ABŞ kəşfiyyatı hesab edir ki, İranın əsas liderləri HƏMAS-ın hücumundan xəbərsiz olublar və təəccübləniblər.

Bu barədə "The New York Times" yazıb.

Mənbələr nəşrə bildiriblər ki, ABŞ kəşfiyyatının əldə edə bildiyi külli miqdarda məlumat ABŞ-də İranın İsrailə hücumun planlaşdırılmasında birbaşa rol oynamasına dair şübhələri artırır.

Onların fikrincə, İranın əsas liderləri "HƏMAS-ın yaxınlaşan işğalından xəbərsiz olublar və buna təəccübləniblər".

Təkcə Amerika rəsmilərinin deyil, Yaxın Şərqdən olan mənbənin də daxil olduğu NYT-nin həmsöhbətləri ABŞ və İsrailin İranın hücumun planlaşdırılmasına birbaşa töhfə verdiyinə dair sübut tapa bilmədiklərini bildiriblər.

Mənbələr İran liderlərinin adını çəkməsələr də, onların ümumilikdə İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı hərbi birliyi olan Qüds Qüvvələrinin əməliyyatlarda iştirakından xəbərdar olan şəxslər olduğunu söyləyiblər.

Eyni zamanda, həmsöhbətlər vurğulayırlar ki, kəşfiyyat orqanları araşdırmaları davam etdirir və bu, İranın və ya digər ölkələrin HƏMAS əməliyyatında iştirakına dair sübutları ortaya çıxara bilər. Rəsmilər açıq fikirli olduqlarını, köhnə hesabatları nəzərdən keçirdiklərini və yeni məlumatlar axtardıqlarını qeyd ediblər.

ABŞ və müttəfiqləri HƏMAS da daxil olmaqla Qüds Qüvvələri və tərəfdaşları arasında keçirilən görüşləri mütəmadi olaraq izləyir. Ancaq indi bu görüşlərin İsrailə hücumun planlaşdırılmasına töhfə verdiyinə dair heç bir sübut yoxdur. Eyni zamanda, NYT mənbələri etiraf edirlər ki, Qərb kəşfiyyatının bilmədiyi başqa gizli görüşlər də ola bilərdi, lakin onlarda belə görüşləri təsdiqləyən faktlar yoxdur.

Atanın çarəsizlikdən qurduğu oyun sosial şəbəkələrdə kədər doğurub.

Milli.Az bildirir ki, videoda müharibə şəraitində yaşayan ata səslərdən qorxmasın deyə, 4 yaşlı qızına raket və bomba səslərinin bir oyun olduğunu öyrədib. Və beləcə onlar hər səs gələndə gülürlər.

Ata və qızının bu "gülməli" anları sosial şəbəkədə kədərə səbəb olub.

Həmin anları təqdim edirik:

HƏMAS-ın son şokedici effekt yaradan genişmiqyaslı hücumu zaman keçdikcə qaranlıq qalan məqamları və açıq qalan sualları aydınladır.

HƏMAS-ın bu hücumu nəticə etibarı ilə Yaxın Şərqin dizayn olunmasında yeni bir mərhələyə qədəm qoymuş oldu. İsrail-Fələstin münaqişəsi fonunda bölgədə nəzərdə tutulan planların geosiyasi mənzərəsi şəffaf görünməyə başlayır.

Son hadisələr və HƏMAS-a qarşı genişmiqyaslı əks-hücum əməliyyatı Fələstinin mövcud hakimiyyətinin də marağındadır. Çünki Qərbi Fələstin ərazisi sayılan Qəzza bölgəsində hakim HƏMAS-ın varlığı İordan çayının qərb sahilindəki Fələstin Muxtariyyətinin mövcud hakimiyyəti - hakim FƏTH Partiyası və onun lideri, prezident Mahmud Abbas hakimiyyəti üçün ciddi təhlükə mənbəyi hesab edilir. Bugünkü reallıqda Fələstin Muxtariyyətində faktiki ikihakimiyyətlilik hökm sürür. HƏMAS Qəzza bölgəsinə, Mahmud Abbas isə Fəlsətinin şərq hissəsinə rəhbərlik edir. Bu da öz növbəsində Fələstin məsələsinin həllində əsas aparıcı siyasi qüvvə olan HƏMAS-la FƏTH arasında ortaq məxrəcə gəlməyə imkan vermirdi. Fələstinin gələcək taleyi il bağlı bu iki qüvvə arasında hər zaman ciddi ixtilaf olub. Yaranmış vəziyyət Mahmud Abbas hakimiyyətini narahat edən məsələ olub.

