![]() |
|
HƏMAS-ın hər hansı azərbaycanlını girov saxlaması barədə məlumatlar təsdiqini tapmayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yayılan məlumatla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi araşdırma aparır.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Hücum İsraillə Fələstin arasında genişmiqyaslı toqquşma ilə müşayiət olunur. Döyüşlər davam edir.
Hadisələr zamanı, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.
Həlak olan 7 nəfərin adlarını xatırladırıq:
Şamil Abbasov (İsrail vətəndaşı);
Emin Axundov (İsrail vətəndaşı);
İlkin Nəzərov (Azərbaycan vətəndaşı);
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);
Roman Gandel (İsrail vətəndaşı);
Eden Abdullayeva (İsrail vətəndaşı);
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).
Qəzza zolağının cənub bölgələrində 5 saatlıq atəşkəs rejimi elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.
Bildirilir ki, atəşkəsin məqsədi xarici vətəndaşların anklavı tərk edə bilməsi, eləcə də Qəzzaya humanitar yardımın çatdırılmasıdır.
Məlumata görə, atəşkəs Bakı vaxtı ilə 10:00-da qüvvəyə minəcək.
***
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Qəzzada atəşkəs rejiminin elan olunması barədə qeyri-rəsmi mənbələrin yaydığı məlumatı təkzib edib.
Bildirilir ki, hazırda Qəzzada atəşkəs rejimi qüvvədə deyil.
Rusiyanın TASS agentliyinin elanı erməniləri ciddi narahat edib.
Mətbu orqanın binasının girişində "Əliyev Azərbaycan bayrağını Xankəndidə ucaltdı" sözlərinin qeyd olunması, Ermənistanın keçmiş rəsmi nümayəndəsini özündən çıxarıb.
Belə ki, Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının keçmiş müşaviri işləmiş şəxs TASS-a qarşı müharibə "elan edib". O, Rusiyanın agentliyinin belə informasiya təqdim etməsini həzm edə bilməyib.
"TASS qanuni hərbi hədəfdir", - bəyanatı ilə rahatlıq tapmaq istəyən Poqosyan görünür, hələ çox ağıldankəm çıxışlar etmək məcburiyyətində qalacaq.
Bundan əlavə Ermənistanın rəsmi nümayəndəsi olmuş şəxs Qarabağ bölgəsində qanunsuz erməni dəstələrinin üzvlərinin hələ də gizləndiyi söyləyib.
“İlham Əliyev Azərbaycan bayrağını Qarabağın əsas şəhəri, onilliklər ərzində Stepanakert adlanan Azərbaycanın Xankəndi şəhərində ucaldıb. Hansı ki, Azərbaycan prezidenti seçilməsinin 20-ci ildönümü günüdür. İlham Əliyevin necə fəxr etdiyini təsəvvür edirsinizmi?"
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Təsəvvür edirsinizmi, Azərbaycan xalqı necə fəxr edir? Təsəvvür edirsinizmi, bütün dünya liderləri İlham Əliyevə necə paxıllıq edirlər? Və təxmin etməyə çalışırlar ki, İlham Əliyevin uğurunun sirri nədir?”, - deyə o əlavə edib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS-ın İsrailə raket hücumları səbəbindən bomba sığınacağına sığınmaq məcburiyyətində qalıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub. “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi işə düşüb. Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.
İsraillə HƏMAS arasında silahlı münaqişə ABŞ-ın iki ilə yaxın müddətdə Rusiya işğalına qarşı döyüşən Ukraynaya hərbi-maliyyə dəstəyinin davam etməsi məsələsində qeyri-müəyyənliyi artırıb. Xatırladaq ki, Konqresin alt palatasındakı respublikaçı çoxluq ölkənin dövlət büdcəsinin illik deyil, 45 günlük müddətə olan xərclərinin maliyyələşdirilməsi layihəsinə Ukraynaya hərbi-maliyyə yardımı bəndi olmadan təsdiqləyib. Bundan sonra Ağ Evin Kiyevə dəstəyinin dayandırılacağına dair müzakirələr başlansa da, Prezident Co Bayden buna imkan verməyəcəyini, respublikaçıların Ukraynaya dəstək məsələsini büdcədən ayrı layihə kimi müzakirə olunmnasını vəd etdiklərini və onların bu vədə əməl edəcəklərinə inandığını bildirib.
