsin ki, ABŞ İsrailin yanındadır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Təl-Əvivdə rəsmi səfərdə olan ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.

“İsrail özünü müdafiə etmək üçün nə lazımdırsa, edə bilər. Anladığım qədəri ilə Qəzzada xəstəxananı İsrail bombalamayıb”, - Bayden əlavə edib.

ABŞ Prezidenti daha sonra əlavə edib: “Biz nəzərə almalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara sadəcə ağrı-əzab gətirir”.

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu israilli hərbçilərin xəstəxanaya zərbə endirmədiyini açıqlayıb. Fələstin Prezidenti Mahmud Abbas isə, öz növbəsində hücumun İsrail tərəfindən edildiyini bəyan edib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib.

moskva-pasinyanin-ap-de-cixisini-texribat-kimi-qiymetlendirir

“Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb.
“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar”, - mənbə bildirib.

Qeyd olunur ki, Paşinyan Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistanın təhlükəsizlik sahəsində müttəfiqləri Qarabağla bağlı məsələdə açıq şəkildə ölkədə hakimiyyət dəyişikliyinə çağırıblar. Lakin o, bu cür çağırışların hansı müttəfiqlər tərəfindən edildiyini açıqlamayıb.

bayden-israildedir

ABŞ Prezidenti Co Bayden İsrailə yola düşüb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, buna görə İordaniyaya səfərini ləğv edib.

Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində azı 500 nəfərin öldüyü açıqlanıb.

“Reuters”in məlumatına görə, Co Baydenin İsrailə səfəri başlayıb. 

ABŞ liderini Təl-Əvinin Ben-Qurion hava limanında ölkənin Baş naziri Benyamin Netanyahu və Prezident İshaq Hersoq qarşılayıb. 

 

 

Xəbər lenti