HƏMAS-ın hücumlarının arxasında duran əsas hədəflərdən də biri Qərbi Fələstinlə (Qəzza bölgəsini) Şərqi Fələstini birləşdirmək, daha sonra isə Mahmud Abbas hakimiyyətini devirib bütövlükdə hakimiyyəti ələ keçirmək planı olub.

Əgər proseslərə diqqət etsək, bu hadisələrdə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas HƏMAS-ı dəstəkləyən hər hansı ciddi bəyanat verməyib. O, yalnız Fələstin xalqının hüquqlarının pozulmasını və bunun yolverilməzliyini dilə gətirib.

İsrailin HƏMAS-ı bitirmək istiqamətində başladılan genişmiqyaslı əks-hücum əməliyyatı təkcə Təl-Əvivin deyil, eyni zamanda Fələstin Muxtariyyətinin mövcud hakimiyyətinin maraqlarına cavab verir.

Bunun üçün tarixə qısa ekskurs etmək kifayətdir.

88 yaşlı Mahmud Abbas siyasi fəaliyyətinin ilk illərindən İsraillə münasibətlərin normallşaması istiqamətində səy göstərib və o zaman İsrailin solçu qüvvələri ilə təmaslarda olub. Daha sonralar isə Mahmud Abbas Fələstini və FAT lideri Yasir Ərəfatı danışıqlarda təmsil edir. Məhz bu fəaliyyətinin nəticəsi olaraq 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında Oslo razılaşması imzalanır. Bu razılaşmaya əsasən Fələstin Azadlıq Təşkilatı rəhbərliyi adından 13 sentyabr 1993-cü ildə Fələstin Milli Administrasiyasının yaradılması ilə nəticələnən “Prinsiplər Bəyannaməsi”ni imzanladı.

2003-cü ildə İsrailin baş naziri Arial Şaron Yol Xəritəsi planını müzakirə etmək üçün Fələstinin baş naziri seçilən Mahmud Abbasla görüşür. Mahmud Abbas Ariel Şaronla yanaşı, 2003-cü ilin mayın 20-də ABŞ prezidenti Corc Buşla baş nazir kimi ilk görüşünü keçirir. 2003-cü ilin iyunun 4-də isə İordaniyanın Akkaba şəhərində Corc Buş, Ariel Şaron və Mahmud Abbas arasında İsrail-Fələstin probleminin həll edilməsi istiqamətində Yol Xəritəsini qəbul etmək üçün üçtərəfli görüş keçirilir. Bu üçtərəfli görüşdə Fələstinin hüquqlarının tanınması ilə yanaşı, M.Abbas HƏMAS-ın hərbi qolu İzəddin əl-Qəssam briqadalarının, İslami Cihadın Qüds hərbi birləşməsinin, FƏTH-in Əl-Əqsa şəhidləri hərbi təşkilatına son verilməsi barədə üzərinə öhdəlik götürür. Mahmud Abbas bununla bağlı sammitöncəsi HƏMAS liderləri ilə görüşüb razılaşsalar da, bu razılaşma uzun çəkmir və tərəflər Akkaba sammitinin nəticəsi olaraq üzərlərinə götürdükləri öhdəliklərdən imtina edirlər. Bu razılaşmanı pozmaq üçün də 2003-cü ilin iyunun 8-də Əl-Qəssam briqadası, Qüds batalyonu və Əl-Əqsa şəhidləri Qəzza zolağının şimalında yerləşən Erez keçid məntəqəsinə hücum təşkil edirlər.