Lakin Konqresin Nümayəndələr Palatasındakı respublikaçı çoxluq arasında yaranan fikir ayrılıqlarına görə, palatanın spikeri Kevin Makkarti istefa verib. Hazırda respublikaçılar spiker postuna vahid namizədi müəyyənləşdirməyə çalışırlar. Bu vəziyyətdə Konqresin Ukraynaya yardım layihəsini müzakirə etməsi real görünmür. Üstəlik, İsrail-HƏMAS müharibəsi ABŞ-ın Təl-Əvivə də hərbi yardımına ehtiyac yaradıb.
ABŞ müdafiə naziri Lloyd Ostin Qərbin Ukraynaya silah tədarükü ilə bağlı yaratdığı təmas qrupunun növbəti iclasından sonra ölkəsinin hər iki müttəfiqə dəstək vermək imkanında olduğunu bəyan edib: “Həm Ukrayna, həm də İsrailə dəstəklə bağlı səyləri davam etmək imkanlarımıza gəlincə, əlbəttə ki, biz hər ikisini edə bilərik və bunu edəcəyik. ABŞ həm Ukraynaya, həm də İsrailə hərbi yardım göstərməyə qadirdir və bu niyyətdədir”.
Ağ Evin sözçüsü Con Kirbi isə oktyabrın 12-də brifinqdə çıxışı zamanı hökumətin Konqresin razılığı tələb olunmayan yardım imkanına toxunaraq bildirib ki, Vaşinqton Ukraynanın maliyyələşdirilməsi məsələsində “ipin sonuna yaxınlaşır”:
“Bu gün biz 200 milyon dollar yardımı elan etdik və Ukraynaya bacardığımız qədər kömək etməyə davam edəcəyik. Lakin bu yardım sonsuz olmayacaq”.
Öz növbəsində Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, İsrailə silah tədarükü əks-hücum əməliyyatına mənfi təsir göstərə bilər:
“Obyektiv və subyektiv səbəblər var - hər şey kompleksdir. Biz qrafikdən çıxmışıq. Geri qalmırıq, amma çıxmışıq. İsraildə münaqişənin uzanması Ukraynaya silah tədarükünə mənfi təsir göstərəcək”.
Oktyabrın 13-də L.Ostin İsrailli həmkarı Yoav Qalantla görüşdən sonra qeyd edib ki, Birləşmiş Ştatlar lazım gələrsə, “Cerald Ford” təyyarədaşıyan gəmisinin ardınca Yaxın Şərqə əlavə qüvvələr və resurslar göndərməyə hazırdır:
"Dünyanın ən böyük təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi Gerald Ford Strike Group hazırda regiondadır. Biz Hərbi Hava Qüvvələrinin qırıcı eskadrilyalarını Yaxın Şərqə yerləşdirmişik və ABŞ Müdafiə Nazirliyi lazım olarsa, İsrailə əlavə dəstək verməyə tam hazırdır" .
Nazir qeyd edib ki, ABŞ hakimiyyəti İsrailə yardım göstərmək üçün “regiondakı tərəfdaşları ilə sıx əlaqədədir”:
"Bura silahlar, hava hücumundan müdafiə sistemləri və digər avadanlıq və resurslar daxildir" . Ostin həmçinin əlavə edib ki, Vaşinqton “İsrailin özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin etməyə davam edəcək”.
Onu da qeyd edək ki, Ağ Ev İsrail və Ukraynaya yardım üçün Konqresə vahid layihə ilə müraciət etmək niyyətindədir. Ağ Evin mətbuat katibi Karine Jan-Pyerin oktyabrın 13-də brifinqdə verdiyi məlumata görə, Amerika prezidenti Co Bayden gələn həftə ABŞ Konqresinə Ukrayna və İsrailə əlavə böyük maliyyə yardımı üçün layihə təqdim edəcək. O, heç bir əlavə açıqlama verməyib.
