![]() |
|
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə yenidən telefonla danışıb.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Telefon danışığında ABŞ administrasiyasının İsrail Müdafiə Qüvvələrinə yardım göndərdiyi bildirib.
"Prezident Bayden ABŞ-nin son 24 saat ərzində İsrailə dəstək məqsədilə həyata keçirdiyi intensiv diplomatik işlər barədə Baş nazirə məlumat verdi. Prezident həmçinin bildirib ki, hazırda İsrail Müdafiə Qüvvələri üçün əlavə yardımlar göndərilir və proses davam etdirilir. İki lider qarşıdakı günlərdə də daim əlaqəda olmacaqlarını bildiriblər", - deyə açıqlamada vurğulanıb.
HƏMAS-ın hücumunda məqsəd İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaqdır.
Metbuat.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Blinken vurğulayıb ki, HƏMAS, Hizbullah və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.
Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə ötən gün səhər saatlarından İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrailə 5 min, o cümlədən paytaxt Təl-Əvivə 150 raket atılıb.
“Xəstəxanaya müxtəlif dərəcəli ağırlıqda olan 110 yaralı daxil olub. Xəstəxana hərbi vəziyyətə salınıb”. Helikopterlər davamlı olaraq enir və təcili yardım maşınları gəlir”.
Bunu İsrailin cənubundakı Beerşebadakı Soroka xəstəxanasının təcili yardım komandiri və təcili yardım şöbəsinin rəhbəri Moti Klein bildirib.
Onun sözlərinə görə, Travmatologiya şöbəsində, əməliyyat otaqlarında yaralılar var: “Yaralılar təcili yardım şöbəsinə yerləşdirilib. İndi vəziyyət belədir”.
İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.
Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.
Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.
Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.
Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.
İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.
“Report” xəbər verir ki, bu barədə “əl-Cəzirə” məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.
Qeyd olunub ki, raketlər Təl-Əvivdə daxil olmaqla raketlər İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində ölənlər və yaralananlar var.
Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.
Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.
Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.
Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.
Bu gün Rusiya Prezidenti Vladimir Putinin 71 yaşı tamam olur.
Qafqazinfo xəbər verir ki, Rusiya lideri 20-ci dəfədir ki, ad gününü prezident postunda qeyd edir.
Bildirilir ki, bu il Putinin doğum günü həftə sonuna təsadüf etsə də, o, bu günü işdə keçirəcək.
Belə ki, Rusiya Prezidenti Qazaxıstan və Özbəkistanın dövlət başçıları Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevlə birlikdə Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin başlanması münasibətilə keçiriləcək tədbirdə iştirak edəcək.
Ermənistan Qranadada istədiyinə nail oldu.
Moderator.az xəbər verir ki, News.azm-ın yaydığı məlumata görə, bu barədə Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.
“Ermənistan Qranadada ciddi qələbə qazanaraq istədiyinə nail oldu. Anklavlar mövzusu müzakirə olunmadı, dəhliz mövzusu bağlandı. Qorxmayın”, – deyə A.Arutyunyan bildirib.
Arayik Arutyunyana xatırladırıq ki, dünən – oktyabrın 5-də Qranadada Nikol Paşinyan Azərbaycanın ərazisini keçmiş Dağlıq Qarabağ ərazisi də daxil olmaqla 86,6 min kvadratmetr kimi tanıyan bəyannamə imzalayıb... Qarabağdan qandallanaraq Bakıya gətirilmiş adaşı da DTX-nın zirzəmisində maraqlı ifadələr verir...
Qarabağda antiterror tədbirləri zamanı yaralanan qazimiz şəhid olub.
Sabirabad rayonu, Ulacalı kəndində doğulub boya-başa çatmış Əzizbəy Etibar oğlu Muradov bu gün səhər saatlarında müalicə aldığı hospitalda dünyasını dəyişib.
O, 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş və Ali Baş Komandan tərəfindən beş medalla təltif olunmuşdu.
Asəf Zeynallı adına Musiqi kollecinin qarmon şöbəsində təhsil alan Əzizbəy Şuşa azad olunanda öz qabiliyyətini pianinoda “Qarabağ şikəstəsi” ifa etməklə göstərmişdi.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Xatırladaq ki, şəhidin atası Etibar Muradov Birinci Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillərinə Qayğı İB-nin üzvüdür.
Ermənistan prezidenti Qarabağdakı vəziyyətə həsr olunmuş proqramda çıxış edib.
Vaaqn Xaçaturyan Ermənistana yeni hərbi tərəfdaşın lazım olduğunu söyləyib.
O, müdafiə qabiliyyətinin artırılması zərurətini onunla əsaslandırıb ki, Azərbaycan dəfələrlə açıq şəkildə bəyan edib ki, hətta İrəvan Ermənistan Respublikasının tərkib hissəsi deyil, Azərbaycana məxsusdur.
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.
"Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbçi sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb.
Suriyada Rusiyaya bağlı “Vaqner” özəl hərbi şirkətinin bir neçə yüz döyüşçüsü var və onların sayı dəyişmir.
"Bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Aleksus Qrinkeviç Vaşinqtonun Hərbi Şərhçilər Qrupu (Defense Writers Group) ilə görüşdə deyib.
“Gördüyüm son bir neçə ayda Suriyada nisbətən sabit sayda “Vaqner” qüvvələri, o cümlədən Priqojın ilə insidentdir…”, - o bildirib.
Yüksəkrütbəli hərbçi həmçinin onların sayına da aydınlıq gətirib: “Belə deyim, bir neçə yüz”.
Qeyd edək ki, CENTCOM-un əməliyyat məsuliyyəti sahəsinə ilk növbədə Yaxın Şərq və Şimali Afrika daxildir.
Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi açıb.
Daha öncə CNN telekanalı Priqojının təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.
Avqustun 27-də Priqojının ölümü rəsmən təsdiqlənib.
Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət yaraqlı qruplaşmasıdır.
2014-cü ildən qruplaşma Ukraynanın işğal altındakı bölgələrində, daha sonra isə Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin nəzarət etdiyi ərazilərdə fəaliyyət göstərir. 2017-ci ilin iyun ayında “Vaqner” ÖHŞ ABŞ-nin sanksiya siyahısına daxil edilib. 2021-ci ilin dekabrında Avropa İttifaqı (Aİ) qruplaşmanı Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməkdə, Suriya və Liviyada sabitliyi, habelə insan haqlarını kobud şəkildə pozmaqda ittiham edərək ÖHŞ-yə sanksiyalar tətbiq edib. 2022-ci ilin martın 8-də, yəni Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Yaponiya da qruplaşmaya qarşı sanksiyalar tətbiq edib. BMT və Fransa “Vaqner” muzdlularını Mərkəzi Afrika Respublikasında zorlama və quldurluqda ittiham edir.
Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.(Report)