İsrail qoşunlarının kəskin cavab hərbi əməliyyatlarından sonra HƏMAS və İslami Cihad iyunun 29-da üç aylıq atəşkəs elan etməli olurlar. Amerikalılar muxtariyyətin təhlükəsizlik xidmətlərinə maddi dəstək vermək müqabilində Mahmud Abbası radikal dini təşkilatların kökünü kəsməyə məcbur edirlər. Bu məqsədlə Ağ Ev 2003-cü il 2 avqust tarixində İordan çayının qərb sahilinə və Qəzza zolağına 3 milyon dollar məbləğində maddi yardım göstərildiyini elan edib. Bundan bir həftə sonra ABŞ Dövlət Departamenti Abbas hökumətinə dəstək üçün 20 milyon dollar ayırır.

Sonrakı dövrlərdə də davamlı olaraq İsraillə münasibətlərin normallaşdırılması istiqamətində FƏTH-lə HƏMAS arasında ciddi fikir ayrılığı olub. Müəyyən mərəhələlərdə razılığa gəlib birgə koalisiya hökumətlər formalaşdırsalar da, bu, uzun çəkməyib. Qısa zaman ərzində dağılıb. Bu fikir ayrılığı hətta 2007-ci ildə vətəndaş müharibəsi ilə nəticələnib.

Bu müharibə nəticəsində HƏMAS Qəzza zolağına tam nəzarəti bərqərar etməyə müvəffəq olur və fəaliyyətlərini davam etdirirlər.

Sonrakı dövrdə Abbas HƏMAS-la dialoqu bərpa etməyə çalışsa da, heç bir nəticəsi olmayıb.

Hətta 2019-cu il seçkilərindən sonra formalaşan koalisiya hökumətinin dağılmasına səbəblərdən biri FƏTH və HƏMAS arasında həll edilməmiş ziddiyyətlər olub.

HƏMAS-ın son hücum planının əsas məqsədi Qəzza ilə Fələstinin şərq hissəsini birləşdirmək və daha sonra İsrailin şimal hissəsini ələ keçirmək olub. Bununla parlalel olaraq Mahmud Abbas hakimiyyətinə son vermək olub.

HƏMAS bu planı reallaşdırmaq üçün uzun müddət hazırlaşıb. Bunun üçün o digər islami radikal təşkilatlardan, xüsusən “Hizbullah”dan, həmçinin İsrailə qarşı olan ölkələrdən və güclərdən özünə hərtərəfli dəstək almağa çalışıb. Və həmin təşkilat və ölkələr HƏMAS-ın bu planının reallaşmasına ən müxtəlif formada dəstək veriblər. HƏMAS bu planını reallaşdırmaq istəsə də, planı iflasa uğradı. Çünki nə İsrail, nə Qərbin bəzi ölkələri Mahmud Abbasın devrilməsində maraqlıdır. Nə qədər qəribə səslənsə də, Rusiya da eyni mövqedədir. Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsində maraqlı olsa da, Mahmud Abbasın və FƏTH-in devrilməsini istəmir. Bu, təkcə Rusiya-İsrail münasibətlərindən irəli gələn məsələ deyil. Burada o məqamı da qeyd etmək istərdim ki, Mahmud Abbasla Moskva arasında çox sıx əlaqələr mövcuddur. Hətta Mahmud Abbasın Rusiya xüsusi xidmət orqanları, DTK ilə bağlılığı haqqında ciddi məlumatlar mövcuddur. O, Rusiya KQB-sinin adamı kimi FAT-da fəaliyyətə başlayıb. Bu əlaqələr Mahmud Abbasın hələ gənc illərində Dəməşq Universitetində tələbə olduğu illərə təsadüf edir. Bu əməkdaşlığın nəticəsi olaraq Mahmud Abbas aspirantura təhsilini Moskvada alıb və doktorluq dissertasiyası müdafiə edib. Moskva ilə sıx və isti münasibətlərinə görə Mahmud Abbas Rusiyanın ali mükafatları ilə təltif edilib. Ona görə də Moskva son hadisələrdə daha çox bitərəf mövqe sərgiləməkdə və hər iki tərəflə eyni məsafədə dayanmaq istəyir. Düzdür, Moskvanı belə bir mövqe sərgiləməyə vadar edən İsrailin Ukrayna məsələsində tutduğu mövqedir.