Vaşinqton administrasiyası hələ avqustun 10-da Konqresdən Kiyevə təcili hərbi yardım üçün sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində federal büdcədən 13 milyard dollar əlavə xərc tələb edib. Bundan əlavə, Ukraynaya və bir sıra digər ölkələrə iqtisadiyyat və təhlükəsizlik sahələrində yardım göstərmək üçün 8,5 milyard dollar tələb olunub. Lakin bu tələblərə hələ cavab verilməyib.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Texasdan olan respublikaçı Maykl Makkol bildirib ki, Nümayəndələr Palatasına spiker seçilmədən İsrail və Ukraynaya hər hansı yardımın ayrılması mümkün olmayacaq. Spikerin seçilməsi üçünsə, Makkolun Bloombergə dediyinə görə, həftələr, bəlkə də aylarla vaxt gedəcək.
O əlavə edib ki, ABŞ qanunvericiləri böhranın daha da genişlənməsinin qarşısını almaq üçün onu tez bir zamanda spiker seçməlidilər: "Vaxtımız tükənir. Bu, çox təhlükəlidir. Əgər yardım paketini vaxtında qəbul etməsək, milli təhlükəsizliyin və müttəfiqlərimizin maraqlarını təmin edə biləcək müvəqqəti spiker təyin etməli olacağıq".
Məlumat üçün qeyd edək ki, 2023-cü ilin əvvəlindən Ukraynanın Qərb ölkələrindən və beynəlxalq təşkilatlardan aldığı maliyyə yardımının ümumi həcmi 33,8 milyard dollar təşkil edib.
Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, xarici yardımların ən böyük mənbəyi Avropa İttifaqının 14,7 milyard dollar məbləğində makromaliyyə dəstəyi olub. İkinci yerdə ABŞ-ın 10,9 milyard dollarlıq qrantları gəlir. Bundan əlavə, Ukraynaya Beynəlxalq Valyuta Fondunun uzadılmış maliyyələşdirmə proqramının bir hissəsi kimi 3,6 milyard dollar, Kanadadan 1,8 milyard dollar güzəştli kredit daxil olub.
Daxili dövlət kredit istiqrazlarından isə 11,8 milyard dollar əldə olunub. Beləliklə, ümumilikdə ilin əvvəlindən xarici kreditorlar və donorlar, eləcə də daxili borclanmalar üzrə daxilolmaların ümumi həcmi 33,8 milyard dolları ötüb və bu vəsaitlər dövlət büdcəsinin kəsirinin və sosial ödənişlərin ödənilməsinə yönəldilib.
Bu yaxınlarda Ukraynanın baş naziri Denis Şmıqal bildirmişdi ki, büdcə kəsirini ödəmək üçün ölkəyə hər il 42 milyard dollar lazımdır. Ukraynanın 2023-cü il dövlət büdcəsində ilkin olaraq 38 milyard dollarlıq və ya proqnozlaşdırılan ÜDM-in 20 faizi həcmində kəsir nəzərdə tutulmuşdu. Lakin son vaxtlar büdcə xərcləri dəfələrlə artıb, nəticədə kəsir 54,75 milyard dollara çatıb.
2024-cü ilin büdcə layihəsində isə kəsir təqribən 42,9 milyard dollar və ya ÜDM-in 21 faizi həcmində proqnozlaşdırılır. Ümumilikdə Ukraynanın 2024-cü il büdcəsinin maliyyələşdirilməsi xərclərinin yalnız üçdə biri ilə bağlı Qərb tarafdaşları ilə razılaşmalar əldə olunub. Ukrayna Ali Radasının maliyyə komitəsinin sədri Daniil Getmantsevin dediyinə görə, büdcə xərclərini maliyyələşdirmək üçün çatışmayan vəsaitin qalan hissəsinin təmin olunması ilə bağlı Qərbli tərəfdaşlarla danışıqlar aparılır.
O, həmçinin bildirib ki, razılaşma əldə olunan məbləğlərin də Ukraynaya çatması məsələsində qeyri-müəyyənliklər var, məsələ həm də Qərb ölkələrindəki daxili siyasi vəziyyətdən asılıdır:
"Təəssüf ki, Ukrayna məsələsi kontekstində bu vəziyyət Avropa İttifaqı və ABŞ-dan olan tərəfdaşlarımızın seçkilərdəki təlatümləri səbəbindən pisləşə bilər”.
Qərb ölkələri Ukraynaya hərbi, birbaşa maliyyə dəstəyi ilə bərabər, ayrı-ayrı sahələr üzrə də yardımlar edirlər. Bu günlətdə Almaniya hökuməti Almaniya dövlət bankı KfW vasitəsilə enerji obyektlərinin qorunması, yeni avadanlıqların quraşdırılması və Avropa ilə sərhəddə elektrik şəbəkələrinin modernləşdirilməsi üçün “Ukrenerqo”ya 76 milyon avro qrant ayırıb. Bu barədə şirkətin Telegram kanalında məlumat verilib.
“Ukrenerqo”nun məlumatında qeyd edilir ki, şirkət artıq “yarımstansiyaların bərpası və yenidən qurulması” üçün Almaniyadan 220 milyon avrodan çox kredit və qrant vəsaiti alıb, alman şirkətləri isə təmir işləri üçün lazım olan 100-dən çox avadanlıq təqdim edib.
Reuters-in daha əvvəl qeyd etdiyi kimi, Ukraynanın enerji infrastrukturuna böyük ziyan dəyib. BMT-nin hesablamalarına görə, əvvəllər 37 GVt olaraq qiymətləndirilən istehsal gücü 19 GVt azalıb - 2022-ci ilin fevralındakı səviyyənin yarısından çox. Kiyev İqtisadiyyat Məktəbinin Tədqiqat Mərkəzi bu ilin iyun ayına kimi ölkənin enerji infrastrukturuna dəymiş birbaşa ziyanı 8,8 milyard dollar qiymətləndirib. Əvvəllər Ukraynaya nisbətən mülayim hava şəraiti, zədələnmiş infrastrukturun sürətli təmiri, nüvə enerjisi gücü və Avropadan elektrik enerjisi idxalı kömək edirdi, lakin qarşıdan gələn qışda şərtlərin daha sərt olacağı gözlənilir.
ABŞ və onun müttəfiqləri dondurulmuş Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadə yollarını axtarırlar. Artıq Avropa Komissiyası dondurulmuş vəsaitlərin yenidən investisiya edilməsi yolu ilə əldə olunan gəlirlərin Ukraynaya verilməsi barədə qərar qəbul edib. Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə olarkən Belçikanın baş naziri Aleksandr Kroo bildirib ki, ölkəsi dondurulmuş Rusiya vəsaitlərinin investisiyasından əldə olunan gəlirlərdən tutulan vergilər Ukraynaya köçürüləcək. Onun sözlərinə görə, hazırda Brüsselin əlində 1,7 milyard avro var və o, tezliklə Kiyevə çatdırılacaq.
Avropa İttifaqının xarici əlaqələr komissarı Jozep Borrel ABŞ-ın mövqeyindən asılı olmayaraq, Brüsselin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib. Bununla belə, onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ın dəstəyini əvəz etmək gücündə deyil...(Yeni Müsavat)
HƏMAS-da İsrail şəhərlərinin və hərbi bazalarının ətraflı xəritələri var idi.
Bu barədə “The Wall Street Journal” yazıb.
WSJ vərəqələri araşdırdıqdan sonra belə qənaətə gəlir ki, HƏMAS əvvəlcə yalnız hərbi bazalara hücum deyil, həm də girovların götürülməsi ilə mülki hədəflərə hücum planlaşdırıb. Sənədlər silahlıların kəşfiyyat məlumatlarının toplanmasının ölçüsünü və niyyətlərinin miqyasını ortaya qoyur.
Təhlilçi və keçmiş kəşfiyyatçı Mixael Milşteyn bildirib ki, HƏMAS keçmişdə bu hücum zamanı göstərdikləri planlaşdırma səviyyəsinə uyğun heç nəyə malik deyildi - onlar hədəflərinin nə olacağını dəqiq bilirdilər.