Son olaraq onu qeyd etmək istərdim ki, hadisələr uzandıqca hələ də qaranlıq məqamalara aydınlıq gələcək. Nə qədər acı reallıq olsa da, ortada günahsız insanlar bu amansız savaşların qurbanı olur.

İsrail beş cəbhədə müharibə ilə üz-üzədir - HƏMAS, Livan, Suriya, İran və İordan çayının qərb sahilindəki Fələstin yaraqlıları.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu, Bəhreyndəki Le Beck Yaxın Şərq Mərkəzinin ekspertlərinin rəyidir.

 Onlar bildirirlər ki, daha geniş eskalasiya üçün çox sayda başlanğıc nöqtələri təmin edən uzun bir münaqişə ilə üzləşilib. İran və müttəfiqləri Fələstin məsələsini öz ideologiyalarının sütununa çeviriblər və buna görə də kənarda dayana bilməzlər. Livandan hücumlar olduğu bildirilirdi.

Suriyadan, hətta İraq və Yəməndən hücumlar istisna edilməməlidir. Ekspertlər qeyd edirlər ki, İran artıq bir neçə cəbhədə müharibəyə başlaya biləcəyini nümayiş etdirib. Lakin İsrail Tehranı birbaşa ittiham etməkdən çəkindiyinə görə, bir neçə cəbhədə müharibə kiçik ehtimaldır.

WhatsApp Image 2023-10-11 at 19.56.37.jpeg (114 KB)

HƏMAS Almaniyadan maliyyələşir. Bir qayda olaraq, pulları narkotik, qəsb və fırıldaq sxemləri ilə pul qazanan zəngin klanlar verir.

Bu iddia ilə Almaniyanın “Tagesspiegel” nəşri çıxış edib.

Qeyd edilir ki, belə sponsorlar Almaniyadan HƏMAS və digər qruplaşmalarına pul göndərmək üçün “havala”dan istifadə edirlər. Ərəb dilindən tərcümədə "mübadilə" və ya "yoxlamaq" deməkdir. Havala mövcud bank sistemindən yan keçən pul köçürmələrinin kölgə üsuludur.

“Bu vasitə ilə göndərmək üçün sponsor Almaniyada bir “havaladar” tapır - kriminal cəmiyyətdə hörmətli və tanınmış bir şəxs pul köçürür, komissiya ödəyir və şifrəni bəyan edir. Bu şifrə ilə Yaxın Şərqdəki alıcı başqa bir “havaladar”dan pul alır.

Fiziki olaraq, pul Almaniyada “havaladar”da qalır, lakin sonra əks istiqamətdə ödənişlər üçün istifadə olunur. Hər iki “havala”dar sonradan bir sıra belə əməliyyatları başa vuraraq, yekun qarşılıqlı hesablaşmaları həyata keçirirlər. Əslində, “havaladar”lar vahid “bankın” filialları kimi fəaliyyət göstərirlər”, - deyə bildirilir.

Nəşr bildirir ki, alman kəşfiyyat xidmətləri “havala” varlığından xəbərdardır və 2009-cu ildən bu transfer üsulu cəzalandırılır: “Bununla belə, onları izləmək olduqca çətindir – “havala” əməliyyatları heç bir yerdə rəsmi qeydiyyata alınmır və etibara əsaslanır. Almaniyanın hər böyük şəhərində “havaladar”lar var”.

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sammitində iştirak etməyəcək.

KİV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Mərkəzindən açıqlama verilib.

Belə ki, Qırğızıstan Prezidenti Sadır Caparov Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

Telefon danışığı zamanı, MDB-yə üzv dövlətlərin dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək görüşü müzakirə olunub.

Paşinyan müəyyən səbəblərdən MDB sammitində iştirak edə bilməyəcəyini bəyan edib.

Sammitdə MDB üzvü olan Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Belarus və Rusiya prezidentləri iştirak edəcək.

Qeyd edək ki, Ermənistan son vaxtlar ABŞ-lə ciddi yaxınlaşmağa başlayıb. ABŞ-lə təlimlər təşkil edən İrəvan administrasiyası Moskvanın reaksiyasını çəkib.

“İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyatına hazırlıqdan xəbərdar idi, lakin onun təfərrüatını bilmirdi”.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Bizdə İranın HƏMAS-ın bu hücumunu idarə etdiyi və ya təşkil etdiyinə dair heç bir məlumat yoxdur. İran yəqin ki, HƏMAS-ın İsrailə qarşı əməliyyat planlaşdırdığını bilirdi, lakin dəqiq vaxtı və miqyasını bilmirdi. İran uzun müddət HƏMAS-ı maddi və maliyyə cəhətdən dəstəkləyib. Lakin onların bu xüsusi hücumu dəstəklədiyinə dair heç bir dəlil görmədik”, - Miller qeyd edib.

“Təcrübəmiz göstərir ki, yekun nəticə çıxarmaq hələ tezdir. Biz yaxın günlərdə və həftələrdə bu məsələni araşdırmağa davam edəcəyik ki, İranda kiminsə nə planlaşdırıldığını dəqiq bildiyini və ya planlaşdırmada iştirak edib-etmədiyini başa düşək”, - Miller əlavə edib.

Dünyanın əksər hərbi mütəxəssisləri və analitikləri, antiterror mütəxəssisləri, istefada olan kəşfiyyat və ordu generalları HƏMAS-ın hücumunda İsrail ordusunun uğursuzluğunun nə üçün baş verdiyini düşünür. Əksər ciddi media qurumları baş verənləri məhz İsrail kəşfiyyatının “çöküşü” kimi dəyərləndirirlər.

Bunu IT sahəsi üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, analitiklər bunu “Pill-Harbor” və “11 Sentyabr” hadisələri ilə müqayisə edirlər:
“Nəhəng resurslara və texnologiyalara, radio-elektron vasitələrə, agentura şəbəkəsinə malik olan İsrail kəşfiyyatının çöküşünün ağlabatan bir açıqlamasına və izahına rast gəlmədim. Yəqin, HƏMAS-ın bəsit texnologiyalarına, motorlaşdırılmış paraşütləri və motosikletlərinə qarşı İsrailin müasir texnologiyasının dayanıqlı ola bilməməsi uzun müddət müzakirə predmeti olacaq”.

Ekspert uzun illərdir Azərbaycan və İsrailin hərbi texnologiyalar sahəsində ciddi əməkdaşlıq etməsinə də toxunub:

“Bu faktor Qarabağ məsələsinin həllində mühüm rol oynayıb. Bu ildən isə artıq kosmos texnologiyaları sahəsində biz İsraili əsas partnyor olaraq seçmişik və bir neçə gün öncə başa çatan Astronavtika Konqresində kosmos sahəsində İsrail şirkətləri ilə müqavilə də imzalanıb.
Kibertəhlükəsizlik sahəsində də əsas partnyorumuz İsrail və Türkiyədir”.

“Belə bir durumda, düşünürəm ki, İsrail kəşfiyyatı və ordusunda buraxılan səhvlər və uğursuzluqlar, onların səbəbləri bizim üçün də mühüm əhəmiyyət kəsb edir”, - deyə O. Gündüz əlavə edib.

HƏMAS-ın İsrailə hücumu zamanı ölənlər arasında ABŞ vətəndaşları da var.
 HƏMAS-ın İsrailə hücumu zamanı ölənlərin sayı 1200 nəfərə çatıb. 
Ölənlərin ən azı 14 nəfəri ABŞ vətəndaşıdır.

HƏMAS-ın İsrailə hücumu zamanı ölənlər arasında ABŞ vətəndaşları da var.

“Ölkə.Az” xəbər verir ki, HƏMAS-ın İsrailə hücumu zamanı ölənlərin sayı 1200 nəfərə çatıb. 

 
 
 
Ad - 00:05

Ölənlərin ən azı 14 nəfəri ABŞ vətəndaşıdır.

ABŞ dövlət katibi Entoni Blinken Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar olaraq İsrailə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Dövlət katibi Blinken İsrailə gedəcək və israilli həmkarlarımızla yerdəki vəziyyətlə bağlı birbaşa müzakirə edəcək”,- Miller deyib.

Onun oktyabrın 12-də İsraildə olacağı gözlənilir.

Xəbər lenti