“15 iyun 2023-cü il tarixli, çox məxfi olaraq qeyd olunan 14 səhifəlik sənəddə ölkənin cənubundakı kiçik bir icma olan Mefalsimə hücum planı təsvir edilir. Təlimatlarda qəsəbənin xəritələri və aerofotoşəkilləri, həmçinin 1000-ə yaxın mülki şəxsin könüllü təhlükəsizlik qüvvələri tərəfindən mühafizə olunduğu barədə məlumatlar var idi. Yaxınlıqdakı İsrail əsgərlərinin 3-5 dəqiqə ərzində Mefalsimə çata bildiyi də qeyd edilir. Bundan əlavə, dəstə üzvlərinə göstərişlər verilir, əsirlərin danışıqlara aparılmasının zəruriliyi bildirilir.
Mefalsim şənbə günü hücuma məruz qaldı, lakin yaxınlıqdakı Byeeri və Kfar Azada çoxlu sayda itki və girovlara baxmayaraq, könüllülər müqavimət göstərə bildilər və heç kim ölmədi”, - məqalədə bildirilir.
Mütəxəssislərin fikrincə, tapılan sənədlər HƏMAS-ın açıq mənbələr, insanlar və kiberhücumlar vasitəsilə sistemli məlumat toplaması həyata keçirdiyi qənaətinə gəlməyə imkan verir: “Yaraqlılar ÇAXAL-ın sərt hərbi müqaviməti ilə qarşılaşacaqlarına inanırdılar və onların zirehli personal daşıyıcılarına necə hücum etmələri, maşınlara necə və harada hücum etmələri və hansı partlayıcı maddələrdən istifadə etmələri barədə təlimatları var idi. Ayrı bir sənəddə əsas İsrail “Merkava” tankının zəif tərəfləri və onu sıradan çıxarmaq üçün tövsiyələr təsvir edilmişdir”.
Ermənistanda ağılsız revanşistlər peyda olub.
“Ayakve” təşəbbüs qrupu “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” adlı petisiya üçün imza toplamağa başlayıb.
Erməni KİV-in məlumatına görə, müvafiq sənədi 58 min erməni imzalayıb.
İndi revanşistlər Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyi qanun layihəsini parlamentə təqdim ediblər.
ABŞ Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının hücumlarının hazırkı vəziyyətində İsrailə qarşı ikinci və ya üçüncü cəbhənin açılmasına imkan verməyəcək.
Bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
“Hizbullah”in şimaldan İsrailə hücumu və ikinci cəbhə açacağı təqdirdə ABŞ-nin lazım gələrsə, hərbi imkanlarından istifadə edib-etməyəcəyi ilə suala cavab olaraq Blinken deyib ki, ikinci cəbhəyə gəlincə, nə ikinci, nə də üçüncü cəbhə olmayacaq: “Biz bunun üçün hər cür səy göstəririk, regiondakı digər tərəfdaşlarla işləyirik”.
Blinken əlavə edib ki, prezident Co Baydenin də bununla bağlı konkret mövqeyi ortadadır və ciddi xəbərdarlığını edib: “Heç kim, heç bir dövlət və ya qeyri-dövlət aktorları bu məqamdan istifadə etməyə çalışmamalıdır. Bu xəbərdarlığın ən bariz nümunəsi isə “Gerald Ford”un bu ərazidə yerləşdirməyimizdir. Bu ən böyük dəstəkdir. Əminəm ki, İsrailin ehtiyacı olan hər şey var”.
ABŞ Prezidenti Co Bayden ötən gün HƏMAS-İsrail qarşıdurması ilə bağlı açıqlamalar verib.
Bayden çıxışının sonunda İsraildəki qurbanlar arasında başı kəsilən uşaqların fotolarını gördüyünü deyib.
"ABŞ-dəkilərin nələr olduğunu görməsi vacibdir. Uzun müddətdir bu işlə məşğulam. Uşaqların başlarının kəsildiyi fotoları görəcəyimi və təsdiqləyəcəyimi heç düşünməzdim" - o deyib.
Bu açıqlamadan sonra Ağ Ev rəsmisi CNN-ə açıqlamasında ABŞ Prezidentinin İsraildə HƏMAS-ın uşaqların başını kəsdiyinə dair foto və təsdiqlənmiş xəbərlər görmədiyini deyib.